Ah, qadınlar... / Layihələr

Bəxtim olsaydı, elə birinci ailəmdən yarıyardım...

Billurə | 10-09-2014, 16:51
13 967 37
 

AzadQadin.az  yeni layihəyə başlayır. Bu layihənin qəhrəmanları öz maraqlı taleyi ilə sizə həyat dərsi verəcək.

AzadQadin.az sizə 

Məşhur xəbər aparıcısı Mətanət Əliverdiyevanın müsahibəsini təqdim edir.

  Mənə lazım deyil ki, kiminsə yerində olum və yaxud da kiminsə nəyini əlindən alım. Mənim xasiyyətimdə bu yoxdur. Mən nəyi bacarıramsa, onu da edirəm. Bacarmadığım şeyə loru dilində desək "burnumu soxmuram". Həmçinin, mən də sevmirəm mənim işimə kənar müdaxilələri. Yaxşı mənada qəbul edərəm ki, nə isə ondan öyrənəcəm. Bu mənim işim üçün yaxşıdır. Amma məndən az bilib, mənə nə isə göstəriş verənləri xoşlamıram. Taktikanı tutursan da, söhbətdi eliyirsən,  sonra görürsən ki, sənin etdiyin söhbət kənardadır. Və fikirləşirisən ki, kimi uzaqlaşdırmaq lazımdır, sənin masandan, sənin süfrəndən. Mən belə insanam.
 
Qadın ümumiyyətlə siyasətçil doğulub. Kişilər həmişə deyir e "Qadınlar zəifdir". Xeyr! Biz zəif deyilik. Kişilər çox nahaq yerə elə deyirlər . Mən sanmıram ki, mən hansısa kişidən zəifəm. Gələn il  İnşallah 20 il olur ki, mən bu sahədəyəm. Sevda Həsənova gətirdi məni bura - ilk dəfə radioya. Yanvar ayı idi, soyuq qış havası... Mən də körpə uşaqla, oğlum hələ balaca idi. Dedim: Ay Seva, mən hara, xəbər aparıcısı hara? Mən körpə uşaqla edə bilmərəm. O, da dedi ki: "Ay qız, ver qaynanan saxlasın, gedək işlə, nə oturmusan evdə?" O, elə bil təkan verdi mənə ki, doğurdan da işləmək lazımdır. Və pul qazanmağa başladım. Mən bütün xanımlara arzu edirəm ki, öz kaşelokları olsun.:)) Heç kimdən pul istəməsinlər. Heç kimə möhtac olmasınlar. Bax elə, Sevda Həsənova mənə təkan verdi elə bil . Gəldim radioya, böyük bir staj keçdim, böyük bir məktəb keçdim radioda. Və anladım ki, mənim yerim elə bura imiş. Və elə başladım, 18 il çalışdım.
Mən Sumqayıtda yaşayırdım. Sumqayıt - Bakı yoluna mən düz 15 il ayaq döymüşəm. Avtobuslar, metrolar... Səhər tezdən durardım, elə buna görə də işə gecikməmişəm. Gələn 20 il olacaq ki, mən hələ də işə gecikməmişəm. Hər hansı ki, səhər tezden efir başlayır. 08:00 tamamda efirdə oluram həmişə. İstər o biri kanalda, istər bu biri kanalda. İnanırsız deyirlər ki, sabah proflaktikadır, 13:00 - da gəl. Amma mən  yenə 07:30 - da gəlirəm.
 
Hər insanın içində bir istedadı olur. Mən həmişə deyirdim ki, onu edə bilərəm, bunu edə bilərəm. Edə bilməsəm, deyin edə bilmərsən. Amma insan hər bir şeyi də sınamalıdır da. Mən istəyirəm ki, onuda sınayım, bunuda sınayım. Amma nədənsə onu görəmədilər elə bil. Amma mən Azad Azərbaycana gələndə sağ olsun rəhbərlik, bütün elə bil istedadımı gözlərimdəki o işıltıdan gördü. Və hər bir sahədə məni sınadılar. 
 
