Qadın / Ah, qadınlar...

Qızım üçün yaşayıram (yaşanmış hekayə)

MELEK_ | 26-05-2014, 17:30
7 118 57


Biz sevgilimlə bir-birimizi çox sevirdik.  O başqa qəsəbədə, mənsə başqa qəsəbədə qalırdıq. Kollecdən çıxdıqdan sonra görüşməyə başlayırdıq. Görüşmək çətin olurdu, təbii ki, mən kollecin 1-ci, o isə 3-cü kursunda təhsil alırdı. Əvvəllər ailəmizin xəbəri yox idi. 1 ildən sonra anam öyrəndi. Anam ayrılmağımızı istədi, səhv edirsiniz dedi. Amma biz israr etdik ki, ayrılmayacağıq. Anamı çətinliklə razı saldıq. Sonradan bir-birimizi nə qədər çox sevdiyimizi öyrənincə mənim anam da onun anasının dəstəkləməyə başladı. Xoşbəxt idik. Hər şey cox gözəl gedirdi. Sonra isə dərslərimizə görə görüşlərimiz azalmağa başladı, ildə 4 dəfə görüşürdük. Darıxırdıq biri-birimiz üçün. Daha sonra universitetə qəbul olundum.​​ Əlaqəmiz hələ davam edirdi. Mən xarici dil, o isə Coğrafiya müəllimliyi üzrə təhsil alırdı. Günlər biri-birini qovurdu, artıq o, iki illik müəllim idi. Mənsə vəzifəyə yeni başlayacaqdım. Nəhayət, yay tətilində evləndik. Nişan, toy, hamısı bir yerdə oldu. Elə bil hər şey möcüzə idi. Bir-birimizə olan sevgimiz heç azalmamış, əksinə hər keçən gün artırdı. Evləndiyimiz ilk 10 ay çox xoşbəxt idim, davamlı köhnə günlərdən bəhs edirdik (bir-birimizdən uzaqda olduğumuz zamanlardan). Evliliyimizin 11-ci ayında hamilə idim. Yoldaşımın xəbəri yox idi. Mənim həmin gün dərsim yox idi, evdəydim. O axşam üçün hazırlıq etdim. Çox gözəl bir süfrə hazırladım. Axşam yoldaşım gələndə hamilə olduğumu söylədim. Xoşbəxtliyimiz getdikcə artırdı. Sevgili ikən həmişə xəyal edirdik evlənəcəyimiz günləri, uşağımızın olacağı günləri... Hamiləlik zamanı yoldaşımın mənə olan marağı daha da artdı. Bir dediyimi iki etmədi. Bu mənim xoşuma gəlirdi. Körpəmiz bizə hələ doğulmadan xoşbəxtlik gətirirdi. 3 aylıq hamilə ikən hər şey dəyişməyə başladı. Kabus başladı. Mənə artıq diqqətsiz davranmağa başladı. Məni əhəmiyyətsiz hesab edir, fikir vermirdi. Günlər keçdikcə münasibətimiz soyuqlaşırdı. Yanımda belə oturmurdu, nə olmuşdu bilmirdim. Çox sıxılırdım, soruşurdum nə olub? "Hər şey qaydasındadır, sənə elə gəlir" - deyirdi. Səbəbsiz yerə mənimlə mübahisə edirdi. Günahkar olduğu halda üzr istəmirdi. Aramızda mübahisə olanda mənə boşanmaq istədiyini söylədi. O an dünya mənim üçün qaraldı. "Nə danışırsan, heç bilirsən?" - dedim. Cavab vermədi evdən çıxdı getdi. Bir həftə evə gəlmədi. Gözlədim, axtardım, mesaj yazdım, amma nə cavab var, nə bir şey..
Aramızdakı problemlərdən heç kimin xəbəri yox idi. Bildirməməyə çalışırdım, ama bəzən bacarmırdım. bir həftə sonra gəldi, içmişdi. Əvvəllər çox içməzdi. İldə bir dəfə olar, ya da olmaz. Axşam gələndə sərxoş idi dərhal yatdı. Səhər oyandığında qolumdan tutdu. "Gedirik məhkəməyə"- dedi boşanma iddiasını açmışam. Yoldaşının dostu vəkil idi. Vəkil olaraq da onu tutmuşdu. Məhkəməyə getdiyimizdə məndən boşanmaq istədiyini, artıq məni sevmədiyini söylədi. İnanılmaz ağrılar keçirdim. O məndən boşanmaq istəyirsə, artıq sevmirəm deyirsə artıq birlikdə olmağın bir mənası yox idi. Məndə boşanmaq istədiyimi, anlaşa bilmədiyimizi söylədim. Ayaq üstündə dura bilmirdim bacısı o dövrdə məni dəstəkləyirdi. "Niyə belə edirsən" - deyə mənim ailəm və onun ailəsi hamısı ona əsəbləşmişdi. Bir tək onun qardaşı heç bir reaksiya vermirdi. Boşandıq. Bacımın öz evi vardı, bir qız dostu ilə birlikdə qalırdı. Mən birlikdə qaldığımız evdən çıxdım. Bacımın evinə köçdüm. Övladım gün keçdikcə böyüyürdü. Çox bədbəxt idim. Amma qarnımdakı hərəkətlərini hiss etdikcə az da olsa gülümsəyə bilirdim. Doğum yaxınlaşmışdı. Çox canım ağrıyırdı. Bacım davamlı yanımda ola bilmirdi. Onun da işləri var idi. Səkkiz yarım aylıq doğum etdim. Erkən doğulmuşdu bir az, amma çox gözəl bir qızım oldu, adını Melis qoydum.
