Qadın / Ah, qadınlar...

Qadın kişidə nəyə nifrət edir?

Banu. | 22-07-2015, 21:00
5 941 22

Uzun bığlar, əzələli bədən quruluşu, jeleli saçlar... Qadınlar bu gözəlliklərə nifrət edirlər!

ÇİRKLİ DIRNAQLAR:
Qadının kişilərdə ilk baxdığı yerlərdən biri onun əllərdir. Kişinin təmiz əlləri, qadına, onun ümumiyətlə hər cəhətdən təmiz birisi olması əminliyini verir. Əyri-üyrü, altı qara çirk zolağı ilə bəzənmiş dırnaqları olan əlləri heç bir qadın tutmaq istəməz.

ÇİRKLİ BURUN: Nəfəs aldıqda tozun buruna daxil olmasına əngəl olan burun tükləri nə yazıq ki, burun dəliklərindən boylananda qadınları hürküdür. Çünki nəfəs alıb-verərkən belə o tüklər tərpənir.

EŞMƏ BIĞLAR: Üzünüzün quruluşuna görə saxladığınız bığ və saqqal təbii ki sizə özəl bir yaraşıq verir. Lakin bu yaraşıqların uzunluğuna diqqət etməlisiniz. Bir qadın, yediyiniz əriştənin bığlarınızdan sallandığını görüb, sizi xəbərdar etsə düşdüyünüz o halınızı təsəvvür edirsinizmi?

QULAQ TÜKLƏRİ: Qulaqlarınızdan canavar kimi çıxan tükləri yolarkən ağrısını bəhanə etməyin. Ağrıya qalsa qadınların verdiyi ağrını heç nə vermir.

TÜKLÜ BƏDƏN: Hərbi rütbə kimi çiyinlərinizdən sallanan və belinizdəki tüklərdən azad olmağın yolunu özünüz tapın. Sözsüz ki, bu cür təbii kürklərə qadınıar nifrət edirlər. Çünki hər bir qadın bir tük yumağına sarılmaq əvəzinə otağını bəzəyən yumşaq oyuncaq ayıya sarılmağı üstün tutar.

SARI DİŞLƏR:
Marketlərin çeşid-çeşid diş məcunları ilə dolu olduğu bir zamanda hələ də sarı dişlərinizlə qadın üzünə gülümsəyirsinizsə daha sizə sözüm yoxdur. Unutmayın ki, sizin qadın gülümsəməsinə diqqət yetirdiyiniz qədər onlar da sizin gülümsəmənizə diqqətində saxlayır. Əvvəla, siqaret çəkirsinizsə, düşünmədən belə tərgidin.

AĞIZ QOXUSU: Bu problemi həll etmək üçün saysız-hesabsız vasitələr olsa da, ağız qoxusunun səbəbi mədədəki nasazlıq və ya bir çürük dişiniz də ola bilər. Əgər bu problem sizdə daha ciddidirsə öncə həkimə müraciət edin. Yediyiniz yeməklərə diqqət edin. Sevgilinizlə görüşə getməzdən öncə soğan, sarımsaq kimi iyi cəhətdən üzüqara şeylər yedinizsə, qısaca, görüşü təxirə salmağı məsləhət görürəm. Ağız spreyi və ya nanəli saqqız ağız iyisi mövzsunda sizin daimi müttəfəqinizdir .

DÜŞÜK ŞALVAR: Bəli, müasir həyatda düşük şalvar belə dəb olaraq qəbul oluna bilir. Lakin onun altından geyindiyiniz tuman da vacibdir. İndi isə, bir qadından soruşaq görək şalvarı düşük kişilərə necə münasibət göstərir? Soruşaq?.

QIZIL BƏZƏKLƏR: Çox varlı ola bilərsiniz, hətt qızılı rəngi də çox sevə bilərsniz lakin bu mövzuya qadınların baxışı budur: "Kişilərə bəzək, özəlliklə, qızıl bəzək yaraşmır." Barmaq qalınlığında qızıl boyunbağı və ya üzük, barmağı gizlədən iri qaşlı üzüklər, xüsusilə də, üstü daslı şovalye üzüyü kimi bəzək əşyaları taxan kişiləri isə qadınların sevmək bir yana, heç onları ciddi kişi kimi qəbul etmirlər.

