Qadın / Ah, qadınlar...

Seksual qadının baxışları

Aytekin82 | 11-07-2015, 22:00
6 970 20
 
 


Seksual  qadının " baza”sında nələr olmalıdır? 
Cazibədarlıq nə hündür boyla, nə uzun ayaqlarla, nə gözəl saçlar, nə də qüsursuz üzlə ölçülmür. Çox 100 %-lik qızlar var ki, kişilər onlar tərəfə heç gözlərinin ucu ilə də baxmırlar. İstənilən qız, hətta gözəl olmayan qadın belə, xüsusi şərtlərə əməl edərək ən cazibədar və „can alan" xanıma çevrilə bilər.
Güzgünün qarşısına keçin, özününzə tamam başqa gözlə, lakin diqqətlə baxın:

Seksual qadının bədəni:
İdman görünüşlü-əzələləri tarım çəkilmiş və qamətli görünüş hər dövrdə, hər bir kişinin ideal saydığı bədəndir.
Düz kürək, boyun və çiyinlərdən uzaqsınızsa, ürəyinizi sıxmayın. Ən münasib yerdə ən asan idman növü ilə məşğul olun. İdman hərəkəti sizi yaşınızdan ən azı 5 yaş cavan saxlayacaq. Gözəl qamətli, incəbelli xanımlara baxan kişilər fikirlərində ağlagəlməz seksual  fantaziyalar qururlar.

Seksual  qadının fiqurası :
Kim deyir ki, kişilər kök xanımları xoşlamırlar? Əksinə, nağara çubuqlu ayaqlar, kürəyin 12 qabırğasının da birdən görünməsi heç də ürəkaçan deyil...
 Boyunuza uyğun çəki: BUDUR İDEAL BƏDƏN.... Həddən artıq köklük, ağırlıq, bir sözlə, „yekəpərlik" heç vaxt cazibə şərti sayılmır. Ən pəzəvəng kişilər də həmişə böyük çəkili və irigövdəli xanımlardan çəkiniblər. Çünki onunla „bacarmamaq" qorxusu onların beyninə həkk olunub.  Aşağı ətrafların enini və həcmini konkret olaraq 90 sm-ə çatdırmaq üçün əl-ayağa düşməyin. Son vaxtlar sübut olunub ki, kişiləri qadın budlarının köklüyü narahat etmir, əsas belin incəliyidir. Kişilər qollarının asanlıqla sarıla bildiyi və əllərinə sığışan belin „dəlisidirlər".

Seksual  qadının saçları:
Saç qadını uzaqdan, arxadan və ani görünüşdə nəzərə çarpdıran ən başlıca amildir. Əgər saçlarınızın quruluşu və görünüşü şampun reklamındakı  xanımların saçlarına bənzəmirsə, onları yığmağa və kəsməyə tələsməyin. Ən gözəl saç, təmiz yuyulmuş, səliqəli daranmış,  yaxud fenlənmiş və mütləq xoş qoxu gələn saçlardır. Kişilərin 70%-i yatağa dağılmış saçların qarşısında tab gətirə bilmir.

Seksual  qadının yerişi:
"Kişi yerişli", "qaçaraq”  yerişli xanımlar..... hara tələsirsiniz? Belə yerişlə heç bir kişinin diqqətini cəlb etməyəcəksiniz. Eksual  qadının yerişinin əlamətləri: yüngül, "qu kimi”, ayaqlar bərabər məsafədə atılır, qarın bir qədər içəri dartılmış, baş düz, çənə sinənin bərabərində olmalı, gözlər düz baxmalı, əllər yanınca yellənməməli.....
Bədən hərəkətlərinizin plastikasını artırmaq üçün rəqsə getməyiniz məsləhətdi. İşdən evə yorğun gələn istənilən kişi qadının mətbəxə incə və nazlı yerişlə keçməsinə laqeyd qalmayacaq.

Seksual  qadının baxışları:
Anadangəlmə seksual  və mənalı baxışı çox az adam qazanır. Dünyanın bütün modelləri, Merilin Monro uzunmüddətli, təcrübə və məşqin sayəsində "can alan”  baxışlara sahib olublar. Güzgü qarşısında əyləşin, diqqətlə yalnız gözlərinizə baxın. Yavaş - yavaş fikirlərinizdə yaxşı, maraqlı və şən hadisələr, sözlər canlandırın. Həmin an baxışınızın necə dəyişdiyini izləyin. Sizin xoşunuza gələn baxışda dayanıb, seçin və həmin baxışı "məşq” etdirin. Əks cinsin nümayəndələrinə baxanda elə edin ki, gözlərinizin dərinliyi gülsün, onunla gözləriniz danışsın.