Bu qədər şən , pozitiv olmağın kökü hardan gəlir? - deyə soruşduqda. "Mənim atamdan, anamdan gəlir" - deyə cavab verdi. Onlar çox şən insan olublar. Mən gözümü açandan görmüşəm ki, (bizim evdə) papam heç vaxt piano ifa edə bilmirdi, 2 barmağıyla iki not çalırdı və onunla başlıyırdı oxumağa, anam da düşürdü oynamağa. Həmişə bizim evdə süfrə açılıb, həmişə qonşular yığışırdı bizə, demək, gülmək ... Hər gün bu təkrarlanırdı. Bir gün o biri qonşuda, bir gün bu biri qonşuda. Bax, bu davamlı idi. Yadımdadır ki, kimsə mənim xətrimə dəyirdi, mən də ağlayırdım, atam da musiqi ilə mənim kefimi yerinə gətirirdi. Sözlərini də dəyişirdi ki, məni əyləndirsin. 
Evdən gəlir hər bir şey. Evdə necə görürsən, onu da görüb götürürsən. Və əlbəttə ki, bu cür şən olmaq mənə valideyinlərimdən keçib.
 
İşdə elədir ki, gərək mübarizə aparasan ki, keçəsən qabağa, bunu edəsən, onu edəsən. İşdə rəqabət həmişə var. Amma ailədə axı rəqabət olmur. Kimlə rəqabət aparasan? Bax, ailədə problemlər olur. Mən elə bir insanam ki, çox problemim olur və ailədə hətta "ay aman" deyib çəkilib bir kənarda ağlamışam. Heç onu görən olmayıb. Sonradan belə edirəm "ee, heç vecinə alma" öz-özümə deyirəm. Təkcə sənin ailəndədir bəyəm bu, o qədər ailələrdə bu problemlər yaşanır ki... Şən ol düzələr düzələr, düzəlməz vecinə alma... O, indi də var, indi də deyirəm. O, çox önəmlidir, həmişə  belə olmuşam. "Əşşi eybi yoxdur, eybi yoxdur, düzələr, düzələr" deyə-deyə görmüşəm ki , bütün o proseslərdən mübariz çıxmışam. 
 
Həmişə öyrəşmişik birinci sinifə valideyinlərlə gedər uşaqlar. Amma məndə çox təəssüflər olsun ki, anam həmişə xəstə qadın olub, həmişə xəstəxanada olub. Mən gözümü açandan anamı xəstəxanada tez-tez görürdüm. Ağır xəstə idi. Və bizdə qardaşım əsgərlikdə idi, bacım ailəli idi, yəni elə bir situasiya yaranmışdı ki, belə desək ortada qalmışdım. Atam və mən. Atam səhər tezdən işə gedirdi. Elə bir işiydi ki, icazə alıb çıxa bilməzdi. Və mən çox məyus oldum...  Bir rus qonşumuz var idi - Sveta xala bax, o mənim paltarlarımı yuyurdu, ütülüyürdü, saçıma lent taxırdı və məni birinci sinifə o aparmışdı. Və kənardan hamısı mənə elə baxırdı ki, budu onun maması. Uşaqlar, hətta valideyinlər də görürdü ki, rusdu, mənlə rusca danışır. Biraz elə bil sıxılırdım. Çox məyus oldum ki, mənim valideyinlərim mənlə gəlməmişdi...
 Ona görə də deyirəm ki, mən çox həssas insanam.
 
Bir də görürsüz ki, deyirlər ki, Mətanət çox bərkdi, bərk deyiləm... Bərk ola bilərəm kimsə mənə zərər vursa, sinəmi qabağa verərəm.. Amma uşaq, valideyin mövzusunda çox zəifəm. 
 