TELEVİZOR PULTU: Televizor pultunu əlində oyuncaq edən kişilər qadının gözündən o andaca düşər. Bir qadının kişilərdə ən sevmədiyi, şey bəlkə də, əlində televizor pultu tutub, sıra ilə idman kanallarını izləməsidir. Çünki sizin izlədiyiniz futbol matçına görə serialın bu axşamkı bölümünə baxa bilməyən qadın, bunu sizə ömrü boyu bağışlamaz!

TƏSBEH: Hələ də təsbehmi çevirirsiniz?. Əgər əlinizi oynatmaq çox vacibdirsə, təsbeh əvəzi istədiyiniz başqa bir şeyi istifadə edin. Çünki qadınlar təsbeh çevirən kişilərə yaxşı gözlə baxmırlar. Hətta demək olar ki heç baxmırlar.

UCUZ ODEKALON: Ətiriniz bitsə belə onun yerinə ucuz odekalon istifadə etməyin. Sizdən ucuz odekalon iyisi gəldiyini üzünüzə deməsə də qadınlar sizə buna görə nifrət edə bilərlər.

ARNOLD ŞVARSNEQQER: Özünüzü yorub bədən əzələlərinizi qabartmayın. Kim demişsə, qadınlar Şvarsneqqeri çox sevir, o sizi aldatmışdır. Təsəvvür edin ki, hər gün idman zalında qaınların sevmədiyi bir şey üçün 500 kg daşı qaldırırsınız.

YEKƏ QARIN: Həddindən çox şişirilmiş əzələləri bəyənmədiyi kimi, qadınlar həddindən çox şişirilmiş qarnı da sevmirlər. Önünüzdə balkon kimi duran bir qarınla görüşə getməzsinz deyilmi?

TƏR QOXUSU: Qadınlar təmiz kişiləri sevər. Bu mövzuda tər qoxusu böyük təhlükədir. Ətir olmasa da, vücudu qoxumayan kişilərə qadınlar hörmət edərlər.

AĞ ŞALVAR: Ağ şalvar geyinib görüşə getməyin. Ümumiyyətlə sevdiyiniz qadının xoşuna gəlmək istəyirsinizsə, ağ rəngli palratlara pul xərcləməyin. Xüsusilə yayda geyinilən ağ kətan şalvarları. Onlar 80-ci illərdə "Miami Vice"ın vaxtında qaldı.

HÜNDÜR DABAN AYAQQABI: Aranızda hündür dabanlı ayaqqabı geyinənlər varsa, indidən o ayaqqabıları gizlətsin. Boyunuz qısadırsa eybi yoxdur, olduğunuz kimi görünün. Qadınlar bəstəboylu birisini sevər amma hündür görünmək üçün dik daban üstündə gəzib ayaqlarını yara edən kişiləri sevməzlər.

JELELİ SAÇLAR: Başına bir qutu jele yaxan, saçları günəş altında su kimi parıldayan kişilərdən qadınlar hürkərlər. Saçınız təmiz və özünüzə yaraşan düzümdə olsun yetər.

Real Madrid CF | 25 iyul 2015 20:57 | Status: Qonaq | Şərh: 0
Sitat: Vetenperver
Sitat: kiraz mevsimi
amma sexsen men bir genc qiz olaraq idmanci bedenli,ezeleleri olan oglanlari hec sevmirem pis gorsenir.

Sən yəqin qarınlı piyli oğlanları sevirsən))

uzaq olsun yoxxx normalniii oglanlar ne ariq nede kok:)
Vetenperver | 25 iyul 2015 20:26 | Status: Professional user | Şərh: 6 700
Sitat: kiraz mevsimi
amma sexsen men bir genc qiz olaraq idmanci bedenli,ezeleleri olan oglanlari hec sevmirem pis gorsenir.

