Qadın / İş qadını - karyera

İş yerində cinsi təzyiqdən qadınlar qədər kişilər də əziyyət çəkir

Banu. | 20-12-2019, 07:00
111 0

Bakıda fəaliyyət göstərən nüfuzlu və böyük şirkətlərdən birində çalışan Əminə Babayeva (məlum səbəblərə görə ad şərtidir) düşdüyü çarəsiz vəziyyətə görə kömək və çıxış yolu axtarır. Əminə xanımın həyat yoldaşı insult keçirdiyinə görə yataq xəstəsidir. Ailəni dolandırmaq yükü oun çiyninə düşüb. Əslində dolandıra bilir. Yüksək ixtisaslı ingilis dilli mütəxəssisdir. Şikayəti işsizlikdən deyil, işdə məruz qaldığı seksual təzyiqlərdəndir. Əminə bildirir ki, müdürü ona seksual təzyiq göstərir. İş o yerə çatıb ki, onun əlindən işdən qaçıb getmək istəyir, lakin ailəsini dolandırmaq məcburiyyətindən dözməli olur.

“Mənə qarşı əvvəlcə xoş iltifatlar, daha sonra baxışları , hərəkətləri ilə narahat etməyə başladı, kobud cavab verəndə işimdə mütləq şəkildə bir qüsur bulub bütün ayı onunla uğraşır, həyatımı cəhənnəmə çevirir. Bir neçə dəfə istədiklərinə hə desəm məni başına tac edəcəyini, bütün işlərimin yolunda olacağını deyib. Mesaj yazmır, bütün bunları işlə əlaqədar tək qalanda deyir,ona görə əlimdə sübutum da yoxdur. Qaçıram, özümü qorumağa çalışıram. Səsimi çıxarmağa utanıram, hər kəs məni qınayacaq. Deyəcəklər ki, bəlkə mən ona yol vermişəm, özüm istəmişəm. Adımın ləklənməsindən qorxmuşam. Amma yaşadıqları mənə o qədər dərin bir travmadır ki. Nüfuzlu adamdır. İşdən çıxsam və ya şikayət etsəm elə edə bilər ki, başqa heç bir yerdə iş tapmayım. Nə edə bilərəm?”
XXI əsrdə yaşasaq da hələ də işləyən, sosial aktiv həyat tərzi sürən qadınlara qarşı qəribə bir düşüncə tərzi mövcuddur.İşləyən qadın hər şeyə açıq qadın deyi, hər çətinliyi dəf etməyə hazır olan gözüaçıq qadındır, güclü qadındır. Zərif məxluq olmaq zəif məxluq olmaq demək deyil.Təəəssüf ki, çox zaman hətta özünə ziyalı təbəqə adını verən, görünüşdə fərqli danışıb, içində fərqli düşünən insanlar az deyil.
Seksual qısnama – əmək və ya xidmət münasibətlərində olan şəxsi alçaldan və təhqir edən, başqa cinsə və ya seksual yönümə mənsubiyyətdən irəli gələn və fiziki hərəkətlərdə (toxunma, əllə vurma), ədəbsiz sözlərdə, jestlərdə, hədələrdə, ləkələyici təkliflərdə və ya dəvətlərdə təzahür edən əxlaqsız davranışdır.
Seksual qısnamanı qadağan edən bir çox qanunlar həm kişilər həm də qadınların seksual qısnama hallarına yol verənlər və ya seksual qısnama qurbanları ola bilməsini qəbul edir. Bununla belə, seksual qısnama hallarının qurbanlarının əksəriyyətini qadınların təşkil etdiyini və seksual qısnama ilə bağlı şikayətlərin qadınlar tərəfindən edildiyini qeyd etmək lazımdır. Həyat və İş Şəraitinin Təkmilləşdirilməsi Üzrə Avropa Fondu qeyd edir, “kişilərin də arzu olunmaz seksual diqqət və təzyiqlə üzləşdikləri ilə bağlı sübutlar olmasına baxmayaraq bu problemdən xüsusilə qadınlar əziyyət çəkirlər”. Ümumiyyətlə, iş yerində seksual qısnamanın baş verməsinə səbəb ola bilən davranış aşağıdakıları özündə əks etdirməlidir:
İş yerində və ya işlə bağlı olan mühitdə baş verməlidir; şəxsin cinsi və ya sekslə bağlı olaraq baş verməlidir; arzu olunmayan, istənilməyən, dəvətsiz, qarşılıqsız, əvəzi qaytarılmayan olmalıdır; və məşğulluq şərtlərinə və ya şəraitinə (xidmət müqabilində xidmət seksual qısnama) və yaxud da iş mühitinin özünə təsir göstərməlidir (ədavətli iş mühiti yaradan seksual qısnama).
Əmək qanunvericiliyi və insan resursları üzrə konsultant və təlimçi Müşfiq Əmircanovun dediyinə görə, biznes və hüquq ədəbiyyatlarında seksual qısnama kimi ifadə olunan belə nalayiq hərəkətlər çox hallarda gizli baş verdiyindən bunların üzə çıxarılması zorakılığa məruz qalmış şəxsin müraciəti əsasında aşkara çıxarıla bilər. “Düşünürəm ki, bununla bağlı qanunlarımızda müəyyən məsələlərə toxunulsa da, seksual qısnama mövzusu geniş tənzimlənməyib.

“Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” qanuna əsasən seksual qısnama əmək və ya xidmət münasibətlərində olan şəxsi alçaldan və təhqir edən, başqa cinsə və ya seksual yönümə mənsubiyyətdən irəli gələn və fiziki hərəkətlərdə (toxunma, əllə vurma), ədəbsiz sözlərdə, jestlərdə, hədələrdə, ləkələyici təkliflərdə və ya dəvətlərdə təzahür edən əxlaqsız davranışdır və qadağandır. Həmçinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 12-ci maddəsinə əsasən işəgötürənin vəzifələri sırasında seksual qısnamanın qarşısını almaq üçün lazımi tədbirlər görmək öhdəliyi vardır. Lakin burada hansı tədbirlərin həyata keçirilməsi göstərilmir. Fikrimcə bu tədbirlərin bir qismi qanunlarımızda əks olunmalı idi, məsələn iri şirkətlərdə cinsə görə ayrı-seçkilik və seksual qısnamanın əleyhinə siyasət və qaydaların olması, bu cür davranışların şikayət edilməsi üçün konkret məsul şəxsləri ayrılması, bu hallarla bağlı hüquq mühafizə orqanlarına müraciət etmə məsuliyyətinin müəyyən olunması. Amma bir çox hallarda belə nalayiq hərəkətlər kiçik şirkətlərdə özü də birbaşa işəgötürənlər tərəfindən həyata keçirilir. Belə hallarda şirkətdaxili hər hansı prosedurun olması işləməyəcək. Ona görə də müvafiq dövlət orqanına müraciət mexanizmi olmalıdır. Çünki bu cür müraciətlər kifayət qədər həssas və emosional olduğundan müraciətlərin qəbulu və araşdırılması mütəxəssislər tərəfindən aparılmalıdır. Məsələn, bununla bağlı qaynar xətt açıla bilər ki, vətəndaşlar birbaşa müraciət edə bilsinlər.
2. İşçilərin şikayət etməsi Seksual qısnamaya məruz qalan işçi bununla bağlı birbaşa hüquq mühafizə orqanlarına müraciət edə bilər. İşçinin asılılığından istifadə etməklə onu seksual xarakterli hərəkətlərə məcbur etməyə görə cinayət məsuliyyəti nəzərdə tutulur. O cümlədən bu hərəkətlər nəticəsində işçiyə vurulan ziyana görə də işəgötürən tam maddi məsuliyyət daşıyır. Bir də bu məsələrlə bağlı cəmiyyətin mövqeyi çox önəmlidir. Yadınızdadırsa, Amerika rejissoru Harvey Veinsteinlə bağlı qalmaqal zamanı əksər kino xadimləri bu məsələdə öz mövqeyini qoymuş və həmin şəxsi kəskin formada pisləmişdilər. Bizdə də əgər bu kimi hallar baş verirsə, günahkar şəxslər ən kəskin formada tənqin olunmalıdır”.
Son olaraq qeyd edək ki, ölkə qanunvericiliyinə əsasən, seksual xarakterli sıxışdırmalara görə işəgötürəndən və ya rəhbərdən şikayət edən işçilərə qaşı təzyiqin göstərilməsi və ya işçinin təhdid edilməsi vəzifəli şəxslərə 1500 manatdan 2000 manatadək cərimənin tətbiq edilməsi ilə cəzalandırılır. İşəgötürən seksual qısnamadan zərər çəkmiş işçilərə dəymiş zərəri ödəməlidir.
Cinayət məcəlləsinin “seksual xarakterlərə məcbur etmə” maddəsi iş yerində seksual qısnama hallarında tətbiq edilə bilər. Cinayət məcəlləsinə müvafiq olaraq, şantaj, əmlakının məhv edilməsi, zədələnməsi və ya əlindən alınması, zərərçəkmişin maddi və ya digər asılılığından istifadə yolları ilə onun cinsi əlaqəyə və ya digər seksual xarakterli hərəkətlərə məcbur edilməsi 500 manatdan 1000 manatadək cərimə, yaxud 2 ilədək islah işləri, yaxud 3 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
İlhamə Rəsulova

Digər xəbərləri də oxuyun: 

Gənc qızlarımızın evli kişilərə olan marağı ? - Buna dəyərmi?

Kişilər evlənməyə niyə bakirə axtarır? SƏBƏBİ SİZİ ŞOKA SALACAQ!

Bakirəliyini satan Məhbubənin otel otağından biabırçı görüntüsü yayıldı - FOTO

Bakıda qadınlar uşaqları ilə birlikdə yolu bağladı, hərəkət iflic oldu

Səidənin biabırçı klipi: görüntülər sosial şəbəkəni qarışdırdı - VİDEO

Mən səni seçdim, sən məni aldın, mən sənə verdim...Elzadan yeni şeir

Ər-arvad arasında haramlar var!-ən böyük haramsa...inanmayacaqsınız!

Evdə hazırladığı 10 qəpiklik lasyonla 1 həftə üzünü sildi, 10 YAŞ GƏNCLƏŞDİ