Xəyalımız idi. Qızımız olsa "Melis", oğlumuz olsa "Ümid" qoyacaqdıq. Melis çox gözəl bir körpə idi. Ən çox atasına bənzəyirdi. Qızım doğulduğunda ağrım az da olsa yüngülləşmişdi. Amma unuda bilmirdim, illərdir sevdiyim adam məni tərk etmişdi. Çox da xoşbəxt idik. Uşağımız olacaqdı. O çox istəyirdi ki, qızımız olsun. Boşandıqdan sonra heç görüşmədik. Onsuz da məni görmək istəmirdi. Amma qızı ilə də maraqlanmırdı. Mən çox istəyirdim görüşüm, axı hər şey bir andaca oldu. Bacıma zəng elətdirirdim, evdə tək qalırmış. Mənə xəyanət etməsini düşünmürdüm, onsuz da. Amma niyə tərk etdi məni, səbəb nə idi? Əmin idim, başqa bir qadın da yox idi. Olsa anlayardım. Qızım 6 aylıq idi, şükür, çox sağlam idi. Qızımla vaxt keçirəndə az da ola kədərlərdən uzaqlaşırdım. Bir gün bacım mənə zəng etdi, mən evdə idim. Ağlayırdı. Nə isə olmuşdu, "nə olub, niyə ağlayırsan?"-deyə soruşdum cavab vermədi.
Daha sonra başa düşdüm ki, həyat yoldaşım yol qəzasında vəfat edib. Bunu eşitdiyim anda heç bir şey hiss edə bilmədim. Nə düşüncəyimi bilmədim. Yarım saat sonra bacım evə gəldi, uşaq yatmışdı. Bacıma sarıldım dayanmadan ağladım. Davamlı soruşurdum ki, dəqiq bilərsənmi ölən odur, bəlkə başqa biridir. Bacım əmin idi ölən o idi. Qızım Melis oyandı, ağlıyırdı, susdura bilmirdim. Bacım yenidən yatızdırdı. Bacım səhərisi gün cənazəyə gedib getməyəcəyimi soruşdu. Təbii ki, gedəcəkdim. Sevdiyim adamı uzun zamandır görmürdüm. Sabaha qədər yatmadıq. Sübh tezdən bacımla xəstəxanaya getdik. Melis bacımın qucağında idi. Mən də qaçaraq yuxarı çıxdım. Hər kəs orada idi. Anamın, onun ailəsi. Ağlayaraq onların yanına getdim. Onu görmək istədiyimi söylədim. Onun anasıyla meyitxanaya girdik. Anası baxmağa cəsarət edə bilmədi. Mən açdım üzünü. Rəngi solmuşdu və soyuq idi. Artıq ürəyi dayanmışdı. Orda özümdən getmişəm. Cənazəsini gətirib məzarın yanına  qoydular. Artıq tamamilə məndən qopacaqdı. Artıq həyatda olmayacaqdı, onu bir daha görməyəcəkdim. Ürəyim bu qədər ağrımamışdı. Çox ağladım, çox qışqırdım, getmə dedim. Niyə dedim. Artıq özümü heç bir şəkildə hiss etmirdim. Dəfn edildikdən sonra məzarın yanında iki saat qədər oturdum. Canımın nə qədər yandığını, nələr hiss etdiyimi izah etdim ona. Mənə cavab vermirdi. Ağlamaqdan gözlərim şişmişdi, səsimin batmışdı. Böyük qardaşım gəldi məni ordan evə apardı. Melis bacımgildə idi. Mənim qucağıma alacaq halım yox idi. Davamlı ağlayırdı Melisim də. Ölümündən 1 ay keçdi. Hələ çox pis idim. Bir aydır, evdən çölə çıxmırdım. Yalnız qızımla maraqlanırdım. Əvvəllər qızımla vaxt keçirəndə az da olsa unudurdum kədərlərimi. Lakin artıq heç bir şey bu içimdəki ağrını unutdurmurdu. Qızım yatmışdı. Məndə bunları yazmaq istədim. İçimdəkiləri izah etmək istədim. Kədərimin yüngülləşəcəyini düşündüm. Amma heç azalmadı...
Onu hələ də çox sevirəm...



