Qadın / Ah, qadınlar...

Hər qadının içində "kiçik bir qız uşağı" var(facebook və biz)

hopeful-woman | 31-05-2013, 19:00
7 714 35
 



Bu hekayə qadının hansı yaşda olursa olsun bəzən şıltaq bir uşaq kimi olacağından xəbər verir.
Hekayəni oxuyun nə demək istədiyimi anlayacaqsınız)

Əkrəm,ovucunu açmış özünə doğru əlini uzadan adama tərs tərs baxdı.Əlli yaşlarında olan adam, görməyə alışdığı cırıq paltarlı dilənçilərə bənzəmirdi. Üzərindəki geyimlər köhnə lakin təmiz idi. Əli üzü təmiz və sağlam görünürdü. "Sağlam adam gedib işləyəcəyinə dilənir, bəlkə məndən daha zəngindir" deyə düşündü. Onsuz da canı çox sıxılmışdı,birdə əsəbiləşmişdi.Dolayıcı bir səs tonuyla :

- Çörək pulumu istəyirsən ? deyə soruşdu.

- Xeyr şokolad pulu lazımdır! Əkrəmin hirsliliyi qarışıqlığa döndü.
Zarafat qabiliyyəti olan dilənçinin halı da başqa olur deyə düşündü.

- Niyə siz çörək tapa bilməyincə şokoladmı yeyirsiniz?

- Xeyr. Çörək tapa bilmədiyimiz günlər ümumiyyətlə yarma plovu yeyərik, onu da tapa bilmədiksə ac yatarıq. Əkrəm adamın ciddimi danışdığını yoxsa zarafatmı etdiyini anlaya bilməmişdi
- Bu gün qarınınız doydu üstünə şirnimi istədi canınız?

- Kasıbın canımı olar ki,şirni istəsin bəyim.

Bu gün arvadımın ad günüdür,ona şokolad aparmaq istəyirəm

- Ad günündə tort alınar bildiyim qədəriylə

- O bizim üçün deyil zənginlər üçündür. Otuz illik evliliyimiz boyunca ona bir dəfə belə tort ala bilmədim. Amma hər ad günündə mütləq şokolad apardım. Şokoladı çox sevər. Adamın söylədikləri Əkrəmin diqqətini çəkmişdi. O axşam arvadıyla dalaşmış,qapını çırpıb özünü küçəyə atmışdı. Avtomobilinə də minməmiş sahilə qədər getmişdi. Dənizi seyr etmək də onu rahatlaşdırmamışdı. Halbuki köhnədən dənizi seyr edərkən çox rahatlayardı. Dalğalar çətinliyini alıb aparardı. Lakin arvadının evdə ağladığını bilirdi heç bir şey onu rahatlaşdırmırdı. Dilənçiylə danışarkən bir az başı rahatlamışdı. "Görəsən söylədikləri gerçəkmi, yoxsa uydururmu" deyə düşündü.

- Cibində bir şokolad alacaq pul yoxdurmu?Əkrəmin sualı üzərinə adam ciblərini boşaltdı, bir şey çıxmadı.

- Mən dilənçi deyiləm. İşim yoxdur. Gündəlik işləyirəm nə iş tapsam edərəm. Lakin bu gün bütün gün iş axtardım, tərslikdən, heç bir iş tapa bilmədim. Əkrəm oturduğu yeri işarə edərək yer göstərdi. Oturun bir az dərdləşək heç olmasa, dedi. Adam utancaq utancaq oturdu yanına

- Yoxmu yoldaşın dostun, borc alacaq qohumun?

- Kasıbın qohumları da kasıb olar bəyim. Tapsalar öz qarınlarını doyurarlar.

- Dilənəcək qədər çoxmu sevirsən arvadını?

- Həm də çox sevirəm.Otuz ilimi işıqlandırdı o mənim.

- Hımmmm. Eşq həm də otuz il davam edən eşq. Qəribədir doğrusu! Sevginin ömürü ən çox üç ildir deyirlər halbuki.Sən otuz ildən bəhs edirsən.

- Bəli. Keçən illər sevgimi azaltmadığı kimi artırdı.

- Söylə o zaman nədir evlilikdə xoşbəxtliyin sirri? Söylədiklərinə baxılsa sən xoşbəxtliyin düsturunu tapmış kimisən.

