Qadın / Qadın taleyi

Könülün acınacaqlı taleyi.

İlkinimin Arzusu. | 13-04-2013, 21:00
21 300 133

 

Bu dəfə bütün komplekslərindən imtina edib taleyini danışan Könül oldu.

 

Onun 26 yaşı var, Zaqatalada doğulub. Hazırda Bakıda yaşayır. Deyir ki, həyat onunla elə də yaxşı davranmayıb. Valideynləri o doğulduqdan az müddət sonra boşanıb. Anası onu atasının və yaşlı nənəsinin ümidinə buraxıb ərə gedib. Nənəsi dünyasını dəyişdikdən sonra atası Könülə tək baxa bilməyib. Onu əmisinin ailəsinə verib.

Könül özünü tanıyandan insanlardan xoş münasibət, istilik görmədiyini deyir.

 

Nə əmisi, nə də əmisinin arvadı onunla övladları ilə davrandığı kimi davranmayıb.12 yaşı olanda onu həyət-bacadakı işlərə kömək etmək bəhanəsi ilə məktəbdən uzaqlaşdırıblar. Könülün uşaqlığı əmisi oğlanlarının qab-qacağını, paltarlarını yığıb-yığışdırmaqla keçib. Geyimi əmisi arvadının köhnə paltarları, yeməyi əmisi uşaqlarının yediklərindən qalan artıqlar olub.



Əmisi uşaqları onunla pis davransalar da, Könül onlardan heç vaxt pislik gözləməyib. Fikirləşib ki, onlar onun qardaşıdır, necə istəyirlər, elə də davransınlar. Könülə evlərində heç vaxt heç kim adı ilə çağırmayıb. Ona həmişə "yetim” deyiblər. Böyüdükcə əmisinin ailəsinin əmrlərini yerinə yetirən köləyə çevrilib. Rayonun ərzaq bazarından başqa heç yerə getməyib. Könülü qohumların toy məclisinə yalnız işləmək lazım olanda aparıblar.

O deyir ki, toylara nifrət edir. Çünki uşaqlıqdan kiminsə evində toy olsaydı, iki gün əvvəldən məni işləməyə aparırdılar. Toy günü isə qapı-bacadan göz-qulaq olmaq üçün məni evdə qoyub özləri əylənməyə gedirdilər. Toya bir də ona görə nifrət edir ki, həyatı məhz qonşuda olan toya görə alt-üst olub.

Könül həmin günü dəhşətlə xatırlayır:

"Yenə qonşuda toy idi. Toydan iki gün əvvəl hazırlıq üçün əmim arvadı məni işləməyə göndərmişdi. Toy günü isə məni evdə qoyub özləri toya getdi. İki gün işləməyin yorğunluğuna görə axşamdan otağıma getdim. Toy gec saatlara qədər davam edəcəkdi. Arxayınlıqla yatağa uzanıb yuxuya getdim. Təxminən 1 saat olardı ki, yatmışdım. Otaqdan gələn taqqıltıya oyandım. Gözümü açanda əmimin ortancıl oğlunu başımın üstündə gördüm. Bir anlıq key-key onun üzünə baxdım. Mənim otağımda nə axtardığını başa düşmək istəyirdim. Yemək istədiyini düşündüm. Tez ayağa qalxdım ki, mətbəxə keçib ona yemək hazırlayım. Qolumdan tutub qapıdan içəri çəkdi. Heç nə anlamırdım. Məni yatağın üstünə atıb bütün bədənini üstümə saldı. Nə qədər qışqırsam da, səsimi heç kim eşitmədi. Həmin gün məni zorladı...Sonra boğazımdan tutub dedi ki, bu barədə kiməsə bir kəlmə desəm, məni tikə-tikə doğrayacaq. O deyir ki, onsuz da belə bir şeyi desəm, mənə heç kim inanmayacaq. Əksinə, rayon camaatı başqası ilə cinsi əlaqəyə girib əmim oğluna böhtan atdığıma görə daş-qalaq edəcəklər. Bunu deyib çıxıb getdi.

Özümdən, bədənimdən iyrənirdim.

Hər şeyə nifrət edirdim. 17 yaşım tamam olmamış dünya mənim gözlərimdə əbədi olaraq qaraldı. Səhərə qədər ağlayıb hönkürdüm. Səhəri gün üst-başımı qaydaya salıb mal-heyvanların arxasında getdim. Hər şey öz axarında davam edirdi. Ancaq mənə elə gəlirdi ki, bu bütün kənd camaatı bu rəzillikdən xəbərdardır.

