Qadın / Ah, qadınlar...

Çadralı, makiyajlı, butiklərdən geyinən, plastik əməliyyat etdirən İran qadınları

Banu. | 14-11-2014, 00:00
5 744 23
Çadralı, makiyajlı, butiklərdən geyinən, plastik əməliyyat etdirən İran qadınları


Dünyanın inkişaf etmiş cəmiyyətlərinin nəzərincə, müsəlman ölkələrindəki xanımlar heç bir hüququ olmayan, ağır işgəncələrə məruz qalan, qorxudulmuş və hüquqları şəriət qanunları ilə məhdudlaşdırılmış insanlardır. Əslində indiyədək gördüklərimiz, eşitdiklərimiz də belə düşünməyə əsas verir. Çox uzağa getməyək, şəriət qanunları ilə idarə olunan qonşu İranda dəfələrlə qadının asıldığını, daşlandığını eşitmişik.

İranda səfərdə olduğumuz müddətdə bir qədər fərqli mənzərə ilə qarşılaşdıq. Əslində bütün cəmiyyətlər kimi İran cəmiyyətinin da bir neçə üzü var. Bir tərəfdə tamamilə qara çadraya bürünmüş, hüquqsuz silueti xatırladan xanımlar, digər tərəfdə dünyanın məşhur geyim markalarına maraq göstərən qadınlar. Mühafizəkarlar saçlarını tamamən örtür, digərləri isə baş örtüyündən aksessuar kimi istifadə edir.

İslam inqilabından sonra qəbul edilmiş Konstitusiyaya müvafiq həyata keçirilən "mədəni inqilabın” özünü qadınların vəziyyətində daha çox göstərdi. 1980-ci ilin mayında ölkədə qadınların çadra və ya hicabla örtünməsi, peşələrinin məhdudlaşdırılması, kişilərdən ayrı təhsil alması, qadının təşəbbüsü ilə boşanma şərtlərinin minimuma endirilməsi, çoxarvadlılıq və müvəqqəti nikahın qaydalarına qadınlar tərəfindən tam əməl edilməsinə nəzarət gücləndi. Ölkədə əxlaq polisi yaradıldı. Küçələrdə qadınların çarşab taxıb-taxmadığına nəzarət etməyə başlayan əxlaq polisi başıaçıq xanımlara çarşab paylanmasını, geyinməyənlərin isə sərt şəkildə cəzalanmasını təmin edir.

Amma bu gün İranda çadralı qadın taleyi ilə barışmış xanımlarla yanaşı, azad görüntü yaratmaq istəyən qadınlar da az deyil. Onlar avtomobil idarə edir, küçədə rahat gəzir, siqaret çəkir, bol makiyaj edir, plastik əməliyyatlara gedirlər. Küçələrdə şıq və baxımlı, saçı boyalı xanımları görmək adı hala çevrilib. Şəriət qaydalarının hökm sürdüyü ölkənin xanımları yerli dükan və butiklərində satılan tanınmış markaların geyimlərindən istifadə edirlər. Doğrudur, onlar bu geyimləri yalnız evdə, yaxud qadın məclislərində geyinirlər. Həyat yoldaşlarının onlara aldığı çoxlu sayda qızıllarını da yalnız qadın məclislərində taxırlar.

Əvvəlki illərdən fərqli olaraq İranda vəzifədə çalışan qadınların sayı sürətlə artır. Xanımlar indi kişilərlə bərabər çalışır, eyni maaş alırlar. Üstəlik, ali təhsil müəssisələrindəki tələbələrin də çoxu qızlardır. Elə bir gününü bizimlə keçirən Şahnaz xanım kimi. Əslən Bakıdan olan Şahnaz xanım hazırda universitetlərdən birində rus dili kafedrasının müdiridir.

"Mən Bakıda anadan olmuşam, Sovetski məhəlləsində. Orta təhsilimi orada almışam, ancaq universiteti, magistraturanı Tehran Universitetində bitirmişəm. Özüm kafedra müdiriyəm. İşimdən, sosial şəraitimdən çox razıyam”.

