Qadın / Ah, qadınlar...

60 saat ölümünü gözləyən qızın HƏYAT HEKAYƏSİ

Banu. | 2-10-2019, 22:12
200 0
130 il sonra - 1985-ci ildə Kolumbiyada vulkanın püskürməsi nəticəsində 25 min insan həyatını itirib. Yaşadığı kənd məhv olan Omayra adlı qız isə bədəni torpaqla birləşsə də ölümünün son saniyəsinə qədər (60 saat) ümidini itirməyib.

Omayranın həyat hekayəsini təqdim edirik.

1985-ci il 13 noyabr səhər saatlarında Nevado del Ruiz adlı vulkanın püskürməsi ilə Omayra Sanchez adlı azyaşlı qızın kəndi də yerlə yeksan olub. Ətrafında olan taxtadan yapışan azyaşlı qız uzun müddət xilas edilməyi gözləyib. Daha sonra onun əllərini hadisə yerinə gələn jurnalist görüb.

Jurnalistin bir çox şəxslərə xəbər verməsindən sonra onlarla adam Omayranı xilas etmək üçün çalışıb. Ancaq onun oradan çıxarılması üçün ayaqlarının kəsilməsi lazım olub. Çünki hər dəfə onu çıxartmağa çalışanda su səviyyəsi yüksəlir, azyaşlı qız daha da suyun altında olan torpağa batırmış. Üstəlik də onun nəfəs alması dəqiqələr keçdikcə daha da çətinləşib.

Omayranın çıxarılmasına maneə olan şeyin nə olduğunu bilmək istəyən şəxslər isə bunun üçün suyun dibinə enərək, azyaşlı qızın ayaqlarının altında xalasının cəsədi olduğunu görüblər.

Bu müddət ərzində kiçik yaşlı qız jurnalistlərə mahnılar oxuyaraq, tez-tez konfet və qazlı içki istəyib. Bundan başqa o tez-tez onu xilas etməyə çalışan şəxslərə istirahət etmələrini deyirmiş.

Onun xilası üçün lazım olan alətlər gəlmədikcə vəziyyəti daha da pisləşən Omayra “Məktəbə gecikdim, riyaziyyat imtahanım var” sözlərini sayıqlayırmış.

Qızın xilası üçün alətlər gəldikdən sonra isə ayaqlarının qanqrena olduğu və kəsilməsinin lazım olduğu bildirilir. Ancaq hazırda olduğu yer o qədər çirkli olub ki, onun ayağının kəsilməsi, indiki çəkdiyi ağrıdan da daha çox olmalı idi. Buna görə də, qızın ölümünə icazə verməyin daha mərhəmətli qərar olduğu düşünülərək, onun ölümü gözlənilib.

Omayra 60 saat sonra gözlərini bağlayarkən bu sözləri deyib:

“Ana, əgər məni eşidirsənsə, təxmin edirəm ki, mənim təkrar ayağa qalxmağımı, gəzməyimi və bu insanların məni xilas etməsi üçün dua edirsən. Ana, səni, atamı və qardaşımı sevirəm. Əlvida, ana”.

Qeyd edək ki, azyaşlı qızın ölümündən bir neçə saat qabaq Franck Fournier adlı jurnalistin çəkdiyi şəkil ona “Pulitzer” adlı mükafatı qazandırıb.lent.az

Digər xəbərləri də oxuyun:

Sevdiyi qadından boşanan, ən yaxın dostundan inciyən SƏYAVUŞ ASLAN

Bakıda İYRƏNCLİK - Ana qızıyla lezbiyan hərəkətləri edib, videonu sevgilisinə göndərdi

Siyəzəndə üç uşağını da götürüb evdən çıxan qadın görün haradan tapıldı

Ərəb qızları niyə toy gecəsindən bu qədər qorxurlar? - MARAQLI FAKTLAR

Azərbaycanda ombalarını böyüdən qadınlar – Bıçaq altına gedənlər təkcə müğənnilər deyil…