Qadın / İş qadını - karyera

Qadın general da ola bilər, zəriflik qətiyyən zəiflik demək deyil

Azadqadin.az | 8-10-2012, 15:13
4 138 66
İşgüzar qadın rubrikasın qonağı Azəri-Press İnformasiya Agentliyinin direktoru Vüsalə Mahirqızıdır.

Vüsal601; Mahirq305;z305;

-Müsahibələrinizin birində bir cümlə diqqətimi çəkib, söhbətimizə elə o fikirlə başlamaq istəyirəm. Demisiniz ki, qadın nə qədər işgüzar və vəzifə sahibi olsa belə, yenə də qadındır. Buna baxmayaraq işgüzar qadının adi ev qadınlarından yenə də fərqi olmalıdır, bu fərqi necə görürsünüz?

- Ev xanımlarının özlərinə fikir verməyə, qadın olduqlarını yadına salmağa vaxtları çoxdur. İşgüzar qadının isə vaxtı azdır. Ancaq bir fakt da var ki, insanın özünə baxması, formada olması, birbaşa əhval-ruhiyyə ilə bağlıdır. Evdə olan qadın əhval-ruhiyyədə deyilsə, saçına-başına, geyiminə fikir verməyə bilər, bizim isə elə bir şansımız yoxdur. Hər gün diqqət mərkəzində, ictimai nəzarətdəyik. Bu artıq bizim əhval-ruhiyyəmizlə bağlı deyil, məcburiyyətdir. Məsələn, mən də arabir arzu edirəm ki, ictimai nəzarətdən uzaq olum, şıq, rəsmiyyətdən kənar, açıq geyimlər geyinim, ancaq alınmır. Çərçivələrimiz var. Ümumilikdə isə belə hesab edirəm ki, qadın saçını daramayıb cəmiyyət arasına çıxırsa, özünə və kənardakılara hörmət etmir. Qadın həmişə formada olmalıdır.

- İllərdir işgüzar mühitdəsiz, hər şeydən yorulub, mən də sadə qadınlar kimi olacam deyib, bir günlük proqram tutduğunuz vaxt olubmu?

- Açıq deyim, yox. Bu mənim toy günüm ola bilərdi, yadımdadır, o vaxt saçımı düzəldirdilər. Nazirlikdən bir nəfər zəng vurdu ki, sabah orda mütləq sizin əməkdaşlardan biri iştirak etməlidir. Toy günü uşaqlara tapşırıq verdim, bir az keçdi, yenə zəng vurdular ki, sabah bir məhkəmə prosesidir, işıqlandırmaq lazımdır, onu da həll etdim. Qurum üçüncü dəfə zəng vuranda dedim:

“bağışlayın, bu dəfə sizinlə çox məşğul ola bilməyəcəm, toyumdur. Ailəmlə birlikdə istirahətə gedirəm”. İşgüzar həyatda olduğum müddətdə elə bir günüm olmayıb ki, geyinim bəzənim, gəzim və həmin günü ancaq özümə həsr edim.

 -İşgüzar, nüfuzlu bir qadın, yoxsa cazibədar xanım daha çox diqqət mərkəzində ola bilər? Sizcə hansı daha xoş hisslər bağışlayır?

-Vallah o biri tip olmadığıma görə, deyə bilməyəcəm.

-İşgüzar həyatdan əvvəl gənc qız kimi həyat tərziniz olub.

-16 yaşımda instituta daxil olmuşam və 6 ay sonra işə başlamışam. Mənim fasiləm olmayıb, ona görə də zövqlü, cazibədar qadın obrazında olmamışam. Ailə həyatı qurmağım da son dərəcə rasional, məntiqli olub. Sevgi hissini də məntiqli yaşamışam. Ona görə də o fərqi bilmirəm.

Lakin kənardan baxanda yaxşı geyinməyi sevən adamam, dağınıq olmağı sevmirəm, həmişə səliqəli saç düzümündə qalmağı sevirəm. O vaxt dağınıq ola bilərəm ki, həyatımda hər şey dağınıq olsun. Hər hansı bir problem məni dağınıq vəziyyətə sala bilməz. Səliqəli və kübar qadınlara son dərəcə böyük simpatiyam var.

