Qadın / Ah, qadınlar...

Qadınların evli kişilərlə əlaqə qurmalarının səbəbləri

leyla meherremova | 15-11-2013, 22:00
9 948 43
 


 
Ailə cəmiyyəti meydana gəldiyindən bəri tez-tez müzakirə edilən və maraq doğuran bir faktor da evli kişi ilə yaşayan qadınlardır. Aldadılan  hər nə qədər digər qadını günahkar bilsə də, bir az məntiqli düşünə bilən hər kəs bu işin o qədər də asan olmadığını anlaya bilər.




  Belə əlaqələrin 2 əsas sualı vardır. Kişilər niyə aldadar? və Qadınlar niyə evli kişilərlə birlikdə olurlar?

İlk sualla əlaqədar onsuz da çox şey yazılıb,deyilib, çəkilib. Biz ikinci sualı müzakirə edək  bir az.
Bu mövzuda yeri gəldiyində çox qadınların "mühakiməsiz edam" edildiyini bilirik. Bəzi şeylər insanın özünün və ya yaxınlarının başına gəlmədən anlaya bilmir.
Bir qadın gəlib  ''Mən evli bir kişilə birlikdəyəm'' dediyində öz rəfiqələri daxil olmaqla çox böyük bir xalq kütləsi tərəfindən "məhkəmə qurular", tənqid, təhqir, haqqında bir çox pis fikirlərin meydana gəlməsi kimi nəticələrə səbəb olur. Ancaq eyni qadın ''Sevgilim evli çıxdı və ya evliymiş'' dediyində bütün bu fikirlər silinir və məzlum görünən qadın  olur. Halbuki baxdığımızda elə böyük fərq yoxdur.
Bəli, evli olduğunu 1-2 il saxlayan kişilər var, amma 2 ildə sevgilisinin evli olduğunu anlaya bilməyən qadın da sadəlövhdür. Hal və hərəkətlərindən, gecələri  çox vaxt "başqa" yerdə qalması, dildə bir cür danışsa da hərəkətində başqa olmasından mütləq anlaya bilərdi.
  Sizə ilk səbəb deyək, qadın anlamadı və 2 il sonra sevgilisinin evli olduğunu öyrəndi. Siz olsanız 2 illik əlaqənizi dərhal orada buraxa bilər bilərsinizmi?  ''Aaa sən evliymişsən'' deyib üz çevirib gedə bilərsinizmi?
Bu tip qadınların sevgilisi özünü subay olaraq tanıtdığı üçün evli olduğunu bilmədən evli bir kişilə birlikdə olurlar.



 
Yaxşı, bəs ən başından bəri evli olduğunu bildiyi halda əlaqəni davam etdirənlər necə?

Bu qadınlarda da yenə kişinin mövqeyi ön plana çıxır. Ən sıx da yoldaşımla aram pisdir yalanına inanmaqlarıdır. Bir başqa qadınla birlikdə olan kişi, əlbəttə arvadı ilə arasında problemlər olduğunu söyləyəcək, bu təbbi ki, bir yalandır.

 

Xoşbəxt olsa idi başqa qadınla nə işi vardı?

Bu yalana dərhal hər qadın inanır, ya da inanmaq istəyir. Çünki bir kişinin yoldaşı ilə arası pisdirsə onunla evli qalmaz. Evliliyi davam edirirsə onları bağlayan bir sıra şeylər vardır. Kişi bu məcburi faktorların digər qadınlarda olmayacağını düşünür, ya da arvadına olan digər maraqları onu ola biləcək  ayrılıqdan saxlamaqdadır. Nəticə olaraq ''Yoldaşımla aram pisdir, yaxında ayrılacağıq'' deyən kişi yoldaş ilə arası pis olsa da açıq-aşkar bir yalan söyləməkdədir.
Sevgilisi üçün boşanan kişilərin sayı  əlin bir barmaqlarını belə keçmir. Evli kişi başqa bir qadınla romantik, cinsi və ya yalnız internet həmsöhbəti olaraq olaraq təmas qurarkən həyəcanlanır və qarşısındakı qadına özünü qəbul etdirmək üçün bu tip şeylər söyləyir, ancaq evinə döndüyündə arvadının qollarında da xoşbəxt olacaq, əmin olun. "Tülkünün Kürkçü dükanına" dönüşü kimi evli bir kişinin dönüb dolaşacağız yer də evi olacaq.
Sevgilisinin arvadından ayrılacağını düşünən bir qadın, davamlı olaraq aldanmağa məhkumdur. Bu yalana inanmırmış kimi etsə də, içində daim kiçik də olsa bir ümid var...




