Qadın / Ah, qadınlar...

Qeyri -adi gözəlliyə və görünüşə sahib qadınlar-VIDEO

Banu. | 18-08-2019, 13:30
143 0
QEYRİ ADİ GÖZƏLLİYƏ SAHİB QADINLAR


Fərqlilik insan olmağın xüsusiyyətlərindəndir.  Hər insanın özünə xas gözəlliyi vardır. Ancaq bəzi insanlar varki digərlərindən çox fərqlənirlər. Bir azdan qeyri adi görüntüyə sahib bu qadınları təqdim edəcəm. 


Connie Chiu
Hon-Kongda Çinli bir ailənin 4-cü uşağı olan Connie dünyaya alibino olaraq gəlmişdir. Daha sonra ailəsi Connienin incəsənət və jurnalistika təhsili üçün Isveçə göndərmişdir. Connie 24 yaşına çatdığında modellik və jazz müğənnisi kimi gecə klublarında mahnı oxuyaraq kariyerasını davam etdirir. 


Nikia Phoenix
Amerikalı model Nikia Phoenix, tünd rəngli bədən dərisi, təbii saçları və bütün bədənini əhatə edən çilləri ilə digər insanlardan fərqli bir görünüşə sahibdir. Bu gözəl model, kiçik bir kafedə kofe içərkən bir biznesmenin onu kəşfetməsi nəticəsində reklam şirkətlərinin brend markalarının üzü olmuşdur.


Winnie Harlow
Dərinin ağarması xəstəliyi yəni  Vitiligo olması nəticəsində fərqli görünüşə sahib olan Vinnie Tyra Banksın diqqətini çəkmişdir. Vinnienin instagram hesabından kəşf etmiş Tyra onu Amerikanın sonrakı top Modeli dəvət etmiş Viine yarışmada 5-ci yerə çıxmışdır. 


Ava Clarke
Afro Amerikan albino xəstəsi olan Ava Clarke sarı saçları, yaşıl-mavi gözləri ilə moda sektorundakı birçox insanın diqqətini çəkmişdir. Vogue, Denim və VİP kimi məhşur moda dərgiləri ilə işləmişdir. 


Khoudia Diop
19 yaşındakı Seneqallı Khouda moda sektorunda bir çox insanın diqqətini çəkmişdir. İnstagram səhifəsində Khouda özü kimi fərqli olan insanlar ilham verməkdə və fərqli olduğu üçün özünü həmişə şanslı saymaqdadır. Paylaşımlarında fərqli görünüşə  sahib insanlar üçün “fərqliliyinizdən utanmayın əksinə fərqli olduğunuz üçün özünüze çox şanslı hesab edin deyə tez tez bildirir. 


Anastasia Jidkova
1996-cı ildə Rusiyada anadan olan Anastasia dünyanın ən gözəl albino qızı olaraq tanınır. Bu qeyri adı model Rusiyada modanın və gözəllik sektorunun anlayışını dəyişdirmişdir. Anastasiya eyni zamanda çox istedadlı müğənnidir. Youtube kanalında oxuduğu mahnılarla  möhtəşəm gözəlliyini və səsini paylaşır. 


Lola Chuil
İnstagramda sadəcə 36 şəkil paylaşmasına baxmayaraq bu qeyri adi qızın yaşına görə çox insan izləyir. Los Angelesda yaşayan Lola litseydə təhsil alır və tam 8 dil bilir. Kömür qarası dəri rəngi, zərif dodaqları, burun və gözləri ilə çox qeyri adi gözəlliyə sahibdir. İnstagram izləyiciləri onu gələcəyin Naomi Campbelli olaraq görür. 


İnce Belli Qadın :
Dünyanın ən incə belli qadını olaraq Guinness rekordlar kitabına girən Cathie Jungun beli tam 38 santmentrdir. Bu qadın incə belə sahib olmaq üçün 1983-cü ildən bu günə qədər korselerini get gedə daraldaraq arzuladığı bellərə sahib olmuşdur. 


Barbie Qız :
Məncə bu qız barbieyə çox oxşayır. İndiyə qədər heç bir plastik əməliyyat olmadığını iddia edən Ukraynalı qız Valeriya Lukyanova görüntüsünün düzgün qida, pəhriz və düzgün makiyajla olduğunu söyləmişdir. 5 ilini yaşayan barbiye bənzəməyə çalışaraq keçirən Valeriya plastik əməliyyatlarada pis baxmadığını demişdir.


Dopinqli Qadın :
Londonda yaşayan 28 yaşındakı Candice Armstrong isə daha iri və əzələli bir bədənə sahib olmaq üçün aldığı steroidlər sayəsində kişiyə bənzəmişdir. Əvvəllər sarışın və gözəl bir qadın olan Candice başına gələnlərdən xəbərsiz daha əzələli olmaq üçün süni kişilik hormonu olan anabolik steroid maddəsindən istifadə etməyə başlamış. Qəbul etdiyi dərmanlar sayəsində bədəni kişiyə bənzəməyə başlamışdır. 


Ən Uzun Qadın :
Növbədə dünyanın ən uzun qadını Sandy Allen var. 1976-cı ildən 2008-ci ilə qədər yəni dünyasını dəyişənə qədər 2.32 m boy uzunluğu ilə dünyanın ən uzun boylu qadını olaraq Guinnes Rekordlar Kitabına girmişdir. 


 
Dünyanın ən əzələli qadını
Body Buildingçi olan Alina Popa çox sayda müsabiqələrə qatılmış bir çoxundada medallar almışdır. Body Buildingin ən böyük xəyalı olduğunu deyən qadın günlərini idmanla keçirir və əzələlərini dahada böyütməyə çalışır. Kişiyə bənzəyən Pola əzələli bədəninin çox gözəl və cazibədar olduğunu düşünür.


Qara Barbie :
Avstraliyanın gələcəyin ən gözəl Top Modelləri siyahısında yer alan Duckie Thot birçox insan tərəfindən Barbiyə bənzədilməkdədir. Şimali Sudan əsilli olan model ilk başlarda sosial mediyada üzərindən çox sərt bir şəkildə tənqid olunmuşdur. Bir müsahibəsində zamanla görünüşü haqqında tənqidləri vecinə almamağa başladığını söyləmişdir.


Siyam ekizləri:
Dünyaya siyam ekizi olaraq gələn Abigail və Brittany Hensel bacıları 6 yaşlarında medyanın böyük marağına səbəb olmuşdular. 2 baş, 1 gövdəyə sahib olan ekizlər eyni zamanda 2 ürəyə, 2 ağciyərə, 2 mədəyə, qısacası ikisidə ayrı-ayrı orqanlara sahibdir. Bacılar gündəlik həyatlarının mövzu alındığı bir televiziya shousuna çəkilmişdir. Eyni zamanda universitet diplomuda alaraq hal-hazırda müəllimlikdə edirlər.

Digər mühüm xəbərlər:

Azyaşlı oğlanla ailəli qadını intim əlaqədə olarkən tutdu... - Azərbaycanda RÜSVAYÇI HADİSƏ

Valideynlərə ŞAD xəbər: Prezident uşaqlarla bağlı fərman imzaladı

Leyla Əliyeva Mehriban Əliyevanın Gəlinlik fotosunu paylaşdı, fotoya təriflər yagdı- FOTO

Prezidentdən işsiz gənclərimizə şad xəbər — TARİXİ SƏRƏNCAM

Ailəli kişinin evinə gedən gənc qız: Oyananda gördüm ki, artıq gecdir