Qadın / Hüququnu bil!

Gender-Cinslərin fəlsəfəsi : Qadın hüquqları

Sevinc_Bayramova | 11-05-2013, 21:00
5 633 52
 

 
İş belə gətirib ki, dünya yaranandan cinslərin savaşı gedir. Min illərdir ki, cəmiyyət və təbiət bu gender savaşından qurtula bilmir. Hətta ən vacib mədəni abidələrdə də bu savaşın izləri var. Bu qarşıdurma bütün insanların həyatına müdaxilə edib. Mənfi- müsbət, anod- katod kimi enerji potensialı daşıyaraq iş, siyasət, müharibələr, sosial əsarət və inqilablar hamısı kişi və qadın qarşıdurmasından qidalanır. Demək olar ki, bəşəri proseslər Kişi və Qadın adlanan «yanacağın» enerjisiylə işləyir. Anlamaq çətin deyil ki, bu məsələdə kişilər özünü müsbət və həmişə verən tərəf sayır, qadınlarsa öz növbəsində tam əmindir ki, özünü qurban verən tərəf məhz odur. Ona görə də bəzən bu məsələyə gender çərçivəsindən çıxıb insanilik baxımıqdan baxmaq çətin olur.

İnsan övladı dünyaya gözünü açanda onun hələ ki, cinsi vacib deyil. Onunçün önəmli deyil, taxtda faraon oturub yoxsa demokratik görüşlü Sarkozi. Amma uşaq beşiyinə düşən kimi onun mavi ya da çəhrayı olmasından asılı olaraq dünyanı 2 yerə ayırmağa məcbur olur. Bu çığıran və yemək tələb edən ət yumağı hələ ki, anasından başqa heç kimi tanımır. Uşağın ilk asılılığı anasından olur. Sevdiyi və asılı olduğu qadın onu yaşatmalıdı. Qadın və cəmiyyət probleminin başında kişinin cəmiyyətə elan etdiyi savaş dayanır. Çünki o, bu savaşda zəif olduğunu anlayır. Bu uşaq böyüyən kimi qadına onu sıxan cəmiyyətin obrazı kimi baxmağa başlayır. Ona görə də ilk addımı qadını ram etmək istəyi olur. Qəribəsi odur ki, sosial kosmosu ilə çarpışan kişi əsrlər boyu ailə qurub və tək yaşamaq istəməyib. Amma ailəsində qoyduğu qanunlara görə hər şey tamam başqa cür, onun istədiyi kimi olmalıdı.
Qadının azadlığı pulla alınır

Hələ İslamdan çox-çox əvvəl, bütpərəslik zamanında da qadının cəmiyyətdəki vəziyyəti ağır idi. Kişi onun varidatını ələ keçirirdi. Qadııan vərəsilik hüququ yox idi. Onu cəmiyyətin tör-töküntüsü sayırdılar. Çünki yalnız ata minə bilən, vuruşan və qənimət gətirə bilənin miras almağa hüququ çatırdı. Hətta dul qalandan sonra da qadın nəinki ailə mirasına əli çatmırdı, onun özünü də əşya kimi başqa ailə üzvlərinə ötürürdülər. Kişinin əvvəlki nakahından oğlu vardısa analığına sahib çıxmağa ən çox onun hüququ çatırdı. Oğul analığını istəməsəydi də qadının evdən getməyə haqqı çatmırdı. O, azadlığını pulla almalı idi. Qadın boşanardısa yenidən ərinin yanına qayıtmaq hüququnu həmişəlik itirərdi. Kişinin isə evlənməkdə imkanları hüdudsuz idi. Kişini qadına qarşı ədalətli olmağa çağıran, ya da ədalətsizlik etməyində əngəl olan bir vasitə də yox idi.
Qız atası ah-vay edər

İslama qədər ərəblər ailədə qızın doğulmasını pis əlamət sayırdılar. Qızı doğulan ərəbin günü ah-vayla keçərdi. Bəzən onlar qızdan o qədər bezirdilər ki, uşaqları diri-diri basdırırdılar. Qızın üstəlik fiziki qüsurları olsaydı onun sağ qalmaq şansı lap az olurdu. Bəzən ərəblər uşaqlarını kasıbçılıq ucbatından öldürürdülər. Balasını gözünün qarşısında öldürən kişiyə qadının etiraz etməyə nə haqqı, nə də qüvvəsi çatırdı. Bəzən qidalanmada da qadın üçün qadağan olunmuş, amma kişiyə məqbul sayılan yeməklər vardı. Ən vacibi qadının fəxr etməli bir işi yox idi. O, yalnız qeyrətini çəkən kişisiylə fəxr edə bilərdi.

