Qadın / Hüququnu bil!

Uşaq hüquqları haqqında AZƏRBAYCAN RESPUBLIKASININ QANUNU

Sevinc_Bayramova | 16-01-2013, 18:00
16 083 35

 
Uşaq hüquqları haqqında
AZƏRBAYCAN RESPUBLIKASININ QANUNU
Bu Qanun Azərbaycan Respublikasının Konstitusiyasına, Uşaq Hüquqları Bəyannaməsinə,
Uşaq Hüquqlarına dair Konvensiyaya və digər beynəlxalq hüquq normalarına uyğun olaraq
Azərbaycan Respublikasında uşaqların hüquqlarını və azadlıqlarını, uşaqlar barəsində dövlət
siyasətinin əsas prinsiplərini, onların müdafiəsi sahəsində dövlət orqanlarının, digər hüquqi və
fiziki şəxslərin vəzifələrini müəyyən edir.
I f ə s i l
ÜMUMİ MÜDDƏALAR
M a d d ə 1 . Qanunun tə sir dairəsi
Uşaqların bu Qanunda nəzərdə tutulmuş hüquqları və vəzifələri 18 yaşına (yetkinlik yaşına)
çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən hər bir şəxsə aid edilir. i[1]
M a d d ə 2 . Uşaq hüquqları barəsində qanunvericilik
Uşaq hüquqları barəsində qanunvericilik bu Qanundan və Azərbaycan Respublikasının
digər normativ hüquqi aktlarından ibarətdir. Digər normativ hüquqi aktların normaları
uşaqların bu Qanunla müəyyən edilmiş hüquq və azadlıqlarını məhdudlaşdıra bilməz.
M a d d ə 3 . Uşaqlar barəsində dövlət siyasəti
Uşaqlar barəsində dövlət siyəsəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb
tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi
formalaşmasının tə min edilməsinə yönəldilir.
Dövlət siyasəti milli və yerli xüsusiyyətlər nəzərə alınmaqla yaradılmış məqsədli uşaq sosial
proqramları əsasında həyata keçirilir. Bu proqramların yerinə yetirilməsinə dövlət orqanları ilə
yanaşı digər hüquqi və fiziki şəxslər də iştirak edə bilərlər.
M a d d ə 4 . Uşaq hüquqlarını müdafiə edən orqanlar, birliklər və təşkilatlar
Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq uşaq hüquqlarının həyata
keçirilməsinə dövlət nəzarət edir.ii[2]
Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti,
məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı
təşkilatları tə min etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq
hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar.
M a d d ə 5 . Uşaq mənafelərinin üstünlüyü
Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini
üstün tutmalı, onların hüquqlarının tə min olunmasına şərait yaratmalıdırlar. Azərbaycan
Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə
zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər
gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd e tibarsızdır.
M a d d ə 6 . Uşaqların hüquq bərabərliyi
Bütün uşaqlar bərabər hüquqlara malikdirlər. Uşaqların, onların valideynlərinin və ya
onları əvəz edən şəxslərin sosial və əmlak vəziyyətindən, sağlamlığından, irqi və milli mənsubiyyətindən, dilindən, təhsilindən, dinindən, siyasi baxışlarından, yaşayış yerindən asılı
olmayaraq uşaqlar ayrı-seçkiliyə mə ruz qala bilməzlər. Uşaqlar valideynlərinin və ya onları
əvəz edən digər şəxslərin hərəkətlərinə görə məs uliyyət daşımır və valideynləri ilə bağlı
səbəblərə görə onların hüquqlarının məhdudlaşdırılmasına yol verilmir.
Nikahda və ya nikahdankənar doğulmasından asılı olmayaraq uşaqların valideynləri
barəsində eyni hüquqları vardır.
M a d d ə 7 . Uşağın nümayəndələri
Uşağın valideynləri, eləcə də övladlığa götürənlər, qəyyumlar, himayəçilər, uşaq evlərinin
müdiriyyəti uşaqların hüquq və mənafelərini müdafiə edən nümayəndələridir.
M a d d ə 8 . Uşağın yaşamaq və inkişaf etmək hüququ
Hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mə nəvi cəhətdən inkişaf etmək
hüququ vardır. Dövlət bu şəraiti tə min edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi,
sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür.
M a d d ə 9 . Uşağın həyatı və sağlamlığının mühafizəsi hüququ
Hər bir uşağın həyat və sağlamlığının mühafizə edilməsi hüquqi vardır. Dövlət uşaqların
həyatının mühafizəsi və sağlam inkişafını tə min edir, ekoloji təhlükəsizliyini tə min edən şərait
yaradır, onların keyfiyyətli yeməklə, içməli təmiz su ilə təchizi üçün müvafiq tədbirlər görür.
iii[3]Alkoqol və tütün məmulatlarının uşaqlara satılması, əmək şəraiti ağır, zərərli olan iş
yerlərində, o cümlədən yeraltı tunellərdə, şaxtalarda və digər yeraltı işlərdə, habelə onların
əxlaqi kamilliyinə mənfi təsir göstərən gecə klublarında, barlarda, eləcə də spirtli içkilərin, tütün
məmulatlarının, narkotik vasitələrin və preparatların istehsalı, daşınması, satışı və saxlanılması
