Qadın / Ah, qadınlar...

Kasıb müəllim qızı şahzadə tituluna necə yiyələndi?.. - FOTOLAR

Gulshen. | 6-04-2015, 00:00
5 342 23
 


 Şəhrizad
Abu Dabi Universitetinin azərbaycanlı əməkdaşı

Mərakeşin birinci xanımı Lalla Salmanın həyat hekayəsi...

Müasir dövrdə müxtəlif səpkili fəaliyyətləri ilə dünya çapında tanınan xeyli sayda "först ledilər" (birinci xanımlar) var. AzadQadin.az Modern.az saytına istinadən  "Birinci ledilər" layihəsində xarici ölkələrin dövlət başçılarının xanımları barədə məlumatların təqdimatını davam etdirir. Bu silsilədən növbəti yazı Mərakeş Krallığının birinci ledisi haqqındadır.

Afrika ilə Avropa arasında mühüm körpü rolunu oynayan, Afrika materikinin şimal-qərb hissəsində yerləşən, İslam dövləti kimi tanınan və ərəbcə "Əl-Məmləkə əl-Məğribiyə" adlanan Mərakeş Krallığı qədim sivilizasiya mərkəzi olmaqla yanaşı, zəngin mədəniyyətə, özünəməxsus ekzotik təbiətə malik ölkədir. 1984-cü ildə "Afrika Birliyi Təşkilatı" üzvlüyündən imtina edən Mərakeş yeganə Afrika ölkəsidir ki, "Afrika İttifaqı"na daxil deyil.  

Mərakeş Kralı VI Məhəmməd


Ölkəni 1666-cı ildən "əl-Alviyyə" sülaləsi idarə edir. Ölkənin başçısı Kral VI Məhəmməd  21 avqust 1963-cü ildə paytaxt Rabat şəhərində anadan olub. 1999-cu ildə atası Kral II Həsənin ölümündən  sonra hakimiyyətə gəlib.

Ölkədə bır sıra demokratik yeniliklərə, siyasi, iqtisadi və sosial islahatlara imza atmış Kral VI Məhəmməd  xalq arasında "kasıbların hamisi" ləqəbini qazanıb. Onun  həyata keçirdiyi çoxsahəli  proqramlar iqtisadi inkişafın daha da sürətlənməsinə, sahibkarlığın tənzimlənməsinə və ölkəyə xarici investisiya axınına səbəb olub. 

Kral VI Məhəmmədin təqdirəlayiq islahatlarından biri də 2004-cü ildə qəbul edilən "Mudvana əl-usra əl-məğribiyyə" (Mərakeş ailəsinin qanunu) adlı yeni Ailə Məcəlləsidir. İslam dininin tələblərinə uyğun olaraq hazırlanan bu qanunlar toplusu hüquqi cəhətdən nikah, talaq (boşanma), nafaka (qadına düşən pay, miras), aliment, valideyn hüququ, vəsiyyət, vərəsə, əmlakın müəyyənləşdirməsinə və s. xidmət edir.  "Mudvana" Mərakeş qadınlarının hüquqlarını özündə əks etdirməklə yanaşı, uşaqların mənafelərini də müdafiə edir.

Birinci xanım Şahzadə Salma Bennani...



Salma Bennani 10 may 1978-ci ildə Mərakeşin Fas şəhərində ziyalı ailəsində anadan olub. Kasıb, sıravi müəllim ailəsində dünyaya göz açan bu qız nə vaxtsa Mərakeş şahzadəsi olacağını ağlına belə,  gətirmirdi. Atası Abdulhamid orta məktəbdə biologiya müəllimi idi. 1981-ci ildə anası Naima Bensoudanın vaxtsız vəfatından sonra paytaxt Rabata köçən Salma və bacısı nənəsinin himayəsində  böyüyür.

