Qadın / Ah, qadınlar...

Qadın komplekslərinin kompleks analizi

Sevinc Fedai | 29-03-2012, 21:30
3 518 67


Kompleks- mənfi emosiyalarla, yarımçıq xatirələrlə və dumanlı meyllərlə əks olunan bir qrup davranışlar sistemidir ki, qeyri-ixtiyari insan şəxsiyyətinin daxili strukturunu formalaşdırır. Xarici struktur ilə daxili struktur heç də hər zaman bir-birinə uyğun olmur.

Psixoloqların fikrincə, bizim alt şüurumuzda qorxu, cəza, günah hissi kimi hallar formalaşır. Onların formalaşması zamanı aldığımız yanlış təəssüratlar, psixoloji travmalar bu hallarla sonradan qarşılaşdığımız zaman bizdə kompleksli davranış reaksiyaları yaradır. Həmin reaksiyalar cəmiyyət tərəfindən birmənalı qarşılanmadıqda bizdə mənfi hisslər yaranır. Cəmiyyətdə bu cür insanları “kompleksləri var” adı ilə xarakterizə edirlər. Erkən yaşda formalaşan bu komplekslər xarakteri, şəxsiyyətlərarası münasibətləri, emosional və iradi sferanı müəyyən edir. Bu cür psixoloji elementlər isə narahatedici və ya xəstəliyə çevriləcək simptomlara çevrilir. Bu cür transformasiyalar isə cinsi münasibətlərdə, adi həyatda, meyllərdə və düşüncə tərzində çərçivələnmiş yanaşmalara yol açır.

Kompleksin də bir neçə növü vardır ki, o da sizin hansı xarakterdə insan olduğunuzu göstərər. Elə isə baxaq görək, kim hansı kompleksə malikdir:

Alisa kompleksi – Luis Kerolun “Alisa möcüzələr ölkəsində” əsərində baş qəhrəman olan qızcığaz balaca dovşanın arxasınca düşərək nağıllar dünyasına düşür. Psixologiyada bu tip insanları reallıqdan qaçan, xəyallarının abstrakt xarakter daşıdığı düşüncəyə və həyat mövqeyinə sahib xanımlara aid edirlər. Onlar insanları ideallaşdırır, sevdikləri şəxslərin qüsurlu tərəflərini görməməyə çalışırlar. Yalnız öz arzuları üçün yaşayır, başqalarının arzu və istəkləri onlar üçün qəbuledilməzdir. O, öz xəyallarında yaxşı ana, həyat yoldaşı, bacı ola bilər, lakin bu reallıqdan kənar da ola bilər. Kişilərdə bu, Don Kixot kompleksi hesab edilir.

Amazonka kompleksi – kişilərə və onların üstün tərəflərinə qarşı gizli nifrət hissi ilə yaşayan qadınlarda özünü göstərir. Onlar kişilərdən yalnız vasitə kimi istifadə edirlər. Bir insan kimi kişilər onları maraqlandırmır. Kişilər onlar üçün sevgili, uşaqlarının atası, kaşelyokdakı pulun mənbəyi ola bilər, ancaq əsla dost, sirdaş deyildir. Belə qadınlar öz gözəlliklərindən, cazibələrindən kişilərin müəyyən zəifliklərinə qarşı məharətlə istifadə edirlər. Sonda belə qadınların ən böyük arzusu gərəkli məbləğ ilə qocalıq həyatını rahat yaşamaqdır. Belə qadınlar oğlanlarına qarşı da laqeyd münasibətdə olurlar. Maddi cəhətdən heç bir kişidən asılı olmamağı hər şeydən üstün tuturlar.

Uşaqlıq kompleksi – müstəqil həyatda cavabdehlik daşımaqdan və reallıqdakı çətinliklərdən qaçmaqdan ötrü uşaqlıq aləmində gizlənməyə çalışmaq. Bu daha çox uşaqlıq dövründə əzizlənən tək və ya axırıncı uşaqlarda müşahidə edilir. Ailənin balaca “möcüzəsi”, “dahisi” real aləmdə bu cür adlandırılmadıqda, tənqid edildikdə uşaqlıq aləminə qapılmağa çalışır. Bu tip insanlar sərbəst şəkildə öz ailələrini qurmaqda, saxlamaqda və onu idarə etməkdə çətinlik çəkirlər. Onlar ailəni idarə edə bilməməklə yanaşı idarə olunmaqdan da qaçırlar. Bu da onlara rəhbərlik altında işləməkdə maneçilik yaradır.