işlərində, həmçinin narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının
dövriyyəsi ilə bağlı və uşaqların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə
bilən digər işlərdə uşaq əməyinin tətbiq edilməsi qadağandır.iv[4]
M a d d ə 1 0 . Uşağın ad və vətəndaşlıq almaq hüququ
Hər bir uşaq doğulduqdan sonra Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun
olaraq qeydiyyata alınır və vətəndaşlıq əldə edir.
Uşağa ad valideynlərinin qarşılıqlı razılığı ilə, valideynləri olmadıqda isə qəyyumluq
orqanlarının razılığı və ya göstərişi əsasında verilir.
M a d d ə 1 1 . Uşağın tərbiyə almaq hüququ
Hər bir uşağın hərtərəfli inkişaf etmək, milli və ümumbəşəri dəyərlərə uyğun, humanizm və
əxlaqi prinsiplər əsasında tərbiyə almaq hüququ vardır.
Uşağın tərbiyəsi ailədə, məktəbdə, məktəbəqədər və məktəbdənkənar uşaq tə lim-tərbiyə
müəssisələrində aparılır.
Dövlət uşaqların yaradıcılıq qabiliyyətinin, estetik tərbiyəsinin inkişafı üçün müxtəlif
müəssisələr yaradır, habelə belə müəssisələrin yaradılmasında ictimai təşkilatlara köməklik
göstərir.
Zorakılıq, qəddarlıq təbliğ edən və ya erotika və pornoqrafiya mövzusunda olan, habelə
uşaqların psixi və mə nəvi inkişafına zərərli tə sir göstərən filmlərin, ədəbiyyatların və digər
vəsaitlərin uşaqlar arasında yayılması və nümayişi, habelə bunların hazırlanmasına uşaqların
cəlb edilməsi qadağandır.
M a d d ə 1 2 . Uşağın azadlıq və şəxsi toxunulmazlıq hüququ
Uşaq azadlıq və şəxsi toxunulmazlıq hüququna malikdir.
Müstəsna hal kimi uşağın tutulmasına, həbs edilməsinə yalnız Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş əsaslar mövcud olduqda yol verilə bilər. Uşaq tutulduqda
və ya həbs edildikdə bu barədə onun valideynlərinə və ya digər qanuni nümayəndələrinə
dərhal mə lumat verilməlidir.
Uşaqların hüquqları və qanuni mənafeləri pozulduqda, o cümlədən valideynləri (onlardan
biri) uşağın təhsili, tərbiyəsi üzrə vəzifələrini yerinə yetirmədikdə və ya valideynlik
hüquqlarından sui-istifadə etdikdə uşaq öz hüquqlarını qorumaq üçün müvafiq icra
hakimiyyəti orqanlarına, 14 yaşına çatdıqda isə məhkəməyə müraciət etmək hüququna
malikdir. v[5]
İstənilən fiziki və ya hüquqi şəxs uşaqlarla qəddar rəftar hallarını müşahidə etdikdə belə
rəftarın qarşısının alınması üçün müvafiq orqanlara müraciət edə bilər.
Valideynlərin və ya digər şəxslərin uşaqlarla qəddar rəftara yol verməsi, onlara qarşı psixi
və fiziki zor tətbiq etməsi, uşaqların hüquqlarını pozması Azərbaycan Respublikasının
qanunvericiliyi ilə müəyyən edilmiş qaydada valideynlik hüquqlarından məhrum edilməyə,
habelə inzibati və ya cinayət məs uliyyətinə səbəb olur.
M a d d ə 1 3 . Uşağın zəruri maddi tə minat hüququ
Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum
dolanacaq xərclərindən az olmayan maddi tə minat almaq hüququ vardır.
M a d d ə 1 4 . Uşağın vicdan, fikir və söz azadlığı
Hər bir uşağın vicdan, fikir və söz azadlığı vardır.
Valideynlər, digər şəxslər və dövlət orqanları uşağın vicdan, fikir və söz azadlığına
hörmətlə yanaşmalıdırlar.
Uşağın səhhətinə zərərli tə sir göstərən dini ayinlərin icrasına cəlb edilməsi qadağandır.
M a d d ə 1 5 . Uşağın mə lumat azadlığı
Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq hər bir uşağın əqli və fiziki
inkişafı üçün zəruri olan istənilən mə lumatı axtarmaq, əldə etmək, ötürmək və yaymaq
hüququ vardır.
M a d d ə 1 6 . Uşağın əsas vəzifələri
Cəmiyyətdə davranış qaydalarına əməl etmək, Azərbaycan Respublikasının dövlət
rəmzlərinə bələd olmaq, biliklərə yiyələnmək, özünü faydalı fəaliyyətə hazırlamaq,
valideynlərə, digər vətəndaşların hüquq və mənafelərinə, öz xalqının və başqa xalqların ən
ənələrinə və mədəni sərvətlərinə hörmətlə yanaşmaq, tarix və mədəniyyət abidələrini, ətraf
mühiti qorumaq və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər
vəzifələri yerinə yetirmək uşağın borcudur.
Bu vəzifələrin uşaq tərəfindən dərk edilməsinə və icrasına valideynlərin, müvafiq
orqanların və təhsil müəssisələrinin uşaqlar arasında izahat və təbliğat aparmaları yolu ilə nail
olunur.
I I f ə s i l
UŞAQ VƏ AİLƏ
M a d d ə 1 7 . Uşağın ailədə yaşamaq hüququ
Uşağın ailədə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı görmək hüququ vardır.
Qanunvericiliklə nəzərdə tutulmuş hallardan başqa valideynlərin istəyinə zidd olaraq uşağı
