Qadın / Ah, qadınlar...

Müdrik qadın olmağın qaydaları - Ömrünün sonunadək...Bunları edin!

Banu. | 25-09-2019, 13:34
1 051 0

Qadın doğulmaq tanrının bəxşişidir. Müdrik qadın olmaq isə ruhumuzun bizə hədiyyəsidir.

Müdrik yaşlı qadın olmağın qaydalarını təqdim edirik.

1. Heç kimi öyrətmə. Hətta haqlı olduğunu bildiyin hada özünü yorma. Bir vaxtlar yaşlı qadınların tövsiyələrinin sənin necə qıcıqlandırdığını xatırla.
2. İnsanlar səndən istəmədiyi müddətcə heç kimə kömək əlini uzatma. Doğmalarını dünyanın bütün zərbələrindən qorumağa çalışma. Onları sevməyin kifayətdir.
3. Şikayətlənmə. Məhəllələrdə oturan deyingən qarıya çevrilmə.
4. Övladlarından minnət umma. Unutma, nadan övlad yoxdur. Onlardan təşəkkür gözləyən axmaq valideynlər var.
5. “Ömrümün ən gözəl illərini sənə verdim”, yaxud “mən sənin yaşında...” kimi cümlələr qurma.
6. Son pullarını gəncləşdirici krem və prosedurlara xərcləmə. Səyahət et.
7. İmkan daxilində eleqant görünməyə çalış. Gənc deyil, eleqant...
8. Öz kişini qoru. Deyingən, əlləri əsən, köməksiz olsa belə... Bir vaxtlar güclü, cəsur olduğu zamanları xatırla. Əmin ol, o da sənin ən təravətli və hamar dəriyə sahib olduğun dövrü xatırlayan tək-tük adamardandır.
9. Özünü heç nədə günahlandırma. Əlindən gələn hər şeyi etmisən, unutma.
10. Ömrünün sonunadək şərəfini qoru. Bu günədək sağsansa, demək, kiməsə lazımsan.

Digər xəbərləri də oxuyun: 

Təcili: İlham Əliyevdən əhaliyə ŞAD xəbər- Buna hamı sevinəcək- RƏSMİ

Aktrisalarımızın əsl yaşı – SİYAHI

Azərbaycanda daha bir BİABIRÇILIQ! - Bu dəfə iki qız oğlanın qarşısında erotik rəqs edərək... - VİDEO

Toyuna az qalmış faciəvi şəkildə ölən 27 yaşlı Firəngizin FOTOLARI

“İrşad Electronics”lə müştəri arasında qalmaqal: “Pulu qaytarın…”