Rəbbim heç bir insana belə həyat yaşatmasın...
Amin...

 @ Xəbər azadqadın.az saytına məsusdur!!!


Yagis_Negmesi | 6 dekabr 2015 02:11 | Status: Gümüş user | Şərh: 1 614
Ay Allah nece pis oldum Allah hec kesi sevdiyin ile imtahan etme sin Amin can yazigim geldi insanin yarini itirmesi anladilmaz bir hissdir
milashka_167 | 6 dekabr 2015 01:05 | Status: VİP user | Şərh: 1 452
Sitat: EÇS vaxtiyle
Oxuduqca agladim,ureyim parcalandi.Allah ozu komeyiz olsun.balanizi oqeder xosbext etsinki sukr dilinizden dusmesin.sebrli olun.usaginiza gore guclu olmalisiz.onun sizden basqa heckimi yixdu.nene,baba,emi,dayi,xala bunlar hamsi budaqdi,kok sizsiz.
EÇS vaxtiyle | 27 noyabr 2015 22:02 | Status: Qonaq | Şərh: 0
Oxuduqca agladim,ureyim parcalandi.Allah ozu komeyiz olsun.balanizi oqeder xosbext etsinki sukr dilinizden dusmesin.sebrli olun.usaginiza gore guclu olmalisiz.onun sizden basqa heckimi yixdu.nene,baba,emi,dayi,xala bunlar hamsi budaqdi,kok sizsiz.
dılay | 27 noyabr 2015 21:53 | Status: Brilliant user | Şərh: 8 184
AcImasIz heyat
ESMERRi | 3 noyabr 2015 00:13 | Status: Brilliant user | Şərh: 5 379
Sitat: jale elizade
ILAHI DEHWET VE GOZ YAWI ICINDE HEYECANLA OXUDUM KAW HEC BU GUR BITMESEYDI.DELI OLACAM.BU MEKTUBUN TESIRI ALTINDA QALACAM UZUN MUDDET.NE DEYIM?NECE TESELLI VERIM BILMIREM.ALLAH SEBR VE DAYANMA GUCU VERSIN.WUKUR EDIN KI HEC OLMASA YADIGARI VAR.ONA TUTUNUN VE TEBII KI YARADANA.O SIZE GUC VERECEK.ZAMANLA HER WEY YOLUNA DUWECEK.ZAMAN EN YAXWI DERMANDI
nurlana nurlana | 9 fevral 2015 20:33 | Status: Gümüş user | Şərh: 1 950
Uzun idi oxumadım yeqin maraqlıydı
jale elizade | 30 yanvar 2015 21:07 | Status: Şərhçi | Şərh: 323
ILAHI DEHWET VE GOZ YAWI ICINDE HEYECANLA OXUDUM KAW HEC BU GUR BITMESEYDI.DELI OLACAM.BU MEKTUBUN TESIRI ALTINDA QALACAM UZUN MUDDET.NE DEYIM?NECE TESELLI VERIM BILMIREM.ALLAH SEBR VE DAYANMA GUCU VERSIN.WUKUR EDIN KI HEC OLMASA YADIGARI VAR.ONA TUTUNUN VE TEBII KI YARADANA.O SIZE GUC VERECEK.ZAMANLA HER WEY YOLUNA DUWECEK.ZAMAN EN YAXWI DERMANDI
Bəs öyrənmədiz niyə ayrılıb sizdən?
Rəvanur | 28 avqust 2014 14:02 | Status: Şərhçi | Şərh: 302
Sitat: Nigar_ 
Çox pis oldum.ALLAH səbr versin.Məncə bir-birlərini tək buraxmamalıydılar.