İlkin ibtidai təhsilini Rabat mədrəsələrinin birində alan xanım Salma 1995-ci ildə "II Həsən" adlı liseyin riyaziyyat üzrə bakalavr dərəcəsini bitirib, iki il "Muley Yusif  Litseyi"nin hazırlıq kurslarında, daha sonra isə Ali Riyaziyyat Məktəbinin informatika və sistemli analiz bölümündə təhsil alaraq, informasiya sistemi üzrə mühəndis diplomuna yiyələnib.

Təhsilini başa vurduqdan sonra, ən böyük holdinqlərdən biri olan "Omnium North Africa" koorparasiyasında mühəndis vəzifəsində çalışıb. Qeyd edim ki, holdinqin 20 faiz səhmləri rəsmi olaraq, kral ailəsinə mənsubdur.

Mərakeş Kralı II Həsənin vəfatından 4 ay öncə holdinqin təqdimat mərasimlərinin birində təsadüf nəticəsində xanım Salmanı görən Vəliəhd Məhəmməd qıvrım saçlı, ağbəniz Məğrib gözəlinə aşiq olur. Salma Bennani də Vəliəhd Məhəmmədin sevgisinə laqeyd qalmır, düşünmədən "hə" cavabı verir. Təbii, gələcək taxt-tacın varisinə, milyonların sahibinə hansı qız biganə qala bilərdi?!...

Kral ailəsinin tarixində ilk dəfə olaraq, ölkə başçısı sadə xalqın içindən sevib-seçdiyi xanımla izdivaca qərar verir. Mərakeş adət-ənənələrinə uyğun olaraq qız evinə elçiliyə gedilir və ailəsinin razılığı alınır. Mərakeş kralının nişan xəbəri ölkədə elan olunarkən, bəzi çevrələrdə sarsıdıcı şok effekt yaradır. 



12 oktyabr 2001-ci ildə rəsmi nişan, 21 mart 2002-ci ildə möhtəşəm nikah mərasimi keçirilir. Bir  çox dövlət rəhbərlərinin və birinci xanımların, hökümət nümayəndələrinin, məşhur simaların iştirak etdiyi toy mərasimi 12 iyul 2002-ci ildə baş tutur və öz möhtəşəmliyi ilə göz oxşayır.

12 aprel 2002-ci ildə xanım Salmaya rəsmi olaraq, Lalla (şahzadə) titulu verilir və onu da qeyd edim ki, Mərakeş kral ailəsində qadınlar (kralın xanımı, qızları, anası, bacıları) Lalla titulu daşıyırlar.

Cütlüyün 2003-cü ildə Vəliəhd Molay Hasan adlı oğlu, 2007-ci ildə isə, Şahzadə Lalla Xədicə adlı qızları dünyaya gəlir.
Müsəlman aləmində nümunəvi  örnək  xanım...

Mərakeşdə əsrlər boyu kral ailəsinin xanımları saray daxilində, hündür divarların arxasında insanlardan, cəmiyyətdən uzaq, qapalı həyat tərzi sürürdülər. Lakin Lalla Salma kral sarayındakı mövcud  streotipləri qıraraq, Kral-Birinci xanım tandemini ortaya qoydu, ölkənin ictimai və sosial həyatında fəal rol oynadığını nümayiş etdirdi. Bu yeniliyin səbəbkarı ilk növbədə  birinci xanımın həyat yoldaşı Kral VI Məhəmməddir. Atasından fərqli olaraq, ölkəsinin xarici və daxili siyasətində köklü dəyişikliklər edən, xalqının mənafeyi naminə yeni islahatlara, qərarlara  imza atan, hətta ailə qurarkən belə, kral ailəsinin xanımlarından vaz keçərək sadə müəllim qızı ilə evlənməyə qərar verən Kral VI Məhəmməd cəmiyyətdəki proseslərə obyektiv qiymət verməyi bacaran dövlət başçısıdır.



