Qadın və problemlər / Manşet

662 bal toplayan kasıb qıza heyrətamiz təklif - “Bütün xərclərini qarşılayarıq...”

Banu. | 2-08-2017, 14:31
902 0
Qərb Universiteti imkansızlıq ucbatından oxumaqdan imtina etdiyi bildirilən Zərdab rayon sakini, abituriyent Aytən Şirinovanın bütün xərclərini qarşılamaq istəyir.

Bu barədə universitetin koordinatoru Əlimusa Abbasov məlumat verib. O, saytımızla əlaqə saxlayaraq, A. Şirinovanın açıqlamasını oxuduğunu, onun Bakıda qalmaq üçün bütün xərclərini qarşılamağa hazır olduqlarını bildirib: "BakuPost.az-da özü hazırlaşaraq 662 bal toplayan Aytən Şirinovayla bağlı yazını oxudum. Düşünürük ki, belə savadlı gənclərimizə sahib çıxmaq hər bir ali təhsil ocağının borcudur. Ona görə Qərb Universiteti olaraq qərara gəldik ki, Aytənə təkliflərimizi verək. Əgər o, bizim universiteti seçərsə, onu təhsil haqqından azad edəcəyik və Bakıda yaşaması üçün lazım olan vəsaitlə təmin edəcəyik”.

A.Şirinova isə Qərb Universitetinin təklifinə cavab olaraq, istədiyi ixtisasın həmin təhsil müəssisəsində olmadığını bildirib: "Mən "Hüquqşünaslıq” fakültəsində təhsil almaq istəyirəm. Bildiyim qədər həmin fakültə Qərb Universitetində yoxdur. Ona görə də bu təklifi qəbul edə bilməyəcəm. Həmin universitet rəhbərliyinə təşəkkürümü bildirirəm”.BakuPost.az

info

İnformasiya

Qonaq qrupunda olan ziyarətçilər bu məqaləyə şərh yaza bilməzlər.