Qadın / Ah, qadınlar...

“Kişi işlərində” çalışan Azərbaycan qadınları

Banu. | 27-10-2019, 08:30
237 0


 

Qadının yeri təkcə mətbəxdə deyil.

Bu gün Azərbaycanda qadınların çalışmadığı peşəyə, fəaliyyət sahəsi ilə qarşılaşmaq çox çətindir.  

Cəmiyyətimiz inkişaf etdikcə, "qadının yeri mətbəxdə qaz sobasının arxasındadır” kimi stereotip düşüncə tərzi də silinməkdədir. 

Lakin bununla belə, cəmiyyətdə hələ də "kişi işi” deyilən bir anlayış qalmaqdadır. 

Və biz qərara gəldik ki,Azərbaycanda cəmiyyətin daha çox "kişi işi” kimi qəbul etdikləri sahələrdə çalışan qadınlarımızla qısa söhbət edək, onların seçdikləri peşə, fəaliyyət sahələrindən danışaq .

Günay Həmidova, Azərbaycan Silahlı Qüvvələrinin leytenantı

 

Mən özüm hərbçi ailəsində anadan olmuşam və doğulandan bu peşə mənə aşılanıb. Atamla bir çox bölgələrdə olmuşuq. O, döyüş bölgələrində xidmət edib və hər dəfə bizi özü ilə aparıb. Və o vaxt istək yarandı ki, Vətənimizin keşiyində mən də dayanım, bir xanım kimi ordumuzun inkişafında mən də bir rol oynayım. 

Ali təhsilli olduğum, bəlkə də hərbçi ailəsində dünyaya göz açdığım üçün bu sahədə mənim üçün çətin olmadı, atam məni doğulandan bir hərbçi kimi böyüdüb. Burada biz qardaş, ata münasibəti görürük. Kişi hərbçilərimiz, zabitlərimiz işimizdə bizə çox kömək olurlar.

Bu gün Azərbaycan qadını orduda bütün istiqamətlərdə xidmət edir. Biz bütün çətinliklərin öhdəsindən gəlirik. Düzdür, burada kişilərin bizə çox böyük köməyi var. 

Və xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycan qadını ciddi bir struktur olan hərb sahəsinə bir növ qayğı gətirir.  


Fəqanə Kərimova, Azərbaycan Daxili İşlər Nazirliyinin zabiti, polis polkovnik-leytenantı

 

Polis peşəni tam təsadüfən seçmişəm. İş elə gətirdi ki, mən Daxili İşlər Nazirliyində işləmədi oldum, sonra isə Baş Dövlət Yol Polis İdarəsində işimə davam etdim və bu peşəni sevdim.

İş zamanı elə bir çətinliklə üzləşmirəm, əslində isə kişilərlə işləmək daha rahatdır. Nə yaxşı ki, həyat elə gətirdi ki, mən kişi kollektivində işləməli oldum. Hal-hazırda Daxili İşlər Orqanlarından çalışdığı üçün qürur hissi keçirdirəm.

Qadın olaraq Daxili İşlər Nazirliyində, polis sıralarında çalışmaq çox məsuliyyətlidir. Təbiətimdə məsuliyyət hissi birə beş artıb.

Müdriklərin belə bir kəlamı var ki, qadının təmiz adı o qədər zərifdir ki, onu hətta zəif küləkdən qorumaq lazımdır. Mən çox istərdim ki, qadınlarımız bu zərif adını qorusunlar. Qadın tutduğu mövqedən, çalışdığı yerdən, harda olmağından aslı olmayaraq öz qadınlığlnı, xanımlığını heç vaxt itirməsin,xanımlığına xələl gəlməsin - mən bunu istəyirəm.