Qədim hind cəmiyyətində də qadının vəziyyəti fərqli deyildi. Braxman dininin müqəddəs kitabı olan «Fidiya»da deyilir ki, insanilik baxımından qadın və kişi eyni deyil. Bu dinin qanunlarına görə qadının bütün ictimai və vətəndaşlıq hüquqları yox idi. Mano qanunlarına görə qadının qərar qəbul etmək hüququ yoxdu, hətta bu məişət məsələlərinə aid olsa da. Uşaqlıqda atasına, sonra ərinə məxsus olan qadın ərinin ölmündən sonra ər tərəfdən qohumların ixtiyarına keçirdi. Ər tərəfdə kişilər olmasaydı qadın hakimin varidatı olurdu.
Hindlilərdə qadın quldan betər vəziyyətdə idi. Sürətlə axıb gedən zaman içində bədənimiz kimi psixilogiyamıza da da mənfi təsir göstərir. Sağlam bir psixologiyaya sahib olmaq üçün əvvəl həyatımızı tarazlamalıyıq. Bəzən qadını ərinin cənazəsini yandıran zaman həmin tonqala atırdılar. Braxmanizmin müqəddəs kitabında belə yazılır: «Əri ölmüş qadın əvvəlcə özünü meyitin qoyulacağı odunun üstünə atmalıdır. Meyit odunun üstünə qoyulandan sonra qadın başı bağlı şəkildə gəlməlidir. Braxma onun başını açır, sonra qadın bütün ziynət əşyalarını qohumlara paylayır və axırda hörüklərini açıb buraxır. Bundan sonra kahin onun sağ əlindən tutub odunların başına 3 dəfə fırladır. Sonra qadın odunun üstünə çıxıb ərinin sağ ayağını alnına hörmət əlaməti kimi yapışdrmalıdır. Yerini dəyişib ölənin baş tərəfində oturandan sonra odunlara od vurulur və hər ikisi yandırılır. Bu hərəkətinə görə qadın o biri dünyada əvəzini alacaq və 35 milyon il cənnət həyatıyla təmin ediləcək. Yandırılmasıyla qadın həm öz qohumları, həm ərinin qohumlarını, eləcə də ərinin bütün günahlarını yumuş sayılır. Yandırılmış qadın ən təmiş, ən pak adlı məxluq sayılır». Bu adətə riayət edən hindlilər qısa müddətdə minlərlə qadını diri-diri yandırdılar. Bu ədət 17-ci əsrin əvvəlinə qədər davam edirdi. Qadağan ediləndə hindli din daşıyıcılarının etirazına səbəb olmuşdu. Qadının hindli cəmiyyətində yerini bu cümlə çox yaxşı təsvir edir: «Sonu məlum olan tale, külək, ölüm, cəhənnəm, zəhər, ilanlar və od heç da qadından pis deyil».
Tərbiyəyə layiq olmayan qızlar

Qədim Çində də qadın ərinə tabe idi. Ömrü boyu kişiyə qulluq etsə də nə maddi, nə də sosial hüquqları vardı. O öz taleyini də həll edə bilməzdi. O, yaxşı təhsil almağa, tərbiyə edilməyə də layiq bilinmirdi. Çində qızın 15 yaşı olanda saçını qırxdırır, 20 yaşında onu ərə verirdilər. Qızın ərini ata dəllal vasitəsilə seçirdi.
Evdə qız uşağının doğulması pis əlamət sayılırdı. Atalar hər dəfə Allaha yalvaranda əl açıb göylərə müraciət edirdi ki, oğlanları doğulsun. Oğlan doğmayan qadın isə ömrünün sonuna kimi alçalmış, rəzil sayılırdı. Çünki onun torpağını əkməyə, döyüşə göndərməyə oğlu olmurdu. Qızı böyütmək atalar üçün əziyyət idi. Çünki müəyyən yaşacan qızı yedirməli, sonra isə ərə verib yad kişinin evinə göndərməli idilər. Ailədə lap çox qız doğulanda onları çölə atırdılar ki, soyuqdan və aclıqdan ölsünlər. Bu zaman heç kim vicdan əzabı çəkmirdi.
Artıq uşaqlar satılır