Şahnaz xanım deyir ki, zaman-zaman yanlış təbliğat aparılması bu gün müsəlman qadının qorxaq kimi qələmə verilməsi ilə nəticələnib.

"Bu ölkədə həmişə qadınlar işgüzar olub. Düşünürəm ki, yalnız təbliğat aparılıb. Amma özünüz görürsünüz ki, burada vəziyyət necədir...”

Bu ölkədə pul qazanmaq qadının borcu deyil. Ailənin təminatı kişinin boynundadır və qadın da pulu yalnız istədiyi halda qazanır.

"İranın külçə fabriklərindən birindəyik. Digər fabriklərdən fərqli olaraq burada ancaq xanımlar çalışır”.

Gilanın zavod və fabriklərinin əsas işçiləri xanımlardan ibarətdir. Baxmayaraq ki, onlar ucuz işçi qüvvəsi sayılır, amma işlərinin öhdəsindən gələ bilirlər.

Fabrikin dizayn bölməsinin rəisi Pərisə Nuki fabrikdə çalışanların 60 faizinin qadınlar olduğunu deyir: "Səhər saat 7-dən axşam saat 5-ə kimi iş saatıdır. Buradakı işçilərin 60 faizi qadınlardır. Düzdür, iş bir qədər çətindir. Amma inancımıza görə, qadınlar da kişilərlə bərabər ailənin rifahını təmin etmək üçün çalışmalıdır. Xanımların əksəriyyəti evlidir. Bir çoxu isə burada ailə qurub”.

Pərvanə Sultaninejad burada 7 ildir işləyir: "7 ildir ki, burada çalışıram. Fabrikdə işləmək mənim ev işlərimə və ailəmə problem yaratmır. Buradakı kişilərlə biz elə bacı-qardaş kimiyik. Özümüzü evimizdəki kimi hiss edirik”.

İranlı qadınların əsas hökmranlıqları boşanma zamanı görünür. Ölkənin qanunlarına görə, qadının boşanmaq fikrinə düşməsi ailə başçısının müflis olması deməkdir. Çünki boşanma baş verəndə, ər bütün var-dövlətini yarı bölür, bəzən isə əlində olanları tamamilə xanımına verməyə məcbur olur. Ona görə də, bu ölkədə boşanmaların sayı demək olar ki, yox dərəcəsindədir.

İstənilən halda, İran cəmiyyətində qadınlara münasibətdə təzadlı bir vəziyyət hökm sürür. Cənublu həmcinslərim şəriətin sərt qaydaları ilə müasir dünyanın qadınlara verdiyi azadlıqlar arasında seçim etmək imkanındadır. İndi burda çadra - bir məcburiyyət, qadın azadlığı və hüquqlara can atma isə bir arzu halına gəlib...



dılay | 30 noyabr 2015 23:31 | Status: Brilliant user | Şərh: 8 183
Sitat: Meqa
HEC SEVMIREM O OLKENI O INSANLARI
Nagizade.Leyla | 4 iyun 2015 00:11 | Status: VİP user | Şərh: 1 321
Təşəkkürler...
FarizEhmedli | 18 aprel 2015 17:44 | Status: Şərhçi | Şərh: 198
xeberlere gore tesekurler
Nergiz love | 23 dekabr 2014 18:52 | Status: Professional user | Şərh: 7 871
Maraqli deyil
Meqa | 16 noyabr 2014 20:05 | Status: Professional user | Şərh: 2 077
HEC SEVMIREM O OLKENI O INSANLARI
Vetenperver | 15 noyabr 2014 12:53 | Status: Professional user | Şərh: 6 700
İranda kişilər qadınların əsiridir.Bu sözləri İran qadınları haqqında veriliş aparmaq üçün İrana ezam olunmuş ANS TV-nin məhşur jurnalisti Ləman Ələşrəf qızı deyib.Deyirdi ki İran ailələrində son söz kişinin olur oda "baş üstə" sözü. Yəni orda ailədə əsas söz sahibi qadın olur,ailəni demək olar ki qadın idarə edir.Kişilər arvadlarından qorxurlar.Evdə hər cür köməklər edirlər arvadlarına,qab yumaqdan tutmuş,yemək bişirməyə hətta paltar yumağa qədər.Boşanmaq istəyən kişilərədə ucuz başa gəlmir boşanmaq çünki kilolarnan qızl verməlidir qadına boşanmaq üçün buda çox çətin olduğundan boşana bilmirlər.Yəni bizim gözümüzdə ki İran qadınları gördüyümüz kimi deyil,tamam başqa cürədir.Əsl qadın hüququ irandadır.Demokratik ölkələrdəki qadınlar həsəd aparırlar İran qadınlarına.
sadiq24 | 15 noyabr 2014 01:42 | Status: Qonaq | Şərh: 0
http://azadqadin.az/