Gündəlik xəbərləri oxuyuram, xəbərlərdə o qədər hadisələr olur ki, mənə çox pis təsir edir. Görürəm ki, əsəblərimə, psixologiyama təsir edir. Amma "Gündəlik" verlişinə məni çağıranda o qədər sevinirdim ki.. Çünki, kiminsə dərdini içimə salıram, çox pis oluram sonra. Sonra başlayıram əzab çəkməyə. Tutalım ki, kiminsə uşağına nə isə olur, mən başlıyıram əzab çəkməyə... Gəlirəm evə, o qədər ağlıyıram ki, bunun uşağına niyə bu oldu... O, aurada yaşayıram bir neçə gün...
 
Hamısı deyir ki, Mətanət belə qaynana olacaq, amma elə insan da var deyir ki: "Görün, Mətanət necə qaynana olacaq! "
Mən həqiqətən də elə biləcəm ki, o mənim qızım deyil, rəfiqəm olacaq. Azadlıq vermək lazımdır insanlara - gənclərə. Əvvəla, mən heç zaman qoymaram ki, oğlum mənimlə yaşasın, bu bir. Heç vaxt mən müdaxilə etmərəm ki, gəlin o evdə nə etdi, nə etmədi, evini yığışdırdı mənə nə, yığışdırmadı mənə nə? Qoy azad olsun, qoy özü-öz xanımı olsun. 
Mən yaxşı qaynana görmədim ki, mən də ona qarşı "ay mənim qaynanam belə" deyim. Həmdə ki, nəyə lazımdır e, müdaxilə etməklə nə əldə edirlər?!
 
Həyatda düzgün yaşamalıyıq, bir dəfə dünyaya gəlirik, o demək deyil ki, müdaxilə, təhqir, söz-söhbət bu niyə belə oldu, o niyə hələ oldu, o qab niyə sındı?.. Əşi, sınır sınsın, olmur olmasın, mənim üçün həyat budur. Çox şeyə heyif hirslənmirəm. Bu heyif oldu, olsunda, mənim canımdan artıq deyil ki... İnsanlar deyire "ay mənim o heyif günlərimdən" ," kaş o günlər olaydı" Amma mən belə deyirəm -" Oldu keçdi də, bunu problem eləmə. Heyif, hirslənmə." 

Mən heç zaman başqalarının düşüncəsi ilə oturub-duran adam olmamışam. İndinin özündə də, uşaqlıqdan belə olub. 
Kimsə nə isə düşünür, ayy, qonşu nə deyər ...? Qonşu özü üçün, mən özüm üçün... Hamı özünə görədir. 5 barmağıq ,5 barmağın hamısı fərqli-fərqlidir, düzdür? ...Bacının da öz həyatı var, qardaşın da öz həyatı var. Düzdür, məsləhətləşirsən, amma sonda qərarı özün verirsən. Hərənin öz həyatı var. Və mən düşünmürəm ki, bu belədir. Ay birinci ailə alınmadı, alınmadı, öldürməliyəm özümü?)  Neynəmək olar ki, həyat budur. İkinci nigah da normaldır. Birinci də alınmıyıb  o demək deyil ki, insan tək qalmaldır. O demək deyil ki, həyat elə bununla da tamamlanır. Amma əslində elə söz-söhbəti deyən qadınlara daha çox söz qoşurlar. Amma ikinci nigah olanda deyirlər aa, həyat yoldaşı var,ailəsi var uşağı var. Ona görə də deyirəm heç zaman qorxmayın. 
 
Pul vacibdir. Həqiqətən deyirəm. İnsan özünü xoşbəxt hiss etmək istəyir, istəyir kişi olsun, istəyir qadın. Qadın pulu çox olanda özünə hər şey alır, nə istəyirsə. Kişidən asılı olmur. Kişiyə deyirsən bunu almaq istəyirəm "ee" deyir. Sonra deyirsən bunu da almaq istəyirəm, ondan da deyir ki, "sən lap ağ elədin." Amma qadının özünün büdcəsi olanda, heç kimdən asılı olmur.
Və qadının xoşbəxtliyi onun övladlarıdır. Həqiqəətən də, mənim övladlarım mənim hər şeyimdir. Nəfəsimdir. 
 