Sən yəqin qarınlı piyli oğlanları sevirsən))
Röyamsan. | 24 iyul 2015 15:46 | Status: Brilliant user | Şərh: 6 102
Burda yazılanların hamısı ilə razıyam. Amma bir şeylə razı deyiləm ki, nə qədər olmasa kişinin bədənində tük olur. Ağzımızda kişi deyirik kişi neynəsin arvad deyil ki, lazımsız tüklərdən xilas olsun :)
Real Madrid CF | 24 iyul 2015 12:58 | Status: Qonaq | Şərh: 0
Sitat: Vetenperver
Yazılanların hamısı ilə razı deyiləm!Həmdə bütün qadınlara aid deyil bu.Misal üçün tüklü bədən.Əgər kişinin sinəsində qarın tərəfində yəni ön tərəfi tüklüdürsə onda neyləməlidir?Bədənini qırxmalıdır?Kişinin tükü olarda ay bunu bəyənməyən savadsız qadınlar.
İndiki zamanda eşmə bığ heç kəs saxlamır,məlumatınız olsun,ümumiyyətlə indi çox az kişi bığ saxlayır,20 əsrin əvvəllərində bütün kişilər bığ saxlayıb papaq qoyurdular,özüdə çoxlarında eşmə bığ olurdu,odu ki eşmə bığın yerin yoxdur bu xəbərdə.
Canavar kimi qulağında tük.Bərəkallah indi neyləyək biz kişilərin qulağında tük çıxır?Mən dəlləyə gedəndə qulağımın tüklərini götüzdürürəm.
Düşük şalvarı qızlar daha çox geyinir,altdanda tumanları görsənir,xüsusən xuliqanka şalvarlarını.Qızlara daha çox yaraşmır nəinki oğlanlara.Belə şey geyinən deyiləm amma.
Bəzəklərə gəlincə kişi birdənə gümüş üzük taxa bilər,gümüş kişi üçün faydalıdır,qızıl isə ziyan.Mömin kişilərin hamısı gümüş üzük taxır qaşıda əqiq,odur ki bunu bəyənmirsizsə üstündən xət çəkin.
Televizor pultu əlimdə olur amma iki televozor olan evdə pu problem olmur,eləcədə qadınlar seriala bərk xod verəndə bizimdə əsəbimizə toxunur.
Bədən zələlərini şişirtmək deyəndə məncə qızların xoşuna gəlir idman bədən quruluşlu oğlanlardan,oğlanın güclü olmasından,güclü olmaq üçündə gərək əzələləri bərk və iri həcimdə olsun,özüdə bilin ki hamı Arnorld Şvarsaneqer olmur.
Ağ şalvarlada razı deyiləm,yayda ağ geyinərlərdəə tünd geyinməzlər ki.Sadəcə bəzi oğlanlar ağ şalvarnan qara yaxud tünd rəngli köynək geyirlər buda yaxşı görsənmir,ağ şalvarnan gərək mütləq ağ köynək geyinməli ki seçilməsin.Mən yayda ağ kətan ya rəngi açıq kətan şalvar geyinirəm.Qızlara ağ geyinə bilərlər biz geyinəndə yaxşı görsənmir?elə şey yoxdur.
Qarnım hə var,amma vecimə deyil hansı qız bəyənmir bəyənməsin, ümumiyətlə mən (kişilərin əksəriyyəti) heç vaxt qadına görə özümü bəzəmirəm heç vaxt,qadın hansı şeyi xoşlayır deyə onu geyinmirəm,özüm nə istəyirəm geyinirəm,necə istəyirəm o cürdə görünüşüm olur,qadın bəyənmirsə bəyənməsin,gözüm aydın vəssalam.

deyirsenki dusuk salvarlari qizlar geyinende altdan alt paltari gorsenir niyede ki hecde yoxx sexsen men ozumde geyinirem ele bir sey yoxdur onu hem oglanlar hemde qizlar geyinende cezbedic gorsenir bu menim subyektiv fikrimdir yaniii bir fikrinle tam raziyamki pult meselesini duz deyirsen 0136 amma sexsen men bir genc qiz olaraq idmanci bedenli,ezeleleri olan oglanlari hec sevmirem pis gorsenir.
luce | 24 iyul 2015 11:32 | Status: Professional user | Şərh: 2 922
ÇİRKLİ DIRNAQLAR: Elbetde ki hem qadin, hem kisi dirnaqlarina diqqet etmelidir, en azindan gigiyena cehetden.