  Pul üçün evli kişiləri istifadə edən qadın tipləri vardır
 Bunlar bir az təhlükəli tip sinifinə aid olunurlar. Kişiyə qarşı romantik bir bağlılıqları yoxdur, amma pulunu yemək üçün qadınlıqlarını istifadə etməkdən də çəkinməzlər. Ev, avtomobil, bahalı əşyalar aldıranları da vardır, qarşılığında da bədənlərini təqdim edərlər. Qadın üçün həyat keflidir, çünki özünə yaxşı bir "bank"  tapmışdır. Kişi üçün də həyat keflidir, çünki istədiyi zaman özünü təqdim edəcək, istədiyi kimi intim həyat yaşayacağı bir qadın vardır həyatında.
Kişi bu qadınlara o qədər aludə olur ki, arvadına və uşaqlarına xərcləyəcəyi pulu, səxavətlə bu qadına xərcləyir.




Bir də ailələrə qəsd edən qadınlar vardır

 Ən təhlükəliləri qadın tipi bu qadınlardır. Öz həyatlarındakı problemlərin həllini başqa evlilikləri pozmaqda axtararlar. Kişiləri aldatmaları asandır, hədəfləri onsuz da o deyil, əsas hədəfləri digər qadındır. İnsanları üzməkdən tərifsiz bir kef alarlar. Yıxdıqları evliliklərdən sonra keyflə oturub viran qoyduqları ailələri, qısası öz "əsərlərini" izləyərlər.
Kişilərin evliliyi xəyanət nəticəsində bitdiyində, arvadından yediyi zərbədən sonra bir də bu qadından zərbə alar və ortada qalarlar. Qadın üçün vəzifə tamamlanmışdır və yeni "ovlar" arxasınca getmək zamanıdır.
Təbii, heç bir şey bu qədər asan olmaz. Yeri gəldiyində bir qadın evli bir kişiyə həqiqətən aşiq ola bilər. Nə də olsa evlilik eşqə maneə deyildir. Bir başqa qadın da o kişini sevə bilər. Məntiqli davrananları eşqlərini ürəklərində kilidləyib sirlərini ortaya çıxarmazlar, maraq duyulan adamla da çox vaxt üz-üzə də gəlmək istəməzlər.
Bunun nə qədər əzabverici olduğunu bilmirik. Sevdiyi kişinin hər gün başqa bir qadınla yaxınlaşması, onun yanında olması nə qədər əzab verər qadına? Sevdiyi kişinin başqa bir qadına toxunması onu dəli etsə də, susub oturmaq məcburiyyətindədir. Ən pisi də kişinin ürəyində yer almamasıdır.




Söyləsə başqa dərd, deməsə başqa bir dərd.

