Qadın / Ah, qadınlar...

Qadınların ər seçərkən diqqət etdikləri nüanslar

Gülçin | 18-06-2015, 19:30
2 095 17
Qadınların ər seçərkən diqqət etdikləri nüanslar



Kişilərlə qadınlar arasındakı ən böyük fərq onların qarşı cinsə olan münasibətidir. Kişilər həyat yoldaşı və ya sevgili seçərkən ilk öncə qadının gözəlliyinə fikir verirlər. Çünki onlar üçün zahiri görkəm çox önəmlidir. Xanımlar isə çox seçicidirlər. Onlar bir kişini həyatlarına daxil etmədən öncə onlarla, hətta yüzlərlə incə nüanslara diqqət edirlər. 
Bəs qadınlar sevgili, ya da ər seçərkən hansı detallara önəm verirlər? Bu sualın cavabını Publika.az-ın "Ailə dostu” layihəsində tapacaqsınız.
Psixoloqlar iddia edirlər ki, qadınlar kişiləri əsasən aşağıdakı 9 kateqoriyada dəyərləndirirlər. Bu kateqoriyalardan heç olmasa 3-4-ünə uyğun gəlirsinizsə, xanımlardan daim diqqət görəcəksiniz.
1.Pul.
Necə ki, kişilər "Çirkin qadın yoxdur, az içki vardır” deyirlərsə, qadınlar da "Çirkin kişi yoxdur, kasıb kişi vardır”, - deyə düşünürlər. Ona görə də, zəngin bir kişi çirkin, axmaq, mədəniyyətsiz olsa belə, heç vaxt yalnız qalmır. Çünki kişiləri qadın gözəlliyi cəlb etdiyi kimi, qadınları da kişinin pul kisəsinin qalınlığı cəlb edir.
Əgər bir kişi qadına xoşbəxt, rahat həyat bəxş edə biləcək qədər imkanlıdırsa, etdiyi eşq təklifi heç vaxt qarşılıqsız qalmaz.
2. Enlikürək, gözəl gözlər, uzun boy, seksual baxışlar...
Siz elə bilirsiniz ki, sadəcə kişilər xarici görkəmə fikir verir? Yox, qadınlar da eynilə kişilər kimi göz zövqünə önəm verirlər. Hər bir qadın baxdıqca insana zövq verən yaraşıqlı kişi ilə birlikdə olmaq istəyər. Qadınların bu mövzuda kişilərdən tək fərqi odur ki, onlar üçün yaraşıqlılıq kifayət deyil, mütləq başqa xüsusiyyətlərinizi də nəzərə alacaqlar.
Yəni, açıq sinə görən kimi, bütün beyin funksiyaları donub qalan kişilərdən fərqli olaraq, qadın yaraşıqlı kişi görəndə özünü itirmir, məntiqlə hərəkət edə bilir. 
3. Lider kişilər.
Qadınlar özünəinamı yüksək olan, lider xüsusiyyətlərinə sahib kişilərdən çox təsirlənirlər. Bir kişi dostları arasında hörmət sahibidirsə, hamı onun məsləhətlərini dinləyirsə, belə kişiyə heç bir qadın "yox” deyə bilməz. Belə kişilərin sayı azdır. Odur ki, qadınlar belə nadir tapıntını əldə etmək üçün dəridən- qabıqdan çıxmağa razı olurlar.
4. Ağ atlı şahzadə.
Bəzi qadınlar çox xəyalpərəstdirlər. Onlar sevgili və ya ər namizədlərinin arasından ən romantik, ən kübar olanını seçməyə çalışırlar. Belə qadınlar "Facebook”da və ya digər sosial şəbəkələrdə tanış olub eşq yaşayanları heç cür anlaya bilmirlər. Çünki onların fikrincə, maraqlı və romantik bir hekayəsi olmayan cütlük xoşbəxt ola bilməz. "Məni ilk gördüyü gündən bəri sevirmiş, gizli-gizli məni təqib edirmiş, məhz məni görmək üçün şaxtalı havada gözləyirmiş”, - deyə dostlarına, tanışlarına eşq hekayələrini danışmaqdan zövq alırlar.
Belə qadınlar yaş artdıqca xəyallarını bir kənara qoyub real həyatla az da olsa barışırlar.
Belə ki, ağ atlı şahzadə, Supermen və Robin Hud tapmaqdan vaz keçib mədəni, romantik bir kişi ilə ailə qurmağa razı olurlar.
5. İlk görüşdə eşqə inananlar.
Belə qadınlar çox romantik olurlar. Onlar hər hansı bir kişiyə yox, eşqin özünə aşiqdirlər. Bu gün birinin dərdindən ölərkən, 10 gün sonra bir başqası üçün dəli-divanə ola bilərlər. Bir kişinin jesti, xarizmatik mimikası və ya sirli baxışları ona aşiq olmaları üçün kifayətdir.
6.Ümdsizlər.
Bəzi qadınların özlərinə inamı yoxdur. Ona görə də, onlar kişinin xarakteriktik xüsusiyyətlərinə demək olar ki, fikir vermirlər. Sadəcə, hamı kimi ailə qurub, uşaq dünyaya gətirmək istəyirlər. Bir sözlə, "Kişi olsun, palçıqdan olsun” məntiqi ilə yaşayırlar. Bu kateqoriyaya aid olan qadınlar öz həmcinslərinin ən böyük düşmənidirlər. Çünki heç bir üstün cəhəti olmayan, çirkin, cahil kişilərə o qədər üz verirlər ki, bu kişilər özlərini Bred Pittlə müqayisə edəcək qədər özgüvən sahibinə çevrilirlər. Belə kişiləri ədəbaz yerişlərindən tanımaq olur. Bir az özünə hörməti olan qadın belə kişi ilə birlikdə olmaz. Ancaq nə edəsən, hər qadının həyatdan gözlədikləri eyni olmur.
7. Yaxşı ailənin övladı.
Kişinin hansı ailədən olması çox önəmlidir. Çünki bəzi qadınlar əsilli, nəcabətli ailənin gəlini olmağı həyatın əsas qayəsi hesab edirlər. 
8. İntellektual.
Qadınların bir qismi də kişidə ağıl, nəciblik və intellektuallıq axtarırlar. Bu qadınlardan bəziləri əllərinə bir dəfə olsun kitab alıb oxumayan kütlədən çıxır. Ona görə də, istədikləri yüksək intellektuallığı tapmaqda çətinlik çəkirlər. Bəziləri də özünü üzdə müasir, alicənab göstərən yalançıların qurbanına çevrilirlər. Belə xanımlara evlənəcəyi adamı universitet və ya iş yoldaşları arasından seçmək məsləhətdir.
9. Qısqanc
Nə qədər qəribə səslənsə də, statistika göstərir ki, 40 faiz qadın qısqanılmaqdan zövq alır. Ona görə də, bütün hüquqlarının tapdalanmasını, aşağılanmağı, hörmətsizliyi qəbul edərək qısqanc, göz verib işıq verməyən kişi ilə ailə qurmağa razı olurlar. Psixoloqlar hələ də qısqanclığın qadınları niyə bu qədər cəlb etdiyini aydınlaşdıra bilməyiblər. Bəzi psixoloqların fikrincə, qısqanc kişiləri xoşlayan qadınlara mazoxist hissləri hakimdir.
Sonda onu qeyd edək ki, əgər sevilirsinizsə, qadının sizi niyə sevdiyini müəyyənləşdirməyə çalışaraq başınızı ağrıtmayın. Sadəcə, eşqin dadını çıxartmağa çalışın.