onlardan ayırmaq qadağandır.M a d d ə 1 8 . Valideynlərindən ayrı yaşayan uşağın hüququ
Valideynlərinin hər ikisindən və ya birindən ayrı yaşayan uşağın onları tanımaq, habelə bu
ona mənfi tə sir göstərmirsə, valideynləri ilə ünsiyyətdə olmaq hüququ vardır.
M a d d ə 1 9 . Valideynlərin hüquq və vəzifələri
Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam
böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata
hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mə nəvi
tələbatlarının tə min edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas
vəzifələridir.
Valideynlərin uşaqlar barəsində hüquq və vəzifələrinin həyata keçirilməsinə dövlət
orqanlarının qarışmasına yalnız qanunla nəzərdə tutulmuş hallarda və uşağın maraqları
naminə yol verilə bilər.
Uşaqların vurduğu maddi ziyana görə onun valideynləri, övladlığa götürənlər, qəyyumlar
və ya himayəçilər Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada
məs uliyyət daşıyırlar.
M a d d ə 2 0 . Uşağın mənzil hüququ
Hər bir uşağın mənzil hüququ vardır. Uşaqların yaşadıqları mənzil sahəsinə ailənin digər
üzvləri ilə bərabər hüquqları vardır.
Valideyn himayəsindən məhrum olmuş uşaqlar tərbiyə olunmaq üçün dövlət uşaq
müəssisəsinə, qohumlarına və ya qəyyumlara (himayəçilərə) verildikdə əvvəl yaşamış olduqları
mənzilə hüquqlarını saxlayırlar. Bu mənzilə köçmək mümkün olmadıqda həmin uşaqlar,
habelə əvvəllər mənzil sahəsi olmayan valideyn himayəsindən məhrum uşaqlar mənzillə
növbədənkənar tə min edilməlidirlər. Həmin mənzillərlə əlaqədar müqavilələrin bağlanması
Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq həyata keçirilir.
M a d d ə 2 1 . Uşağın vərəsəlik və valideynlərinin əmlakı hesabına saxlanma hüququ
Hər bir uşağın valideynlərinin, övladlığa götürülənlərin əmlakına dair vərəsəlik,
məhkəmənin qərarı ilə valideynlərdən hər ikisi və ya biri xəbərsiz itkin düşmüş və ya ölmüş
elan edildikdə isə onların əmlakı hesabına saxlanmaq hüququ vardır. vi[6]
I I I f ə s i l
UŞAQ VƏ CƏMİYYƏT
M a d d ə 2 2 . Uşağın təhsil almaq hüququ
Hər bir uşağın Azərbaycan Respublikasının təhsil qanunvericiliyinə uyğun olaraq təhsil
almaq hüququ vardır.
Dövlətin təhsil sistemi uşağın şəxsiyyətinin inkişafına, zəruri bilik və bacarıqları tam
həcmdə əldə etməsinə şərait yaratmalıdır.
Uşaqların icbari ümumi orta təhsildən yayındırılması qadağandır.
M a d d ə 2 3 . Fitri iste dada malik uşaqlara dövlət qayğısı
Dövlət fitri iste dada malik uşaqların erkən yaşdan üzə çıxarılması və onların qabiliyyətinin
qiymətləndirilməsi üçün tədbirlər görür, onlar üçün adlı və xüsusi təqaüdlər müəyyən edir,
xüsusi təhsil müəssisələrinin sistemini yaradır və maliyyələşdirir, bu sahədə beynəlxalq
əlaqələri inkişaf etdirir.M a d d ə 2 4 . Uşağın əmək hüquqları
Uşaqların yaşına, səhhətinə, ümumtəhsil və peşə hazırlığı səviyyəsinə uyğun olaraq əmək
hüququ vardır.
Uşaqların əmək hüququnun yaranmasının və həyata keçirilməsinin şərtləri Azərbaycan
Respublikasının əmək qanunvericiliyi ilə müəyyən edilir.
M a d d ə 2 5 . Uşağın istirahət hüququ
Hər bir uşağın istirahət və asudə vaxtdan istifadə etmək hüququ vardır. Uşaq öz
maraqlarına və qabiliyyətinə uyğun olaraq məktəbdənkənar istirahət və məşğuliyyət növü
seçməkdə müstəqildir. Valideynlər (onları əvəz edən digər şəxslər) və müvafiq dövlət orqanları
uşaqların istirahət və asudə vaxtlarında mənfi tə sirlərə mə ruz qalmasının qarşısını alan
tədbirlər görməlidirlər.
Dövlət uşaqların istirahət və asudə vaxtını səmərəli təşkil etmək, mədəni həyata və
yaradıcılıq fəaliyyətinə qovuşmasını tə min etmək məqsədilə məktəbdənkənar müəssisələrin,
uşaq və gənclər idman, mədəniyyət və sağlamlıq ocaqlarının və digər istirahət yerlərinin geniş
şəbəkəsini yaradır və inkişaf etdirir, bu obyektlərdən pulsuz və güzəştli istifadə qaydalarını
müəyyən edir.
Xüsusi dövlət əhəmiyyətli işlərin görülməsi ilə bağlı hallar istisna olmaqla uşaqların
məktəbdənkənar istirahət və asudə vaxtlarının təşkili ilə bağlı yerlərin ləğvi və başqa məqsədlər
üçün istifadə olunması qadağandır.
Dövlət və bələdiyyə bədən tərbiyəsi-idman təşkilatlarında aztəminatlı ailələrdən olan
uşaqlara, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara,
məktəbəqədər yaşlı uşaqlara, sağlamlıq imkanları məhdud uşaqlara bədən tərbiyəsi-idman
xidmətləri pulsuz göstərilir.vii[7]
M a d d ə 2 6 . Uşaqların ictimai təşkilatlarda birləşmək hüququ