- Qadın hansı sahədə işləyirsə işləsin, özündə hansı xüsusiyyəti itirməməlidir?

- Xanımlığını. Bu, sözünü etdiyim kübarlıqdır. Mübahisə və münaqişələrdə adətən belə bir ifadə işlədirlər, “mən sizə cavab verərdim, ancaq xanımlığıma yaraşdırmıram”. Bu söz mənim üçün keçərlidir. Bu, xüsusilə Şərq qadınına məxsusdur. Qadının özünü təbii aparmaq statusu var. Qadın general da ola bilər, lakin zəriflik qətiyyən zəiflik demək deyil.

Qadının özünə görə incə davranış tərzi və xarizması olmalıdır. Özümü o vaxt pis hiss edə bilərəm ki, olduğum yerdə bütün kişilər özünü yığışdırmasın. Qadın oturuşu-duruşu, danışığı ilə elə etməlidir ki, gəlişi ilə özünü hiss etdirsin. Xanımlıq əzilib-büzülmək, ağız əymək deyil, bu kimi vərdişləri xanımlıq saymıram. Xanım bütün xüsusiyyəti ilə xanım olmalıdır. Özü çərçivəli davranmalıdır.

-Özünüzə aid məşğuliyyətiniz var? Toxumaq, tikmək və yaxud hər hansı bir bacarıq…

-Açığı elə bir məşğuliyyətim yoxdur. Alış-verişi sevirəm. Çanta və ayaqqabı almağı sevirəm, hətta həyat yoldaşım deyir ki, yaxınlarda ayaqqabı və çanta ticarət mərkəzi açacağıq. Yemək bişirirəm, deyilənə görə yaxşı bacarıram, lakin APA yarandıqdan sonra mətbəxlə çox da məşğul deyiləm, onu yalan deyərəm. Hə, bir də, dekorativ ev dizaynını sevirəm. Deyirlər zövqüm pis deyil, rəngləri uyuşdurmağı, divardan asılan rəsmləri sevirəm.

-Bayaq dediniz geyimə xususi marağım var, alış-verişi sevirəm, klassik geyimlərə nisbətdə qarderobunuzda idman üslublu geyimlər və abiyələr nə qədər yer alır?

-Çox az, alıram, geyinə bilmirəm. İdman üslubunda geyinə bilirəm, çünki tətillər, şənbə bazarlar olur, abiyələri heç geyinə bilmirəm. Getdiyim məclislərin çoxu da iş həyatımdan tanıdığım şəxslər olur, toya da çox az vaxt ayırıb gedirəm. Ancaq qardaşımın və bacımın toyunda eyinmişəm, ümumiyyətlə mən belə hesab edirəm ki, xüsusi süslənib- bəzənməyi ancaq ailə arasında edə bilərəm.

Vüsal601; Mahirq305;z305;

-Koko Şanelin məşhur bir sözü var, qadını bahalı geyim qədər heç nə qocaltmır. Sizdə  necə, bahalı geyimlərə maraq varmı, marka sizin üçün nə dərəcədə əhəmiyyətlidir?

-Çalışıram ki, Türkiyə və İtaliya geyimlərini geyinim. Bu ölkələrin geyimlərinə gigiyena və sağlamlıq baxımından yanaşıram. Geyimlər üçün nəzərdə tutduğum standart rəqəmlərim var.

Mülkü çıxmaq şərtilə başqa şeylərə verilən pulu lazımsız hesab edirəm. İnsan bir paltarı uzağı üç il geyinə bilər, bunun üçün minlər xərcləməyə dəyməz. Əsasən klassik geyimləri sevirəm. Geyimin mənə yaraşanını sevirəm.

-Bütün qadınlar bir-birlərinə baxır və rəqabətə girir. Sizin həsəd apardığınız qadın obrazı varmı?

