Qadın / Ah, qadınlar...

Prodüser omba dikləşdirmə əməliyyatı zamanı öldü -Silikonu ebaydan gətizdiribmiş - FOTO

Banu. | 15-11-2019, 14:00
95 0


Prodüsseri istəmədən öldürən kosmetoloqa hökm oxunub.

Azadqadin.az  Milli.Az-a istinadla xəbər verir ki, omba dikləşdirmə əməliyyatı zamanı ölən qadına görə onun həkimi cəzalandırılıb.


Tv prodüsseri Kelly Mayhew omba böyütmə əməliyyatı zamanı ölüb. Onun ölümünə səbəb Donna Francis adlı qadın həkimin səriştəsizliyidir. Belə ki, o, ebaydan aldığı silikonu evinin zirzəmisində prodüsserin ombasına inyeksiya edib.

Qadının rəngi göyərib, şoka girib və qısa müddət sonra ölüb.

Hadisə 2015-ci ildə, Nyu-Yorkda baş verib. Donna Francis insan ölümünə görə həbs olunub. O, hökm oxunarkən göz yaşlarına hakim ola bilməyib.