Qadın / İş qadını - karyera

13 yaşında məktəbi atan qızın uğur hekayəsi: Şirkət qurdu, milyonçu oldu

Banu. | 4-02-2020, 21:54
651 0
Şotlandiyanın Qlazqo şəhərində yaşayan Olivia Konlon heç vaxt məktəbdə yaxşı münasibət görmürmüş.
Qız 13 yaşı çatanda məktəbi atmaq qərarına gəlir, beləcə, həyatı tam dəyişir.
Konlon məktəbi atandan sonra şirkət qurub. İndi 21 yaşı olan qız milyonçudur.
Olivianın fikirləri müəllimlərinə həmişə çox qəribə, ağlasığmaz görünüb. Qız sinif yoldaşlarından da yaxşı münasibət görməyib. Bundan sonra Olivianın ağlına biznes qurmaq gəlib. Çindən süni dırnaqlar alan Konlon böyük gəlir əldə edib. Əvvəlcə qazancı 5 min funt sterlinq (təxminən 6500 dollar) olub.
Qazancın artması şirkət yaratmaq zərurətini ortaya çıxarıb. Olivia “The Property Stagers”in əsasını qoyub, daşınmaz əmlak satışı ilə məşğul olmağa başlayıb. Şirkət ilk ilində 30 min funt sterlinq qazanc gətirib. İkinci ildə isə super nəticə əldə edilib. İl ərzində qazanc 1 milyon funt sterlinqi keçib.
İndi Olivianın hər şeyi var: rahat evləri, ən son model avtomobilləri.
10 nəfərlik idarə heyətində anası və qardaşı da yer alıb. Olivianı Böyük Britaniyada keçən ilin ən gənc iş adamı adına da layiq görüblər./Bizimyol.info