Diana kompleksi – özlərini toxunulmazlıq, təmizlik kodeksini özündə əks etdirən xanımlardan hesab edirlər. Bir qədər Allahlıq iddiası fikirləri ilə yaşayırlar. Əks cinsin nümayəndələri ilə danışmaq, söhbət etmək onlar üçün böyük günah deməkdir. Onlar daha çox yaxınlarının uşaqlarını öz himayəsinə götürürlər. Uşaqları daha çox sevir, onlara bağlanırlar. Lakin bu, onların öz uşaqları olmur. Onlar öz uşaqlarına sahib olmaq üçün əks cinsə möhtaclıq hissi keçirsələr belə, bunu əsla qəbul etmirlər.

Qurban kompleksi – öz uğursuzluqlarının, tənbəlliyinin, eqoizminin səbəblərini kənardakılardan qaynaqlandığını iddia edən qadın tiplərindəndir. Onun həyatında baş verən uğursuzluqların səbəbkarları başqalarıdır: valideynləri, müəllimləri, yoldaşları, əri, uşaqları və s. Onlar daim günahlandırır, nəsihət verirlər. Lakin heç vaxt özləri nümunə göstərəcək hərəkətə sahib olmurlar. Asanlıqla günahı başqalarının üzərinə atır və bundan vicdan əzabı çəkmirlər. Həmçinin onların uşaqları hər hansı səhvə yol veriblərsə, bunun da səbəbini öz uşaqlarında deyil kənar şəxslərdən birində görəcəklər.

Zoluşka kompleksi – passiv şəkildə emosional və mənəvi bağlılıq axtarırlar. Daim buludlarda gəzir, böyük fantaziyalarla həyatını qurmağa çalışırlar. Əslində cəsarətsiz, qəlbən tez inciyən, olduqca kövrək olurlar. Real həyat onlar üçün darıxdırıcı, boz görünür. Qlamur tərzə üstünlük verir, son model olsa da, onu geyinməyə çalışırlar. Onlar düşünürlər ki, əgər bir gün həyatlarının şahzadəsi ilə qarşılaşarlarsa, o zaman ən yüksək tərzdə görünməlidirlər.Ən acı hal isə belə insan ilə qarşılaşdıqları zaman bəyənilməmək kompleksi yaşayırlar və bunun üçün heç bir ciddi addım atmırlar.

İokasta kompleksi – ananın öz oğluna hədsiz dərəcədə bağlılığı. Ana öz oğlunu ataya, gəlininə, qayınanaya, bir sözlə ətrafdakı bütün insanlara qısqanır. Oğul daim onun yanında olmalıdır. Daim oğlanlarını hər şeydən qorumağa çalışır, himayədarlıq edirlər. Oğlunun öz istəkləri, arzuları ananın planına daxil deyil. Bu cür ailələrdə hər iki tərəf üçün ağır olur. Bu cür anaya sahib olan oğlanlar sui-qəsdə meylli olurlar.

Kapyuşka kompleksi – məqsədsiz, həyata qarşı maraqsız həyat tərzini üstün tutan qadın tiplərinə aiddir. Onun üçün ən yaxşısını ailəsi – valideynləri bilir və edir. Onun üçün həyat yoldaşını valideynlər seçir, sonra onun həyatını ya əri, ya da qayınanası, daha sonra da övladları idarə edir. Bax beləcə onun ömrü keçir. Onun intellektinin və ya ağlının olmasına şübhə yoxdur. Sadəcə o bütün bunlarda məna görmür, ya da öz arzularını sərbəst həyata keçirməyə cəsarət etmir. O, cəmiyyətin qanunlarına tabedir, buna zidd hərəkətləri özbaşınalıq kimi qəbul edir.

