Müasir dövrümüzdə unudulmaqda olan qədim pinəçilik bu gün də sənət qədri bilənlər tərəfindən qorunur. 
Göyçayda yaşayan Kütahi Mollayeva adətən kişilərin seçdiyi sənətlə məşğul olduğu üçün hamını təəccübləndirir.
50 yaşlı qadın artıq 20 ildir ki, pinəçilik etməklə ailəsini dolandırır.
O, Göyçayda özünəməxsus ayaqqabı sexində çalışır. Gününün əsas hissəsini bu sexdə keçirən K.Mollayevanın zərif əlləri bu ağır işdə kobudlaşıb.
Lakin o gördüyü işdən heç də yorulmur, əksinə həvəslə qadın və kişi ayaqqabıları tikir. Pinəçinin sözlərinə görə bu sənət ona qaynatasından və həyat yoldaşından qalıb. 
K.Mollayeva, həmçinin üç oğul anasıdır. Böyük oğlu Teymur da anasının bu sənətini davam etdirir. 
İşinə daim məsuliyyətlə yanaşan qadın pinəçinin səliqə ilə tikdiyi ayaqqabılar möhkəmliyi ilə seçilir.
O, ayaqqabısını təmir etdirmək istəyən, amma pulu olmayan adamları da heç vaxt ayaqyalın qoymur.


Oxu.az