Qədim Roma cəmiyyətində də fiziki qüsurlarla doğulmuş, yaxud qız uşağı olanda ataya onunla istədiyi kimi rəftar etmək hüququ verilirdi. Ona görə də romalı atalar həmişə oğlan arzulayıblar. Romalılarda qadın ərindən o qədər asılı idi ki, əri onu edam etdirə də bilərdi. Kişinin hüququ nəinki qadınına, onun uşaqlarına, nəvələrinə də çatırdı. O, onları sata, incidə, sürgün edə, öldürə bilərdi. Bu zaman qadının etiraz etməyə haqqı çatmırdı. Romalılarda da varidat qadına yox, onun böyük oğluna çatırdı. Romalı kişi ailəsinə ürəyi istədiyi adamı qatıb gözünə artıq görünəni çıxara bilərdi. Artıq qalmış uşaq çox vaxt satılırdı.
Ləzzət üçün fahişə, gigiyena üçün məşuqə, doğmaq üçün arvad…

Qədim yəhudi cəmiyyətində qadın günah mənbəyi sayılırdı. Qanunlar onun şərəf və ləyaqətini alçaltmağa imkan verirdi. Qədim yəhudi kitabların birində belə yazılıb: «Mənim ürəiym uzun müddət həqiqət axtarışında olub. Biliklər, ağıl, şüur, müdriklik axtarmışam, pisin, nadanlığın və axmaqlığın nə olduğunu bilmək istəmişəm. Mən tapdım ki, qadın ölümdən də acıdır. O elə bil ki, tordur, onun ürəyi tələdir, onun əlləri Allah qarşısında mömin olan adamları buxovlayan qandaldır. Ona görə insan xilas ola bilmir, günahkarın günahları ona görə bağışlanmır».
Yəhudi dini kitabları ataya öz ailəsiylə istədiyi kimi rəftar etmək imkanı verirdi. Atanın xüsusilə qızlarına qarşı hüququ hüdudsuz idi. Onları istədiyinə ərə verə, sata, ya da bağışlaya bilərdi. Çünki torpaq atanın mülkiyyəti idi və sözünə baxmayan uşaqların sağ qalmaq şansı yox idi. Evin kişisi sanki dövləti təmsil edirdi. Kasıb ata qızını yetkinlik yaşına çatmamış sata bilərdi. Qızın razılığı çox nadir hallarda alınırdı. Ərə gedəndən sonra mülkiyyət hüququ qadının ərinin ixtiyarına keçirdi. Yəhudi qanunlarına görə qardaşları varsa atanın varidatına qızın ixtiyarı çatmırdı. «Bir kəs oğulsuz ölərsə varidatı qızına keçə bilər. Qadının əri ölərsə ixtiyarı qaynına keçir. Əgər qaynı, yəni ərinin qardaşı ondan imtina etsə qadın azad ola bilər. Amma qadının kənara ərə getməsi pis sayılır. Ona görə də ölən kişini qardaşı qadının qapısını açıb onu arvadı etməli və onunla yaşamalıdır» - deyə yəhudi qanunları qadının vəziyyətini dəqiqləşdirir.
Yəhudilər mensturasiya zamanı qadından qaçırdılar. Onlara həmən vaxt qadına toxunmaq, onunla bir süfrədə oturmaq, hətta yanaşı uzanmaq də qadağan idi. Yəhudi qanunları deyir ki, gözlənilər proses hələ başlamazdan əvvəl qadın xəbərdarlıq etməlidir ki, kişinin ona heç barmağı da toxunmasın. Qadının əlindən nəsə almaq, hətta tulladığı əşyanı götürmək də olmazda. Onlar bir maşında gedə, bir gəmidə üzə də bilməz. Əgər kişi xəstələnərsə və ona qulluq etməyə başqa adam olmazsa qadına kişiyə toxunmadan qulluq etmək icazə verilir. Amma qadın xəstə olarsa kişiyə arvadına qulluq etmək icazə deyil. Qadın dünyaya uşaq gətiribsə murdar sayılır. Əgər oğlan doğulubsa onu 7 gün, qız doğulubsa 14 gün murdar sayırdılar. Oğlan doğmuş qadına 40 gündən, qız doğmuş qadına isə 80 gündən sonra çimmək icazəsi verilirdi. Bunu yəhudi qanunları məcmuəsi belə yazır.
Qadın iblisin darvazasıdır

