Qadın / İş qadını - karyera

Qaynatamı və qaynanamı mən dolandırırdım...

Billurə | 26-08-2014, 21:01
6 676 37

 
AzadQadin.az  yeni layihəyə başlayır. Bu layihənin qəhrəmanları öz maraqlı taleyi ilə sizə həyat dərsi verəcək.

AzadQadin.az sizə Fatimə Fətəliyevanın müsahibəsini təqdim edir. Rəqqasə Fatimənin həyatının köklü şəkildə dəyişməsinə səbəb əks cinsin nümayəndəsi olub.
Atasının vaxtsız ölümüylə həyatı qaralmış rəqqasə, işığı ər evində tapacaq deyərkən, həyat ona istəmədiyi acı süprizlər edib...
 
İndi isə sizə Rəqqasə Fatimənin müsahibəsini təqdim edirəm.
Buyurun...
16 yaşıma qədər ümumiyyətlə, əziyyət bilməmişəm nədir. Yəni, həyatdan nə istəmişəmsə hər şeyim olub. Ağlımda hər şeyim "olmalıydı" kimi bir fikir var idi. O qədər ərköyün böyütmüşdü ki, məni atam, anam. Allah ölənlərinizə rəhmət eləsin. Atam rəhmətə gedəndən sonra demək olar ki, həyatım ümumiyyətlə dəyişdi. Elə bil ki, ruzimiz getdi o insanla birgə. Bərəkətimiz getdi. Və mənim anam tanıyanlar bilir ki, çox zəhmətkeş xanımdı. 63 yaşı var, amma hələ də çalışır. Yoldaşı olan zaman da çox istəyirdi ki, öz pulunu özü qazansın. Və özünün ruzisi olsun. Mən də zəhmetkeşlikdə anama oxşadım. Və 16-17 yaşımdan mən də çalışmağa başladım. Baxmayaraq ki, gənc yaşda ailə qurdum. 16 yaşımda evləndim. Bizim mentalitetimizə görə evləndikdən sonra işləmək olmaz. Artıq kişi çörəyi yeməlisən. Amma mənə bu qismət olmadı. Elə 16 yaşımda ailə qurdum. Elə o, gündən də qadın salonunda işlədim. Mən üz həkimi idim yəni, kosmetoloq. Bir neçə il orada çalışdım. Mən nişanlı ola-ola da orda işləyirdim. Və sonra da ailə qurdum, yenə də gedirdim-gəlirdim, işləyirdim. Və ailəmi dolandırırdım. Qaynanama, qaynatama baxırdım. . Allah təalanın yazısını heç zaman pozmaq olmaz. Və bu tale mənə qismət oldu. Və  şükür edirəm ki, mən bu həyatda zəhmət çəkə-çəkə, pis  günləri görə-görə, yaxşı günləri də görə-görə bu günkü günə çatmışam.
 
"Rəqqasə"  adını daşımaq çox çətindir.
Bizim mentalitet üçün çox çətindir. Bilirsiz, çox incimişəm hərdən yəni, nə isə eşidəndə, qəlbimə dəyir. Olmayan söhbətləri eşitdikdə mənim xətrimə dəyir. Fikirləşirəm ki, niyə axı belə deyilməlidi, axı bu belə deyil. Bu yaxında eşitdim ki, mənə dedilər ki, (son zamanlar reklamım gedir, məktəb açdım.) Və insanların çoxusu bir-birinə sual verirlər ki, "bu Fatimənin sponsoru zadı var  yəqin." Bizdə belə deyilir.:)) Amma həqiqətən də mənim həyatımda bu günə qədər gördüyünüz bu evdə ,gördüyünüz hər bir şeydə kimsə dönüb deyə bilməz ki, nəisə biz Fatimə üçün etmişik, hamısını özüm etmişəm. Öz əziyyətimlə etmişəm. Və əlbəttə  ki, anamın dəstəyi ilə eləmişəm. Anam olmasaydı mən heç bir şeyə nail ola bilməzdim. Bəlkə də ətrafımdakı insanlar, hər bir şeyimi dağıdardılar. İnanın mənə, mən hərdən düşünürəm ki, bəlkə qaçım hər bir şeydən. Çıxım gedim uzaqlara. Amma düşünürəm hara gedə bilərəm. Mənim ailəm, uşaqlarım - mən bunları qoyub heç yana gedə bilmərəm. Hərdən elə bezirəm ki...
 
