Qadın / İş qadını - karyera

Alimlər alış-veriş sevgisini psixoloji xəstəlik hesab edirlər

Banu. | 16-11-2019, 10:30
112 0

Almaniyanın Hannover Tibb Məktəbinin mütəxəssisləri internetdə alış-veriş etməkdən asılı olanları psixi xəstə hesab etməyi təklif edirlər. Bu barədə “The Times” yazır.
Alimlər tədqiqatlar nəticəsində müəyyən ediblər ki, bəzi insanlar hətta depressiya və maddi çətinliklərlə nəticələnməyinə baxmayaraq, lazımsız şeyləri satın almağa meyllidirlər. Onların fikrincə, bu, insanların nəzarət edə bilmədiyi “kompulsif alış-veriş”in əlamətləridir.
Araşdırmada qeyd olunur ki, bir çox mağazalar “şopoqolizm”dən əziyyət çəkən insanların “psixi pozğunluğu”ndan sərvət qazanırlar.
Alış-verişdən çox vaxt gənclərin asılı olduğu vurğulanır. Mütəxəssislər əlavə ediblər ki, inkişaf etmiş ölkələrdə böyüklərin təxminən 5%-i bu pozuntudan əziyyət çəkir. Onlar “şopoqolizmi” psixi xəstəlik kimi qəbul etməyə səsləyiblər.


AzadQadin.az

Bu xəbərləri də oxuyun:
 

Bu işarələrə DİQQƏT: Böyrəklərinizdə xəstəlik olduğunu bildirən, ağlınıza gəlməyən 8 əlamət

Qadın bir müddət buzqalter geyinmədi, 2 həftə sonra sinəsində olan dəyişiklərə inana bimədi

Bədəninizin bu nöqtəsinə barmaqla basın və möcüzənin şahidi olun

ƏHALİYƏ ŞAD XƏBƏR: Bu xəstəxanalar və xidmətlər pulsuz olacaq? - 2 ay qaldı...

Arvadı 2 kişi ilə sevişdi, gizlicə otağa girdi, sonra... - Azərbaycanda ərdən insanı ŞOKA SALACAQ ƏMƏL

Xəstələr şəfasını Zaur, Xoşqədəm və Tolikin verişilində axtarır - Səhiyyəmiz can verir ?