Qadın / Ah, qadınlar...

Gözəl kimə deyilir? – Dünya ölkələrinin 18 əsas meyarı

Banu. | 2-11-2019, 08:30
17 0



Planetin müxtəlif ölkələrində insanların gözəllik hesab etdikləri kriteriyaları təqdim edirik:


Fransa – təbiilik
Fransada təbii gözəlliyə üstünlük verilir. Minumum makiyaj və hava feni ilə ukladka olunmuş, azca qaldırılmış saç, təkrarolunmaz stil, sərbəst zəriflik – qadın gözəlliyinə franssızsayağı yanaşmadır.

Avstraliya – atletik bədən quruluşu
Avstraliyada gözəllik standartına ümumi yanaşma atletik bədən quruluşudur. Asiyadan fərqli olaraq, “zaqar” mütləqdir. Bu, ölkədə çoxlu dəniz və adaların olma səbəbi ilə izah edilir.

Polşa – formada olmaq və şirin sima
Polşada hündürboy, düzgün bədən quruluşu, simmetrik üz cizgiləri və uzun saçlara sahib olmaq mütləqdir.

İsveç – şimal obrazı
İsveç mavi gözlü, sarışın, gözəçarpan üz ovalı olan qızlarla tanınır. Bu, şimal qadınlarının gözəllik etalonudur. Gözəlliklə yanaşı stil də vacibdir, eksklyuziv bahalı, parlaq olmayan rənglərdən ibarət geyim və eyni cür makiyaj dəbdədir.

Cənubi Koreya – açıq baxış və parlaq dəri
Böyük dairəvi gözlər və solğun dəri Cənubi Koreyada əsas gözəllik etalonudur. Buna görə qızlar hətta uşaq yaşlarında bıçaq altına girməyə razıdırlar.
Bundan əlavə, Asiya bazarında vizual olaraq üz quruluşunun dairəviliyini, dodaqların dolğusunu, gözlər arasındakı məsafəni dəyişən məhsullar çoxdur.

İran – düzgün burun quruluşu
Geyimdəki ciddi qayda-qanunlara baxmayaraq, İran qadınlarının da gözəllik etalonu var. Onlar üçün gözəl üz cizgiləri daha önəmlidir. Buna görə də onlar qaş və göz gözəlliklərinə diqqət edirlər. Düzgün formalı burun İranda varlılıq statusu mənasını verir.

ABŞ – hər şeyin “ən”i
Amerika fərqli mədəniyyətləri özündə birləşdirdiyi üçün orada yaşayan bütün kişilərin zövqünə uyğun qadın seçmək asan deyil. O, arıq yaxud da kilolu, uzun və ya qısa saçlı, tünd ya da açıq dərili qadın ola bilər. Düzgün və səliqəli istifadə olunubsa, parlaq makiyaj da bəyənilir.

Braziliya – model görünüşü
Braziliyada cazibədarlıq etalonu – atletik, “zaqar”lı bədənli, açıq saçlı, gözəl gözləri olan qızlardır. Formada olmaq üçün onlar demək olar hər gün manikür, masaj edirlər. Braziliya qızlarının çoxu jurnaldan kadr kimi görünür.

Pakistan – təbii “Ağbəniz”
Pakistanda gözəl qadınlar sayca çoxdur. Gözəllik standartları isə – açıqrəngli dəri, uzun, tünd saçlar, açıq rəngli gözlərdir.

Tailand – miniatürluq
Tailandda da açıq rəngli dərilər dəbdir. Bu, cəmiyyətdə yüksək statusa malik olmağı göstərir. Buna görə də qızların çoxu xüsusi ağardan kremlərdən istifadə edir, plastik cərrahlara müraciət edirlər. Həm də Tailandda qızların miniatür olması önəmlidir.

Danimarka – Barbi qız
İsveç kimi, Danimarkada da gözəllik idealı açıqrəngli qızlardır. Orada sadəliyə üstünlük verilsə də, “smokey-eyes” da bəyənilir.

Malayziya – kölgə rəngli dəri
Malayziyada dərinin rəngi nə qədər açıq olsa, bir o qədər bəyənilir. Simanın rənginin də kölgəli ağ olmağı üstünlükdür. Bundan başqa arıqlıq və düzgün formada olmaq vacibdir.

Serbiya – ciddi standartlar
Serbiyada gözəlliyin dəqiq standartları var: zeytun rəngli üz, dolğun dodaqlar, xırda burun, iri açıqrəngli gözlər, çox arıq və bilinən üz ovalı.

Rusiya – ağ üz, tünd qaş
Rusiyalı qızları digər xaricilərdən fərqləndirən yeganə cəhət – xaraktercə sadə və təbii olmalarıdır. Xarici görünüşdə isə açıqrəngli, qəhvəyi və ya şabalıdı saçlar, açıqrəngli gözlər (boz, açıq-yaşıl, mavi), açıqrəngli dəri, düzgün üz cizgiləri, dairəvi formalı üz bəyənilir.

İspaniya – hissiyyat
İspansayağı gözəllik – geyimdə və davranışlarda açıqlıq və hissiyatdır. Tünd dəri, tünd rəngli gözlər İspaniyada gözəllik atributlarındandır. Və əlbəttə ki, rəqslər. Burada istənilən ispan qız rəqs etməyi bacarmalıdır.

Böyük Britaniya – məhdudlaşdırılma
İngilis gözəlliyi məhdudlaşdırılmış və aristokratdır. Minimum makiyaj, rahat geyim, ayaqqabı, incəlik, çilli solğun üz. Britaniyalılar qocalmaqdan qorxmurlar, qırışlar gözəllik və yetkinlik sayılır.

Almaniya – mühafizəkarlıq
Almaniyada qadınlar idman stilli və hər şeylə münasibətdə çətinlik sevəndirlər. Orada ideal sadədir – mavi gözlər, açıqrəngli saçlar. Onların fenomen olmuş nizam-intizamları vacib olan atletik formaya düşməklərinə kömək olur. Parlaq makiyaj o qədər də sevilmir.

Hindistan – ürək və bədənin harmoniyası
Hindistanda ürək və bədənin harmoniyası qiymətləndilir. Buna görə də yoqa, təbii kosmetika və düzgün qidalanmaya üstünlük verilir.

Azadqadin.az

Bu xəbərləri MÜTLƏQ oxuyun:  

Ramzan Kadırovun ilginc həyat hekayəsi...Həyat yoldaşının heç yerdə görmədiyiniz fotoları


XƏBƏRDARLIQ: Pasport almaq istəyənlərin nəzərinə - Qaydalar

Hər gün işlətdiyiniz bu sözlər sizi enerjidən məhrum edir - Heç vaxt deməyin!

Məhərrəmin əxlaqsız qızı necə mömin xanım oldu? – ŞOK DETALLAR

Nazpərinin qardaşı qızının açıq-saçıq görüntüləri yayıldı - FOTOLAR

Cəmi 7 stəkan... damarların tər-tərmizdir - İnfarktdan sığorta

Arvadbaz kişilərin DƏHŞƏTLİ ƏMƏLLƏRİ: minlərlə qızla sevişən, bacısına vurulan və...