Qadın / Ah, qadınlar...

Kişi və qadın sürücülərin fərqli xüsusiyyətləri

Sakina | 4-05-2011, 17:35
3 981 86

 

Sükan arxasında qadın ilk növbədə sivil cəmiyyətin əlamətidir! Həqiqətən avtomobil təmtəraq vasitəsi deyil, sadəcə hərəkət etmək üçün vasitədir. Təəssüf ki, ailədə iki avtomobilin olması daha çox Qərb ölkələrinə xas olan haldır. Bizdə qadınların çoxunun nəinki öz avtomobili, heç sürücülük vəsiqəsi də yoxdur. Bu həm vətəndaşlarımızın alıcılıq qabiliyyətinin aşağı olması, həm də kişilərin çoxunun “qadın”“avtomobil” anlayışlarına qərəzli münasibəti ilə əlaqədardır. 

Amma bütün bu maneələrə baxmayaraq, zərif cins avtomobil aləmində öz yerini tutmaqdadır. Qadınların bizneslə daha fəal məşğul olması və daha da müstəqilləşməsi də buna şərait yaradır. Hər halda qadının öz avtomobilinin olması onda azadlıq və müstəqillik hissi yaradır.  

Qeyd etmək lazımdır ki, ilk yol hərəkəti hadisəsi məhz qadının iştirakı ilə baş verib. 17 avqust 1896-cı ildə London yaxınlığındakı Kroydondan olan xanım Brigitta Driskols öz qızı ilə kilsəyə gedərkən qəzaya uğrayıb. Onlar söhbət edə-edə teatra aparan yola doğru hərəkət edərdilər. Ümumdünya Sərgisi ətrafındakı dairəvi yolu keçdikləri zaman üzərində “Ehtiyatlı olun, atsız hərəkət edən nəqliyyat vasitələri!” sözləri yazılmış xəbərdarlıq nişanını diqqətdən qaçırdılar. Məhz bu anda həmin yolda benzin mühərrikli üç avtomobilin ötüşməsi keçirilirdi. 

Xanım Driskols yalnız yolun ortasına çatanda anladı ki, heç vaxt görmədiyi nəqliyyat vasitəsi yüksək sürətlə ona doğru irəliləyir. Qadın etiraz əlaməti olaraq günəş əleyhinə çətirini qaldırıb bu əcaib nəqliyyat vasitəsini özündən kənara itələmək istədi. Elə bu anda avtomobil onu vurdu və qadın qışqırıb yerə yıxıldı. Avtomobilin ön təkəri zərərçəkənin başının, arxa təkəri isə sol qıçının üstündən keçdi. 

 


Onun yol yoldaşı özünü o qədər itirmişdi ki, yalnız yarım saatdan sonra həkim və keşiş axtarmağa başladı. Avtomobilin sürücüsü məhkəmədə özünü müdafiə edərkən bildirdi ki, onun sürəti saatda 4 mildən (yəni 6,4 km/saatdan) yuxarı deyildi. 

Sadəcə olaraq onun avtomobili bundan artıq sürətlə hərəkət edə bilməzdi. Məhkəmə avtomobil nəqliyyatı ilə bağlı ilk tarixi qərar çıxardı: “Xanım Driskols öz diqqətsizliyi ucbatından yol hərəkəti hadisəsinin qurbanı olub”. 

Görünür, elə o vaxtdan kişilər əmindirlər ki, sükan arxasında yer məhz onlan üçündür. Bəzi kişilər açıq-aydın iddia edirlər ki, yalnız güclü cinsin nümayəndələri avtomobili sürməyi və təhlükəsiz idarə etməyi öyrənə bilərlər. Qadınların sükan arxasında oturması isə təhlükəlidir. 

Kişi və qadın sürücülərin fərqli xüsusiyyətləri 

Doğrudanmı qadın sürücülər avtomobili kişilərdən pis idarə edirlər? Qadınla kişinin avtomobil idarəetmə tərzi arasındakı fərq barədə fikir söyləmək elmi cəhətdən və hətta siyasi cəhətdən kifayət qədər mürəkkəb məsələdir. Bununla belə, əminliklə söyləmək olar ki, kişilər arasında ölümlə nəticələnən yol-qəza hadisələrinin daha çox olması məhz onların avtomobil idarəetmə tərzi ilə izah olunur. Məsələ ondadır ki, qadınlar avtomobili kişilərdən daha yaxşı sürürlər! 