Uşaqların təhsil və ya yaşayış yerlərində Azərbaycan Respublikasının qanunvericiliyində
müəyyən edilmiş qaydada ictimai birliklər və ictimai özfəaliyyət orqanları yaratmaq və onlarda
birləşmək hüququ vardır.
Uşaqların və uşaq ictimai birliklərinin və ictimai özfəaliyyət orqanlarının siyasi fəaliyyətə
cəlb edilməsinə yol verilmir.
M a d d ə 2 7 . Uşağın şərəf və ləyaqətinin müdafiəsi hüququ
Hər bir uşağın şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Təhsil müəssisələrində,
məktəbəqədər və məktəbdənkənar müəssisələrdə intizam qaydaları ədalət prinsipinə
əsaslanmalı, tərbiyəedici və qarşılıqlı hörmət ruhunda olmalıdır. Uşaqların təhqir edilməsi,
şəxsiyyətlərinin alçaldılması yolverilməzdir.
(Çıxarılıb) viii[8]
M a d d ə 2 8 . Uşağın istismardan və zərərli tə sirlərdən mühafizəsi
Dövlət sosial, hüquqi, iqtisadi, tibbi və tərbiyəvi vasitələrlə uşaqları istismarın bütün
növlərindən, ağır, zərərli və təhlükəli əməkdən və təsirlərdən mühafizə edir. ix[9]
Uşaqlara qarşı fiziki və psixi zorakılıq, uşaqların cinsi istismarı, onların alkoqolizmə,
dilənçiliyə, qumara, fahişəliyə, narkomaniyaya, toksikomaniyaya cəlb edilməsi, cinayətkar
məqsədlər üçün onlardan istifadə edilməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə
nəzərdə tutulmuş müvafiq məs uliyyətə səbəb olur.
M a d d ə 2 9 . Uşaqlara sosial yardımlar
Dövlət uşaqlara birdəfəlik ödəmələr, aylıq müavinətlər, kompensasiyalar formasında sosial yardımlar verir.
Ehtiyacı olan uşaqlara müvafiq icra hakimiyyəti orqanları əlavə yardım və imtiyazlar tətbiq
edə bilər.
Sosial yardımlar uşaqların mənafelərinə uyğun sərf olunmalıdır.
I V f ə s i l
ƏLVERİŞSİZ ŞƏRAİTƏ DÜŞMÜŞ UŞAQLARIN MÜDAFİƏSİ
M a d d ə 3 0 . Əlverişsiz şəraitdə yaşayan uşaqların müdafiəsi üzrə dövlət proqramları
Dövlət hərbi əməliyyatlar, epidemiya, təbii və ekoloji fəlakətlər zonasında yaşayan və ya
onların tə sirinə mə ruz qalan, habelə yetim uşaqların, natamam (valideynlərdən biri olmayan),
aztə minatlı ailələrin uşaqlarının, şəhid uşaqlarının müdafiəsini xüsusi proqramlar əsasında tə
min edir.
M a d d ə 3 1 . Valideyn himayəsindən məhrum olmuş uşaqların müdafiəsi tədbirləri
Valideyn himayəsindən məhrum olmuş uşaqların müdafiəsi onların övladlığa,
qəyyumluğa, himayəçiliyə, digər ailəyə verilməsi, bunlar mümkün olmadıqda isə uşaqlara
baxan müvafiq müəssisələrdə yerləşdirilməsi üsulu ilə tə min edilir.
Müdafiə üsulu müəyyən edilərkən uşağın etnik mənşəyi, dini və mədəni mənsubiyyəti, dili,
tərbiyəsinin varisliyi nəzərə alınmalıdır.
Uşaq müəssisələrində saxlanan valideyn himayəsindən məhrum olmuş uşaqlar tam dövlət
tə minatındadırlar. Onlar Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş
güzəşt və imtiyazlardan istifadə edirlər.
M a d d ə 3 2 . Övladlığa götürmə
Uşağın övladlığa götürülməsinə onun mənafeyi naminə Azərbaycan Respublikasının
qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yol verilir. Övladlığa götürən şəxs uşağın normal
inkişafı və tərbiyəsi üçün müvafiq imkanlara malik olmalıdır. Şəxsi mənfəət əldə etmək
məqsədilə uşağın övladlığa götürülməsi qadağandır. Övladlığa götürənin sirri dövlət
tərəfindən qorunur.
Azərbaycan Respublikasının vətəndaşı olan uşağın əcnəbilər tərəfindən övladlığa
götürülməsinin, habelə Azərbaycan Respublikası vətəndaşının əcnəbi uşağı övladlığa
götürməsinin qaydaları dövlətlərarası müqavilələr və Azərbaycan Respublikasının
qanunvericiliyi ilə müəyyən edilir.
M a d d ə 3 3 . İnternat müəssisələrində uşaqların saxlanmasının və tərbiyəsinin
şərtləri
Uşaq evlərində, internat tipli uşaq müəssisələrində uşaqların tə lim-tərbiyəsinin təşkili və
keyfiyyətinə görə həmin müəssisələrin rəhbərləri məs uliyyət daşıyırlar.
Antipedaqoji və əxlaqsız hərəkətlərə yol vermiş şəxslərin uşaq müəssisələrində işləməsinə
yol verilmir.
Uşaq evlərində və uşaq internat müəssisələrində uşaqların hərtərəfli fiziki və mə nəvi
inkişafı, şəxsiyyətinin formalaşması məqsədilə ailə şəraitinə yaxınlaşan zəruri maddi və mə
nəvi-psixoloji şərait yaradılır.
M a d d ə 3 4 . İnternat müəssisələri mə zunlarının müdafiəsi
İnternat müəssisələrinin valideyn himayəsindən məhrum olmuş mə zunlarının hüquq və
mənafelərinin müdafiəsi bu müəssisələrin rəhbərləri və himayə orqanları tərəfindən həyata
keçirilir.Təhsilini davam etdirməyə gedən və ya işə düzələn internat müəssisələrinin mə zunlarının
Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən olunmuş miqdarda tə minat almaq