ÇİRKLİ BURUN: Mence neyinki qadin, hec kisiler de bele birseyi sevmez.

EŞMƏ BIĞLAR: Hec sevmediyim birseydir. Umumiyyetle bezi kisiler big xoslaya bilerler, ama men hec sevmirem bigi. Bu menim wexsi fikrimdir!!!

QULAQ TÜKLƏRİ: Her bir insanda xirda da olsa qulaq tukleri olur, elbetde ki heddini asmamaq sertiyle olsa lap yaxsi olar.

TÜKLÜ BƏDƏN: Tuksuz kisi bedeni yoxdur (varsa da retki halda 1 ya 2 nefer ola biler). Ama heddini asan derecede tuk olarsa men de sevmerem.

SARI DİŞLƏR: Neyinki kiside, hetta qadinda bele gorende men iyrenirem.

AĞIZ QOXUSU:Bunu heckim sevmez!

DÜŞÜK ŞALVAR:Hec sevmediyim birsey. Salvari ele geyinirler ki elebil bu saat dusecek. Neye lazimdir?!
P.S: Bezi qizlara da aiddir bunlar.

QIZIL BƏZƏKLƏR:Kiside yalniz bir qizil sevirem, o da sade uzuk i vsyo. Xosum gelmir kisi uzerine qizil-qatar taxanda.

TELEVİZOR PULTU: Indiki zemanede pult qadinlarin elinden imkan tapir ki, kisilerin eline kecsin? Ekser qadinlar pultu alirlar ellerine o serial senin, bu serial menim deyib yatirlar tv qarsisinda.

TƏSBEH:Nifret edirem tesbeh oynadan insalara.

UCUZ ODEKALON:Men insanin oz wexsi spesifik qoxusuna ustunluk verirem.

ARNOLD ŞVARSNEQQER: Wexsen men ele bedenleri sevmirem. Kisi biraz bedenli olar, day o derecede de yox. Wexsi fikrimdir!!!

YEKƏ QARIN: Heddinden artiq yeke qarini elbetde ki ne kisi, ne qadin sevmez.

TƏR QOXUSU: Umumiyyetle iyrenirem men ter qoxusu gelen insanlardan.

AĞ ŞALVAR: Duzu men ele de seven deyilem kisilerde ag salvar (heddinden artiq ag reng sevmirem, ama biraz ag tonlara yaxin reng olanda herden xosum gelir). Ama bezi insanlara heqiqeten cox yarasir. Duzgun kombin edilib geyinilse belke de yaxsi olar.

HÜNDÜR DABAN AYAQQABI:Mence boyu balaca olan kisiler hundur daban geyiner (men bele dusunurem). Belke de o modeli sevenler var, bilmirem. Menim etrafimda ele bir insan yoxdur ki hundur daban geyinsin.

JELELİ SAÇLAR:Sevmirem. Herseyin tebiisi gozeldir.