Qadınlar avtomobili ona görə sevirlər ki, bu nəqliyyat vasitəsi onlara müstəqillik verir. Kişilər isə (xüsusən də gənclər) avtomobili ona görə sevirlər ki, bu nəqliyyat vasitəsi onlara özlərini göstərmək və avtomobili idarə etmək bacarığını nümayiş etdirmək imkanı verir. 
Sürücü qadınların da öz çatışmayan cəhətləri var. Onlar üçün döngələrdə avtomobili döndərmək və manevr imkanı məhdud olan kiçik yerlərdə avtomobili parklamaq xüsusi çətinlik törədir. Kişilər üçün isə döngələrdə avtomobili döndərmək, ötmə manevrləri və avtomobili qaranlıqda idarə etmə çətinlik törədir. 

Adətən onlar avtomobili sərxoş və yorğun vəziyyətdə idarə etməyə meylli olurlar. Bu da çox vaxt qəzalara gətirib çıxarır. Kişilər yolda hərəkət edərkən özlərini qadınlara nisbətən aqressiv aparırlar. Qadınlar isə yolda daha səliqəli davranırlar. Onlar özlərinin və uşaqlarının həyatına görə məsuliyyət daşıdıqlarını bir an belə unutmur və buna görə də yolda heç vaxt riskə yol vermirlər.  

Ümumiyyətlə, qadınlar avtomobili kişilərdən heç də pis idarə etmirlər, sadəcə olaraq onların idarəetmə tərzi bir qədər fərqlidir. Mütəxəssislər hesab edirlər ki, kişilər qəzaların çoxunu ehtiyatsızlıq üzündən, özlərinin və avtomobilin imkanlarını qədərindən artıq qiymətləndirmələri ucbatından, yaxud da yol hərəkəti qaydalarına riayət etməmələri səbəbindən törədirlər. 

Qadınlarda isə qəzaların səbəbi çox vaxt həddən artıq ehtiyatlılıq, xırdaçılıq, öz imkanlarını aşağı qiymətləndirmə və təcrübə çatışmazlığından ibarət olur. Bəzən qorxu hissi qadını elə situasiyalarda əyləci basmağa məcbur edir ki, həmin vəziyyətlərdə yol qəzasından yayınmaq üçün sürəti artırmaq tələb olunur. 

Kişilərin yolda necə hərəkət edəcəklərini öncədən bilmək olur. Odur ki, onların hərəkətlərinin nəticələrini qabaqcadan görmək mümkündür. Qadınlarda isə vəziyyət başqa cürdür. Qadınlar situasiyanı bir qədər fərqli şəkildə qiymətləndirirlər. Onlar ayrı-ayrı situasiyaları müəyyən zaman kəsimlərində bir araya gətirməyə meyllidirlər. Qavrayışın bu xüsusiyyəti onlara hərəkət zamanı mümkün nəticələri öncədən görmək imkanı vermir, buna görə də qadınlar adətən avtomobili ləng idarə edirlər. 

Qadın cinsinə mənsub olan avtomobil həvəskarlarının hərəkətlərini proqnozlaşdırmaq mümkün deyil! Əgər kimsə yolda hərəkətin ümumi axınından kənara çıxıbsa, bu, qadın sürücüdür. Özü də bu zaman o, yol hərəkəti qaydalarını pozmur, sadəcə olaraq hamıdan, yəni kişi sürücülərdən fərqli davranır. Çox vaxt sürücülər bir cərgə ilə hərəkət etmək tələb olunan yerlərdə iki cərgə ilə hərəkət edirlər. 

Necə deyərlər, küçə situasiyası öz qaydalarını diqtə edir. Bu zaman qadınlar bir cərgə ilə, yəni küçənin ortası ilə hərəkət etməkdə davam edir. Bununla da avtomobil axınının hərəkətini ləngidirlər. Qadın sürücülərin digər özünəməxsus cəhəti onların avtomobili aşağı sürətlə idarə etmələrindən ibarətdir. Onlar digər sürücülərin 80 km/saat sürətlə şütüdükləri yerlərdə avtomobili 60 km/saat sürətlə idarə edirlər. 

Kişilərin çoxunun fikrincə, qadınlar üçün digər səhvlər də səciyyəvidir: dönmə işarələrinə əhəmiyyət verməmək (bunun səbəbi odur ki, avtomobili döndərmək fikri onların beynində qəflətən yaranır), yan tərəfə (yolda qarşısına çıxan geyim dükanına doğru) manevr edərkən yan-yörəsinə baxmamaq və bununla da ətrafdakı piyadaların kənara sıçramasına səbəb olmaq. 

