Qadın / Aktual / Maraqlıdır

Müəllim və şagird münasibətləri

dılay | 26-02-2016, 18:00
12 876 10
 

 
Təlimdə keyfiyyətin əldə olunması üçün psixoloji xüsusiyyətləri dərindən bilmək vacibdir. Müəllim bütün hallarda, xüsusən "müəllim - şagird" münasibətlərinin qurulmasında pedaqoji taktı - nəzakəti, onun davranışına verilən etik tələbləri gözləməli, şagirdlərin şərəf və ləyaqətinə hörmət bəsləməli, onlara münasibətdə ədəblə davranmalıdır.
Müəllim və şagird arasında qarşılıqlı hörmət, sevgi olmalıdır ki, müəllim şagirdə nəzakətlə və eyni zamanda ciddi yanaşmağı bacarsın. Müəllim şagirdi bir şəxsiyyət kimi görməli, onun mənliyinə, şəxsiyyətinə toxunan söz deməməli, hərəkət etməməlidir. Şagird nə qədər aktiv olsada, yoldaşları ilə düzgün münasibət qurmasada müəllim özünün pedaqoji metodlarından istifadə edib, xoş, isti münasibət yaratmalı, onu düzgün şəkildə marifləndirməlidir.
Düzgün qurulmuş müəllim - şagird münasibətləri şagirdlərin təlim marağının artmasında mühüm vasitədir. Qarşılıqlı ünsiyyət şagirdlərin fəallığını artırır, kollektiv şəkildə işləməyə istiqamət verir. Müəllimdə bu tip keyfiyyətlərin olmaması təhsil sistemində şagird - müəllim problemlərinin yaranmasına gətirib çıxarır.
 
Müəllim və şagird arasında problemləri aradan qaldırmaq üçün aşağıdakı fikirləri qeyd etmək olar:

1.Müəllim yaxşı psixoloq olmağı bacarmalıdır. Məktəblərdə psixoloji treninqlər keçirilməli, müəllimlər üçün tez-tez məşğələlər təşkil olunmalıdır.
2.Müəllimlər təkcə elmi cəhətdən deyil, etika, estetika baxımından da yüksək mədəniyyətə malik olmalıdır.
3.Müəllim hər bir şəxsə fərdi yanaşmağı bacarmalıdır. Çünki hər bir uşağın fərdi xarakterik xüsusiyyəti var və hər müəllimdə ona uyğun davranmalıdır.
4.Müəllim valideynlə sıx əlaqədə olmalıdır ki, sinifdə baş verənlərdən hər zaman valideyn xəbərdar olsun. Çünki həm valideyn həm də müəllim uşağa eyni şəkildə təsir etməyi bacarmalıdır ki, uşaqda ikifikirlilik yaranmasın.
5.Şagirdlərdə müəllimlərinə qarşı hörmətlə, etiqadla yanaşmalıdır. Qarşılıqlı şəkildə anlaşma yaratmağa çalşmalıdırlar. Çünki müəllimlər valideynlərimizdən sonra bizim əsas yol göstərənimizdir.
6.Müəllim-şagird arasında konflikt yarandıqda özümüzü müəllimin yerinə qoymalı, vəzifəsinin çətinliklərini dərk etməli və onun tək şagirdlərin isə çox olduğunu unutmamalıyıq. 
7.Şagirdlər müəllimi təkcə pedaqoq kimi görməməlidir. Müəllimi özlərinə dost bilməli problemlərini, yoldaşları arasında olan konfiliktlərini onunla həll etməyə çalışmalıdırlar.
8.Məktəb həyatında müəllim-şagird arasında da konfikiktlər baş verir. Bu zaman şagirdlər etik qaydaları keçməmək şərti ilə öz fikirlərini müəllimlərinə deməli, əgər problem həll olunmazsa məktəbin psixoloqu ilə məsləhətləşib, məsələni yoluna qoya bilərlər.
 


ESMERRi | 18 aprel 2016 20:47 | Status: Brilliant user | Şərh: 5 378
Sitat: ESMERRi
Sitat: B.Fereh
Bu meslehetler esl "muellim" adina layiq olanlar ucundur,daha indiki formazon geyimde,sac duzumunde ya da isterik,kin dolu,sinirlerine hakim ola bilmeyen muellimler ucun yox.(Ruwvet meselesin hec demeye ehtiyac yoxdu)
Ay_Sun | 1 mart 2016 12:42 | Status: Brilliant user | Şərh: 13 408
Sitat: dılay
Xeberin redaktesi ucun Aysunuma tewekkurler

Xosdur bacim love
dılay | 1 mart 2016 09:43 | Status: Brilliant user | Şərh: 8 183
Xeberin redaktesi ucun Aysunuma tewekkurler
Dəniz qızı | 28 fevral 2016 13:52 | Status: Brilliant user | Şərh: 8 017
Çalışıram ki hər bir şagirdi başa düşüm..
Cicim İncim | 27 fevral 2016 00:15 | Status: Gümüş user | Şərh: 2 456
Bunlar qaydadır : Müəllim, şagird belə olmalıdır !
Amma təəssüf ki belə müəllimlər də, şagirdlər də barmaqla sayılacaq qədərdir...
ESMERRi | 26 fevral 2016 23:20 | Status: Brilliant user | Şərh: 5 378
Sitat: B.Fereh
Bu meslehetler esl "muellim" adina layiq olanlar ucundur,daha indiki formazon geyimde,sac duzumunde ya da isterik,kin dolu,sinirlerine hakim ola bilmeyen muellimler ucun yox.(Ruwvet meselesin hec demeye ehtiyac yoxdu)
B.Fereh | 26 fevral 2016 23:15 | Status: Nəzarətçi | Şərh: 6 975
Bu meslehetler esl "muellim" adina layiq olanlar ucundur,daha indiki formazon geyimde,sac duzumunde ya da isterik,kin dolu,sinirlerine hakim ola bilmeyen muellimler ucun yox.(Ruwvet meselesin hec demeye ehtiyac yoxdu)
Aylin1997 | 26 fevral 2016 22:44 | Status: VİP user | Şərh: 108
gerek sagirdler agilli olsun ki muellim ona davraniw qaydalarini oyretsin usaq da seliqe ile qulaq assin . cunki indiki usaqlara muellim bir soz demeyine pesman olur usaq hemen deqiqe melime ele cvb veir ki , day melim neylesin bu usaga doyur bir derd doymur iki derd...
BULUTUM | 26 fevral 2016 21:24 | Status: Professional user | Şərh: 7 387
Xeberi oxudum muelim sagird munasibetlerim yadima dusdu.Gulmek meni tutdu..Cox sevilen yadda qalan telebe olmusam.Hemisede on sirada oturdum.Prikol danisiqim deyib gulmeyim,butun muelimlerimin xosuna gelirdi.ehhhh kaski geriye done bileydim.
Hali | 26 fevral 2016 19:12 | Status: VİP user | Şərh: 484
Esl muellim psixoloq olmalidi wagirdlerle nece reftar etmeyi bilmelidi,wagirdlere özûnû sevdirmelidi