-Mən təbiətcə eqoist insanam, geyim məsələsində böyük müşahidəçi deyiləm, sevdiyim qadın obrazı Rəbiyyət Aslanovadır, onun geyimini və davranışlarını çox sevirəm.

Qənirə Paşayeva ilə tez-tez alış-verişə gedirik, bir-birimizə məsləhətlər veririk, yaşıdıq, rəfiqəyik. Rəbiyyət xanımın geyim stilini və xanımlığını çox bəyənirəm.

-Özünüzdə bir qadın olaraq əskik olan hansı xüsusiyyətlər var?

-Məsələn, makiyajı sevmirəm, mənə elə gəlir ki, makiyaj ağırlıq edir, ola bilər ki, lazımdır. Bir də aksessuar ları alıram, taxa bilmirəm.

-Misal üçün, mən sizi eynəkdə görməmişəm.

-Yox, eynək taxıram, eynəyim var, ancaq tez-tez itirirəm. Bu günə qədər altı eynək itirmişəm. Aksessuarla bağlı çatışmazlıqlarım var. Salona gec-gec gedirdim. İndi o əskikliyi aradan qaldırmışam.

-Salonda nə qədər vaxt itirirsiniz?

-Mən də bu vaxtı itirilmiş hesab edirəm, lakin yaş keçdikcə özünə baxmaq məcburiyyətindəsən, çalışıram ki, bazar günləri gedəm, o vaxt artıq 4- 5 saatımı sərf edirəm. Ara günlərdə isə həftədə iki dəfə yarım saat- bir saat vaxtımı ayıra bilirəm.

-Salonda ən çox nələrə tələbatınız olur?

-Saçımı demək olar ki, salonda düzəltdirirəm. Hər gün işdəyəm. Ən çox qaşımın düzəldilməsindən istifadə edirəm, üz maskası və masajlardan da istifadə edirəm. Əməliyyat filan, belə şeylərdən qorxan adamam. Üstün cəhətlərimdən biri də odur ki, hər halda mən belə düşünürəm, ünsiyyətdə olduğum şəxslər saçımdan-başımdan çox danışığıma önəm verirlər. Ona görə də digər vasitələr olmasa da olar.

-Azərbaycan qadınının nəyə ehtiyacı var?

-Azərbaycan qadınının fəallığa ehtiyacı var. Düzdür, qadınlarımız fəaldır, bizimlə eyni genetik koda malik olan ölkələrə baxaq, qadın bir az işgüzardırsa, evdə az qala hər şeyə sahibdir. Bizim qadınlar isə işdə fəal ola bilirlər, vicdanla işlərini yerinə yetirirlər, eyni zamanda evə gəlib həyat yoldaşlarına və övladlarına xidmət göstərə bilirlər.

Bu gözəl xüsusiyyətdir, bütün müəssislərə baxsaq, orada aşağı səviyyədə xidmət göstərən yerlərdə qadınlar üstünlük təşkil edir, cəmiyyətin öndə gedən qurumlarında xanımlarımız çox azdır, hesab edirəm ki, xanmlarımızın o qətiyyətə ehtiyacı var. Xüsusilə işgüzar xanımların…

Qadınlarımızda bir mənfi xüsusiyyət var ki, bir yerdə üç yer varsa, orda olan bir qadın digərinin orda olmasına mane olur. Halbuki hərənin bir yeri var, qadınlar bir yerdə nə qədər çox olsa, ədalət də çox olar. Qadın anadır, qadın bacıdır. Azərbaycan qadını müti qadın obrazı deyil, at belində olan qadın obrazıdır.

Həzrəti Xədicəni misal gətirək, Məhəmməd peyğəmbərə (S. A. V) ən birinci o inanır, izdivac qurur. O sədaqət rəmzidir. Biz qadınlar dostumuz olan kişilər üçün bir neçə addım geri çəkilə bilərik. Kişilərimiz isə qadının irəli olması üçün geri addım atmaz. Qadın nə qədər öndə olsa, ailə və cəmiyyət də savadlı olar. Övladı ana tərbiyə edir. Savadlı ailənin övladı cəmiyyət üçün yararlı övladdır.