Ləman Sultan .








ESMERRi | 1 dekabr 2015 07:59 | Status: Brilliant user | Şərh: 5 379
Sitat: Gülçin
Sitat: Nurus.
Mən istəyirəm ki,həyat yoldaşim çox qısqanc olsun,hər dəqiqə mənimlə maraqlansın. .Diqqət mərkəzində olmağı və sevilməyi çox sevirəm...

Allah arzuna çatdırsın səni, Nuruş.
NurRuslan | 28 iyun 2015 09:47 | Status: Şərhçi | Şərh: 376
Sevdiyimin yaninda olsaydim ne derdim....
Real Madrid CF | 20 iyun 2015 20:47 | Status: Qonaq | Şərh: 0
Men eyer ne vaxtsa aile qursam secdiyim adam qisqanc olmamalidir,men yenede oz istediyim kimi yasayacam,mene qadaga qoymayacaq,oz istediyimi edecem elece de men ona qadaga qoymayacam ikimizde aileli olsaqda azad insanlar olacagiq beleleri yeni bele azeri tapmaq cetindir yeqinki ecnebi olarr..
Gülçin | 20 iyun 2015 20:41 | Status: Brilliant user | Şərh: 6 780
Sitat: Nurus.
Mən istəyirəm ki,həyat yoldaşim çox qısqanc olsun,hər dəqiqə mənimlə maraqlansın. .Diqqət mərkəzində olmağı və sevilməyi çox sevirəm...