Bəşəriyyət tarixində xristianlığın qadına qarşı törətdikləri xüsusilə fərqlənir. Qadağalara baxmayaraq nə müsəlman aləmi, nə yəhudi, nə də bütpərəslər qədim xristianlıqdan başlamış yeni dövrə qədər sürən bu miqyasda qadına nifrət yaratmayıblar. Antik dövrlərin ilahlarını təsvir edən heykəllərə baxaraq onları «Şeytan kuklaları» adlandıran din xadimləri nifrət etdikləri idol və qadın arasında paralellər yaradıblar. Xristianlar qadını bərbəzəkli tabut adlandırırdı. Üstdən gözəldir, içərisi murdarçılıqla doludur. Xristianlıq yeganə din idi ki, qadına nifrəti yüksək səviyyəyə qaldıraraq nikahsızlığı, subaylığı təmizlik kimi elan etmişdi.
Qədim xristianlarda qadına qarşı kəskin pozisiya orta əsrlərdə daha qabarıq gözə çarpırdı. Onların fikricə qadın bütün bəlaların, günahların, bədbəxtliklərin mənbəyi idi və bütün bəşəriyyəti günaha sürükləyirdi. Ona görə də qadın və kişi arasında hər hansı ünsiyyət murdarlıq sayılırdı. Bu münasibətlər ər və arvad arasında da günah olaraq qalırdı. Tertullian hesab edir ki, qadın İblisin darvazasıdır, insan qəlbinə yol açır. Qadını cənnət almasını yeməyə kişini vadar etməkdə günahlandırırdılar. Ona görə də kişilərin Allahla əlaqəsi kəsilib və yer əzablarını görməyə məhkum ediliblər. Kişinin Allah olmamasında günah tam şəkildə qadının boynundadır. Beləliklə ikinci dərəcəli məxluq elan edilmiş qadın bəşəriyyətin günahlarını kürəyinə şələyib yaşamaqda davam edirdi. Müqəddəs Pavel deyib: «İstəyirəm biləsiz, hər kişinin başında İsus dayanıb, hər qadının başında əri, İsusun başında isə Allah. Ona görə də kişi başını örtməməlidi, çünki o, Allahın obrazı və şöhrətinin simvoludur. Kişi qadından yox, qadın kişidən törənib deyən kişi qadın üçün yaranmayıb. Əksinə, qadını kişiyə görə yaradıblar. Ona görə də qadın başını örtməklə mələklərin görməsi üçün üstündə hakimiyyət nişanı daşımalıdırlar». Xristian dini kitabları yazır: «Qadınlar Allaha təzim etdiyiniz kimi ərlərinizə tabe olun. Çünki kişi qadının başında, İsus isə kilsənin başındadır».
Feminizm bir etiraz forması kimi

Əsrlər boyu sürən diskreminasiyalar çavabsız qala bilməzdi. Sivilizasiyanın səviyyəsi artdıqca qadın onu əzən buxovlardan qurtulmağa başladı. Cavab olaraq əks reaksiyalar doğurdu. Bu məsələdə Qərb xüsusilə öndə getdiyindən əks prosesləri burda izləmək daha rahatdı. Nəticədə əxlaq normaları dağıdılaraq sərhədlər pozuldu. Kişi zorakılığına qarşı cavab kimi cinslərin bərabərliyini elan etmiş feminizm vüsət aldı. İndi baryerləri, maneələri tam silmiş ölkələr mənəvi pozğunluq məsələsində problemlərlə üzbəüz qalıb. Ona görə də ümumbəşəri savaşda kişilər özlərini qadınlara azadlıq verməklə uduzmuş kimi sayırlar.