Məncə də Nigar xanım.İsrarla qalardınız bu qədər sevmişkən niyə tək qoydunuzkii?
Nigar_ | 9 iyun 2014 13:00 | Status: Professional user | Şərh: 2 125
Çox pis oldum.ALLAH səbr versin.Məncə bir-birlərini tək buraxmamalıydılar.
Тунзала 777 | 5 iyun 2014 03:03 | Status: Qonaq | Şərh: 0
Coox pis oldummm..oxuduqca kovreldim..allah qizinizi size cox gormesin..ne deyim vallah..allah size sebr versin..heyat beledide..kime ne qeddarliq edeceyi belli deyil..yene qiziniza gore mohkem olub..qoyun o xosbextliyin tapsinn..
Aydan.M | 29 may 2014 23:47 | Status: Qonaq | Şərh: 0
Oxudum cox pis oldum.her kesin bir heyat hekayesi var..ALLAH sebr versin bir daha aci cekmey qismet olmasin AMIN..
BULUTUM | 29 may 2014 19:14 | Status: Professional user | Şərh: 7 388
Sitat: cuci
HEYAT COOX QEDDARDIR/DERDLI VAXTIMDA BIR DE BUNU OXUDUM LAP PIS OLDUM/NIYE XOSBEXT OLMAQ OLMUR?NIYE HER ZAMAN HER SEY YARIDA QALIR?MEN SEVDIYIME QOVUSMAGIN SEVINCINI BELE YASIYA BILMIREM/AILELERIMIZ YOLA GELDI AMMA INDI ZALIM XESTELIK QAPIMIZI DOYDU?NIYE AXI NIYE?SEVMEK,BIRINE DEYER VERMEK GUNAHDIRMI?NIYE BELE OLUR AXI NIYE?BELE QEDDAR BOS MENASIZ HEYATDA NIYE YASIYIMKI KIM UCUN NE UCUN SEVDIYIMIN GÖZUMUN ONUNDE ACI CEKMESINI GORMEK UCUN?
SEBRLİ OLUN EN AZİNDAN ONUNLA BAGLİ XOS XATİREN OLSADA PİSLERİ DE VAR.BES MEN NE EDİM HE???MENE 10 QAT SİZDEN ARTİQ CETİNDİR.DOZMEK OLMUR.CANİMDAN CAN AYRİLİR HER DEFE O EZİYYET CEKENDE.CANİ AGRİYANDA.SONU NECE OLCAQ HEC BİLMİREM DUSUNMEK BELE İSTEMİREM
CANİM MENİM COX PİS OLDUM.ALLAH ÖZU REHM ETSİN.SEBİRLI OL.

Sebebiz ayriliq olmur.bu xanim esas sebebi demir,ola bilmez hec vaxt.derdinden deliydi niye bele etsin.etsede sebebsiz ola bilmez.heyat davam edir.balan var şukurler olsun.qizin ucun yaşa.

