Qadın / İş qadını - karyera

Qadın, ailə, karyera və liderlik

Banu. | 9-03-2013, 12:00
3 579 38

 

 

Bu dəfə mövzunu gündəmə Facebook şirkətinin əməliyyatlar üzrə direktoru, 43 yaşlı işgüzar qadın Şeril Sendberq gətirib. Xanım Sendberq "Qadın, iş və liderlik istəyi" ("Lean In: Women, Work and the Will to Lead”) adlı yeni kitabında qadınların ailə və karyera arasında seçimləri və bu seçimləri edərkən qarşılaşdıqları problemləri izah edir.


Amerikada bir neçə ay bundan əvvəl Prinston universitetinin professoru Enn Mari Sloterin "Qadınlar nə üçün hər şeyə malik ola bilmir” adlı məqaləsi cəmiyyətdə böyük əks-səda doğurmuşdu. Dövlət Departamentində yüksək vəzifə tutan xanım Sloter ailəsi və övladlarına kifayət qədər vaxt ayıra bilmək üçün karyerasından imtina edərək Prinston universitetində akademik fəaliyyətə qayıtmışdı. Məqaləsində xanım Sloterin gətirdiyi əsas müddəalardan biri o idi ki, övladı olub işləyən qadın-analar yüksək vəzifələr tutub, karyera qura bilirsə, bunlar ya qeyri-adi qadınlardır, ya böyük maliyyəyə malikdir, ya da öz bizneslərinin sahibidir. Professor Sloter qadınların karyeralarının ən mühüm bir dövründə ailə və uşaqların xeyrinə qərar verməli olduğunu yazıb və iş və ailə arasında balans yaratmağın əslində çox vaxt mümkün olmadığını izah edib.

Müəllif geniş müzakirələr doğurmuş məqaləsində Amerika cəmiyyətində karyera və iş mədəniyyətinə dair mövcud mövqeyə görə qadının bu dilemmanı həll edə bilməkdə çətinlik çəkdiyini göstərib. Qadının bu dilemmanı həll edə bilməsində cəmiyyətdəki stereotiplər Facebook şirkətinin əməliyyatlar üzrə direktoru Şeril Sandersin yeni kitabında təhlil edilir. Xanım Sanders qadınların nəyə görə yüksələn xətlə karyera qura bilməməsinin səbəblərini araşdıraraq, öz təcrübəsindən misallar gətirir.

Şeril Sandberq "Forbes" jurnalının ən zəngin qadınlar siyahısında onuncu yeri tutur, ailəlidir, iki övlad anasıdır və gözəl karyera qura bilib. Lakin buna baxmayaraq, o, qadınların geniş imkanlara malik olduğu ABŞ-da belə onların hakimiyyət strukturlarında yüksək vəzifələrdə çox az təmsil olunması məsələsi ətrafında ciddi polemika aparır. Şeril Sanders kitabında statistikalar gətirir. 2012-ci ildə ABŞ Senatına ilk dəfə olaraq 20 qadın seçilib. Senatın 100 üzvündən 20-nin qadın olması, ya da qadınların 18 faiz təmsil olunması mühüm bir inkişaf kimi qarşılansa da, qadınlar bunun kifayət olmadığını deyir. Dünyaya baxdıqda da vəziyyət eynidir. Dünyada 192 dövlət başçısından yalnız 17-i qadındır. "Forbes" jurnalının 500 nüfuzlu iş adamı arasında cəmi 21 qadın var. İcraçı direktorların isə yalnız 14 faizi qadındır. Bütün bunlar qadınların universitet məzunlarının 57, magistraturanı bitirmiş tələbələrin isə 63 fazini təşkil etdiyi bir fonda baş verir.

Sandberq qadınların ailə və iş arasında balans yaratmasına yer versə də, kitabın əsas hissəsini qadınların ümumi stereotiplərdən yaxa qurması üçün ata biləcəyi addımlardan bəhs edir. Onun gəldiyi əsas nəticə ondan ibarətdir ki, dünya hələ də güclü kişilər tərəfindən idarə edilir və bu, cəmiyyətdə təkcə kişilərin özləri deyil, elə qadınların da böyük hissəsi tərəfindən normal qəbul edilir. Şeril Sanders tamamilə haqlı olaraq qız və oğlanlara artıq uşaqlıq illərində münasibətin fərqli olduğunu, cəmiyyətdə qadınların özlərinə yol açmasında daha çox problemlərlə qarşılaşdığını deyir.