Həyat yoldaşı seçimində də növbəti uğuruna imza atan Kral geniş siyasi dünyagörüşünə malik olduğunu bir daha sübut etdi və xanımını cəmiyyət arasına çıxararaq, xalqla bir olduğunu nümayiş etdirdi. Birinci ledi ölkəsində kral ailəsi ilə ictimaiyyət arasında mahir əlaqələndirici hesab olunur. Onun irəli sürdüyü bir çox təşəbbüslər dövlət və vətəndaş birliyinin təmin edilməsində mühüm rol oynayır.

Kral ailəsinin gəlini olduqdan sonra, üzərinə düşən öhdəlikləri layiqincə yerinə yetirən Lalla Salma Mərakeş xalqının hədsiz dərəcədə sevgisini və rəğbətini qazanıb. Birinci xanımın sayəsində sadə insanların hakim sülaləyə olan hörməti birə-beş artdı. Lalla Salma ölkə qadınlarının sevimlisi, örnək aldıqları zəriflik, sadəlik mücəssəməsidir. Birinci xanım çoxşaxəli fəaliyyəti ilə ölkəsində qadın hərəkatını canlandıraraq Mərakeş tarixində yeni bir mərhələ açdı.

2005-ci ildə "Lalla Salma adına xərçəng xəstəliyinə qarşı mübarizə fondu"nu yaradan Mərakeşin birinci xanımı bu xəstəlikdən əziyyət çəkənlərin tibbi müalicəsinə maddi yardımlar edir. "Xərçəng xəstəliyinə tutulan və yardıma ehtiyacı olanlara təmənnasız əl uzatmaq" devizi ilə fəaliyyət göstərən fond maddi durumu ağır olan minlərlə xəstənin yenidən həyata qayıtmasına yaxından köməklik göstərib.


Birinci xanımın təşəbbüsü ilə Mərakeşdə mütəmadi olaraq qana ehtiyacı olan xəstələrə yardım məqsədi ilə könüllü  qanvermə aksiyaları keçirilir.
Ərəb,  fransız, ispan, ingilis dillərində sərbəst danışan Lalla Salma səmərəli, humanist, çoxşaxəli ictimai  fəaliyyəti ilə yalnız ölkəsində deyil, eləcə də dünyada tanınır. 2006-cı ildə  BMT-nın xoşməramlı səfiri seçilən birinci xanım təhsil, səhiyyə, mədəni, humanitar sahələrlə bağlı layihələrə daim dəstək verir.

"Materializm, fanatizm və özünə qapanma cəmiyyətdə insanları məhvə sürükləyir. Dini, mədəni, ümumbəşəri dəyərlərə qiymət vermək biz insanların ən ümdə borcudur" - UNESCO-dakı çıxışını bu fikirlərlə tamamlayan Lalla Salma dünya miqyaslı beynəlxalq konfransların, mötəbər tədbirlərin fəal iştirakçısıdır.

Təhsilin inkişafı üçün layihələrin reallaşmasına ciddi nəzarət edən birinci xanım qızların, qadınların savadlanması yolunda var qüvvəsi ilə çalışır.      

Aktiv ictimai fəaliyyətlə məşğul olan Lalla Salma bir çox dövlətlərin ödülləri, fəxri adlarla təltif olunub.  

Mərakeşin milli musiqisinin dünyadakı  təbliğatında da Lalla Salmanın xidmətləri əvəzsizdir. Birinci xanımın maddi dəstəyi və rəhbərliyi ilə Mərakeşdə hər il "Beynəlxalq Fas muğam və ilahi musiqilər festivalı" keçirilir.

Dünyanın "Kaftan səfiri".
 