Sitat: Nara88
Çox pis oldum (( tanisim bir qiz variydi,lap o yadima dusdu,qizi isteyenler coxuydu,ancaq o mekteb vaxtindan istediyi oğlanı gözledi ((bir sinifde oxumusdular,bir birini cox sevirdiler,2il evvel evlendiler,aradan 3 ay kecmisdiki esitdim qizi bosayib,qiza arvadi kimi baxmirmis(dehşete geldim esidende,bosanmalarinin sebebini qiz evi bilmirik dedi, oğlanın anasida deyib oğlum istemir,sebebsiz sadece istemir(Allah cezasini verir belelerinin((

Amin.
KoNkReT | 29 may 2014 15:08 | Status: Gümüş user | Şərh: 951
Axi niye terk edibmiw?Cox uzuldum,off Allah komeyiniz olsun recourse
Nazlı G | 29 may 2014 13:41 | Status: Qonaq | Şərh: 0
Allah hər kəsə xoşbəxtlik nəsib etsin Amin. İçində də ilk olaraq sizə.
Aysel. | 28 may 2014 23:03 | Status: VİP user | Şərh: 505
Oxuduqca gozlerim doldu Allah hec kime yasatmasin cox pis oldum
Qaracaqiz | 28 may 2014 21:13 | Status: VİP user | Şərh: 1 882
heyatda her sey olur sebirli olmalisiniz, ovladiniza gore guclu olmalisiniz.Kim bilir bir gun yaraniz saqalar ve yeniden sevib sevilersiniz ve xosbext olarsiniz umidinizi itirmeyin
Black_sTaR | 28 may 2014 02:16 | Status: Professional user | Şərh: 846
Sitat: Röyamsan.
Oxudum çox pis oldum. 0106
laleyka | 28 may 2014 00:28 | Status: Professional user | Şərh: 652
axi niye heyat bu qeder acimasizdi???????????

axi niye heyat bu qeder acimasizdi???????????
HaziranGecesi | 27 may 2014 18:10 | Status: Şərhçi | Şərh: 273
offf ama hele de onun niye size terk etdiyini bilmirsiz? belke de hansisa pis bir xesteliyi oldugu bilirmis ve onun ucun sizi terk edim ve sonra ozune qesd edib? cox qemli ve qeribe hekayedir.Allah komeyiniz olsun bacim.
Laura81 | 27 may 2014 16:08 | Status: VİP user | Şərh: 1 275
Sitat: N....N92
Nə bilim.....vəfasız həyat

Duzdu hayat cox maraqsiz ve etibarsizdi sebirli ol bacim
Gulya2676 | 27 may 2014 15:39 | Status: Gümüş user | Şərh: 2 586
Sitat: heyatimsan sen
HaydAa pis oldumm

Belke nese xesteliyi var imiw onagore uzaqlawib qezanida qesden edib?? fikrimi destekleyen varr?

Məncədə ...axı insan niyə durduğu yerdə o qədər sevdiyi birindən birdən birə ayrılsın?????Allah ölənə rəhmət,qalanlara isə səbir versin.
Dəniz qızı | 27 may 2014 15:03 | Status: Brilliant user | Şərh: 8 019
ALLAH heç kimin ailəsini başsız etməsin.Mənim xalam 28 yaşında ərini itirib,5 uşaq böyüdüb,hamsıda aili qurub.Səbrli olun
N....N92 | 27 may 2014 14:10 | Status: Professional user | Şərh: 4 351
Nə bilim.....vəfasız həyat
nergiz_zz | 27 may 2014 11:45 | Status: Professional user | Şərh: 3 814
GÖRƏSƏN HƏQİQƏTƏN BU HADİSƏ OLUB?OLUB OLMADIĞINI BİLMƏDİM AMMA OXUYARAQ AĞLADIM.ALLAH HEÇ BİR SEVƏNİ AYIRMASIN...İNSAN ÖZÜNÜ DƏRK ETDİYİ ANDAN İTKİ QORXUSU İLƏ YAŞAYIR.ƏVVƏLƏR AİLƏNDƏN KİMƏSƏ NƏ İSƏ OLACAĞINDAN QORXURSAN.SONRA SEVDİYİN İNSANI,DAHA SONRA ÖVLADINA NƏİSƏ OLACAQ DEYƏ QORXURSAN...BU MƏNDƏ BELƏDİ.DÜZDÜ AİLƏLİ DEYİLƏM.AMMA BİLİRƏM Kİ BELƏ OLACAM.HƏR ZAMAN NİGARANÇILIQ İÇİNDƏ OLACAM...
sama633 | 27 may 2014 11:34 | Status: Şərhçi | Şərh: 422
ayırlma səbəbi nə idi bilinmədi
Ayanim | 27 may 2014 11:13 | Status: Gümüş user | Şərh: 1 920
Allah yardimcisi olsun
Billurə | 27 may 2014 10:58 | Status: Professional user | Şərh: 4 892
Oxudum. Amma yaşanmış hekayə olduğuna inanmadım.