Sanders qadınlara problemləri açıq müzakirə etməyi tövsiyə edir və karyera quran qadınların cəmiyyətdə güclü mövqe tutmasının bütün qadınlar üçün əhəmiyyətini vurğulayır. Bununla yanaşı, o, ailədə vəzifə bölgüsü məsələsini ortaya qoyur və maliyyə məsuliyyəti və uşaqların tərbiyəsinə hər iki valideynin bərabər vaxt ayırmasını təklif edir. Bununla müəllif ailədə qadının evdarlıqla bağlı bütün yükü öz üzərinə götürməsi və maliyyə məsuliyyətinin kişi tərəfindən daşındığına görə özünü günahkar hiss etməsinə son qoyula biləcəyini düşünür.

Şeril Sandersin kitabında irəli sürdüyü fikirlər bir daha cəmiyyətdə qadının ailə və iş arasında balans yarada bilməsi və yüksək rəhbər vəzifələr tutmaq üçün irəli gedə bilməsi məsələləri ətrafında müzakirələrin canlanmasına səbəb olub. Facebook şirkətinin prezidenti Mark Zukerberq Sandersin problemə baxışlarını kifayət qədər real adlandırıb. Bu real baxışlardan real addımlar və real nəticələrə qədər qarşıda uzun və mürəkkəb yolda hələ çox qadın ailə və karyera arasında balans tapmalı olacaq.

N....N92 | 1 dekabr 2014 15:19 | Status: Professional user | Şərh: 4 352
Təşəkkürlərr
Gulshen. | 20 fevral 2014 16:15 | Status: Qonaq | Şərh: 0
Tewekkurler
Nara | 8 noyabr 2013 11:28 | Status: Yazar | Şərh: 1 718
TESEKURLERRR
Xeyale05 | 10 avqust 2013 18:20 | Status: Şərhçi | Şərh: 273
mmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmm
Elnure.1 | 22 iyul 2013 15:38 | Status: Qonaq | Şərh: 0
Salam.
men aileliyem,is axtariram.evlenmemisden evvel islemisem lakin usaqlar olduqdan sonra evvelki is yerimde verilen maasla islemek mumkun deyil.eslinde mencede qadinin en boyuk karyerasi onun ailesi usaqlaridir,lakin mecbur qaldiqda o birinide etmeli olursan.menim yoldasim ozunu dusunen biridir,ailesinin ac ve ya tox oldugu onu o deder maraqlandirmir.mense istemirem menim usaqlarim atasinin kefi isteyende yesinler istemyende ac qalsinlar. aylardir ki,is axtariram.lakin bir netice yoxdu.Bezen aileli usaqli olduguma gore redd cavabi aliram,bezen ise ishe goturmek istiyirler,sevinirem,amma sonra basqa bir,cirkin niyyetde olduqlarini gorurem.
Eziz isleyen lider xanimlar,mene is tapmama komek edin.
oz ayaqlarim uste durub,usaqlarima yaxsi bir gelecek qurmaq isteyirem.
bu isteyimi usaq sahibi olan xanimlar yeqin ki,lap yaxsi basa duser.
Akademik | 2 iyun 2013 03:05 | Status: Professional user | Şərh: 4 580
qadınlar hər işi çatdırırlar.
RaySum | 4 may 2013 22:36 | Status: Professional user | Şərh: 2 594
Sitat: Dreams
Belke bu sozlere gore meni qinayarsiz amma bu menim sewsi fikrimdi mence her seyden onde karyera ve tehsil :n49: durur

tebii ki niye qinayaqki
Angel_Xranitel | 2 aprel 2013 19:12 | Status: Qonaq | Şərh: 0

DEDIKLERI KIMI.Departamentde iwleyirse he.Cox cetindir.O zaman ailene vaxt ayirmaq qeyri-mumkundur.Mence karyera her weyden onemlidir