Evdarlığı bacarıram, yaxşı xörəklər bişirirəm, amma sadəcə mənim evdə bacım var, o imkan yaratmır mənə iş görməyə. Bilirsiz niyə imkan vermir? Deyir: sən yorulursan. 
 
İnsan qürurlu olmalıdır. Mən bir yerdən çıxdımsa, bir də ora qayıtmıram. Elə insanlar var  ki, gedir, yenə gəlir. Amma mən sağ yanağıma tüpürüb sol yanağımı uzatmıram. Mən sağ yanağımı silirəm və gedirəm. Mənim üçün deyil o xasiyyət. 
 
Mən işdən qorxmayan insanam, mən gedib qabyuyan da işləyərəm. (Yaxşı qab yumağım var yeri gəlmişkən..:)) Mənim üçün iş həmişə var. İnsan sadəcə qoçaq olmalıdır. Mən səhər altıda evdən çıxıram, bu da böyük bir məsuliyyətdir, düzdür?
Mən qoçağam, hər işi görərəm. Bəxti gətirənlər var dedikdə, "Bəxtim olsaydı elə ilk ailəmdən yarayardım"- deyə cavab verdi. Elə bəxtin biri bu. Deyin ki, həmişə hər şey yaxşı olacaq. Ruh verin, deyin mən hamıdan yaxşıyam, sevilirəm. Və hər şey gözəl olacaq, əmin olun.  
Deyib müsahibəni sonlandırdı...
 

B.Fereh | 2 mart 2016 23:43 | Status: Nəzarətçi | Şərh: 6 976
Sitat: Gülçin
Qadin her seyden evvel qadin olmalidir, "erkek Balaxanim" yox..

Duzdu Gulcin xanim,bunda bir qramliq qadinliq varsa eger....))
Sitat: Vetenperver
"Forj boyard" verilişində özünü çox düşük aparırdı ona görə gözdən düşdü.

Eynen raziyam,Zaurnan yaxwi tapiwmiwdilar orda ikiside et token:)Halbuki o veriliwin Fransa variantinda aparicilar super idiler.Bu ikilinin witdiyine gore veriliwe baxa bilmirdim.
Ajmqmpw | 2 mart 2016 23:13 | Status: Qonaq | Şərh: 0
Insan oz bextini ele ozu yazir,sen aileni qoruya bilmedinse burada bext ne etsin? cox serbest xanimdir,aile ise mesuliyyet,fedakarliq isteyir....
Janna_1994 | 3 fevral 2016 20:46 | Status: Şərhçi | Şərh: 499
beyenirem yaxwi aparici di
Yagis_Negmesi | 25 noyabr 2015 22:48 | Status: Gümüş user | Şərh: 1 614
Sitat: ESMERRi
Sitat: Leyla Ezizli
Çox beyenirem bu qadını halaldı esil azerbaycanlı xanımıdı kişi qeyretli qadındır.
dılay | 4 noyabr 2015 15:48 | Status: Brilliant user | Şərh: 8 184
Sitat: nazli411
pazitiv xanimdi beyenirem


tewekkurler
ESMERRi | 3 noyabr 2015 17:59 | Status: Brilliant user | Şərh: 5 379
Sitat: Leyla Ezizli
Çox beyenirem bu qadını halaldı esil azerbaycanlı xanımıdı kişi qeyretli qadındır.
Leyla Ezizli | 16 mart 2015 13:03 | Status: Şərhçi | Şərh: 372
Çox beyenirem bu qadını halaldı esil azerbaycanlı xanımıdı kişi qeyretli qadındır.
Nergiz love | 3 mart 2015 03:14 | Status: Professional user | Şərh: 7 871
Sitat: Nigar_
Deyəsən bu xəbər ikinci dəfə aktiv olur.
Mətanət Əliverdiyeva çox bacarıqlı aparıcı və gözəl xanımdır.Yaşadıqlarına rəğmən ayaq üstə durmağı bacarır.Amma onu mənə sevdirən pozitivliyidir.
my life is music | 19 fevral 2015 14:15 | Status: Gümüş user | Şərh: 736
buuuuuuuuuuuuuuuuuuuuuuuuuuu
Miraj | 1 fevral 2015 14:48 | Status: Professional user | Şərh: 2 625
Sitat: nazli411
pazitiv xanimdi beyenirem