Buna görə çətindir bu tip bir platonik eşq yaşamaq. Dözmək asan olmaz, amma əldən  başqa bir şey də gəlməz. Doğru olanı etdiyini bilsə də kədərlənməkdən özünə gələ bilməz belə qadınlar. Hər hansı bir yollasa ağrısını dindirmək məcburiyyətindədir və o da ən asanını seçir. Başqa kişidə xoşbəxtliyi axtarar.
''Subayların suyumu çıxdı?'' deyə düşünə bilərik, amma bu sevgidir. Ürəyə hökm etmək olarmı evli, və ya subay?!  Ürək hökm dinləməz, dinləmədiyi üçün də bəzən məna verə  bilmədiyiniz hadisələrin içində taparsız özünüzü. Həyat hamımızın istədiyi kimi imkanlar təklif etmir axı. Həyatda heç gözləmədiyimiz hadisələr başımıza gələ bilər.
Nəticə olaraq: kimsə 2-ci qadın olmaq istəməz, amma həyat onları fərqli bir nöqtəyə çəkər. Bu vəziyyətdə çox ''mən etmərəm''  deyənlər  bənzər vəziyyətlərin içində taparlar özlərini....


Qadınların evli kişilərlə əlaqə qurmalarının səbəbləriAllah hər qıza öz evinin xanımı, həyat yoldaşının yeganə, sevimli qadını olmağı nəsib etsin.


@Xəbər azadqadin.az saytına məxsusdur, istifadə edilərkən istinad mütləqdir.

Gülay | 27 aprel 2016 20:48 | Status: Qonaq | Şərh: 0
Sitat: SEVA
yuva yixanin yuvasi olmaz agilsiz qadinlardi

G
SEVA | 17 oktyabr 2014 01:53 | Status: Professional user | Şərh: 5 150
yuva yixanin yuvasi olmaz agilsiz qadinlardi
sadiq24 | 26 sentyabr 2014 20:21 | Status: Qonaq | Şərh: 0
Salam. Ayrilmiwam. bowanmiw, dul ve gozel xanimla aile qurmaq isteyirem 070 861 64 59

evliler narahat etmesin
fatih akpınar | 27 yanvar 2014 21:03 | Status: Qonaq | Şərh: 0
allah akıl fıkır versın nedıyelım yazık bır yuvayı yıkmaya degmez!!!

ALSU AZERI | 19 noyabr 2013 13:47 | Status: VİP user | Şərh: 511
AXIR VAXTLAR HEYATIMDA ELE SHEYLER BAS VERIRKI...!SABAH BASIMA NE GELECEYINI BILMIREM DEYE HEC NE DEYE BILMEREM...
TESEKKURLER
Laura81 | 18 noyabr 2013 20:22 | Status: VİP user | Şərh: 1 275
ne deyim kim bilir kimin bawina ne gele biler
Gulya2676 | 18 noyabr 2013 14:27 | Status: Gümüş user | Şərh: 2 586
Maraqli xeber idi .Teshekkurler
nara hesenova | 17 noyabr 2013 20:01 | Status: Gümüş user | Şərh: 1 201
Allah bütün ailələrin xımını möhkəm etsin,ər arvad bir-birlərinə o qədər bağlı olsunlar ki heç kimi yaxına buraxmasınlar,çox dəhşətli hadisədir ərin gözünün içinə baxa-baxa başqasını sevə,yada əksinə.
AY GULUM | 16 noyabr 2013 23:51 | Status: Qonaq | Şərh: 0
hec kimi qinamaq olmaz
sebiw21 | 16 noyabr 2013 23:21 | Status: VİP user | Şərh: 526
ALLAH HER QIZA OZ EVININ XANIMI,HEYAT YOLDAWININ YEGANE,SEVIMLI QADINI OLMAGA NESIB ETSIN
Leyla xanim xebere gore twk maraqli idi,amma bu defeki wekiller cox hereketli idi oxuyanda gozu cox yorurdu
ayniska | 16 noyabr 2013 22:01 | Status: VİP user | Şərh: 590
Sitat: su peerisi
Evli kisi ile elaqe quran qadin ve ya qiz POZQUNDUR,vessalam,basqa aciqlama yoxdur......