hüququ vardır.
Yaşayış sahəsi olmayan mə zunların yetkinlik yaşına çatana qədər bu müəssisələrdə
qalmasına icazə verilir.
M a d d ə 3 5 . Sağlamlıq imkanları məhdud uşaqların müdafiəsi
Sağlamlıq imkanları məhdud uşaqların növbədənkənar, müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən olunmuş qaydada tibbi, defektoloji və psixoloji yardım almaq hüququ
vardır. x[10]
Dövlət bu uşaqların sosial və psixoloji reabilitasiyasına, imkanlarına uyğun təhsil
almalarına, peşə seçmələrinə, əməyə cəlb olunmalarına köməklik göstərir, uşaq sağlamlıq
imkanları məhdudluğunun qarşısını almaq üçün müvafiq tədbirlər görür. xi[11]
M a d d ə 3 6 . Sağlamlıq imkanları məhdud uşağa qulluq edən şəxslərə verilən
güzəştlər xii[12]
Sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq dövrü pensiya hüququ verən iş
stajına daxil edilir və uşağa qulluq edən şəxsə Azərbaycan Respublikasının qanunvericiliyində
müəyyən edilmiş məbləğdə müavinət ödənilir.
Yetkinlik yaşına çatmayan şəxs postvaksinal fəsadla əlaqədar xəstəliyə tutulduqda ona
qanunvericilikdə müəyyən edilən qaydada sağlamlıq imkanlarının məhdudluğu müəyyən
edilənədək onun valideynlərindən biri və ya qanuni nümayəndəsi fasiləsiz iş stajından asılı
olmayaraq, orta əmək haqqının 100 faizi miqdarında müavinət almaq hüququna malikdir. xiii[13]
M a d d ə 3 7 . Hərbi münaqişələr dövründə uşaqların müdafiəsi
Azərbaycan dövləti onun hərbi münaqişələrə cəlb edildiyi ərazidə olan uşaqların
müdafiəsini beynəlxalq hüquqi normalara uyğun olaraq tə min etməyi öz üzərinə götürür.
Hərbi idarələr döyüş əməliyyatları zonasında olan uşaqların təhlükəsiz yerlərə köçürülməsi,
onların həyatının və sağlamlığının mühafizəsi üçün bütün mümkün imkanlardan istifadə
etməlidirlər.
15 yaşına çatmamış uşaqların hərbi əməliyyatlarda birbaşa iştirakı qadağan edilir. Uşaqların
hərbi-təhsil məktəblərinə cəlb edilməsi qaydaları Azərbaycan Respublikasının müvafiq
qanunvericiliyi ilə müəyyən edilir.
M a d d ə 3 8 . Təbii fəlakətlər, bədbəxt hadisələr və qəzalar nəticəsində zərər çəkmiş
uşaqların müdafiəsi
Dövlət təbii fəlakətlər, bədbəxt hadisə və qəzalar nəticəsində əlverişsiz şəraitə düşmüş və ya
zərər çəkmiş uşaqlara tə cili əvəzsiz kömək göstərir, onların təhlükəsiz yerlərə köçürülməsi
üçün tə xirəsalınmaz tədbirlər görür.
Belə uşaqlar valideynlərini itirdikdə onlar valideyn himayəsindən məhrum olmuş digər
uşaqlar üçün nəzərdə tutulmuş qaydada dövlət tərəfindən müdafiə olunurlar.
M a d d ə 3 9 . Qaçqın və ya məcburi köçkün uşaqların müdafiəsi
Qaçqın və ya məcburi köçkün olan uşaqların müvafiq status almaq hüququ vardır. Dövlət
onları lazımi müdafiə və humanitar yardımla tə min etmək üçün tə cili müvafiq tədbirlər görür,
belə uşaqların valideynlərinin axtarılmasını təşkil edir, bu məqsədlə beynəlxalq təşkilatlarla
əməkdaşlıq edir, qeyri-dövlət təşkilatlarının fəaliyyətinə zəruri köməklik göstərir.
M a d d ə 3 9 - 1 . Uşaqların baxımsızlığının və hüquq pozuntularının profilaktikası xiv[14]
Dövlət qanunvericiliklə müəyyən edilmiş qaydada uşaqların baxımsızlığının və hüquq pozuntularının profilaktikasını həyata keçirir.
M a d d ə 4 0 . İnzibati xəta törətmiş uşaqların işlərinə baxılmasının xüsusiyyətləri xv[15]
İnzibati xəta törətmiş uşaqların işlərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə
müəyyən olunmuş qaydada və orqanlar tərəfindən baxılır. Həmin uşaqlar barəsində qərar
çıxarılarkən uşağa humanist mövqedən yanaşılmalıdır.
Tənbeh tədbirləri seçilərkən işin halları, uşağın yaşı, həyat şəraiti, səhhəti, psixi inkişafı və
təhsili nəzərə alınmalıdır.
M a d d ə 4 1 . Xüsusi tərbiyə müəssisələrində olan uşaqların hüquqları
Uşaqların xüsusi tə lim-tərbiyə, yaxud ixtisaslaşdırılmış tibb müəssisələrinə göndərilməsinə
yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yol verilir.
Xüsusi tə lim-tərbiyə və ya ixtisaslaşdırılmış tibb müəssisələrində olan uşaqların onlarla
humanist davranması, səhhətinin mühafizəsi, zəruri təhsil və peşə hazırlığı almaq, mə
zuniyyət, yazışma, valideynləri və qohumları ilə görüşmək hüququ vardır.
M a d d ə 4 2 . Cinayət icraatı qaydalarının uşaqlara tətbiqinin xüsusiyyətləri
Uşaqlar barəsində məhkəməyədək icraatın, həmçinin birinci, apellyasiya və kassasiya
instansiyaları icraatının xüsusiyyətləri Azərbaycan Respublikasının Cinayət-Prosessual
Məcəlləsi ilə müəyyən edilir.