Allah arzuna çatdırsın səni, Nuruş.
Dəniz qızı | 20 iyun 2015 17:07 | Status: Brilliant user | Şərh: 8 019
Sitat: Nurus.
Mən istəyirəm ki,həyat yoldaşim çox qısqanc olsun,hər dəqiqə mənimlə maraqlansın. love .Diqqət mərkəzində olmağı və sevilməyi çox sevirəm... winked

Oyyyy Nunum bezəcəksən sonra.
Nagizade.Leyla | 19 iyun 2015 19:27 | Status: VİP user | Şərh: 1 321
Allah subay mən qarisiq subay xanimlara ureyince er qismət elesin
Ag Gul | 19 iyun 2015 14:48 | Status: Professional user | Şərh: 4 333
Sitat: CUCI
Qismet gelende insan lal kar ve kor olur
Nara88 | 19 iyun 2015 13:41 | Status: Professional user | Şərh: 4 253
Sitat: Nurus.
Mən istəyirəm ki,həyat yoldaşim çox qısqanc olsun,hər dəqiqə mənimlə maraqlansın. .Diqqət mərkəzində olmağı və sevilməyi çox sevirəm...


canim Nurusum,vallahi gorunduyu qeder lezzet elemir adama))hara getsek gozu ustumdedi))her deyqe zeng edir,bezen qizlar deyir ne yaxsidi kas bizdede bele olsa)ama mene xos gelmir artiq))bezen geyimlerimede qarisir,hamisida qisqancliqdan,serbest ola bilmir insan

xebere geldikde ise ailemden raziyam cox sukur
gül həyat | 19 iyun 2015 13:27 | Status: VİP user | Şərh: 548
Sitat: Nurus.
Mən istəyirəm ki,həyat yoldaşim çox qısqanc olsun,hər dəqiqə mənimlə maraqlansın. love .Diqqət mərkəzində olmağı və sevilməyi çox sevirəm... winked

YOX CANIM SONRA BEZESSEN.QISQANCLIQ YERİNDE OLSA YAXŞIDI.
Nurus. | 19 iyun 2015 03:19 | Status: Brilliant user | Şərh: 6 982
Mən istəyirəm ki,həyat yoldaşim çox qısqanc olsun,hər dəqiqə mənimlə maraqlansın. love .Diqqət mərkəzində olmağı və sevilməyi çox sevirəm... winked
Ay_Sun | 19 iyun 2015 00:58 | Status: Brilliant user | Şərh: 13 409
Sitat: gül həyat
Alınına yazılıbsa qaça bilmərsen onnan.Kim olur olsun.
SEVDA | 19 iyun 2015 00:45 | Status: Nəzarətçi | Şərh: 17 441
Bu bir qismet....
drop | 19 iyun 2015 00:34 | Status: Gümüş user | Şərh: 2 448
sevginin esirine cevrilmek lazin deyil. mentiq evliliyi etmek lazimdi
BULUTUM | 19 iyun 2015 00:21 | Status: Professional user | Şərh: 7 388
Mehebbet ne deyim bu,ulvu ada
Hamiya baxmayir bir,gozle oda
Birine omurluk xowbextlik verir
Bawqa birisine goz yawi verir.
Insan sevende qulaqi kar gozleri kor olur.
Real Madrid CF | 18 iyun 2015 21:27 | Status: Qonaq | Şərh: 0
Mence yaxsi aileden olsun,pulu olsun,var-dovleti olsun bunlar bos seylerdir esas sevgi olsun yeter.. love
gül həyat | 18 iyun 2015 20:35 | Status: VİP user | Şərh: 548
Alınına yazılıbsa qaça bilmərsen onnan.Kim olur olsun.
SABINA | 18 iyun 2015 19:40 | Status: Professional user | Şərh: 7 410
Qismet gelende insan lal kar ve kor olur