Dreams | 12 mart 2013 18:51 | Status: Qonaq | Şərh: 0
Belke bu sozlere gore meni qinayarsiz amma bu menim sewsi fikrimdi mence her seyden onde karyera ve tehsil n49 durur
mariya1971 | 11 mart 2013 17:55 | Status: Şərhçi | Şərh: 99
Mən də işləyirəm, ofisdə.Ailəm, yoldaşım, oğlum. Oğlum ali təhsil alir. Yoldaşım da işləyir.
Amma qadının ən gözəl karyerası onun ailəsidir. O da bir vəzifədir. Böyük, ölçüyəgəlməz bir iş.Hər kəsin bacarmadığı bir iş. Övlad böyütmək, səhər işə, axşam isə ailənə tələsmək ən böyük səadətdir.
M.M... | 11 mart 2013 17:20 | Status: Professional user | Şərh: 1 740
Duzdu agilli qadin her iwi bacarir amma menimcun herweyden once ailedir. Mence qadinin en gozel kariyerasi ele oz Ailesidir.
Vetenperver | 11 mart 2013 17:04 | Status: Professional user | Şərh: 6 700
Əgər bir qadında ailə+karyera+qadınlığı bacarırsa demək o qadın həqiqətən güclü qadındır.Amma karyera söz söhbətsizdirsə!Ailə üçün qadının karyerasının həm müsbət həm mənfi cəhətləri var,əgər qadın gəncdirsə.Amma qadınlarda karyera yüksəlişi daha yaxşı alınır.Qadında enerji çox olur.Əgər qadında həvəs varsa onda o qadın həm evdə həmdə işdə çatdıracaq işlərini.
Leman_55 | 10 mart 2013 16:41 | Status: VİP user | Şərh: 583
Tehsilli olsamda...amma ev xanimi olmaq mene gore gozel hissdir...
Nurus. | 10 mart 2013 15:12 | Status: Brilliant user | Şərh: 6 982
Mence qadin 1 ci evinin xanimi olmalidir sonrada isleri ile mesgul olmalidir
zulicka | 10 mart 2013 13:23 | Status: Qonaq | Şərh: 0
men o qeder kuskunemki heyata cunki 2 diplom ve elimde mueyyen meblegim ola ola 1 ildir hec yerde is tapa bilmirem sanki qapilar uzume baglanib gerek qaismetdede olsun
Sari gelin | 10 mart 2013 11:50 | Status: Gümüş user | Şərh: 2 439
Men aile quranda 1-ci kursda oxuyurdum.aileli ola -ola iki universitet bitirdim,magistr oxudum,iwledim,hem evde repititor kimi,hem de ali mektebde..uwaqlarim saglam,terbiyeli,evimde de wukur ALLAHA her wey qaydasindadir.mence esl QADIN ucun aile+karyera+qadin o qeder de agir bir wey deyil ..biz bunu bacaririq,deyilmi xanimlar? n10
Aziza | 10 mart 2013 00:56 | Status: VİP user | Şərh: 571
Aile karyera liderlik her bir qadin da olmalidir...
B_R | 9 mart 2013 22:22 | Status: VİP user | Şərh: 971
twk
Aliyeva | 9 mart 2013 21:08 | Status: Yazar | Şərh: 4 036
Sitat: Alizes

Şəxsən mən həm ailəmə, uşağıma, həm işimə, həm də evimə baxan xanımam. Nəzərə alsaq ki, autizm sindromlu övlada sahib ola-ola mən hər birinə yetinirəmsə, demək ki, heç də zəif insan deyiləm. Qadın güclü varlıqdır. İstədikdən sonra çox şey etməyə qadridir, nəinki ailəli ola-ola karyera qurmağa.


halal olsun canim. seni coxx isteyiremde n45 qudretli ve quvvetli xanimsan
Sabahım. | 9 mart 2013 20:10 | Status: Professional user | Şərh: 3 359
Qadin hər şeyə qadirdir.Uşaqlar balaca olanda məncə bütün günü onlara sərf etmək lazimdir sonra iş..Mən özum belə etmişəm uşaqlari böyüdüb sonra işə getmişəm.İşə gedəndə adam işini lap yaxşi catdirir.
zoluwka | 9 mart 2013 19:59 | Status: Professional user | Şərh: 3 172
Sitat: Alizes