dılay | 30 noyabr 2015 23:38 | Status: Brilliant user | Şərh: 8 184
Tewekkurler
ESMERRi | 29 noyabr 2015 00:03 | Status: Brilliant user | Şərh: 5 379
Sitat: Kenan25
Sitat: Zarra
Qadınlara edilən haqqsızlıqlar baş alıb gedir.
Kenan25 | 3 may 2015 20:56 | Status: Şərhçi | Şərh: 225
Sitat: Zarra
Qadınlara edilən haqqsızlıqlar baş alıb gedir.
QERIB INSAN | 12 noyabr 2014 09:26 | Status: VİP user | Şərh: 567
Tesekkurler
Zarra | 2 noyabr 2014 21:30 | Status: Şərhçi | Şərh: 107
Qadınlara edilən haqqsızlıqlar baş alıb gedir.
Miraj | 2 noyabr 2014 20:49 | Status: Professional user | Şərh: 2 625
men huquqlarimi cox yaxsi bilirem
Free dove | 19 fevral 2014 15:17 | Status: Qonaq | Şərh: 0
Qadinlara edilen bu edaletsizliye doze bilmirem.hardadi axi edalet?



Sitat: Seide Gulsoy
indinin ozundede ele aileler varki qadinin fikri maraqli deyil
teessuf
Fempink | 20 yanvar 2014 22:09 | Status: VİP user | Şərh: 107
YASASIN FEMINIZM BUNU KIM DEYIBSE DUZ DEYIB DIWISINE EN KOTU DAVRANAN TEK HAYVAN ADEMOGLUDUR
Feride 18 | 2 iyul 2013 01:18 | Status: VİP user | Şərh: 686
tewekkur hamisini oxumaga vaxt yoxdu..
Akademik | 11 iyun 2013 00:41 | Status: Professional user | Şərh: 4 580
hələ görməmişəm ki, hansısa ölkədə qadın hüququ qoruna...
Meh_man | 4 iyun 2013 21:27 | Status: Şərhçi | Şərh: 362
Sitat: Sevinc_Bayramova
Sitat: shela
Oxudum lap esebleshdim.Birce kishiler kimi fiziki guce sahib olsaydim.



Can qadınlar onsuzda güclüdür sadəcə bu psixoloji bizde qalıb ki guya kişi güclüdür.Kişi o qədər zəifdir əsəbləşəndə qadını vurur



size ele gelir...qadin ne qeder zeif ve zerif olsa bir o qeder gozel gorsenir...bele guclenmek problem deyil...trenajora ve her hansi doyuw novlerine gedin gucunuzu artirin)
ayruska | 21 may 2013 15:08 | Status: Professional user | Şərh: 3 978
hemise bele olub bele de davam edecek (((
Sevinc_Bayramova | 13 may 2013 01:33 | Status: Yazar | Şərh: 797
Sitat: shela
Oxudum lap esebleshdim.Birce kishiler kimi fiziki guce sahib olsaydim.



Can qadınlar onsuzda güclüdür sadəcə bu psixoloji bizde qalıb ki guya kişi güclüdür.Kişi o qədər zəifdir əsəbləşəndə qadını vurur
Akademik | 12 may 2013 22:53 | Status: Professional user | Şərh: 4 580
Təşəkkür edirəm.
shela | 12 may 2013 17:58 | Status: Gümüş user | Şərh: 2 910
Oxudum lap esebleshdim.Birce kishiler kimi fiziki guce sahib olsaydim.
Hande 18 | 12 may 2013 15:50 | Status: Professional user | Şərh: 3 302
oxumaga sebrim catmadi twk
RaySum | 12 may 2013 11:46 | Status: Professional user | Şərh: 2 594
vaxt yoxdu oxumaga beyenmedim yazini....bir sozle
Billurə | 12 may 2013 11:41 | Status: Professional user | Şərh: 4 892
tesekkurler xebere gore
Meqa | 14 fevral 2013 10:00 | Status: Professional user | Şərh: 2 077
her şey inasanın özünden aslıdır o isderse ona ağıllı deyerler isdersede axmaq
Vetenperver | 11 fevral 2013 09:56 | Status: Professional user | Şərh: 6 700
Sitat: SariВ gelin
Qadin bowanarsa,ona munasibet birmenali deyil...gunah qadindadir deyilir...

