Qadın / İş qadını - karyera

Qadınları nazir olmayan ölkələr - Azərbaycan və...

Banu. | 17-11-2019, 17:30
379 0
Siyasətdə qadınlar və kişilərin bərabərliyi çoxdan bir sıra beynəlxalq sənədlərdə bəyan edilir. 

Bura BMT Baş Assambleyasının 1979-cu ildə qəbul etdiyi Qadınlara qarşı diskriminasiyanın bütün formalarının ləğv edilməsi haqqında konvensiya və 1995-ci il tarixli Qadınların vəziyyəti üzrə ümumdünya konfransın Pekin bəyannaməsi daxildir. Lakin hədəflərə doğru addımlar çox zəif atılır. Belə ki, Parlamentlərarası İttifaq və "BMT-qadınlar" təşkilatının apardığı son araşdırmaya əsasən, bütün dünya parlamentarilərin yalnız 24,3 faizi (2019-cu il yanvarın 1-nə olan məlumata görə) qadındır. 1995-ci ildən artım 13 faiz təşkil edib.

Parlamentdə qadınların payı üzrə lider ölkələr:

Ölkə Yer tuturlar %
1. Ruanda 80-dən 49-u 61,3
2. Kuba 605-dən 322-i 53,2
3. Boliviya 130-dan 69-u 53,1
4. Meksika 500-dən 241-i 48,2
5. İsveç 349-dan 165-i 47,3

Mənbə: BMT-nin Women in politics-2019 məruzəsi, 1.01.2019 tarixinə olan məlumata görə

Qərb yarımkürəsinin ölkə parlamentlərində qadınların payı 30,7 faizdir. Bu, maksimum göstəricidir. Avropa üçün göstərici 28,5 %, Afrika üçün 23,7 %, Asiya üçün 19,6%, Sakit okean regionu üçün 18,4% və Yaxın Şərqlə Şimali Amerika üçün isə 18,1% təşkil edir.

İcra hakimiyyətinə gəlincə, burada İspaniya, Nikaraqua və İsveç liderlik edirlər.

Hökumətdə qadınların payı üzrə lider ölkələr:

Ölkə Nazir vəzifəsini tuturlar %
1. İspaniya 17-dən 11-ni 64,7
2. Nikaraqua 18-dən 10-nu 53,2
3. İsveç 22-dən 12-ni 54,5
4. Albaniya 15-dən 8-ni 53,3
5. Kolumbiya 17-dən 9-nu 52,9

Mənbə: BMT-nin Women in politics-2019 məruzəsi, 1.01.2019 tarixinə olan məlumata görə

Bir çox ölkədə qadınlar sosial yönümlü nazirliklərə başçılıq edirlər. Lakin vəziyyət getdikcə dəyişir. Belə ki, 2017-ci ildən müdafiə nazirləri olan qadınların sayı 30%, maliyyə nazirləri olan qadınların sayı 52,9% və xarici işlər nazirləri olan qadınların sayı 13,6% artıb.

Yalnız kişi nazirlərin olduğu ölkələr də var. Onlar Azərbaycan, Beliz, Bruney, İraq, Kiribati, Litva, Papua-Yeni Qvineya, Sent Vinsent və Qrenadin, Səudiyyə Ərəbistanı, Tailand və Vanuatudur. Qadın dövlət başçıları 152 ölkədən onundadır (seçilənlər nəzərdə tutulub), hökumət başçıları isə 193 ölkədən onundadır. yeniavaz.com