Ay agzina saglig.
su peerisi | 16 noyabr 2013 21:54 | Status: Gümüş user | Şərh: 955
Evli kisi ile elaqe quran qadin ve ya qiz POZQUNDUR,vessalam,basqa aciqlama yoxdur......
Vetenperver | 16 noyabr 2013 20:34 | Status: Professional user | Şərh: 6 700
Sitat: luce
Duzu men de, cox vaxt bele dusunurdum, amma bizim qonsuda bir qiz var idi (qonsumuz olsa da, ele bele taniyirdim onu, bize iyne vurdurmaga gelmisdi, ona 3-4 defe iyne vurandan sonra acdi dedi mene bunu), ozunun yeteri qeder imkani (evi, masini), isi var idi, yeni oz eyaqlari ustunde dayanan bir qizdir. Ama cox teessufler ki evli bir kisini (yani oz yasidi olan bir beyi, 28-30 yas olar) sevir. Duzu onu basa dusmek menimcun cetindir (men heqiqeten bele isleri anlaya bilmirem), ama deyir ki sevirem onu, heqiqeten sevirem, ne qeder edirem ayrila bilmirem ondan. Hemin o oglanin ailesi, hetta deyesen usagi da var, amma o da bundan el cekmir. Duzu onun da imkani yaxsidir deyilene gore, ama aralarinda ne var bilmirem. Qiz and icir ki ondan ayrilmaq, ailesini dagitmamaq isteyir, amma ede bilmir.

Olur belə hadisələr.Ümumiyyətlə evli kişilərlə subay qızların məcarası hər zaman olub,bütün dünyada var.

Sitat: sadəcə MƏN
Həm mən bir səbəb kimi də,bəzi qızların psixoloji olaraq özündən yaşca böyük kişi ilə münasibətdə olmaq istəməsi ehtimalını da fikirləşirəm.(Özündən çox böyük də əksər hallarda evli olur,bu o kişiyə də sərf edir).Belə faktlar da çox olur.

Belə ehtimallar çoxdur.
RUSTEM | 16 noyabr 2013 20:05 | Status: Qonaq | Şərh: 0
[quote=aynide]cox qadinlar dusunur ki xeyaneti kisi edir...hec de bele deyilll.yadda saxlayaq ki qadin qadina xeyanet edir...bunun da neticesinde nece -nece aileler daqilir....her bir qadin bilmelidir ki hanisisa bir kisini evde gozleyen qadini var....sen oz tamahininin qurbanina cevrilme....xeyanetin 95% -i qadinin payina dusur....[/

bəli tamamilə düz
SEVDA | 16 noyabr 2013 19:23 | Status: Nəzarətçi | Şərh: 17 441
"Allah her bir qıza öz evinin xanimı,heyat yoldawinin yegane,sevimli qadını olmağı nesib etsin".amin inwallah...
Röyamsan. | 16 noyabr 2013 18:25 | Status: Brilliant user | Şərh: 6 102
Sitat: ayten_24
ele kiwi varki sevglisinden toy gunun gizledir ve toyun seheri sevgilisinin yanina qacir,eyer kiwiye yatawacaq hereketdirse
RaySum | 16 noyabr 2013 16:22 | Status: Professional user | Şərh: 2 594
Tewekkurler Leyla
shela | 16 noyabr 2013 16:19 | Status: Gümüş user | Şərh: 2 910
mence evli evlini daha yaxshi basha dushur.umumiyyetle bashqasinin erine vurulan qadinlara yaziqim gelir .1 ailede gulush menbeyine cevrilirler.teshekkur Leyla maraqli movzu idi.
ALLEGRETTO | 16 noyabr 2013 16:10 | Status: Gümüş user | Şərh: 2 218
Sitat: GUN 22
GUN 22
XANIM SADƏCƏ OLARAQ DÜZGÜN QƏBUL ETMİRƏM ..HANSISA XANIM ÖZ AİLƏSİ YOLDAŞIYLA OLAN PROBLEMLƏRİNİN HƏLLİNİ. SUBAY OĞLANLA DOSTLUQDA GÖRÜRSƏ.. MƏNCƏ BU YANLIŞDIR ..TƏBİİ Kİ İŞLƏ ƏLAQƏDAR DOSTLUĞA SÖZÜM YOOX.. MƏNİM ƏVVƏLKİ İŞ YERİMDƏ KİFAYƏT QƏDƏR EVLİ XANIM DOSTLARIM OLUB.AMMA BU İŞ DOSTLUĞU .!! TƏBİİ Kİ ONLARA HÖRMƏTİM ÖZ YERİNDƏ!
NURLU | 16 noyabr 2013 16:03 | Status: Professional user | Şərh: 5 552
Allah hər qıza öz evinin xanımı, həyat yoldaşının yeganə, sevimli qadını olmağı nəsib etsin.
amin.amin.amin
Nazlı_Kız | 16 noyabr 2013 14:49 | Status: Brilliant user | Şərh: 6 473
Sitat: M.Aliyeva
HER NE CUR OLURSA OLSUN, GUNAHKAR AGILSIZ INSANLARDI, ISTER KIWI, ISTER QADIN.ALLAH AGIL VERIB DE IWLEDIN DE.