Əslində, mən şou-biznesdə olsam da, mən onlarla deyiləm. Ümumiyyətlə, məndən heç kəs inciməsin, hər kəsin xətrini özünə görə çox sevirəm. Hər kəslə münasibətim var. Amma deyim ki mən bu insanlarla hər gün görüşürəm haradasa, bir yerdə otururam, yox. Mənim həyatım tam başqadır. Bu şou biznesə qatılandan bəri sıra-sıra hər kəsdən uzaqlaşmışam. Düşmən olmamışam, sadəcə uzaqlaşmışam və öz işimlə məşqul olmuşam. Və bilirsiz necədir, həm o qalmaqallar, söz-söhbət olsaydı, bunlara dözə bilməzdim. Yaxın olduqca söh-söhbət çoxalır. Ona görədə uzaq ol. O, zaman hörmətin də olacaq. Qabaq bilirsiz necə idim mən, qabaq mənim başıma qapazı ( üzr istəyirəm) vursaydılar, nə isə əlimdən almağa çalışsaydılar, mən "təki mənə əl dəyməyin, nə istəsəz verərəm deyərdim."
Amma, bu günkü gün mən heç kəsə icazə vermərəm  ümumiyyətlə, mənə bir söz deyilsin. Yəni baxın, ayrı-ayrı şeylərdir. Və qabaq mən düşünürdüm ki, hər kəs əladır, hər kəs mükəmməldir. Həyatda pis insan ola bilməz. Əslində, amma həyatda pis insanlar da var, yaxşı insanlar da var. Pisi yaxşıdan nə isə ayırır.
 
Mənə hərdən anam deyir ki, "səni nə zaman evdə bir normal bir vəziyyətdə görəcəyik?"- yəni oturub dincələsən. Biz bunu görmürük.
Hər zaman  mən bilirsiz, necəyəm, xoşluyuram qaçım ,daşıyım, gətirim, yaradım. Nə isə edim. Nə isə qurum. Bax, mən bu həyatla yaşayıram. Amma adamın əlində pulu olmayanda, nə yarada bilir, nə qura bilir. Elə vaxtlarda da ürəyim partlayır. Yəni, mən o pulu qazansam da, mən istəyirəm ki, o, pulu ailəmə xərcləyim. Özümünkülər üçün eliyim ki, qoy mənim  yanımdakıların ürəyi açılsın.
Gecə-gündüz dua edirəm ki, Allah təala mənim bu gözəl balama, elə gözəl günlər bəxş etsin ki, mənim taleyimə oxşamasın onun həyatı. Ona görə ki, qadının taleyi, belə desək bəxti bir dəfə gətirsin. Bir dəfə ki, gətirmədi, ondan sonra o taleh bilirsiz necə, bir az düz gəlmir.
 
Qızınız da sizin kimi rəqs eləsin istərdinizmi? - deyə sual verdikdə, "Yox, rəqs eləsin istəmirəm"- deyə cavab verdi.
Eləməsin, ona görə ki, rəqs gözəl sənətdir, amma rəqsin çox çətinlikləri var. Mən o çətinlikləri keçdim.  Ona görə də istəmirəm qızım keçsin bu yollardan.
- Rəqslə pul qazanmaq bu qədər ayıb sayılır?
- Bilirsiz, bu günki gün baxırsan toy şənliklərinə, konsertlərə, çox artıq rəqs edənlər var. Hər yanda ,hər kəs özü qurub ,düzəldib, öyrədir, öyrənir. Hər kəs nə isə edir, cavan uşaqlar - qız olsun, oğlan olsun pul qazanırlar. Yəni, buna normal baxmaq lazımdır. Sadəcə olaraq, mən bu sözümü hər kəsə şamil etmirəm, amma elə insanlar var ki, nə üçünsə, hansı qadın ki, rəqqasədir, ona düz baxmırlar... 
 
Bilirsiz mən nədən yorulmuşam, mən istəyirəm ki, xanım kimi mən də öz ocağımda oturum, qazanıb gətirsinlər , mən də xanım kimi yeyim, baxın bu həyatı çox istəyərdim. Amma mənə bu qismət olmayacaq...
 
Güclü qadın kimə deyirlər? - deyə sual verdikdə cavabı belə oldu.
- Bilmirəm...Əslində güclü qadınam, amma bir az kövrəyəm. Yəni rəqsimə başlayanda inanın, mən düşünmürdüm ki, mən olacam Fatimə, gedəndə mənə deyəcəklər, " ayy da, Fatiməyə bax",- mən də utanacam , buna görə  gözümə eynək taxacam ki, məni tanımasınlar.
Mən özümü belə düşünmürdüm. Amma həyat görün necə oldu... Düzdü, bu həyat məni tez-tez bezdirir, adi,səadət dolu həyat istəyirdim. Rahat gəzim şəhərdə, rahat nə isə edim, bu mənə qismət olmadı təəssüflər olsun ki...
Amma, yenədə şükürlər olsun ki, öz gücümlə elədim...Heç kim mənə kömək etmədi...
Deyib müsahibəni burada sonlandırdıq...
 


