Qadın / Hüququnu bil!

Vətəndaş nikahında yaşayan qadınlar -“Kişilər üçün belə qadınlar yalnız müvəqqəti əyləncə olur...”

Banu. | 18-02-2020, 10:15
97 0
Ailə işləri üzrə  Ruisya patriarxal komissiyasının rəhbəri, keşiş Dimitriy Smirnovdan Rusiya İstintaq Komitəsinə şikayət ərizəsi daxil olub. Buna səbəb kahinin nikah münasibətlərini rəsmiləşdirməməyi qərara alaraq ürəyi istəyən biri ilə müvəqqəti evlənməyi üstün tutan qadınlar haqqında sərt ifadələri olub. 

Moderator.az  rusdilli İslam saytlarına istinadla xəbər verir ki,  bir neçə gün öncə tanınmış  Rusiya xristian keşişi  açıq şəkildə söyləyib ki, vətəndaş nikahında yaşayan qadınlar "pulsuz fahişələr" rolunda  çıxış edirlər. Kişilər üçün isə belə qadınlar yalnız "müvəqqəti əyləncə" olur... 

Televiziya aparıcısı və hüquqşünas Yekaterina Qordon Dmitri Smirnovun sözlərinin araşdırılmasını tələb edir. Bu məqsədlə o, hüquq-mühafizə orqanlarına: Moskva prokurorluğuna, İstintaq Komitəsi və Daxili İşlər Nazirliyinə şikayət yazıb.Televiziya aparıcısı iddia edir ki, keşişin böyük ictimai rezonansa səbəb olan qalmaqallı ifadələri Rusiya Cinayət Məcəlləsinin 282-ci maddəsini, yəni: nifrət və ya düşmənçiliyə təhrik, habelə insan ləyaqətinin alçaldılması ilə bağlı maddələri ehtiva edir. 

Keşiş D. Smirnov isə məhkəmədən qətiyyən qorxmadığını bildirib: 

"Mən qorxmuram, çünki əminəm ki, bu məhkəmədə qalib gələcəyəm...” 

Din xadimi qadınları, ümumiyyətlə, təhqir etmək istəmədiyini də açıqlayıb. Onun fikrincə, bu vəziyyətdə günahkarlar ilk növbədə kişilərdir. Qadınlar isə "gəncliklərinin ən yaxşı illərini vicdansız kişilərə sərf edir və sonradan tənha qalırlar." 

Keşiş  Dimitri mediada onun ifadələrinin mənasını tamamilə təhrif olunduğunu izah edib. Onun sözlərinə görə, açıqlamanın məqsədi tamamilə fərqli olub. "Mən din xadimiyəm, nəyin günah olduğunu və niyə olduğunu söyləməliyəm" –deyə K.Smirnov vurğulayıb.

“İnterfaks”ın məlumatına görə, Rusiyada tanınmış müsəlman fəal,  “Toplantı” ictimai birliklər assosiayasının rəhbəri Məhəmməd Səlahəddinov da rus keşişi K.Smirnovun vətəndaş nikahına qarşı sərt mövqeyini müdafiə edib.  O, müsəlmanlar arasında da siğə, mutə kimi yanlış müvəqqəti nikah növlərinin olduğunu və bu cür yollarla formalaşan “5 dəqiqəlik” cütlüklərin bəşəri ailə dəyərlərindən tamamilə uzaqlaşdığını vurğulayıb.

Sultan Laçın