- Mən ibtidai məktəbi belə bitirmədim. Elə düstur filan bilmirəm

- Düstur dedimsə kimya düsturu soruşmuram. Mən də altı illik evliyəm. Sevdiyim qadınla evləndim, lakin xoşbəxt deyiləm. Davamlı dalaşırıq. Daha iki saat əvvəl qapını çırpdım çıxdım. Evimiz, avtomobilimiz, işimiz, gücümüz, hər şeyimiz var, amma xoşbəxt deyilik. Sənin heç bir şeyin yoxdur, amma xoşbəxtsən. Puldurmu görəsən bizi bədbəxt edən?

- Heç bir şeyim yoxmu? Xeyr mənim hər şeyim var. Mənim arvadım hər şeyim. Sevgilim, həyat yoldaşım, . Həyatımı paylaşdığım insandan daha qiymətli və daha əhəmiyyətli nə ola bilər ki dünyada? Sizin ev, avtomobil, iş deyə hər şey dediyiniz şeylərdir əslində heç bir şey olan.

- Elə dəmə, bu qədər varlığın içində belə arvadım hər şeydən şikayət edir. Bir də kasıb olsam kim bilir nə olar?

- Qızıl tasın, qan qusana faydası yoxdur bəyim. Sən qadın ruhunu heç anlamamısan. Heç bir qadın yaxşı bir evdə oturduğu, hər gün növ növ yeməklər yediyi üçün xoşbəxt olmaz. Bir qadın, ərinin hər şeyi olduğunu bildiyində ancaq xoşbəxt olar.

- Sizin xoşbəxtliyinizin sirri budurmu ?

- Ola bilər. Mən arvadıma qiymətli şeylər ala bilmirəm amma ona mənim üçün nə qədər qiymətli olduğunu hiss etdirirəm. O da çox xoşbəxt olur.

- Bir qadına qiymətli olduğunu necə hiss etdirilər?

- Kiçik qızı sevərək.

- Kiçik qızmı ? Hansı kiçik qız ?

- Yaşı neçə olursa olsun hər qadının içində heç böyüməyən bir kiçik qız vardır. O qızı nə qədər çox sevər, nə qədər çox xoşbəxt etsən, o qadını da o qədər xoşbəxt edərsən.

- Necə yəni ?

- Kiçik qız nələri sevər, nələrdən xoşlanar bir düşünün. Kiçik qızlar həmişə bəyənilmək,diqqət görmək istəyərlər. Gözəl olduqlarını eşitməkdən xoşları gələr. Özlərinə şahzadəymiş kimi davranılmasını gözləyərlər. Kiçik qızlar həmişə şahzadə olmağı xəyal edərlər. Sürprizlərdən xoşları gəlir. Bir az şmardılmaq istəyərlər. Sevilmək və sevildiklərini həmişə eşitmək istəyərlər.İltifata doymaz kiçik qızlar. Elə deyilmi?

- Haqlısan. Mənim dörd yaşıda bir qızım var. Adı Aylın. Hər axşam boyuma sarılar "atacığım məni nə qədər sevirsən?" deyə soruşar. Geyimini dəyişdirdiyi zaman ətrafımda "Ata gözəl olmuşammu?" deyə soruşar dayanar. Gözəlsən deməyim də yetməz ona. " Möcüzəsən şahzadə kimi olmusan" deməliyəm. Dünyanın ən gözəl qızı deməliyəm.

- Budur qadınlar bir ömür boyu bunu eşitmək istəyərlər. Mən əlli yaşındakı arvadıma belə davranıram. Səksən, doxsan il də yaşasaq mən ona belə davranmağa davam edəcəyəm. Ona "körpəm" deyə xitab edirəm çox xoşuna gəlir. "Körpəm mənə bir çay edərsənmi?" dediyimdə çay etmək üçün necə qaçdığını görməlisiniz.

- Heç dalaşmazsınızmı siz?

- Dalaşmaq evliliyin dadı duzudur. Arada biz də mübahisə edərik. Küsüb barışmanın dadı ayrıdır. Mənim arvadım bir keçi qədər inadçıdır. Onunla barışmaq üçün məşğul olmaq ayrı bir ləzzət verər mənə.