Uşaqların törətdikləri cinayətlər üzrə məhkəməyədək icraat yalnız ibtidai istintaq şəklində
aparılır. Uşaqlar barəsində həbsə alma qətimkan tədbirinin tətbiq edilməsinə yalnız onlara az
ağır zorakı cinayətin, habelə ağır və ya xüsusilə ağır cinayətin törədilməsi istinad edildikdə yol
verilir. Uşaqların azadlıqdan məhrum edilməsi ilə bağlı olan cəza tədbirləri məhkəmələr
Tərəfindən yalnız həmin məsələnin mükəmməl baxılmasından sonra tətbiq edilməli və imkan
daxilində aşağı həddə təyin edilməlidir. xvi[16]
Həbs edilmiş uşağı onun mənafeyinin tələb etdiyi hallardan başqa yaşlılarla bir yerdə
saxlamaq qadağan edilir. Azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş uşaqlar
Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi ilə müəyyən edilmiş qaydada tərbiyə
müəssisələrində saxlanılırlar. xvii[17]
Uşaqların saxlandığı tərbiyə müəssisələrinin müdiriyyəti onların vicdanlı və layiqli
vətəndaş kimi yetişməsi, müvafiq təhsil və peşə vərdişləri əldə etməsi üçün müvafiq şərait
yaratmalıdırlar. xviii[18]
V f ə s i l
YEKUN MÜDDƏALAR
M a d d ə 4 3 . Uşaq hüquqlarına əməl edilməsi üzərində nəzarətin və uşaq
baxımsızlığına qarşı mübarizənin təşkili
Uşaq hüquqlarına əməl edilməsi üzərində nəzarətin və uşaq baxımsızlığına qarşı
mübarizənin təşkili müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir.
M a d d ə 4 4 . Bu Qanunun pozulmasına görə məs uliyyət
Bu Qanunun tələblərinin pozulmasında təqsirkar olan şəxslər Azərbaycan Respublikasının
qanunvericiliyinə uyğun olaraq məs uliyyət daşıyırlar.
M a d d ə 4 5 . Beynəlxalq müqavilələr
Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrlə bu Qanun
arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir.Azərbaycan Respublikasının Prezidenti HEYDƏR ƏLİYEV
Bakı şəhəri, 19 may 1998-ci il
№ 499-IQ
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1. 20 fevrel 2001--ci il tarixli 88-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 3, maddə 143)
2. 5 oktyabr 2001-ci il tarixli 183-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 11, maddə 676)
3. 12 oktyabr 2001-ci il tarixli 194-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 11, maddə 687)
4. 15 noyabr 2001--ci il tarixli 214-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 12, maddə 731)
5. 23 aprel 2002-ci il tarixli 311-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 5, maddə 241)
6. 24 may 2002-ci il tarixli 333-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 6, maddə 328)
7. 30 dekabr 2003-cü il tarixli 568-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 2, maddə 57)
8. 5 mart 2004-cü il tarixli 598-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 3, maddə 133)
9. 18 may 2004-cü il tarixli 652-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 7, maddə 507)
10. 30 dekabr 2005-ci il tarixli 50-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 2, maddə 75)
11. 17 aprel 2007-ci il tarixli 313-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 6, maddə 560)
12. 13 iyun 2008-ci il tarixli 648-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №7, maddə 602)
13. 4 dekabr 2009-cu il tarixli 924-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan”
qəzeti, 13 fevral 2010-cu il, № 34, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il,
№ 2, maddə 70)
14. 5 mart 2010-cu il tarixli 971-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan”
qəzeti, 18 aprel 2010-cu il, № 82)
QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
i[1] 12 oktyabr 2001-ci il tarixli 194-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 11, maddə 687) ilə 1-ci maddədə "çatmamış"
sözü "(yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən" sözləri ilə əvəz edilmişdir.
ii[2] 4 dekabr 2009-cu il tarixli 924-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu
("Azərbaycan” qəzeti, 13 fevral 2010-cu il, № 34, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2010-cu il, № 2, maddə 70) ilə 4-cü maddənin mətni ikinci hissə hesab olunmuşdur və maddəyə
birinci hissə əlavə edilmişdir.
iii[3] 4 dekabr 2009-cu il tarixli 924-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu
("Azərbaycan” qəzeti, 13 fevral 2010-cu il, № 34, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2010-cu il, № 2, maddə 70) ilə 9-cu maddənin ikinci hissəsində "bağlı” sözündən sonra "və uşaqların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən digər” sözləri əlavə