Vüsal601; Mahirq305;z305; 

-İşgüzar qadın olaraq həyat yoldaşınızdan irad eşitmisiniz?

-Əlbəttə, evin kandarından içəri girəndə iş-güc qurtarır, düzdür məndə o qədər də söyləndiyi kimi olmur, amma iş düşüncəsi, şirkət rəhbəri fikri mənim üçün bitir. Anayam, həmişə də bu düşüncədə olmuşam ki, həyat yoldaşım və uşağım bunu məişətdə hiss etməsin. Olur bəzən, yemək gec hazır olur və ya ütülənməmiş köynək var.

Etiraf edim ki, ütüləməyi sevmirəm, evdə bu işlə məşğul olan köməkçi var. Düzdür, yoldaşım çox səbrli insandır, mən də son dərəcə səliqəyə tələbkar adamam, mətbəxim heç vaxt səliqəsiz ola bilməz. Əgər axşamdan səhərə qədər bir fincan yuyulmamış qalıbsa, bu o deməkdir ki, xəstəyəm və yataqdan qalxacaq halda deyiləm.

ESMERRi | 17 noyabr 2015 21:07 | Status: Brilliant user | Şərh: 5 379
Sitat: Akademik
Qadın general da ola bilər, zəriflik qətiyyən zəiflik demək deyil
razıyam bu deyimlə.
N....N92 | 1 dekabr 2014 15:21 | Status: Professional user | Şərh: 4 352
Təşəkkürlərr
Gulshen. | 23 fevral 2014 19:41 | Status: Qonaq | Şərh: 0
Maraqlidir twkler
Nara | 8 noyabr 2013 11:28 | Status: Yazar | Şərh: 1 718
TESEKURLERRRR
alov | 13 sentyabr 2013 09:57 | Status: Qonaq | Şərh: 0
Bu dunyani gozelleshdiren qadinlardir

Sitat: Elnure.1
Salam.
Men aileliyem,is axtariram.generalda olmasam,nese balacada olsa bir is sahibi olmaq isteyirem.aile qurmamisdan evvel islemisem lakin usaqlar olduqdan sonra evvelki is yerimde verilen maasla islemek mumkun deyil.eslinde mencede qadinin en boyuk karyerasi onun ailesi usaqlaridir,lakin mecbur qaldiqda o birinide etmeli olursan.menim yoldasim ozunu dusunen biridir,ailesinin ac ve ya tox oldugu onu o deder maraqlandirmir.mense istemirem menim usaqlarim atasinin kefi isteyende yesinler istemyende ac qalsinlar. aylardir ki,is axtariram.lakin bir netice yoxdu.Bezen aileli usaqli olduguma gore redd cavabi aliram,bezen ise ishe goturmek istiyirler,sevinirem,amma sonra basqa bir,cirkin niyyetde olduqlarini gorurem.
Eziz isleyen lider xanimlar,mene is tapmama komek edin.
oz ayaqlarim uste durub,usaqlarima yaxsi bir gelecek qurmaq isteyirem.
bu isteyimi usaq sahibi olan xanimlar yeqin ki,lap yaxsi basa duser.

Inshallah b ir gun geler ish taparsiniz amin
Elnure.1 | 22 iyul 2013 15:47 | Status: Qonaq | Şərh: 0