Nərminə Ağasi, PASSAGE jurnalının baş redaktoru, "İmpress” Nəşriyyat evinin təsisçisi və direktoru, konservatoriya kafedrasının dosenti, professor

 

Son illər Azərbaycanda biznes yeni bir mərhələ yaşayır, xeyli sayda yeni layihələr, startaplar, istiqamətlər peyda olub. Və statistika da göstərir ki, getdikcə daha çox qadın "sükan” arxasına keçir və bu işin öhdəsindən kişilərdən heç də pis gəlmirlər. Mən kişilərin biznes sahəsində rolunu heç vaxt lazımınca qiymətləndirməməyə çalışmamışam. Kişi ovçudur, o, əvvəlcədən nəyin yaxşı olduğunu daha gözəl bilir.

Lakin müasir həyatımız bir çox şeyi dəyişir. Qadın həssaslığı, intuisiyası və hətta məntiqi biznesdə əvəzolunmaz yer tutur. Qadın kişilərin zamanla qavrayacağı məsələləri əvvəlcədən görə bilər. Və ona görə yox ki, o, ağıllı yaxud təcrübəlidir. Sadəcə o, başqa cür hiss edir, bunu sözlə ifadə etmək çətindir... Qeyd etmək vacibdir ki, daha çox qadın özünü reallaşdırmağa, mükəmməl təhsil almağa və zəhmət, öz üzərində işləməklə, yüksək nailiyyətlərə çatmağa çalışırlar. 

Öz təcrübəmdən deyə bilərəm ki, Azərbaycanda işgüzar qadın üçün çox asandır. Azərbaycan kişiləri ağıllı qadınları qiymətləndirir və onlara imkanları daxilində istənilən köməyi göstərməyə çalışırlar. Qadının yalnız ana və evdar qadın ola biləcəyi stereotipi silinir. 

Azərbaycanda qadın biznesə öz təcrübəsini, gələcəyə baxmaq bacarığını gətirir. Və bir çox hallarda məhz qadın pulları necə düzgün bölməyi bilir.  

Qadın olmaq böyük üstünlükdür, və bunu dərk etmək lazımdır. Qadın olmaq təkcə sınaq, ağır zəhmət deyil. Bu, taleyin hədiyyəsi və xeyir-duasıdır. Daim bütün səviyyələrdə xanımlıq hissini inkişaf etdirməyi öyrənmək lazımdır. Bundan başqa, səmimi və sevimli insanlara daha çox ünsiyyət saxlamaq, sərf olunmuş zamana görə heç bir təəssüf hissi keçirməmək lazımdır. Sevin, özünüzü sevdiyiniz şəxsə tam şəkildə həsr edin... Hər şey çox nisbidir.  


Fatma Abdullayeva, "Bakı Taksi” MMC -nin sürücücü

 

Əvvəllər idmançı olmuşam, artıq 23 ildir ki, taksi fəaliyyəti ilə məşğulam. Öz şəxsi avtomobilim olsa da, "London taksisi” ilə sərnişin daşıma ilə məşğulam. Çünki rahatdır və ən əsas "London taksisi” mentalitetimizə uyğun bir maşındır. Sərnişin istəsə də xanım sürücünün yanında otura bilməz, çünki bu qadağandır, üstəlik də sürücü ilə sərnişin arasında şüşəli arakəsmə var.


Bəzi insanların fikirlərinə görə, qadın taksi sürücüsü işləyə bilməz. Lakin mən öz zəhmətimlə sübüt etdim ki, bu belə deyil və qadının bacarmadığı bir peşə yoxdur.
Gündən-günə cəmiyyətimiz daha da mədəniləşir. Hazırda mənim avtomobilimə sərnişin kimi əyləşən insan mənə qarşı böyük hörmət göstərir. Hətta sərxoş sərnişinlər qadın sürücünü görən kimi özünü toplayır, sakitləşirlər.

 

Zərif cinsin nümayəndəsi taksi fəaliyyəti ilə məşğul olanda o təkcə sürücü kimi yox, həm də bir psixoloq kimi fəaliyyət göstərir. Avtomobilə minən xanımlar öz problemlərini bizimlə bölüşürlər və biz bunu bir yerdə, yol boyunca müzakirə edib bir çıxış yolu tapırıq. Nədənsə bəzi insanlar tanımadığı insana daha çox etibar edirlər, öz yaxınlarına demədiyi problemləri və qaranlıq məsələləri bizə deyirlər. Xanımlara daha rahatdır qadın sürücüsü ilə öz sirlərini bölüşmək, çünki qadın qadını daha yaxşı anlayır. Əlavə edim ki, bu xidmətdən bəzi kişilərimiz də istifadə edir...


