Qadın / Ah, qadınlar...

Xanımlar evdə tək olan zaman sizcə nə edər? - 8 İNANILMAZ VƏRDİŞ

Banu. | 3-10-2019, 18:30
713 0

İnsanlar bəzən tək qalmaq, hər kəsdən və hər şeydən uzaqlaşmaq istəyərlər. Bəs qadınlar tək qalanda nə edirlər?

AzaDqadin.az publika.az istinadən qadınların tək qalanda nələr etdiklərinin siyahısını diqqətinizə çatdırır:

İstədikləri qədər yemək yemək
Evdəki bütün şokaladları yemək bir çox qadının istəyidir. Evdə tək qalanda qadınlar bu istəklərini həyata keçirə bilirlər. Çünki evdəki şokaladları yemək istəyən uşaq yoxdur.
Mənasız verilişlər izləmək
Hər qadın işləməyib, divanda uzanıb bir vaxtlar tənqid etdiyi mənasız televiziya proqramlarını izləməyi sevir. Məqsədsiz keçirilən bu vaxtı heç nə ilə müqayisə etmək olmaz.
Musiqi dinləmək, mahnı oxumaq
Evdə heç kim yoxdursa, o zaman qadınlar musiqinin səsini sonuna qədər yüksəltməyi sevir. Necə göründüklərinə fikir vermədən rəqs edirlər. Tanış gəldi?
Uzun müddət duşda qalmaq
Evdə uşaqlar, ya da başqaları olanda istədiyi qədər hamamda qalmaq qadınlar üçün problemdir. Lakin uzun müddət duşda qalmağın qadın istirahətində yeri əvəzsizdir. Ona görə də, evdə tək qalan kimi hamama girirlər.
Oxumadıqları kitablara baxmaq
Divanın üstündə uzanıb sevdikləri roman və ya jurnalı oxumaq qadınlar üçün əvəzsiz həzzdir. Bir neçə səhifədən sonra yuxuya gedəcəkləri istisna deyil.
Səssizlikdən zövq almaq
Xüsusən də uşaqlı analar üçün tək qalmaq ən yaxşı istirahətdir. Gün ərzində uşaqlarla danışıb, onların arxasınca qaçandan sonra evdə tək və heç nə etmədən oturmaq əvəzsiz görünə bilər.
Alış-veriş
Tələsmədən, saata baxmadan hər bir geyimi incələyərərək alış-veriş etməkdən qadınlar həzz alırlar.
Yatmaq
Bir qadın üçün xoşbəxt olmağın üsullarından biri də yatmaqdır.