 


Adətən sürücü faraları yandırıb-söndürməklə ona yol verilməsini xahiş etdikdə digər sürücülər ona yol verirlər. Qadın sürücü isə kişi həmkarının bu işarəsinə əhəmiyyət verməyə bilər. Bu zaman kişi aqressiyasının özünü büruzə verməsi ehtimalı böyük olur: kişi sürücü işarəyə əhəmiyyət verməyən qadın sürücünü “cəzalandırmaq” üçün onu ötüb keçir və onun qarşısında qəflətən əyləci basaraq avtomobilini dayandırır. Bax belə! 

Bu zaman qadın bu provokasiyaya cavab verməməlidir. Bu davranış kişi sürücü üçün bir növ adrenalin, narkotik kimidir, bunsuz o özünü təsəvvür etmir. Qadın sürücü üçün isə belə hallarda mübahisəyə girişmək boş yerə əsəblərini sərf etməkdir. Əsəb hüceyrələri isə bərpa olunmayan hüceyrələrdir, odur ki, əsəbiləşməyin və belə hallara əhəmiyyət verməyin. 


Mənbə: avtomobil.az


Bəs Sizlərin avtomobil sürən qadınlara münasibətiniz necədir? Sizcə qadınlar avtomobili təhlükəli idarə edirlərmi? Fikrləriniz maraqlıdır...


ESMERRi | 30 yanvar 2016 17:47 | Status: Brilliant user | Şərh: 5 378
Sitat: dılay
Tewekkurler
dılay | 11 noyabr 2015 19:56 | Status: Brilliant user | Şərh: 8 183
Tewekkurler
Gulshen. | 18 fevral 2014 08:45 | Status: Qonaq | Şərh: 0
Qadinlar daha ehtiyyatli daha diqqetlidiler mence
AYAN A-VA | 29 noyabr 2013 10:16 | Status: Gümüş user | Şərh: 1 722
QADINLAR MASINI DAHA SELIQELI SURURLER.MENIMDE MASINIM VAR AMA BEZEN ESEBI OLANDA YOLA HEC BAXMIRAME.1 CI SEKILDEKI QIZ LAP AGLI YOXDU ELE BIL.O MASINLA NE VACIBDI GEDIB GIRIRSEN PALCIGA EHHH GELIN OYREDIMDE))))))))))))))))
seva eliyeva | 25 oktyabr 2013 11:56 | Status: Qonaq | Şərh: 0
XANIM DAHA SELIQELI VE RAHAT MASIN SURURLER QAYDALARA EMEL EDIRLER . DAHA KISILER KIMI AQRESSIV DAVRANMIRLAR
Billurə | 18 iyun 2013 18:50 | Status: Professional user | Şərh: 4 892
Maraqlıdır..
Aliyeva | 26 fevral 2013 15:46 | Status: Yazar | Şərh: 4 036
pisdi.xowum gelmir
Meqa | 27 yanvar 2013 16:14 | Status: Professional user | Şərh: 2 077
QADINLAR DAHA SƏLİS SÜRÜRLƏR AMMA BİZİM GÖRMƏMİŞ ƏCLAF BƏZİ DIRNAQARASI KİŞİLERİMİZ BİLE BİLE XANIMLARI MAŞIN SÜRERKEN SIXIŞDIRIRLAR ONLARDA ÇAŞIRLAR
xaqani_1980 | 24 yanvar 2013 09:39 | Status: Şərhçi | Şərh: 206
qadınlar daha səliqəli maşın sürürlər
azeri_oglu | 30 sentyabr 2012 14:30 | Status: Gümüş user | Şərh: 2 243
Sitat: cucem.
sence yox ele eledirki va

narahat olma cuceler bura daxil deyil))
cucem. | 30 sentyabr 2012 14:21 | Status: Professional user | Şərh: 4 415
Sitat: azeri_oglu
mence qadin daha ciddi sure biler



sence yox ele eledirki var :n5:
azeri_oglu | 30 sentyabr 2012 00:38 | Status: Gümüş user | Şərh: 2 243
mence qadin daha ciddi sure biler
cucem. | 29 sentyabr 2012 19:21 | Status: Professional user | Şərh: 4 415
MARAQLI IDI TWK.LERRRRRRRRRRRRRRRRRRRRRRRRR
Ayka21 | 4 avqust 2012 11:29 | Status: Yazar | Şərh: 2 770
tesekkurler xebere gore
TATLI GUZEL | 20 iyul 2012 13:40 | Status: Professional user | Şərh: 5 781
qadinlar diqqetle surur.tesekkurler
OZ_DUNYAMIZ | 19 iyul 2012 05:14 | Status: Gümüş user | Şərh: 1 205
Sitat: G-----16
surucunun pisi de yaxsisi da olur

PISI MASINI YAXSI SURMUR XAMLIQ EDIR YAXSISIDA HER MANIYEDEN CANINI QURTARA BILIR MENIM KIMI wink