gul bakislim | 20 iyul 2013 19:02 | Status: Qonaq | Şərh: 0
imkan verseler general olacayik....
Akademik | 2 iyun 2013 03:04 | Status: Professional user | Şərh: 4 580
Qadın general da ola bilər, zəriflik qətiyyən zəiflik demək deyil
razıyam bu deyimlə.
Inci deniz | 29 may 2013 16:53 | Status: Yazar | Şərh: 2 379
Guclu qadinlara hormetim var,amma ozunden razilari hec sevmirem.
Girl | 22 may 2013 19:50 | Status: Professional user | Şərh: 8 206
tewekkurler
Saida Kerimova | 19 mart 2013 18:09 | Status: Professional user | Şərh: 1 672
İşgüzar həyatda olduğum müddətdə elə bir günüm olmayıb ki, geyinim bəzənim, gəzim və həmin günü ancaq özümə həsr edim.(esl is xanimi)Amma yenede ozune diqqet yetiren qadina oxsayir....
Madi | 16 mart 2013 20:31 | Status: Qonaq | Şərh: 0
BU qadini tanimiram.ama men deyim ki, bele qadinlara qarsi hemise maraqim olub neinki gundeme cixan incesenet xanimlari meni hec maraqlandirmir.
Men isteyerdim ki, bu xanimin dediyi kimi gozel xanim Rebiyyet xanimi da bu bolmeye devet edesiniz.Mumkunse eger
AMARILLIS | 31 yanvar 2013 10:21 | Status: Şərhçi | Şərh: 152
hec sevmirem bu qadini. ALLAH salamini bele almayan, kobud birisidir. Pulla, dogrudan da, medeniyyet ve terbiyeni almaq mumkun deyil.
G-----16 | 3 noyabr 2012 11:56 | Status: Gümüş user | Şərh: 2 227
Sitat: sanel
qadinlar kisilerden cox dozumluduler

tam razi :n28:
Melek_1 | 27 oktyabr 2012 15:02 | Status: VİP user | Şərh: 1 002
Sitat: feriha
qadinlar kisilerden cox dozumluduler

mencede
rufet ehmed | 12 oktyabr 2012 11:11 | Status: Gümüş user | Şərh: 1 391
TWK
Princess_93 | 10 oktyabr 2012 14:16 | Status: Brilliant user | Şərh: 5 877
Sitat: Munik
cesaretli qadin her şeye qadir ola biler

duzdu
Nursan. | 10 oktyabr 2012 11:39 | Status: Gümüş user | Şərh: 1 020
Sitat: Vetenperver
.Qadınların gözəliyindəndə biri onların zəif,zərif olmasındadır.

Doğrudur
Feriha. | 9 oktyabr 2012 22:52 | Status: Professional user | Şərh: 4 746
Sitat: sanel
qadinlar kisilerden cox dozumluduler
sanel | 9 oktyabr 2012 13:11 | Status: Professional user | Şərh: 3 647
qadinlar kisilerden cox dozumluduler
Seva-Azer. | 9 oktyabr 2012 11:33 | Status: Qonaq | Şərh: 2 351
Sitat: Alizes
Heç nəyi düşünmədən uşağımı ac qoyamışam. Vallah heç fiquram da pozulmayıb..))

Boş söhbətdi. mən də 1 il 8 ay ogluma süd vermişəm
Lale | 9 oktyabr 2012 10:47 | Status: Yazar | Şərh: 3 264
Sitat: Alizes
Zəif deyil biz, zərifik...

[b][/b]Nuqum hemde gozelik gozel wink
Vetenperver | 9 oktyabr 2012 10:38 | Status: Professional user | Şərh: 6 700
Sitat: Alizes
İnanın ki, məcburiyyət qarşısında qalaraq özünü həddən artıq fiziki yüklə yükləyən qadınlar az deyil. İnsan istədikdən sonra hər şeyə qadirdi. Mən özüm idmançılarla işləyirəm və inandırım sizi elə idmançı xanımlar gəlir ki, yanıma 5 kişidən daha qüvvətli olurlar... İstək olmalıdır insanda, sadəcə istək... Zəif deyil biz, zərifik...

Bilirəm bu ayrı şeydir,qadın var ki idmançıdır idmançı olmayan kişini döyərdə o tərəfədə keçər,ümumi götürülür ki qadın fiziki cəhətdən kişidən zəifdir,ona görədə zəif cins hesab edilir,burda inciməyin yeri yoxdur.Misal üçün fil dəvədən güclüdür amma dəvədə elə güclü keyfiyyətlət var ki fildə yoxdur,amma dəvəni fildən güclü hesab etmək olmaz.Qadın görsəndiyi kimi zəif deyil,razıyam zərifdir,ğözəldir,incədir.Amma ştanq qaldıram,kulturist qadınlara adam heç qadın kimi baxa bilmir.Deyiləndə ki qadın güclüdür onda o anlama gəlir ki qadın kişidən güclüdür,buda düzgün deyil,onda gərək deyilə ki qadın zəif deyil amma kişidəndə güclü deyil.