Seksual  gülüş:
Heç bir kişi gülüşə, özü də qımışaraq gülən gülüşə biganə qala bilməz. Gülərkən, danışarkən dişlərinizin 32-sini, ağzınızın içini göstərməyin . Bu kişini qorxuda bilər. Ciddi, bir-birinə yüngülcə toxunan dodaqlar, incə gülüş, mütləq və mütləq təmiz dişlər....
Araşdırmalara görə, ilk tanışlıq zamanı kişilərin 80%-i xanımın gözlərinə, dodaqlarına, dişlərinə baxır. Dodaqlarınız ya həmişəlik onu sizə bağlayacaq, ya da əbədi uzaqlaşdıracaq. Çox qırmızı və ya tünd rəngli dodaq boyasını görüş zamanı çəkməyin. Ümumiyyətlə, kişilər boyasız, bir qədər nəm dodaqları xoşlayır.

Bədənin ətri:
Bir vaxt olur ki, gözəl bir kişi ona yaraşmayan və çirkin bir qadınla görüşür və evlənir. Bu, çox gözəl qadınları özündən çıxarır. Amma əsəbləşməyə dəyməz. Əsas məsələ bədənin ətrindədir. Qadının dərialtı piy təbəqəsinin ifraz etdiyi xüsusui rəngsiz, lakin iyli maddə spesifik və özünəməxsus olur. Lakin bu qoxu hər kişiyə xoş gələ bilməz. Bədənlərinin ətri  bir-birinə xoş və "oyadıcı”  təsir edən evli cütlüklərin nigahı daha uğurlu olur. Heç bir bahalı ətir və ya krem təmiz dərinin ətrini vermir. Fikir vermisinizsə, hamamdan çıxandan sonra kişilər  qadınlarına daha çox yaxınlaşır, xoş sözlər deyirlər, nəinki hər hansı ziyafətə gedərkən bəzənib-düzənəndə… 
Kişilər qadınlardan daha təmizkardılar, halbuki əksinə olmalıdır. Ayaqlarınızı, qollarınızı depilyatorla təmizləyirsinizsə, onu müntəzəm edin.
Kişiləri bilmək olmaz. Hərdən onların "yoxlama”  əməliyyatları olur.
Buna hazır olun!!!  wink


Real Madrid CF | 19 iyul 2015 08:25 | Status: Qonaq | Şərh: 0
Men bele ozume herterefli qulluq eden bir qizam indi bilmirem men gozelem yoxsa seksual?Seksual qadinin bedeni idmanci bedeni deyilir oda mende tam vardir.Yerisi-hec ozumde bilmirem nece yeriyirem amma en azindan kisi kimi yerimirem herden gorurem qizlari ayaqlari cox ariqdir ozleride yolda gedende ayaqlarini araliyib gezirler cox gulunc gorsenir 0116 .Baxislari-menim yasil gozlerim var gozlerim can alire can 0136 .Gulus-belediki gulusde gulusdurde burda yaxsi deyibler dislerinizin 32-sinde gostermeyin.
Bedednin etri-beden ucun xususi qulluq vasiteleri olur onnan istifade etmesen kuceye cixma!
Sariwka1 | 15 iyul 2015 16:16 | Status: VİP user | Şərh: 1 774
Sitat: gulnar 2
Bunlari elesem yoldaşim deyer özünü kime görsedirsen 0136

winked
sadəcə MƏN | 13 iyul 2015 21:06 | Status: Brilliant user | Şərh: 4 771
Diqqət! Sizin gizli mətnə baxmağa hüququnuz yoxdur.
Vetenperver | 13 iyul 2015 21:00 | Status: Professional user | Şərh: 6 700
Sitat: sadəcə MƏN
quru balıq kimi olanlara nə qədər ətir vursan, makiyaj da etsən xeyri olmayacaq

Azda olsa xeyri olar,biraz orasını burasınıda büzüb gəzsə daha çox cəlb edici olar.
sadəcə MƏN | 13 iyul 2015 20:54 | Status: Brilliant user | Şərh: 4 771
Diqqət! Sizin gizli mətnə baxmağa hüququnuz yoxdur.
gulnar 2 | 13 iyul 2015 14:58 | Status: Şərhçi | Şərh: 313
Bunlari elesem yoldaşim deyer özünü kime görsedirsen 0136
Dəniz qızı | 13 iyul 2015 10:56 | Status: Brilliant user | Şərh: 8 019
Sitat: boris arxan
qadin ne qeder sade olsa bir o qeder yaxwidi

