Qadın / İş qadını - karyera

Pulsuz təhsil verən 3 Avropa ölkəsi

Banu. | 31-07-2018, 06:00
1 151 0

Bu ölkədə bakalavr və magistr təhsili pulsuzdur. Ancaq bir əmması var. Siz, Norveç dilini bilməlisiniz. Bu ölkədə ingilis dilində bakalavr təhsili almaq istəsəniz, pul ödəməli olacaqsınız. Lakin magistr və doktoranturada ingilis dilində pulsuz oxumaq mümkündür.
Bundan əlavə, ölkə əhalisinin böyük hissəsi, demək olar ki, ingilis dilində bilir. Bu da sosial həyatınızda ünsiyyətdə problem yaşamayacağınız deməkdir. İngilis dilində təhsil üçün bu dili bildiyinizi sübut edən imtahanları verdiyinizə dair bir sənədiniz olmalıdır. Əsasən, İETLS (6 dan başlayaraq) və TOEFL sənədləri keçərlidir. Amma ölkədə həyat bir az bahadır. Bu, Norveçin digər ölkələr ilə müqayisədə həyat və gəlir səviyyəsinin yüksək olması və kəskin ölkə iqlimi ilə əlaqədardır.
Ölkə bu probleminizi həll etməyiniz üçün müəyyən saatlar rəsmi olaraq işləməyinizə icazə verir. Bu ölkədə təhsillə bağlı bütün suallara  saytında cavab tapa bilərsiniz.