İndi boşananların sayı o qədər artıb ki boşanan qadına pis baxmırlar.İndi hamının nəslində heç olmasa bir boşanan qadın olur.Həmdə əvvələr boşanan qadınlar əyri yola düşdüyündən boşanan qadınlara pis baxılırdı.

Sitat: SariВ gelin
cemiyyetde qadina verilen huquqlar gozden perde asmaga benzeyir...

İndiki zamanda qadınların hüququ kişilərnən eynidir,bəzi hallarda hətta kişilərdəndə çoxdur.

Sitat: SariВ gelin
qadin sadece fedakardir

Qadın bəzi hallarda fədakar olmalıdır.

Sitat: SariВ gelin
"EN XEYIRLINIZ<XANIMLARINA QARWI EN XEYIRLI OLANINIZDIR>QADINLAR SIZE ALLAHIN EMANETIDIR)(MEHEMMED PEYGEMBER>S>E>S)

Bəli bu belədir.Kişilər gərək bunu arada yadlarına salalar.
Seide Gulsoy | 10 fevral 2013 22:50 | Status: Şərhçi | Şərh: 216
indinin ozundede ele aileler varki qadinin fikri maraqli deyil
gulya20 | 10 fevral 2013 18:18 | Status: Professional user | Şərh: 4 677
Oxumaga hevesim yoxdu,bir gun oxuyacam mutleq
Nurgul Ali | 10 fevral 2013 17:37 | Status: Gümüş user | Şərh: 760
teshekkur.
Aliyeva | 10 fevral 2013 09:17 | Status: Yazar | Şərh: 4 036
Damla,
senle raziyam baci
Damla | 9 fevral 2013 19:56 | Status: Brilliant user | Şərh: 7 177
Her kes ozune cavabdehdir..Her dovrde agillida olub cahilde....Qadindan cox sey asilidir....
Aya:)) | 9 fevral 2013 19:23 | Status: Gümüş user | Şərh: 2 239
sebrim catmadi tesk
Əfşan | 9 fevral 2013 18:51 | Status: Professional user | Şərh: 1 714
cox uzundu sebrim catmadi

bu sizin gunahiniz deyil,bagishlayin sadece sebrim yoxdu,tesekkurler
Sari gelin | 9 fevral 2013 17:01 | Status: Gümüş user | Şərh: 2 439
Bagiwlayin ama ordan burdan oxudum..umumiyyetle,hemiwe bele olub en facielisi ise cemiyyetde qadina verilen huquqlar gozden perde asmaga benzeyir...qadin sadece fedakardir...hem uwaqlarina,hem erine,hem onu taniyan her kese...bu duzgun deyil..qadin da insandir.."EN XEYIRLINIZ<XANIMLARINA QARWI EN XEYIRLI OLANINIZDIR>QADINLAR SIZE ALLAHIN EMANETIDIR)(MEHEMMED PEYGEMBER>S>E>S) n50

Vetenperver,
Vetenperver,
CavabIndiki dovrde necedir hamimiz bilirik..Qadin bowanarsa,ona munasibet birmenali deyil...gunah qadindadir deyilir...umumiyyetle,bizim cemiyyetde qadin kiwisiz cox cetinlikle ayaq uste dura ve axira qeder namusla iwleyib ovladlarina corek qazana biler...ona gore de indi beyinlerde inqilab etmek lazimdir...nece ki evveller nenelerimiz (tebii ki erlerini itiren ve ya dul) kiwisiz bunu bacarirdilar...
Milaska. | 9 fevral 2013 16:11 | Status: Gümüş user | Şərh: 1 486
twkk
zumer | 9 fevral 2013 14:57 | Status: VİP user | Şərh: 703
Oxudum cox maraqli melumatlar idi... Beli en cox eziyyet ve mezemmetde goren qadinlardi... Zamaninda En boyuk tarixleride yazan qadinlardir.