Qadın / Ah, qadınlar...

İstanbulda həbsə səbəb olmuş feminist rəqsi

Banu. | 14-12-2019, 22:13
224 0
Çilidən başlayaraq ABŞ, Fransa və digər ölkələrdə feministlərin ifa etdiyi Las Tesis rəqsi və mahnısı Türkiyədə həbslərə səbəb olub.
8 dekabrda İstanbulda və Ankarada yüzlərlə qadın qadınlara qarşı cinsi hücumlar və şiddət cinayətlərinə etiraz olaraq hazırlanmış Las Tesis rəqsini ifa ediblər, lakin İstanbulda polis etirazçılara müdaxilə edib.
Saxlananlar "yığıncaq və yürüş qanunlarına qarşı çıxma, prezidenti təhqir və dövlət qurumlarını alçaltma" maddələri ilə ittiham edilib.
İstanbul Valiliyi rəqslə müşayiət edilən mahnının türkcəyə tərcüməsində olan "təcavüzçü sənsən, öldürən sənsən, polislər, hakimlər, dövlət və başqan" sözlərinin "cinayət olduğunu" bildirib.
Qadınlar bu ittihamları rədd ediblər.
Las Tesis ifasını Çilidə eyni adlı feminist qadınlar təşkilatı hazırlayıb və o, sürətlə dünya boyunca yayılmaqdadır.