Günel Talıbova, pauerliftinq üzrə beynəlxalq dərəcəli idman ustası, ikiqat mütləq Dünya Çempionu, üçqat mütləq Avropa çempionu, dördqat Dünya çempionu, hazırkı Avropa və Dünya rekordçusu

 

Qadın pauerliftinqi lazımlıdır. Qadınların öz çəkilərindən 2, 3, 4 dəfə çox yük qaldırmaqları kənardan çox baxımlı görünür. İdmançı olmaq çətindir. Fərqi yoxdur – kişisən yoxsa qadın. İdman ağır zəhmət və səbr deməkdir. Qadınlar üçün daha çətindir, axı onlar həm də öz gözəlliklərini qoruyub-saxlamalıdırlar. 

Təbiətcə mən liderəm. Daim və hər yerdə birinci olmağa çalışmışam. Uşaqlıqdan idmanın müxtəlif növləri ilə məşğul olsam da, qarşımda daim seçim olub. Pauerliftinqlə artıq gənc yaşlarımda tanış oldum. Bir neçə ildən sonra yaxşı nəticələr göstərdim. Hələlik idmanın bu növündən getmək istəmirəm. Məqsədim özümdən sonra iz buraxmaq, illərlə qalacaq rekordlara nail olmaqdır. 


Cəmilə Qasımova, Azərbaycan Fövqəladə Hallar Nazirliyinin Xüsusi  riskli xilasetmə xidmətinin xilasedicisi 

Səkkiz ildir ki, bu xidmətdə çalışıram. Özüm idmançı olduğum üçün daim çətin peşələrə üz tutmuşam. Qadınların işləməyə adət etdiyi sahələr məni cəlb etməyib. İdman Akademiyasını bitirmişəm, çətin fiziki yükün olacağı sahədə çalışmaq istəmişəm. 

Biz işə qəbul olarkən bizə bu işin xüsusi riskli olduğunu, bu risk sözündən çəkinib-çəkinmədiyimizi soruşdular. Lakin qadınlardan heç kim qorxmadı, əksinə riskə görə işə daha çox can atdılar. Bu gün artıq mən də daxil olmaqla, qızlarımız təlimlərdə kəndirlə helikopterdən düşür, binaların damından mənzillərə daxil ola bilirik.  

Əvvələr xilasetmə işində qadınlar olmurdu, bu isə vətəndaşlarla işdə bir qədər problem yaradırdı – bəzən vətəndaşlar qadın xilasedicinin gəlməsini istəyirdilər. İndi artıq belə bir problem yoxdur. Qadınlarımız xilasetmə işində çox böyük rol oynayır, bu işdə öz köməklərini əsgirəmirlər.

Azərbaycan qadınlarına güclü olmağı, özünü qorumağı bacarmağını tövsiyyə edirəm. Bütün qadınlarımızı, öz həmkarlarımızı təbrik edirəm! //0xu.az


Bu xəbərlər ÇOX maraqlıdır:

Peyğəmbər arvadı, ƏXLAQSIZ QADIN, YOXSA..? - TARİXİ VERSİYALAR

Qız selfi çəkdi, şəkilə baxanda dəhşətdən telefon əlindən düşdü-FOTOLAR

Toy gecəsi ilə bağlı ilk dəfə oxuyacağınız AĞLASIĞMAZ MƏQAMLAR: sən demə, qızlar...

Sevgilim mənə anamla xəyanət etdi (oxucu məktubu)

İntim əlaqə olmayanda, orqanizm və bədəndə nələr baş verir – Kişi və qadınlar üçün

Qadınların 5 ən dözülməz sirri