Qadın / Ah, qadınlar...

Əri, sevgilisi şorgöz olan xanımlara: Bu hiylələrlə onları ideal kişiyə çevirəcəksiniz

Banu. | 9-06-2019, 09:30
1 383 0

Qadın nə etməlidir?

Gəlin etiraf edək ki, donjuanların(Şorgöz kişilərin) əksəriyyəti yaraşıqlı və baxımlı olurlar. Özünüzü onlara uyğunlaşdırmaq istəyirsinizsə, siz də görkəminizə və şarmınıza diqqət yetirin. Kişilər komplimentləri qadınlardan çox sevirlər. Onları pişik kimi tumarlayıb, xoş sözlər ağuşuna alın. Oğlanı özünə bağlamaqdan ötrü «süni gəlincik qız» obrazına girin. Onun qarşısında nazlan və özünü ehtiraslı qadın kimi göstər. Donjuan oğlanı yoldan çıxaran məhz bu tip qızlar olurlar. Unutma, onun dosta yox, əsl qadına ehtiyacı var. «Qadağan olunmuş meyvə şirin olar» prinsipi donjuanın devizidir. Bəs sən nə etməlisən?! Elə onun prinsipi ilə hərəkət et. Onun emosiyasına təsir edən bir hekayə uydur. Məsələn: «Mənim bir rəfiqəmin sevgilisi ona xəyanət edirdi. Sonra isə yalvarıb, ayaqlarına qapanır, üzr istəyirdi. Qız isə günlərini ağlamaqla keçirirdi. Amma bir gün o, oğlana «dərs» vermək üçün «rəfiqəmgildə idim, anamla alış-verişdə idik, işim çox idi və s.» kimi bəhanələr gətirərək oğlanla görüşdən qaçır, telefonlara cavab vermirdi. Sən demə, rəfiqəm də ona xəyanət edirmiş». Əmin ola bilərsiniz ki, sevgilin donjuan olsa da, bu hekayə ona təsir edəcək. O, özünə aid olanı başqasına verməsin deyə, sənə daha çox vaxt ayırmağa çalışacaq. Bu isə sənin qələbəndir!
Əgər o sağalmaz donjuandırsa...

Onsuz yaşaya bilmədiyini və ona ehtiyacının olduğunu göstərmə. Beləliklə, başa düşəcək ki, onun «xəyallarının qadını» məhz sənsən.

UNUTMA:
Donjuanın(Şorgöz kişinin) həyat yoldaşı özünəinanan, baxımlı, ərinə bağlı, ona qeyri-adi sürprizlər edən və səbrli olmalıdır. Əgər kişi evə gec gəlirsə, qadın onu gözləyib, münaqişə yaratmamalıdır. Sakit formada bu gecikmənin səbəbini öyrənməlidir. Tez-tez ona zəng edib, harada olması ilə maraqlanmaq, qadının ən böyük səhvidir. Bu qadının zəif olduğunun göstəricisidir.

Digər xəbərləri də oxuyun: 

Gənc qızlarımızın evli kişilərə olan marağı ? - Buna dəyərmi?

Kişilər evlənməyə niyə bakirə axtarır? SƏBƏBİ SİZİ ŞOKA SALACAQ!

Bakirəliyini satan Məhbubənin otel otağından biabırçı görüntüsü yayıldı - FOTO

Bakıda qadınlar uşaqları ilə birlikdə yolu bağladı, hərəkət iflic oldu

Səidənin biabırçı klipi: görüntülər sosial şəbəkəni qarışdırdı - VİDEO

Mən səni seçdim, sən məni aldın, mən sənə verdim...Elzadan yeni şeir

Ər-arvad arasında haramlar var!-ən böyük haramsa...inanmayacaqsınız!

Evdə hazırladığı 10 qəpiklik lasyonla 1 həftə üzünü sildi, 10 YAŞ GƏNCLƏŞDİ