Temizliyi her kes qorumalidir, hem qadin, hem kisi!!!
Dəniz qızı | 24 iyul 2015 10:16 | Status: Brilliant user | Şərh: 8 019
Sitat: gül həyat
Doğurdanda yazılanlarla tam razıyam.Temizlik həm qadına yaraşır həmde kişiyə.
Ay_Sun | 24 iyul 2015 01:13 | Status: Brilliant user | Şərh: 13 409
Cox sukur min sukurki,yoldasimda mende temizliye cox diqqet edirik.Yoldasimi her zaman seliqeli baximli olmagina gore numune gosteribler.
birdane | 24 iyul 2015 00:40 | Status: Professional user | Şərh: 3 726
yoldasim temizliye riyayet edndir
Nara88 | 23 iyul 2015 15:17 | Status: Professional user | Şərh: 4 253
bunlari oxudum yoldasimin qedirini bir daha bildim))))
Nergiz love | 23 iyul 2015 09:49 | Status: Professional user | Şərh: 7 871
Men bu yazilamlardan en onem verdiyim kisinin herzaman seilqeli temizkarliqidir.noldu men qadin olub usaq yemeye ev isi gorub oZMede qulluq etmeye vaxt tapiramsa kisiler niye etmesinki?.bmen ilk novbede ozumun rahatliqicin calisiram daima temiz baximli qalim.menimcin onemlisi kisnin mesuliyetli olmasidi.bizim yoldasimla aramizda encox mubahise etdiyim movzu onun herise mesuliyyetsiz yanasmaqidi.
SEVDA | 23 iyul 2015 09:13 | Status: Nəzarətçi | Şərh: 17 441
Xeberde sadalanan çox weye nifret edirem.
BULUTUM | 23 iyul 2015 08:30 | Status: Professional user | Şərh: 7 388
Kiwiden kiwi iyi geler.yoxsa matuwka kimi dar geyinen ,sacli macli,pinti kiwilerden zehlem gedir.
Guler_İsmayılova | 23 iyul 2015 02:10 | Status: Şərhçi | Şərh: 322
Xaxaxa yıxıb sürümüsünüz ki kişileri. Amma deyesen burda ümumen fikir yoxdur, kiminse subyektiv fikirleridi. Eleleri var eşme bığları, ağ şalvarı ya da ezelelisini sevir.
Variantlardan çoxunu ise qadınlara da aid etmek olar-umimiyyetle coxu temizlokle bağlıdır
boris arxan | 23 iyul 2015 01:05 | Status: Professional user | Şərh: 4 784
Sitat: gül həyat
Doğurdanda yazılanlarla tam razıyam.Temizlik həm qadına yaraşır həmde kişiyə.
SEVA | 23 iyul 2015 00:10 | Status: Professional user | Şərh: 5 150
Sitat: YusifZehra
Temizlik imandan gelir. Qadin ya kisi ferq etmez, her ikisi temiz , baximli, seliqeli olmalıdır!

