Qadın / Kriminal

Azərbaycanda 21 yaşlı tələbə qız qaçırılıb - Artıq 3 gündür ki...

Banu. | 25-02-2018, 22:40
357 0
Ağcabədi rayonunda 21 yaşlı tələbə qız qaçırılıb.

Hadisə şəhərin S.Vurğun küçəsində baş verib.

Qızın anası Nazilə Musayeva "Report"a açıqlamasında qızı Sevinc Musayevanın zorla qaçırıldığını iddia edib. Artıq 3 gündür qızından xəbər ala bilməyən ana hüquq-mühafizə orqanlarına məlumat verib.

Məlumatda o da bildirilir ki, ehitimala görə, qızı İsmayıllı rayonundan Ağcabədiyə qonaq gələn şəxs qaçırıb.

S.Musayeva Müəllimlər İnstitunun Ağcabədi filialının 2-ci kurs tələbəsidir.big.az



info

İnformasiya

Qonaq qrupunda olan ziyarətçilər bu məqaləyə şərh yaza bilməzlər.