fikirinizle raziyam xanim
M.Aliyeva | 16 noyabr 2013 14:40 | Status: Gümüş user | Şərh: 1 970
HER NE CUR OLURSA OLSUN, GUNAHKAR AGILSIZ INSANLARDI, ISTER KIWI, ISTER QADIN.ALLAH AGIL VERIB DE IWLEDIN DE.
Sekine Hesen | 16 noyabr 2013 13:28 | Status: Gümüş user | Şərh: 3 112
xebere soz ola bilmez xeyanet cetindi kisiler ekseren bu yalandan istifade edirler ailemde problem var ne bilime bu movzu mene pis tesir bagislayir
ramile79 | 16 noyabr 2013 13:25 | Status: VİP user | Şərh: 646
niye goresen bezi qadinlar agli duz islemir cehennemin var oldugunu bilmek istemeyenlerdir bele hereket edenler
aynide | 16 noyabr 2013 12:39 | Status: Qonaq | Şərh: 0
cox qadinlar dusunur ki xeyaneti kisi edir...hec de bele deyilll.yadda saxlayaq ki qadin qadina xeyanet edir...bunun da neticesinde nece -nece aileler daqilir....her bir qadin bilmelidir ki hanisisa bir kisini evde gozleyen qadini var....sen oz tamahininin qurbanina cevrilme....xeyanetin 95% -i qadinin payina dusur....
ALLEGRETTO | 16 noyabr 2013 12:03 | Status: Gümüş user | Şərh: 2 218
MÖVZÜNÜ QƏBUL EDİRƏM!TƏƏSÜF Kİ REAL HƏYATDA BUNUN TƏRSİNƏ VARIANTIDA OLUR . YANL BƏZİ AİLƏLİ QADINLAR SUBAY OĞLANLARA MARAQ GÖSTƏRİR. MƏNİM TƏRƏFİMDƏN HEÇ QƏBUL EDİLƏN İŞ DEYİL!..BU MÖVZUDADA YAZSANIZAA.!
ayten_24 | 16 noyabr 2013 11:27 | Status: Şərhçi | Şərh: 171
ele kiwi varki sevglisinden toy gunun gizledir ve toyun seheri sevgilisinin yanina qacir,eyer kiwiye yatawacaq hereketdirse
Sabahım. | 16 noyabr 2013 08:05 | Status: Professional user | Şərh: 3 359
axıradək oxumaq istəmədim niyəsə hirsləndim istəmədim səhəri belə xoşakəlməz fikirlər qarışı\ında acım
RaySum | 16 noyabr 2013 06:56 | Status: Professional user | Şərh: 2 594
Amin...Leyla
Röyamsan. | 16 noyabr 2013 01:52 | Status: Brilliant user | Şərh: 6 102
Sitat: Nara
IRAQ OLSUN TESEKURLER XEBERE GORE