..
nazli411 | 22 dekabr 2014 21:29 | Status: Qonaq | Şərh: 0
pazitiv xanimdi beyenirem
sirin bala | 6 dekabr 2014 18:27 | Status: Gümüş user | Şərh: 1 669
sende 100 metre dil varsa sen hec harda otran doysen
N....N92 | 30 noyabr 2014 14:55 | Status: Professional user | Şərh: 4 351
maraqlidir
Zarra | 3 noyabr 2014 17:36 | Status: Şərhçi | Şərh: 107
Amma sözün düzü xoşuma gəlir.
kraliçem | 22 sentyabr 2014 00:21 | Status: Qonaq | Şərh: 0
Pozitiv xanımdı smile
SULTANIM | 13 sentyabr 2014 23:00 | Status: Ekspert | Şərh: 4 742
Verilisdeki kimi burda da dil-bogaza qoymur bu qiz.
Gülçin | 13 sentyabr 2014 19:57 | Status: Brilliant user | Şərh: 6 780
Qadin her seyden evvel qadin olmalidir, "erkek Balaxanim" yox..
dream reality | 12 sentyabr 2014 20:56 | Status: Professional user | Şərh: 1 449
Metanetden xosum gelir tonton teyze amma qaldi ki yaziya uzundu oxumadim..........
zeyneb99 | 12 sentyabr 2014 13:09 | Status: Qonaq | Şərh: 0
zehlem getmis lol
BULUTUM | 11 sentyabr 2014 22:57 | Status: Professional user | Şərh: 7 388
sen daha dolmadan öteri dava salirsan qaynananla ki,men beşdene yeyecem niye mene uc dolma qoyufsan.kim seni saxliyar.qadin gerek bogazina tep desin.
Lumia | 11 sentyabr 2014 17:06 | Status: Professional user | Şərh: 5 378
Fikirlerini beyendim,ugurlar...
Ag Gul | 11 sentyabr 2014 15:04 | Status: Professional user | Şərh: 4 333
Xeber çox uzun olanda oxumağa hevesim ölür belay
SEVDA | 11 sentyabr 2014 14:55 | Status: Nəzarətçi | Şərh: 17 441
Allah her kese gözel bext,tale versin....
gulya20 | 11 sentyabr 2014 00:19 | Status: Professional user | Şərh: 4 677
Sonacan oxuya bilmedim.
Nigar_ | 11 sentyabr 2014 00:05 | Status: Professional user | Şərh: 2 125
Deyəsən bu xəbər ikinci dəfə aktiv olur.
Mətanət Əliverdiyeva çox bacarıqlı aparıcı və gözəl xanımdır.Yaşadıqlarına rəğmən ayaq üstə durmağı bacarır.Amma onu mənə sevdirən pozitivliyidir.
SEVA | 11 sentyabr 2014 00:01 | Status: Professional user | Şərh: 5 150
evvel xoslayirdim ciddi olduguna gore sonradan ozunu cox yungul apardi ona gore zehlem getdi
Vetenperver | 10 sentyabr 2014 23:47 | Status: Professional user | Şərh: 6 700
"Forj boyard" verilişində özünü çox düşük aparırdı ona görə gözdən düşdü.
fea | 10 sentyabr 2014 23:33 | Status: Gümüş user | Şərh: 1 737
uyyy zehlem gedir bunnan
Nara88 | 10 sentyabr 2014 22:58 | Status: Professional user | Şərh: 4 253
tesekkurler
DENIZ QIZI3 | 10 sentyabr 2014 22:36 | Status: Gümüş user | Şərh: 3 858
Tanimiram kimdir .emeye hormet