ESMERRi | 4 may 2016 20:37 | Status: Brilliant user | Şərh: 5 379
Sitat: Lumia
Gozel qadin deyil,belke de ereblerden ferqli olaraq sarisin,agbeniz olmasi kral oglunun diqqetini cekib.
Wiyinn | 26 yanvar 2016 17:21 | Status: VİP user | Şərh: 889
kasiblarin deyesen hele gozel kismeti olur bizimde melimin qizi samoluyotcuyla evlenib
buxqalter | 27 oktyabr 2015 21:29 | Status: VİP user | Şərh: 1 212
Kasib muellim qizi.....goren nevaxtsa varli muellim qizi adin ewideceyik?
Ay_Sun | 10 aprel 2015 15:50 | Status: Brilliant user | Şərh: 13 409
Sitat: BEATIFUL GIRL
Hecde gozel deyil...
Lumia | 7 aprel 2015 12:29 | Status: Professional user | Şərh: 5 378
Gozel qadin deyil,belke de ereblerden ferqli olaraq sarisin,agbeniz olmasi kral oglunun diqqetini cekib.
Rüzgarım | 6 aprel 2015 20:57 | Status: Qonaq | Şərh: 0
Sitat: drop
first ladynin maraqli heyati. sadece wansi getirib.
Nara88 | 6 aprel 2015 19:01 | Status: Professional user | Şərh: 4 253
uzlerinden xos enerji gelir insana))tsk
SEVDA | 6 aprel 2015 16:31 | Status: Nəzarətçi | Şərh: 17 441
Sağ olsun bu cür kral ve kraliçalar....
drop | 6 aprel 2015 15:57 | Status: Gümüş user | Şərh: 2 448
first ladynin maraqli heyati. sadece wansi getirib.
Ag Gul | 6 aprel 2015 15:08 | Status: Professional user | Şərh: 4 333
Sitat: lady sweet
oxumadim sebrim catmadi tesekkurler yenede winked
Real Madrid CF | 6 aprel 2015 13:37 | Status: Qonaq | Şərh: 0
Hecde gozel deyil...
Nurus. | 6 aprel 2015 13:07 | Status: Brilliant user | Şərh: 6 982
Sitat: Aynur_Mezahirli
Ordan-burdan oxudum. Şahzadənin gözəl geyimləri var çox bəyəndim özüdə yaraşıqlıdı.

Elə məndə..
Aynur_Mezahirli | 6 aprel 2015 10:44 | Status: Qonaq | Şərh: 0
Ordan-burdan oxudum. Şahzadənin gözəl geyimləri var çox bəyəndim özüdə yaraşıqlıdı.
nurlana nurlana | 6 aprel 2015 09:45 | Status: Gümüş user | Şərh: 1 950
Təşəkkür edirəm xebere göre
Dəniz qızı | 6 aprel 2015 08:39 | Status: Brilliant user | Şərh: 8 019
Necə sadə gözəl xanımdı.
Sariwka1 | 6 aprel 2015 08:12 | Status: VİP user | Şərh: 1 774
Gözəl xanımdı bəyəndim
sirin bala | 6 aprel 2015 01:20 | Status: Gümüş user | Şərh: 1 669
Sitat: lady sweet
oxumadim sebrim catmadi tesekkurler yenede winked
lady sweet | 6 aprel 2015 01:04 | Status: Gümüş user | Şərh: 1 880
oxumadim sebrim catmadi tesekkurler yenede winked
xeyalə | 6 aprel 2015 01:02 | Status: Qonaq | Şərh: 0
Sitat: yarar22
qozelliy dunyani xilas edecey
gulnar 2 | 6 aprel 2015 00:59 | Status: Şərhçi | Şərh: 313
Gözel xanimdi
SARA55 | 6 aprel 2015 00:23 | Status: Qonaq | Şərh: 0
Sitat: yarar22
qozelliy dunyani xilas edecey

0102
boris arxan | 6 aprel 2015 00:20 | Status: Professional user | Şərh: 4 784
Sitat: gulu_95
oxumağa səbrim çatmadı.
gulu_95 | 6 aprel 2015 00:01 | Status: Şərhçi | Şərh: 568
oxumağa səbrim çatmadı.