edilmişdir.
iv[4] 18 may 2004-cü il tarixli 652-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 7, maddə 507) ilə 9-cu maddənin ikinci hissəsi
yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi:
Alkoqol və tütün mə mulatlarının uşaqlara satılması, habelə onların istehsalında və satışında uşaq
əməyindən istifadə edilməsi qadağandır.
17 aprel 2007-ci il tarixli 313-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 6, maddə 560) ilə 9-cu maddəsinin ikinci
hissəsində ", narkotik vasitələrin və preparatların” sözləri çıxarılmışdır, "işlərində” sözündən
sonra ", həmçinin narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının
dövriyyəsi ilə bağlı işlərdə” sözləri əlavə edilmişdir.
v[5] 12 oktyabr 2001-ci il tarixli 194-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 11, maddə 687) ilə 12-ci maddənin üçüncü hissəsi
yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi:
Uşaq, valideynləri və ya onları əvəz edən şəxslər tərəfindən qəddar rəftara mə ruz qaldıqda
müvafiq icra hakimiyyəti və prokurorluq orqanları, ictimai təşkilatlar vasitəsilə müdafiə olunmaq
hüququna malikdir.
vi[6] 23 aprel 2002-ci il tarixli 311-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 5, maddə 241) ilə 21-ci maddədə "itkin düşmüş"
sözlərindən sonra "və ya ölmüş" sözləri əlavə edilmişdir.
vii[7] 5 mart 2010-cu il tarixli 971-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu
("Azərbaycan” qəzeti, 18 aprel 2010-cu il, № 82) ilə 25-ci maddəsinə dördüncü hissə əlavə edilmişdir.
viii[8] 5 oktyabr 2001-ci il tarixli 183-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 11, maddə 676) ilə 28-ci maddənin ikinci hissəsi
çıxarılmışdır. Əvvəlki redaksiyada deyilirdi:
Uşaqların şərəf və ləyaqətinə qəsd edilməsi Azərbaycan Respublikasının qanunvericiliyində
nəzərdə tutulmuş məs uliyyətə səbəb olur.
ix[9] 5 oktyabr 2001-ci il tarixli 183-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 11, maddə 676) ilə 28-ci maddənin birinci
hissəsində "əməkdən" sözündən sonra "və təsirlərdən" sözləri əlavə edilmişdir.
x[10] 15 noyabr 2001--ci il tarixli 214-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 12, maddə 731) ilə 35-ci
maddəsinin birinci hissəsində "pulsuz və ya güzəştlə" sözləri "müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən olunmuş qaydada" sözləri ilə əvəz edilmişdir.
xi[11] 13 iyun 2008-ci il tarixli 648-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №7, maddə 602) ilə adında və birinci hissədə "Əlil,
əqli və fiziki çatışmazlıqları olan” sözləri "Sağlamlıq imkanları məhdud” sözləri ilə əvəz edilmişdir və
ikinci hissədə "əlilliyinin” sözü "sağlamlıq imkanları məhdudluğunun” sözləri ilə əvəz edilmişdir.
xii[12] 13 iyun 2008-ci il tarixli 648-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №7, maddə 602) ilə adında "Əlil” sözü "Sağlamlıq imkanları məhdud” sözləri ilə əvəz edilmişdir, birinci hissədə "16 yaşınadək əlil” sözləri "Sağlamlıq
imkanları məhdud 18 yaşınadək” sözləri ilə əvəz edilmişdir və ikinci hissədə "əlillik qrupu
verilənədək” sözləri "sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilənədək” sözləri ilə əvəz
edilmişdir.
xiii[13] 20 fevrel 2001--ci il tarixli 88-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 3, maddə 143) ilə 36-cı maddəyə ikinci hissə
əlavə edilmişdir.
xiv[14] 30 dekabr 2005-ci il tarixli 50-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 2, maddə 75) ilə 39-1-ci maddə
əlavə edilmişdir.
xv[15] 30 dekabr 2003-cü il tarixli 568-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 2, maddə 57) ilə 40-cı maddəsinin
adında və mətnində "hüquq pozuntusu" sözləri "xəta" sözü ilə əvəz edilmişdir.
xvi[16] 5 mart 2004-cü il tarixli 598-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 3, maddə 133) ilə 42-
ci maddəsinin birinci və ikinci hissələri yeni redaksiyada verilmişdir. Əvvəlki
redaksiyada deyilirdi:
Uşaqlar barəsində istintaq hərəkətləri onların ləyaqət və mənliyini qoruyan, yaşını və fərdi
xüsusiyyətlərini nəzərə alan xüsusi metodika əsasında aparılmalıdır. Uşaq şübhə edilən şəxs, müttəhim
qismində cəlb edildiyi və ya tutulduğu andan müdafiəçi ilə tə min olunur. Azərbaycan Respublikasının
qanunvericiliyi ilə müəyyən edilmiş hallarda istintaq hərəkətləri uşağın valideynlərinin, digər qanuni
nümayəndələrinin və ya müəlliminin iştirakı ilə aparılır. 