Aileli olub ayrilmiwam. Bowanmiw ya da dul xanimla taniw olmaq isteyirem 070 879 58 34
Gülçin | 14 noyabr 2014 21:57 | Status: Brilliant user | Şərh: 6 780
Sitat: SEVDA
Esas da odur ki, bowanmaların sayı yox derecesindedir....
Düzdür.
SULTANIM | 14 noyabr 2014 16:49 | Status: Ekspert | Şərh: 4 742
Iran xanimlari baslari cadrali olsalarda muasirliye dogru gunu-gunden addim atirlar. Onlara sadece Balasin Sevili lazimdir ki, cadralarini atsinlar. Amma onlara bele de xosdur.
Ag Gul | 14 noyabr 2014 15:24 | Status: Professional user | Şərh: 4 333
Sitat: sonsuz ucurum
tesekkurler,melumata gore
N....N92 | 14 noyabr 2014 14:10 | Status: Professional user | Şərh: 4 351
Sitat: ehtibar
Sitat: SEVDA
Esas da odur ki, bowanmaların sayı yox derecesindedir....
birdane | 14 noyabr 2014 13:39 | Status: Professional user | Şərh: 3 726
twk..........
Aynur_Mezahirli | 14 noyabr 2014 12:20 | Status: Qonaq | Şərh: 0
Sitat: sonsuz ucurum
tesekkurler,melumata gore
Ay_Sun | 14 noyabr 2014 12:11 | Status: Brilliant user | Şərh: 13 408
Sitat: kalbimin sahibi
Gozel qadinlar olur iran qadinlari...simpatiyam var
NURLU | 14 noyabr 2014 11:28 | Status: Professional user | Şərh: 5 552
Iran qadinlarin iranda cox yaxindan gormusem
Demek olarki cox baximli olurlar.
Orda subay bosanmisi alir pis baxmirlar.
Eslen iranli olan bey xanim 30yasdan sonra kifirlesme gedir.
Ona gore hemise qarisiq millet alirlar
ehtibar | 14 noyabr 2014 09:38 | Status: Gümüş user | Şərh: 2 547
Sitat: SEVDA
Esas da odur ki, bowanmaların sayı yox derecesindedir....
KARAGULUM | 14 noyabr 2014 08:36 | Status: Gümüş user | Şərh: 1 433
Gozel qadinlar olur iran qadinlari...simpatiyam var
SEVDA | 14 noyabr 2014 08:18 | Status: Nəzarətçi | Şərh: 17 439
Esas da odur ki, bowanmaların sayı yox derecesindedir....
Nergiz love | 14 noyabr 2014 00:54 | Status: Professional user | Şərh: 7 871
Xeber ucun tsk
boris arxan | 14 noyabr 2014 00:51 | Status: Professional user | Şərh: 4 784
tewekkurler
SEVA | 14 noyabr 2014 00:40 | Status: Professional user | Şərh: 5 150
nese maraqli deyil tesekkurler
sonsuz ucurum | 14 noyabr 2014 00:13 | Status: Gümüş user | Şərh: 786
tesekkurler,melumata gore
QERIB INSAN | 14 noyabr 2014 00:10 | Status: VİP user | Şərh: 567
Tesekkurler