- Mənim yoldaşım çox ciddi qadındır. Heç kiçik qız havası yoxdur onda.

- Kiçik qızlar böyüdükləri zaman artıq sevgi, diqqət istəməyə utanarlar. Ən ciddi ya da ən yaşlı qadının belə o kiçik qız mütləq vardır. Yetər ki sən o şirin qızı sevindirməyi, xoşbəxt etməyi bil. Və o kiçik qızı əsla aldatma. Yoxsa bir daha sənə güvənməz və nə etsən et həmişə şübhəylə baxar. Kiçik qızlar həm tez xoşbəxt olarlar həm də tez qırılarlar. Çox incədir onlar. Hoyrat əlləri sevməzlər. Yumşaq toxunuşları sevərlər

- Bu tövsiyəni sınayacağam. Lakin hər vaxt edə bilərəmmi bilmirəm. Bəzən işlərim çox sıx olur o zaman evə çox yorğun gedirəm.

- Bu yalnız bir bəhanədir. O kiçik qızı xoşbəxt etmək dünyanın ən asan işi. Çox vaxt bir neçə şirin söz kafi olar. Sən o kiçik qızı xoşbəxt etdiyində qarşılığını artıqlamasıyla. Artıq o səni rahatlatdırmaq üçün əlindən gələn səyi göstərəcək. Arvadı xoşbəxt olmayan kişi xoşbəxt ola bilməz. Xoşbəxt olmaq istəyən kişi əvvəl həyat yoldaşını xoşbəxt etməlidir. Düşünsənə qaraqabaq, bədbəxt, davamlı deyinən biriylə səfərə çıxsan nə qədər xoşbəxt ola bilərsən.

- Haqlısan mən də bütün gün ailəm üçün çalışıb yoruluram.

- Yenə pul, yenə xarici səbəblər. Bəli pul əhəmiyyətli və lazımlıdır amma qadınlar pul üçün kişiləri sevməzlər. Pul keçici xoşbəxtliklər verər. Qadınlar hədiyyə almağı sevərlər. Pulun varsa hədiyyə al təbii ki. Amma hədiyyəylə xoşbəxt olmasını gözləmə. Hədiyyənin yanına sevgini qatmazsan hədiyyənin bir mənası yoxdur. Mənim heç bir zaman çox pulum olmadı. Gündəlik qazandım gündəlik yedik. Bəzən ac qaldığımız günlər oldu. Heç bir zaman arvadımın qulaqlarına qızıl sırğa taxa bilmədim amma hər vaxt eşq sözləri pıçıldadım. Heç bir zaman boynuna brilyant boyunbağı ala bilmədim amma həmişə öpüşlərlə sevdim boynunu. Heç bir zaman ona ipək paltarlar geydirə bilmədim amma öz bədənimlə ipək paltar kimi yumşaq qucaqladım bədənini və xoşbəxt etdim onu. Adam ayağa qalxdı.

- Mənə icazə, artıq getməliyəm, arvadım narahat olar.Sən də get evinə kiçik qızın könülünü al, bəlkə o kiçik qız indi evdə ağlayıb dayanır.

- Əkrəm də ayağa qalxdı. Qüvvətlicə əlini sıxdı.

- Sizi tanımağıma çox məmnun oldum. Əlini buraxdı qoluna girdi. Yolun qarşısındakı şirniyyatçını göstərdi.

- Gəl həyat yoldaşın üçün burdan şokoladlı tort aıaq dedi. Tortu aldılar Adam həyatında ilk dəfə arvadına tort aparmanın xoşbəxtliyiylə,kiçik bir təşəkkür edərək evginin yolunu tutdu. Əkrəm dəmeyvəsatandan arvadının ən sevdiyi meyvələrdən aldı. Evinə gəldiyində arvadı şişmiş gözlərlə mətbəx masasında oturmuş su içirdi. Əkrəm heç danışmadan meyvələri böyük bir qaba töküb yudu. ,sonra həyat yoldaşının önünə qoydu

- Bunlar dünyanın ən şanslı meyvələri, dedi. İnci heç danışmadı.

- Soruşsana "niyə" deyə. İnci əsəbi əsəbi

- Niyə? Deyə soruşdu

- Çünki dünyanın ən gözəl və ən şirin qadının mədəsinə gedəcək, dedi çox ciddi bir səs tonuyla. İnci çaşmışdı. Bir anda üzünün ifadəsi yumşalmışdı.