  1. Yalcin Sabranli | 15 dekabr 2015 14:30 | Status: Şərhçi | Şərh: 110
    Sitat: nurlana nurlana
    Qanınlarımız cox yaxsdı riyyayet eden olsa
  2. dılay | 8 noyabr 2015 16:55 | Status: Brilliant user | Şərh: 8 185
    Sitat: Elcin sangu
    Xebere gore tewekkurler
  3. ESMERRi | 3 noyabr 2015 21:36 | Status: Brilliant user | Şərh: 5 379
    Sitat: ESMER
    Sitat: Sirli dunyam
    tesekkurler

    xebere gore

    Sitat: Sirli dunyam
    tesekkurler

    xebere gore
  4. ESMER | 15 oktyabr 2015 20:50 | Status: VİP user | Şərh: 817
    Sitat: Sirli dunyam
    tesekkurler

    xebere gore

    Sitat: Sirli dunyam
    tesekkurler

    xebere gore
  5. Sirli dunyam | 19 avqust 2015 14:07 | Status: Qonaq | Şərh: 0
    tesekkurler

    xebere gore
  6. Elcin sangu........ | 10 avqust 2015 16:15 | Status: VİP user | Şərh: 631
    Sitat: Elcin sangu
    Xebere gore tewekkurler
  7. Elcin sangu | 1 avqust 2015 12:59 | Status: Şərhçi | Şərh: 238
    Xebere gore tewekkurler
  8. Kenan25 | 3 may 2015 13:20 | Status: Şərhçi | Şərh: 225
    Sitat: boris arxan
    cox uzundu bu oxuyub yadda saxlamaq olar
  9. FarizEhmedli | 18 aprel 2015 17:31 | Status: Şərhçi | Şərh: 198
    http://instagram.com/p/vRepOtHE3R/
  10. boris arxan | 3 mart 2015 00:42 | Status: Professional user | Şərh: 4 784
    cox uzundu bu oxuyub yadda saxlamaq olar
  11. Гуля | 25 fevral 2015 23:50 | Status: Professional user | Şərh: 103
    Sitat: TATLI GUZEL
    Menim konstitusyadan heeec xoshum gelmir.Hemmde qanun varki?!!!
  12. Nigar | 23 fevral 2015 16:41 | Status: Gümüş user | Şərh: 6 064
    Sitat: Nergiz33
    bunu mutleq oxuyacam indi nese kefim yoxdur atdim secilmislere bilmek isteyiremki azerbaycanda usagin haqqlari nedir. burda bilirem. ancag azerbaycan usaglarinin qnaunundan xebrim yoxdur.
  13. Nigar | 22 fevral 2015 13:26 | Status: Gümüş user | Şərh: 6 064
    Sitat: kalbimin sahibi
    Yazirsiz bura biz de oxuduq...indi siz deyin sizce bu Respublikada bu qanunlara riayet eden varmi?.. indiki zemanede here ozu ucun yawiyir..Balaca korpeni vuran surucu bele ozunu duwunub komeksiz korpeni qoyub qacir....beleleri coxdu
  14. Nigar | 19 fevral 2015 15:44 | Status: Gümüş user | Şərh: 6 064
    Sitat: ●♥ Meley ♥●
    Huquqlarimiz qorunlamidir tesekkurelr

    eledir................
  15. ●♥ Meley ♥● | 9 fevral 2015 10:02 | Status: Gümüş user | Şərh: 413
    Huquqlarimiz qorunlamidir tesekkurelr
  16. nurlana nurlana | 7 fevral 2015 08:43 | Status: Gümüş user | Şərh: 1 950
    Qanınlarımız cox yaxsdı riyyayet eden olsa
  17. KARAGULUM | 31 oktyabr 2014 16:09 | Status: Gümüş user | Şərh: 1 433
    Yazirsiz bura biz de oxuduq...indi siz deyin sizce bu Respublikada bu qanunlara riayet eden varmi?.. indiki zemanede here ozu ucun yawiyir..Balaca korpeni vuran surucu bele ozunu duwunub komeksiz korpeni qoyub qacir....beleleri coxdu
  18. babocka | 12 dekabr 2013 21:26 | Status: Şərhçi | Şərh: 258
    cox gozel qanunlarimiz var
  19. Akademik | 11 iyun 2013 00:44 | Status: Professional user | Şərh: 4 580
    çox təşəkkür edirəm. əla xəbər...
  20. TATLI GUZEL | 18 yanvar 2013 15:48 | Status: Professional user | Şərh: 5 781
    Menim konstitusyadan heeec xoshum gelmir.Hemmde qanun varki?!!!
  21. Aziza | 18 yanvar 2013 01:00 | Status: VİP user | Şərh: 571
    ARZUM 01,

    Sizinle raziyam...Muellife tskler...
  22. mehebbet adasi | 17 yanvar 2013 20:46 | Status: Şərhçi | Şərh: 420
    ÇNSHALLAH HEMÇSHE BU HUGUGLARA EMEL OLUNAR
  23. Aya:)) | 17 yanvar 2013 18:42 | Status: Gümüş user | Şərh: 2 239
    sebrim catmadi axira kimi oxuyum tshk
  24. Nunka | 17 yanvar 2013 14:09 | Status: Qonaq | Şərh: 0
    Sitat: Damla

    Bizim memleketde huquq ancaq kitablardadir..pulun varsa,yaxsi dayin varsa huquqda huququn babasida senin terefinde olacaq....

    oooooooooo super tam gözündən vurdun eeeeeeee Damlam təbiki yoldaşımın day-dayı olmsaydı yenidən işinə bərpa olunmazdı
  25. Lola. | 17 yanvar 2013 11:41 | Status: Professional user | Şərh: 2 230
    Sitat: gulya20
    Oxudum desem yalan olar,oxumadim

    mende
  26. Nergiz33 | 17 yanvar 2013 10:16 | Status: VİP user | Şərh: 1 079
    bunu mutleq oxuyacam indi nese kefim yoxdur atdim secilmislere bilmek isteyiremki azerbaycanda usagin haqqlari nedir. burda bilirem. ancag azerbaycan usaglarinin qnaunundan xebrim yoxdur.
  27. Damla | 17 yanvar 2013 09:18 | Status: Brilliant user | Şərh: 7 178
    Bizim memleketde huquq ancaq kitablardadir..pulun varsa,yaxsi dayin varsa huquqda huququn babasida senin terefinde olacaq....
  28. Feriha. | 16 yanvar 2013 22:12 | Status: Professional user | Şərh: 4 746
    Sitat: ARZUM 01
    boshuna eziyyet cekib oxumayin bu olkede qanun yoxdur.emeye twk

    :n43:
  29. gulya20 | 16 yanvar 2013 21:46 | Status: Professional user | Şərh: 4 678
    Oxudum desem yalan olar,oxumadim
  30. Princess_93 | 16 yanvar 2013 21:25 | Status: Brilliant user | Şərh: 5 877
    Sitat: ARZUM 01
    boshuna eziyyet cekib oxumayin bu olkede qanun yoxdur.emeye twk

    duz soze ne deyesen