Dəniz qızı | 29 aprel 2015 08:58 | Status: Brilliant user | Şərh: 8 019
Sitat: N....N92
Təşəkkürlərr
boris arxan | 5 aprel 2015 00:04 | Status: Professional user | Şərh: 4 784
Sitat: N....N92
Təşəkkürlərr
N....N92 | 1 dekabr 2014 15:14 | Status: Professional user | Şərh: 4 352
Təşəkkürlərr
ada.. | 12 oktyabr 2014 19:52 | Status: Qonaq | Şərh: 0
Maraqlidir
Tesekkurler.
Ag Gul | 30 avqust 2014 09:37 | Status: Professional user | Şərh: 4 333
Sitat: birdane
hoselem olmadi axira qeder oxuyum yenede twk
sadykhova ulker.... | 29 avqust 2014 22:11 | Status: Şərhçi | Şərh: 300
Teshekurrler
zeyneb99 | 28 avqust 2014 20:06 | Status: Qonaq | Şərh: 0
tesekkurler maraqla oxudum 0128
ALLEGRETTO | 28 avqust 2014 14:35 | Status: Gümüş user | Şərh: 2 219
bir türk kinosu yadıma düşdü ordada göbək rəqqasəsi var adı Fatma ..sərxoş bir kişi əlində qədəh ona belə sözlər deyir.- A Fatma Fatma gözəl Fatma qaşları çatma çox göbək atma dərdimə dərd qatma wink 0116
shela | 28 avqust 2014 14:29 | Status: Gümüş user | Şərh: 2 910
Aysuncum ,bele maraqli layihelerde Fatimeni deyil,50 illik aile xoshbextliyi yashayan qadinlar haqqinda yazsan daha maraqli olardi.
Mehri-Ban | 28 avqust 2014 08:09 | Status: Professional user | Şərh: 1 329
Tesekkurler maraqli musahibe idi.Fatya dogurdan yaxsi insandi.
hold on | 28 avqust 2014 01:22 | Status: Qonaq | Şərh: 0
Kul olsun menim bashima eger mene heyat dersini reqqase Fatime veresidise
Nergiz love | 28 avqust 2014 01:07 | Status: Professional user | Şərh: 7 871
Sitat: birdane
hoselem olmadi axira qeder oxuyum yenede twk
esmar | 27 avqust 2014 22:14 | Status: Şərhçi | Şərh: 111
Allah her zaman köməyiniz olsun
DENIZ QIZI3 | 27 avqust 2014 18:02 | Status: Gümüş user | Şərh: 3 858
Axira qeder oxudum Fatmadan cox xosum gelir insallah arzuladigin xosbextliye catarsan
birdane | 27 avqust 2014 17:28 | Status: Professional user | Şərh: 3 727
hoselem olmadi axira qeder oxuyum yenede twk
dream reality | 27 avqust 2014 16:38 | Status: Professional user | Şərh: 1 449
Cooox uzundu oxumadim..
SEVDA | 27 avqust 2014 13:32 | Status: Nəzarətçi | Şərh: 17 442
Bunlar min oyundan çıxırlar,danıwanda da ele danıwırlar ki, guya bunlardan pak,temiz qadın yer üzünde yoxdu....daha demirler ki, xalqın gözü terezidir....
Nara88 | 27 avqust 2014 12:50 | Status: Professional user | Şərh: 4 254
musahibe xosuma geldi,tskler
Lumia | 27 avqust 2014 12:38 | Status: Professional user | Şərh: 5 380
Fatimeni beyenirem,suyusirin,xos aurali xanimdir.Ugurlar...
Nigar_ | 27 avqust 2014 11:49 | Status: Professional user | Şərh: 2 126
Bizim mentalitet üçün çox çətindir

Bizim mentalitet üçün asan olan nəsə var ki?Çoxlarının gözündə hələ də qadın evdə oturub uşağa baxmalıdır,yemək hazırlamalıdır,vəssalam.Bacarıqlı olmaq və o bacarığından faydalanmaq heç də pis deyil.

Fatiməni çox bəyənirəm.Allah övladını saxlasın!

Təşəkkürlər,Aysun deyəsən layihə davam edir.
Günay redaktə gözəl.
sheh | 27 avqust 2014 09:39 | Status: Yazar | Şərh: 3 353
oxudum.........................
Gulshen. | 27 avqust 2014 08:51 | Status: Qonaq | Şərh: 0
Maraqli deyil
Naranin Ureyi | 27 avqust 2014 08:50 | Status: Gümüş user | Şərh: 1 578
Fatimeden cox xowum gelir. Zehmetkew anadir.
Gülçin | 27 avqust 2014 08:36 | Status: Brilliant user | Şərh: 6 781
Maraqli musahibedir, tesekkurler.
NURLU | 27 avqust 2014 03:27 | Status: Professional user | Şərh: 5 554
qizlar her ikinize twkler.
beyenirem bu xanimi
sweet_girl | 27 avqust 2014 02:00 | Status: Şərhçi | Şərh: 585
beyenirem Fatimeni.Heyat cetindi
Nazlı_Kız | 27 avqust 2014 01:02 | Status: Brilliant user | Şərh: 6 473
Sitat: Inci deniz
Xosum gelir Fatimeden.Hec vaxt da ona pis qadin kimi baxmamisam
Inci deniz | 26 avqust 2014 23:49 | Status: Yazar | Şərh: 2 379
Xosum gelir Fatimeden.Hec vaxt da ona pis qadin kimi baxmamisam
Vetenperver | 26 avqust 2014 23:45 | Status: Professional user | Şərh: 6 700
Fatimədən xoşum gəlir,yəni insanlığından.Xoş görünüşü var.Rəqqasə Aytəndən min dəfə yaxşıdır.

Sitat: TERANE1978
demedi bilek gorek oglunu hansi kiwiden peydahlayib.

Orası maraqlıdır.