- Bunlar sənin sevdiyin meyvələrdir, sənin üçün aldım.

- Heyrət bir şey! Hər vaxt öz sevdiyin meyvələri alardın. Mənim hansı meyvələri sevdiyimi yaxşı xatırlamısan. Əslində bu gözlədiyim istədiyim bir şey idi. "bax sənin sevdiyin meyvələri aldım" Amma indi qiyməti yoxdur. Çünki səndən çox incimişəm, meyvə alaraq könülümü ala bilməzsən.

- Üzr istəyirəm səni qırdığım üçün. Sonra Əkrəm yerə diz çökdü.

- Cəzam nəysə razıyam. Amma bir tək şey istəyirəm səndən. Səni dəli kimi sevən bu adamı səndən məhrum etmə. Əkrəm yerə çöməlmiş, boynu bükük bir vəziyyətdə çox gülməli görünürdü. İnci kıkır kıkır gülməyə başladı.

- Bağışlamaq o qədər asan deyil. Baxaq hansı cəzalara dözə biləcəksən, dedi. Əkrəm elə o zaman ona qaşqabaqlı baxan həyat yoldaşının içində saxladığı "kiçik qızı" gördü. Bundan sonra hər şey daha fərqli olacaq deyə düşündü.
 Bəs sizcə həqiqətənmi belədir? 

dılay | 29 noyabr 2015 13:31 | Status: Brilliant user | Şərh: 8 184
Sitat: alov
maraqlidir dogrudan
Sirli dunyam | 19 avqust 2015 12:34 | Status: Qonaq | Şərh: 0
twk maraqlidir

Sitat: Sirli dunyam
twk maraqlidir

0158
Nigar | 23 fevral 2015 17:14 | Status: Gümüş user | Şərh: 6 063
Sitat: fea omer
o usagi kusdurduler

0141
Miraj | 6 noyabr 2014 13:49 | Status: Professional user | Şərh: 2 625
o usagi kusdurduler
beehive | 29 noyabr 2013 11:58 | Status: Şərhçi | Şərh: 331
haber için teşekkürler efendim, saygılar,,,
alov | 19 sentyabr 2013 09:06 | Status: Qonaq | Şərh: 0
maraqlidir dogrudan
Qanad | 16 sentyabr 2013 18:10 | Status: Yazar | Şərh: 4 357
Tesekkurler
FLOVERandGİRL | 2 iyul 2013 11:11 | Status: Professional user | Şərh: 3 251
Sitat: Ay Gul
tewekkurler heqiqeten beledi:)

dogurdan da
Ay Gul | 6 iyun 2013 12:34 | Status: VİP user | Şərh: 431
tewekkurler heqiqeten beledi:)
Aytekin82 | 6 iyun 2013 11:15 | Status: Brilliant user | Şərh: 6 587
Əməyə hörmət
Aliyeva | 1 iyun 2013 22:32 | Status: Yazar | Şərh: 4 036
coxxxx beyendim canim tewekkurler
Sabahım. | 1 iyun 2013 20:47 | Status: Professional user | Şərh: 3 359
- Kiçik qız nələri sevər, nələrdən xoşlanar bir düşünün. Kiçik qızlar həmişə bəyənilmək,diqqət görmək istəyərlər.