Sitat: sheh
agladim......son sətirləri demək olar ki, göz yaşlarimdan güclə seçə bildim, niyə ayrildilar, nə idi səbəb??eh həyat...həyat..................................


Xala qurban sənə ağlama... Bilirəm ürəyi kövrəksən amma elə eləmə nolar ürəyim pis olur.
ehtibar | 27 may 2014 09:44 | Status: Gümüş user | Şərh: 2 547
maraqlidir twk
MELEK_ | 27 may 2014 09:09 | Status: Professional user | Şərh: 3 949
Sitat: cuci
HEYAT COOX QEDDARDIR/DERDLI VAXTIMDA BIR DE BUNU OXUDUM LAP PIS OLDUM/NIYE XOSBEXT OLMAQ OLMUR?NIYE HER ZAMAN HER SEY YARIDA QALIR?MEN SEVDIYIME QOVUSMAGIN SEVINCINI BELE YASIYA BILMIREM/AILELERIMIZ YOLA GELDI AMMA INDI ZALIM XESTELIK QAPIMIZI DOYDU?NIYE AXI NIYE?SEVMEK,BIRINE DEYER VERMEK GUNAHDIRMI?NIYE BELE OLUR AXI NIYE?BELE QEDDAR BOS MENASIZ HEYATDA NIYE YASIYIMKI KIM UCUN NE UCUN SEVDIYIMIN GÖZUMUN ONUNDE ACI CEKMESINI GORMEK UCUN?
SEBRLİ OLUN EN AZİNDAN ONUNLA BAGLİ XOS XATİREN OLSADA PİSLERİ DE VAR.BES MEN NE EDİM HE???MENE 10 QAT SİZDEN ARTİQ CETİNDİR.DOZMEK OLMUR.CANİMDAN CAN AYRİLİR HER DEFE O EZİYYET CEKENDE.CANİ AGRİYANDA.SONU NECE OLCAQ HEC BİLMİREM DUSUNMEK BELE İSTEMİREM



canim, sebirli ol, biz geleceyin nece olacagindan xeberdar deyilik,insallah ele bir mocuze bas verer ki, heyatindaki butun problemler hell olunar ve sen sevdiyinle xosbext olarsan...

Sitat: GUN 22
MELEYIM BU HEKAYE SENIN BASINA GELIB?


MENDE QIZIM IUCUN YASAYIRAM O VAR OLSUN DEYE VAR OLMALIYAM BALAMA CANIM QURBAN HER SEY CAVANLIGIM HEYATI QURBAN TEKI O ELLERDE QALMASIN HER SEYE DOZUREM 0106 ALLAH ONLARIN PIS GUNUNU YASATMASINN MENE COX SEVIREM TEK BALAMI TEKI ONLAR XOSBEXT OLSUNLAR AMIN


yox, Allah elemesin...

Allah balanin xos gunlerini sene nesib elesin


eziz bacilar, bu hekaye yasanmis bir hekayedir, sukurler olsun, men yasamamisam ve hec kime bele tale arzu etmirem, oglanin ayrilma sebebi ise bilinmedi...