Qadın / Ah, qadınlar...

Gənc dul qadın müəmmalı şəraitdə 123 milyon dollar mirasa sahib olub

Banu. | 15-10-2019, 00:11
129 0
Bu günlərdə macar ictimaiyyətini maraqlı mövzu narahat edir.

Azadqadin.az AZƏRTAC-a istinadən bildirir ki, cari ilin yanvarında vəfat edən macarıstanlı mediamaqnat Andi Vayna özündən sonra böyük məbləğdə, 123 milyon dollar dəyərləndirilən varidat qoyub.


Ölməmişdən əvvəl o, özünün cavan dul arvadı Timea ilə bərk mübahisə edib, lakin boşanmanı sənədləşdirməyə macal tapmayıb. Andi Vayna vəsiyyətnamə ilə arvadına hətta bir sent belə saxlamayıb. Vəkillərin sərəncamında olan vəsiyyətnamənin surətində kimə nə qədər miras qalacağı aşkar görünür, sənəddə adıçəkilənlər arasında dul qadının adı göstərilmir.

Lakin vəsiyyətnamənin orijinalı müəmmalı şəkildə itib və tapılmayıb. Macarıstan qanunlarına görə, bütün varidat mərhumun məhz formal dul qadınına çatacaq.

Bu xəbərləri qaçırmayın, oxuyun:

“Bakı Kart”da pulunuz belə oğurlanır – Diqqət

Ər başqa kişiyə lüt şəkillərini göndərən arvadının dərisini soydu

Pensiya artımı haqda açıqlama: “Ən azı 350-400 manat...”

Nəyə görə menstruasiya günləri qadın yemək bişirməməlidir? – Kişi bu yeməyi yeyərsə…

“Qızım hamilə olanda qayınanası qarnından vururdu” - Leylanın anası+Video