Sitat: ARZUM
AMA ZEYIF DEYILIK.

Zəif fiziki tərəfdən deyilir,həmdə bir tərəfdən güclüyə zərif demək olmur.Qadınların gözəliyindəndə biri onların zəif,zərif olmasındadır.
Munik | 9 oktyabr 2012 10:33 | Status: VİP user | Şərh: 703
cesaretli qadin her şeye qadir ola biler :n50:
Vetenperver | 9 oktyabr 2012 10:31 | Status: Professional user | Şərh: 6 700
Sitat: Alizes
Əstafurullah! Niyə xoşumuza gəlmir ki? Sevirəm mən bu kəlməni. Hətta çox sevirəm..

Mən zəif dedim zərif demədim,yəni son zamanlar qadına zəif cins deyəndə dərhal qadınların acığına gəlir.
leylawka | 9 oktyabr 2012 10:06 | Status: Professional user | Şərh: 1 866
Əlbəttə, evin kandarından içəri girəndə iş-güc qurtarır
MENCE COX QADINLARDA BELEDIR, ESASENDE AZERBAYCAN QADINLARINDA
Aya:)) | 9 oktyabr 2012 07:54 | Status: Gümüş user | Şərh: 2 239
MƏN BELƏ QADİNLARA HƏSRƏT APARIRAM...
Damla | 9 oktyabr 2012 07:07 | Status: Brilliant user | Şərh: 7 178
Oxudum sadece.
Qadinlar guclu ve dozumludur amma hamisi yox.
Alizes | 8 oktyabr 2012 21:33 | Status: Yazar | Şərh: 2 588
Sitat: Vetenperver
Birdə,qadına zəfi cins deyəndə niyə xoşunuza gəlmirki?
40

Əstafurullah! Niyə xoşumuza gəlmir ki? Sevirəm mən bu kəlməni. Hətta çox sevirəm... wink

İnanın ki, məcburiyyət qarşısında qalaraq özünü həddən artıq fiziki yüklə yükləyən qadınlar az deyil. İnsan istədikdən sonra hər şeyə qadirdi. Mən özüm idmançılarla işləyirəm və inandırım sizi elə idmançı xanımlar gəlir ki, yanıma 5 kişidən daha qüvvətli olurlar... İstək olmalıdır insanda, sadəcə istək... Zəif deyil biz, zərifik...
Vetenperver | 8 oktyabr 2012 21:28 | Status: Professional user | Şərh: 6 700
Sitat: Alizes
Hər iki cinsdə zəif və güclü nümayəndələr var. Kesarla dünyaya uşaq gətirən qadınlara mən güclü qadın deyə bilmərəm, çünki güclü dediyim ən dözülməzə belə dözməyi bacaran insandır. Həmçinin də zəif kişilər çoxdur. Fiziki və mənəvi zəiflik, fərq etməz... Ümumilikdə götürdükdə qadın heç də zəif deyil. Çünki çox qadın kişilərin etdiklərini etmək qabiliyyətinə malikdir (söhbət fiziki işdən gedir), amma hər kişi qadının etdiyini edə bilməz... )

Zəif və güclü nümayəndələr əlbətdə var amma zəif kişi kişilərin arasında olur güclü qadında zəif qadınlar arasında güc olur.Düzdür qadın fikirləşdiyimiz qədər zəif deyil amma kişilərə baxanda zəif cinsdir.Ruslarda deyir "слабый пол сильный пол".Qadın axı kişidən fiziki gücdə zəifdir,siz yəni deyirsiz qadında kişi qədər ağırlıq qaldıra bilər?
Birdə,qadına zəfi cins deyəndə niyə xoşunuza gəlmirki?