NEYLƏSƏLƏR ÖZLƏRİNƏ QAYIDIR.
ulker85 | 1 iyun 2013 19:48 | Status: Şərhçi | Şərh: 212
Tesekkur cox maraqlidi,he eledi heyfki onu goren kisi yoxdu
jasmin7 | 1 iyun 2013 16:29 | Status: VİP user | Şərh: 745
SEVILIB SEVILMEK HER KESINN HAQQIDIR
Haziran gecesi | 1 iyun 2013 16:26 | Status: Qonaq | Şərh: 0
twkler xebere gore
Saida Kerimova | 1 iyun 2013 14:57 | Status: Professional user | Şərh: 1 672
Bir qadının üzündəki ifadə üzərindəki geyimdən daha vacibdir.
Dale Carnegie .
Təşəkkürlər.
Hande 18 | 1 iyun 2013 10:47 | Status: Professional user | Şərh: 3 302
Arvadı xoşbəxt olmayan kişi xoşbəxt ola bilməz. Xoşbəxt olmaq istəyən kişi əvvəl həyat yoldaşını xoşbəxt etməlidir.
gulcan | 1 iyun 2013 08:51 | Status: Gümüş user | Şərh: 1 932
indi vaxtim yoxdu ama bugun mutleq oxuyacam bunu. Teshekkur Hopishimmm
Nur | 1 iyun 2013 07:26 | Status: Professional user | Şərh: 3 988
cox maraqli hekayedir,qadinina nece deyer verir,wert deyile pulun olsun gerek qadini qiymetlendirmeyi,sevdiyini bildiresen,mehribanciliq gosteresen,mende hemiwe onu isteyirem recourse
Gunel | 1 iyun 2013 00:01 | Status: Professional user | Şərh: 4 087
Hopish ne gozel hekayedir hedden artiq cox beyendimmmm.Hetda erinmedim sevgilime bele oxudum bu hekayeni telefon vasitesile)) Dedim gorsendee belede kishiler var)) Cox ibretamiz bir hekayedir bir cox kishilerimize ornek olar belke de.Bu cur xeberler tapsaniz yene yerleshdirin oxumaq zovq veriri insana.Lale demishken seni ot dushi bir dene mac eleyirem))
A.Ayise | 31 may 2013 23:56 | Status: Şərhçi | Şərh: 399
twk.bunu hokmen yoldawima oxutmaliyam
Seyidli | 31 may 2013 23:49 | Status: Yazar | Şərh: 2 706
Sitat: svetlana
Ne gozel hekayedir! smile
Arvadı xoşbəxt olmayan kişi xoşbəxt ola bilməz. Xoşbəxt olmaq istəyən kişi əvvəl həyat yoldaşını xoşbəxt etməlidir.
Eledi ki,var.Qadin xosbext olunca neinki yoldasini hamini xosbext etmek isteyir

Dogru.
FLOVERandGİRL | 31 may 2013 23:35 | Status: Professional user | Şərh: 3 251
tesekkur edirem
svetlana | 31 may 2013 23:30 | Status: VİP user | Şərh: 544
Ne gozel hekayedir! smile
Arvadı xoşbəxt olmayan kişi xoşbəxt ola bilməz. Xoşbəxt olmaq istəyən kişi əvvəl həyat yoldaşını xoşbəxt etməlidir.
Eledi ki,var.Qadin xosbext olunca, neinki tekce heyat yoldasini, hamini xosbext etmek isteyir
ayruska | 31 may 2013 23:23 | Status: Professional user | Şərh: 3 978
Sitat: DENIZ QIZI3
QADINLARIN BOYUK BIR SEVGIYE EHTIYACI VAR,SEVILMEK VE SEVDIKLERININ EHATESINDE OLMAQ ISTEYERLER,XOS SOZLER ESIKMEK ISTEYERLER,QADIN BOYIK BIR QUVVEDIR,
DENIZ QIZI3 | 31 may 2013 23:11 | Status: Gümüş user | Şərh: 3 858
QADINLARIN BOYUK BIR SEVGIYE EHTIYACI VAR,SEVILMEK VE SEVDIKLERININ EHATESINDE OLMAQ ISTEYERLER,XOS SOZLER ESIKMEK ISTEYERLER,QADIN BOYIK BIR QUVVEDIR,
Mickey Mouse | 31 may 2013 22:45 | Status: Professional user | Şərh: 4 008
Sitat: Princess_93
Canim indi telnen girmiwem deye oxuya bilmedim ocuyub fikir bildirecem

Oxu da telnen nolaca
Damla | 31 may 2013 22:12 | Status: Brilliant user | Şərh: 7 177
Hope done-done oxudum..Eslinde kiwilerde usaq kimidir xaricen boyumuw usaqlar...cox beyendim coxxx.. winked
hopeful-woman | 31 may 2013 20:49 | Status: Professional user | Şərh: 133
Bu hekayeni oxuyub cox beyenmisdim.Heqiqeten de pulla,var dovletle qadini xosbext etmek olmur.Esas olan o qadina gosterilen qaygi,diqqet,anlayisdir.
jasmin7 | 31 may 2013 19:54 | Status: VİP user | Şərh: 745
///////////////////////////////////////