duzdu
Vetenperver | 23 iyul 2015 00:02 | Status: Professional user | Şərh: 6 700
Yazılanların hamısı ilə razı deyiləm!Həmdə bütün qadınlara aid deyil bu.Misal üçün tüklü bədən.Əgər kişinin sinəsində qarın tərəfində yəni ön tərəfi tüklüdürsə onda neyləməlidir?Bədənini qırxmalıdır?Kişinin tükü olarda ay bunu bəyənməyən savadsız qadınlar.
İndiki zamanda eşmə bığ heç kəs saxlamır,məlumatınız olsun,ümumiyyətlə indi çox az kişi bığ saxlayır,20 əsrin əvvəllərində bütün kişilər bığ saxlayıb papaq qoyurdular,özüdə çoxlarında eşmə bığ olurdu,odu ki eşmə bığın yerin yoxdur bu xəbərdə.
Canavar kimi qulağında tük.Bərəkallah indi neyləyək biz kişilərin qulağında tük çıxır?Mən dəlləyə gedəndə qulağımın tüklərini götüzdürürəm.
Düşük şalvarı qızlar daha çox geyinir,altdanda tumanları görsənir,xüsusən xuliqanka şalvarlarını.Qızlara daha çox yaraşmır nəinki oğlanlara.Belə şey geyinən deyiləm amma.
Bəzəklərə gəlincə kişi birdənə gümüş üzük taxa bilər,gümüş kişi üçün faydalıdır,qızıl isə ziyan.Mömin kişilərin hamısı gümüş üzük taxır qaşıda əqiq,odur ki bunu bəyənmirsizsə üstündən xət çəkin.
Televizor pultu əlimdə olur amma iki televozor olan evdə pu problem olmur,eləcədə qadınlar seriala bərk xod verəndə bizimdə əsəbimizə toxunur.
Bədən zələlərini şişirtmək deyəndə məncə qızların xoşuna gəlir idman bədən quruluşlu oğlanlardan,oğlanın güclü olmasından,güclü olmaq üçündə gərək əzələləri bərk və iri həcimdə olsun,özüdə bilin ki hamı Arnorld Şvarsaneqer olmur.
Ağ şalvarlada razı deyiləm,yayda ağ geyinərlərdəə tünd geyinməzlər ki.Sadəcə bəzi oğlanlar ağ şalvarnan qara yaxud tünd rəngli köynək geyirlər buda yaxşı görsənmir,ağ şalvarnan gərək mütləq ağ köynək geyinməli ki seçilməsin.Mən yayda ağ kətan ya rəngi açıq kətan şalvar geyinirəm.Qızlara ağ geyinə bilərlər biz geyinəndə yaxşı görsənmir?elə şey yoxdur.
Qarnım hə var,amma vecimə deyil hansı qız bəyənmir bəyənməsin, ümumiyətlə mən (kişilərin əksəriyyəti) heç vaxt qadına görə özümü bəzəmirəm heç vaxt,qadın hansı şeyi xoşlayır deyə onu geyinmirəm,özüm nə istəyirəm geyinirəm,necə istəyirəm o cürdə görünüşüm olur,qadın bəyənmirsə bəyənməsin,gözüm aydın vəssalam.
Lumia | 22 iyul 2015 23:46 | Status: Professional user | Şərh: 5 378
Uzunsac kisilere nifret edirem.Bir de gorursen yarasdi yarasmadi sac uzadirlar bezi kisiler.İyrenc gorunur.Kisinin kisi vidi olar.Temizlik de oz yerinde.Tesekkurler.
Mister Elyana | 22 iyul 2015 23:40 | Status: Şərhçi | Şərh: 378
kiwi yeri gelende baximli da olmalidi,cirkli de ele insanlar var ki inan hec baximli da deyil vaxdi yoxdu da ozu ne baxmaga iwden gucden.bunlarin hamisi iwden ve weraitden aslidi.indi ona gore qadin butun gunu kiwiyle dalawsin ki niye belesen sen)))))))))kiwi baximili demeyek, temiz ve seliqeli olmalidi...

bir de ki evdeki qadindan da cox iw aslidi
YusifZehra | 22 iyul 2015 22:20 | Status: Qonaq | Şərh: 0
Temizlik imandan gelir. Qadin ya kisi ferq etmez, her ikisi temiz , baximli, seliqeli olmalıdır!
gül həyat | 22 iyul 2015 22:03 | Status: VİP user | Şərh: 548
Doğurdanda yazılanlarla tam razıyam.Temizlik həm qadına yaraşır həmde kişiyə.
Real Madrid CF | 22 iyul 2015 21:29 | Status: Qonaq | Şərh: 0
demey olarki coxuyla raziyam fikirlerin amma dusuk salvara yox eksine onda oglanlar daha cezbedici gorsenirler jelelli saclarda oglanlari yarasiqli gorsedir.

Sitat: Cicim İncim
Yazılanları bir -bir oxuduqca doğrudan da sevindim ki, bunların heç biri mənim həyat yoldaşımda yoxdur. Amma bircə onunla razı deyiləm ki, kişinin tüklü olmağını da bura əlavə ediblər.Tüklü kişi neyləsin? Gedib epilyasiya elətdirsin?? Məncə bədəni qırxılmış kişiyə qadın nifrət edərdi.Kişinin tüklü olması sevimli İmamımız İmam Əlidən gəlir.Ona görə də buna nifrət etməyə dəyməz

amma helelerindende adam iyrenireeee wink
Cicim İncim | 22 iyul 2015 21:26 | Status: Gümüş user | Şərh: 2 457