Qadın / Ah, qadınlar...

Hicablı müsəlman qadın Britaniya İmperiyasının Cəngavər ordeni ilə təltif edildi

Banu. | 3-01-2020, 23:34
125 0
Böyük Britaniyada televiziya ulduzu olan müsəlman qadın kraliça II Yelizaveta tərəfindən cəngavər ordeni aldı. Britaniyada kulinariya mövzulu Great British Bake Off məşhur televiziya realiti şousunun qalibi, ölkədə hicablı ilk televiziya ulduzuna çevrilən Nadiya Hüseyn Britaniya İmperiyasının Ən Yaxşı Ordeninə (The Most Excellent Order of the British Empire) layiq görülüb.
AzadQadin.az Ens.az-a istinadən xəbər verir ki, Nadiya fəxri mükafatı kulinariya sənətinin populyarlaşması və yayımı sahəsinə töhfəsinə görə alıb.

“Hətta maşınım belə sevincdən ağlayır! Hər kəsə xoş sözləri və gözəl mesajları üçün təşəkkür edirəm! Hətta ağlasığmaz yuxularımda belə bunun baş verəcəyini təsəvvür edə bilməzdim”, - Hüseyn Instagram-da yazıb.
Nadiyanın məşhur televiziya layihəsində qalib olmasından sonra o, ingilis dilli kanallarda kulinariya mövzulu televiziya verilişlərinin aparıcısı olub və bir neçə kitab yazıb.

Müəllif: Famil Ələkbərov
Mənbə: islamnews.ru