Razıyam.
Ay_Sun | 13 iyul 2015 01:30 | Status: Brilliant user | Şərh: 13 409
Sitat: boris arxan
qadin ne qeder sade olsa bir o qeder yaxwidi
Meley... | 12 iyul 2015 17:26 | Status: VİP user | Şərh: 696
menim uzun caclarim ince belim qozel qulusum qozel qozlerim
bezenmeyim bunlar hamisi yoldasimcundi

Sitat: Lumia
Ozumu kifayet qeder cazibedar hesab edirem.Cazibedar olmaq da kimise yoldan cixartmaq anlamina gelmir.Cazibedarliq Allahin qadinlara bir lutfudur.Tesekkurler Aykam.

duz deyirsiz
Nergiz love | 12 iyul 2015 16:16 | Status: Professional user | Şərh: 7 871
Tesekkur.....
Lumia | 12 iyul 2015 15:43 | Status: Professional user | Şərh: 5 378
Ozumu kifayet qeder cazibedar hesab edirem.Cazibedar olmaq da kimise yoldan cixartmaq anlamina gelmir.Cazibedarliq Allahin qadinlara bir lutfudur.Tesekkurler Aykam.
Vetenperver | 12 iyul 2015 13:27 | Status: Professional user | Şərh: 6 700
Sitat: Aytekin82
Demə ki, bele bir qadını həyat yoldaşı olaraq görmək istəməzsən

Təbii
Aytekin82 | 12 iyul 2015 10:30 | Status: Brilliant user | Şərh: 6 587
Sitat: Vetenperver
Kişiləri yoldan çıxardan və ya kişi ovuna çıxan qadınılara lazımlı xəbərdir.Amma ərə getmək istəyən qızlar üçün belə şeylər yaramaz.


Demə ki, bele bir qadını həyat yoldaşı olaraq görmək istəməzsən 0120 wink
Narin-Ulker | 12 iyul 2015 04:34 | Status: Gümüş user | Şərh: 2 748
Mənçə insanin necə görunməsi anadangəlmədi eıə gözəl qizlar görurki adam amma baxanda hec adama xoş gəlmir amma birdə elə cəlbedici qadin görur adam diqqetlə baxanda hec gözəl deyil amma adama xoş gəlir məndə şəxsən hec istəmirəm kiməsə xoş gəlim ərimnən başqa amma nədənsə cox cəlbedici görunurəm hələ qiz vaxtimnan hami gözlərimi turkan şorayin gözlərinə oxşadir
boris arxan | 12 iyul 2015 01:15 | Status: Professional user | Şərh: 4 784
qadin ne qeder sade olsa bir o qeder yaxwidi
gül həyat | 12 iyul 2015 01:09 | Status: VİP user | Şərh: 548
Sitat: Vetenperver
Kişiləri yoldan çıxardan və ya kişi ovuna çıxan qadınılara lazımlı xəbərdir.Amma ərə getmək istəyən qızlar üçün belə şeylər yaramaz.

Belə qadınları məncə sen yaxşı tanıyarsan eeeyyy????
Ayanim | 12 iyul 2015 00:57 | Status: Gümüş user | Şərh: 1 920
mence seksual baxiw, guluw, yeriw lazim deyil kiwini ozune celb etmeye baglamaga. Kiwi eger heyat yoldawi axtarirsa temizlik paklig tebiilik axtarir. yox bir muddetlik konul eylendirmek deyirsizse he bunlar lazim olar....
Ekberli Nermin | 12 iyul 2015 00:10 | Status: Şərhçi | Şərh: 305
Sitat: Vetenperver
Kişiləri yoldan çıxardan və ya kişi ovuna çıxan qadınılara lazımlı xəbərdir.Amma ərə getmək istəyən qızlar üçün belə şeylər yaramaz.

Dogrudur
Vetenperver | 11 iyul 2015 23:42 | Status: Professional user | Şərh: 6 700
Kişiləri yoldan çıxardan və ya kişi ovuna çıxan qadınılara lazımlı xəbərdir.Amma ərə getmək istəyən qızlar üçün belə şeylər yaramaz.
NurRuslan | 11 iyul 2015 23:30 | Status: Şərhçi | Şərh: 376
İstemirem hec bir qeyri adi gozelliyimi uze cixarib kimise ozume celb etmeyi. Daxilen bir ince xanimam amma zahiren bunu gizledirem