Meduza kompleksi – cəmiyyətə, həyati olan hər şeyə qarşı aqressiv münasibət bəsləyən qadın tipidir. Onun fikrincə, hər şey çərçivədə olmalıdır. İnsanlar gülməməlidir, sevinclərini, sevgilərini gizlətməlidirlər. Əksi tərbiyəsizlikdir, nəzakətsizlikdir. Daha çox qara rəngdən istifadə edirlər, ailə həyatı qurmurlar. Qonşuluğunda it-pişik saxlayanlara qarşı müharibə mövqeyində olur, gizlində o heyvanlara zərər vurmağa çalışırlar.

Palas Ateni kompleksi – qadın bədənində kişi ruhu, daha doğrusu, kişi obrazına salınmış qadın surətidir. Bir növ transseksual meyllərin olmasının ifadəsi ola bilər. Səbəb ata obrazının mənfi tamamlanması və ya heç olmamasıdır.

Titani kompleksi – təxəyyüldəki obraz ilə real obrazın uyğunlaşmaması nəticəsində heç bir kişi ilə xoşbəxt ola bilməyən qadın obrazı. Hər zaman ən ciddi məqamlarda münasibətləri rəsmiləşdirməkdən qaçaraq “bu, o deyil” kontekstində düşünən tipdir. Daim ideal axtarır, tapmadıqda isə “mənim taleyim gətirmir”, “hər zaman gərəksiz biriləri ilə qarşılaşıram” kimi cümlələrlə özünə bəraət tapır.

Elektra kompleksi – Edip kompleksinin qadın variantı. Anasının atasına layiq olmadığını deyir. Atasına qulluq etmək üçün anası ilə rəqabətə girir. Ananı atasının gözündən salmağa çalışır. Atasının sevdiyi ən yaxşı yeməyi bişirməyə çalışır. Daim atasından tərif, hədiyyə gözləyir. Atası ilə anası arasında münasibətlər düzəldikdə kədərli olur. Atası anasına hədiyyə aldıqda əsəbiləşir.

Sevinc Fədai


ESMERRi | 15 aprel 2016 12:04 | Status: Brilliant user | Şərh: 5 378
Sitat: Gozel Melek
tesekkurler xebere gore
Nigar | 23 yanvar 2014 13:33 | Status: Gümüş user | Şərh: 6 063
tewekkurler xebere gore
ramile79 | 11 noyabr 2013 11:19 | Status: VİP user | Şərh: 646
kompleksim bezen cox bezense az olur
Xeyale05 | 1 avqust 2013 19:26 | Status: Şərhçi | Şərh: 273
mende de var.............
Mickey Mouse | 12 may 2013 14:31 | Status: Professional user | Şərh: 4 008
Maraqli gelmedi nese.
Akademik | 2 aprel 2013 21:26 | Status: Professional user | Şərh: 4 580

evveller mende cox kompleksliydim. artiq ele deyilem. Allah verdiyi herseye gore shukurler olsun.

Saida Kerimova | 17 mart 2013 19:55 | Status: Professional user | Şərh: 1 672
Təşəkkür...xebere gore
Gozel Melek | 3 mart 2013 14:45 | Status: Gümüş user | Şərh: 1 531
tesekkurler xebere gore
Sari gelin | 17 fevral 2013 23:59 | Status: Gümüş user | Şərh: 2 439
KOMPLEKSIZ QADIN TIPI VARMI?bagiwlayin ki,axira qeder oxuya bilmedim...ama mende hec vaxt kompleks olmayib...sadece yawli,ziyali insanlarin yaninda bir az cekinirem soz daniwmaga...axi onlar menden cox bilir...soz deyende cekine cekine deyirem...bu kompleksdir?
Sabahım. | 3 fevral 2013 21:45 | Status: Professional user | Şərh: 3 359
KOMPLEKSİM VAR. BU PİS DEYİL. ÖZÜNƏ TƏNQİDİ YANAŞİRSAN.
Narmin PinkGlamour | 5 sentyabr 2012 12:28 | Status: Şərhçi | Şərh: 385
Menim kompleksim qabaglar cox isi indi hec bir complexim bele yoxdu.
Ayka21 | 4 avqust 2012 10:08 | Status: Yazar | Şərh: 2 770
tesekkurler xebere gore
K------Q | 26 iyul 2012 23:20 | Status: Qonaq | Şərh: 0
maraqli idi tesekurler