Şəxsən mən həm ailəmə, uşağıma, həm işimə, həm də evimə baxan xanımam. Nəzərə alsaq ki, autizm sindromlu övlada sahib ola-ola mən hər birinə yetinirəmsə, demək ki, heç də zəif insan deyiləm. Qadın güclü varlıqdır. İstədikdən sonra çox şey etməyə qadridir, nəinki ailəli ola-ola karyera qurmağa.

gozel bacim Allah bir gun sene ve senin simanda butun analara zehmetlerinin behresini verecek inwallah amin.halal olsun sene
Gunel | 9 mart 2013 19:47 | Status: Professional user | Şərh: 4 087
Bir qadin isteyerse bacara bilmeyeceyi bir ish yoxdur.
Cetindir elbetdeki aile ve karyerani birlikde idare etmek.Duhsunuremki gec tez her hansi birinde eksiklik olacaq.

Sitat: Alizes
Şəxsən mən həm ailəmə, uşağıma, həm işimə, həm də evimə baxan xanımam. Nəzərə alsaq ki, autizm sindromlu övlada sahib ola-ola mən hər birinə yetinirəmsə, demək ki, heç də zəif insan deyiləm


Sen cox guclu bir qadinsan ona gore Halal olsun sene. n9
ferzane | 9 mart 2013 19:08 | Status: VİP user | Şərh: 1 042
TWK
TATLI GUZEL | 9 mart 2013 18:13 | Status: Professional user | Şərh: 5 781
Qadin+aile+karyera=Liderlik
Menim mamamda beledir.Mashallah.
Fatima Q. | 9 mart 2013 18:11 | Status: Gümüş user | Şərh: 984
Bu movzunu Sendberg ya bashqa biri gundeme getirmeyib..Bu cemiyyetin belasidi ve daima gundemdedi..Reylerden oxudum ki xanimlarimiz hem ailelidi hem de ishleyirler..Demek istiyirem ki ishle karyera eyni shey deyil..Azerbaycanda qaldi qadinlar hech kishiler de karyera qura bilmir..Oz guclerine..Yox eger dunyadaki gedishatdan gotururukse, DUNYANI QADINLAR IDARE EDIR!!! Sadece gorunmeyemn terfden..O ki qaldi esl karyera meselesine qadinalrin choxlarinda hakimiyyet iddiasi olmur..Adice ailede bele qadin ustunluyu kishiye verir..Bu tebietin qanunudu...BERGler bunu deyishe bilmez... Qainin ilk karyerasi ana ola bilmekdi..Qalanlarini etmek uchun kishiler var.. Statin sonu.. smile
Princess_93 | 9 mart 2013 16:40 | Status: Brilliant user | Şərh: 5 877
tewekkurler ne deyim bilmirem
QAR DENECIYI | 9 mart 2013 16:33 | Status: Şərhçi | Şərh: 425
təşəkkurlər
Seyidli | 9 mart 2013 16:13 | Status: Yazar | Şərh: 2 706
BİR QADIN TƏBİİKİ HƏR ŞEYDƏN ONCƏ GÖZƏL AİLƏYƏ SAHİB OLMAQ İSTƏR, HƏMÇİNİN DƏ KARYERAYA. BUNUN ÜÇÜN ONCƏ AYAQ ÜSTDƏ DURMAGI BACARMALI, SONRA DA AİLƏ QURMALIDI. ÇÜNKİ 2 Sİ BİR ARADA ÇOX ÇƏTİN, BƏZƏNDƏ MÜMKÜNSÜZ OLUR.
Aytekin82 | 9 mart 2013 16:09 | Status: Brilliant user | Şərh: 6 588
Damla,
katy_777,
Beren,
zoluwka,

Fikirlerinizle 100/100 werikem
n44
Alizes | 9 mart 2013 16:08 | Status: Yazar | Şərh: 2 588
Şəxsən mən həm ailəmə, uşağıma, həm işimə, həm də evimə baxan xanımam. Nəzərə alsaq ki, autizm sindromlu övlada sahib ola-ola mən hər birinə yetinirəmsə, demək ki, heç də zəif insan deyiləm. Qadın güclü varlıqdır. İstədikdən sonra çox şey etməyə qadridir, nəinki ailəli ola-ola karyera qurmağa.