Qadın / Ah, qadınlar...

Bu qadının həbsi Rusiyanı qarışdırdı

Banu. | 6-10-2019, 13:03
165 0
Rusiyada inquş siyasi məhbus Zərifə Sautyevanın azad edilməsi tələbi ilə sosial şəbəkədə kampaniya başlayıb.
“Zərifəyə azadlıq” haştağı ilə sosial şəbəkədə başlayan kampaniyaya məşhur idmançılar, yazıçılar və sənətçilər də dəstək verir.
Siyasi fəallar Sankt-Peterburq şəhərində Sautyeva və digər inquş siyasi məhbuslara dəstək olaraq piket keçirib.
Zərifə Sautyeva iyulun 15-dən Nalçikdə həbsdədir. O, təhlükəsizlik orqanlarının əməkdaşlarına zor tətbiq etməkdə ittiham olunur. Zərifə Sautyeva siyasi səbəblərə görə həbs edilən ilk inquş qadındır. Avropa İnsan Haqları Məhkəməsi onu siyasi məhbus kimi tanıyır.
Zərifə Sautyevanın həbsi təkcə İnquşetiyada deyil, Rusiyanın digər regionlarında da etirazlara səbəb olub. Kabardino-Balkardakı çərkəz fəallar və digər şəhərlərdən də ona dəstək nümayiş etdirilir. Belə ki, sentyabrın 27-də siyasi fəal Marina Kenin rəhbərliyi ilə Sankt-Peterburqda Zərifə Sautyevanın da daxil olduğu bütün inquş fəallarının sərbəst buraxılması tələbi ilə piket keçirilib.
Sentyabrın 29-da isə paytaxt Moskvada inquş icmasının nümayəndələri “Zərifə Sautyevaya azadlıq!” yazılı plakatlarla mitinqdə iştirak edib.
İnquş müxalifətini dəstəkləyən son müraciətlərdən biri Rusiyanın müxalifətdə olan Yabloko partiyasının federal bürosunun üzvü Nikolay Rıbakov tərəfindən yayımlanıb. teleqraf.com

Bu xəbərləri də oxumaq üçün yazıya tıklayın: 

Qızlıq pərdəsi haqda ŞOK FAKTLAR

5 gündə 5 kilo arıqlayın - Ən ucuz və ən keyfiyyətli pəhriz

Bunu edin — Sizin paltaryuyan maşınınız heç vaxt xarab olmayacaq!

Bakıda yerdən tapılan pulqabının içindən çıxanlar sizi şoka salacaq-VİDEO

Şantaj edilən tələbə qız otelə gəlməyə məcbur oldu... — Lənkəranda biabırçı hadisə

"1 milyon kişi ilə YATDIM" - Xeyriyyəçi qadın illər sonra ETİRAF ETDİ

Ərinin telefonuna iş yoldaşı kimi qeyd etdiyi qız görün kim çıxdı - Mesajlar ŞOKA SALDI