Əmim oğlu isə səhər erkəndən Bakıya getmişdi. Mən anladım ki, o mənim başıma gətirdiyi dəhşəti başqalarına danışacağımdan qorxub Bakıya qaçıb.

Bir həftə keçdi. İçimdəki sirrin ağırlığı, təhqir olunmağım məni getdikcə daha çox məhv edirdi. Əmim oğlunun qollarıma atdığı qançırları gizlətmək üçün yayın istisində uzun qollu paltarda gəzirdim.
Bir ay sonra əmim oğlu rayona qayıtdı. Onunla bir evdə daha yaşaya bilməzdim. Məni harada görsəydi, bir kənara çəkib hədə-qorxu gəlirdi.

Qərar verib evdən qaçdım.

Gedəcək yerim yox idi. Rayon mərkəzinə gedib parka çatdım. Axşam düşürdü. Parkda gecələdim. Səhər gözümü açanda bir kişinin mənə baxdığını gördüm. Kişi mənim qorxduğumu görüb sakitləşdirdi. Dedi ki, məni tanıyır. Atamın dostu olduğunu söylədi. Atamın adını deyən kimi ağlamağa başladım. Onu görməmişdim. Təxmini təsəvvürlərim vardı ki, əmimə oxşayar. Parkda gördüyüm kişi dedi ki, məni evinə aparmaq istəyir. Evdə uşaqları, ailəsi var. Ona inanıb maşınına oturdum. Məni kəndlərin birinə apardı. İki gün burda qaldım. Evində heç kim yox idi. Deyirdi ki, ailəsi qonaq gedib. Hər axşam çay içən kimi tezliklə yuxuya gedirdim. Sonra başa düşdüm ki, çayıma dərman atıb məni zorlayırmış.

 


O evdən getmək istəyəndə ayağıma düşüb yalvardı ki, heç kimə heç nə deməyim.

Mənə yaxşılıq edəcək. Bakıya aparıb işə düzəldəcək. Onunla birlikdə Bakıya getdim. Məni bir qadınla tanış edib bacısı olduğunu dedi. 3 aya yaxın həmin qadınla yaşadım. Qadın evə müxtəlif kişilər gətirir, məni onlarla cinsi əlaqəyə girməyə məcbur edirdi. Həmin evdə iki dəfə hamilə qaldım. Uşaq orqanizmim bütün gücünü itirmişdi. Gün ərzində ən azı 5-6 kişi ilə cinsi əlaqəyə girməyə məcbur edilirdim. İkinci ayın sonunda qadın mənə hər şeyin bitdiyini, məni özü ilə Türkiyəyə paltar satıb pul qazanmağa apardığını dedi. Mənə başqa adla xarici pasport düzəltdilər. İstanbula uçduq. Qadın məni bir otelə gətirdi. O, məni Klara adlı erməni qadının yanında qoyub çıxıb getdi. İstanbulda qara günlərim yenidən başladı.

Klara məni çoxlu rus, moldov, azərbaycanlı qadınların fahişəlik etdiyi otelə gətirdi.

Biz bir oteldə qalır, digərində isə müştərilərlə görüşə gedirdik. 6 ay sonra Klara məni və başqa 4 qızı Mardin şəhərinə göndərdi. Mardində vəziyyətimiz daha ağır idi. Burada terror təşkilatlarında olan adamlar pul ödəyib 1 həftəlik üçün bizi aparırdılar. Bir həftə ərzində dağlarda olmazın işgəncələrini görürdük. Hər gecə 10-15 nəfər üstümüzə tökülüb bizi zorlayırdı. Qızlardan huşunu itirib bayılanlar, dəli olanlar olurdu. Qızları özünə gətirmək üçün boynundan tutub başını suyun içinə basırdılar. Gözümün qabağında deyilən əmrlərdən çıxan, işgəncələrdən bayılan qızın döşünün giləsini qayçı ilə üzüb yerə atdılar. Dəfələrlə mənim başımın dərisində siqarət söndürüblər.

Bizi Mardinə gətirən qadın dağdan otelə qayıdanda gedən qızlardan hər dəfə 2-3-nün öldürüldüyünə görə bizi Mardindən İstanbula qaytardı. İstanbulda bu dəfə oteldə yox, "genelev” deyilən yerdə (fahişəxanada) işləməyə başladım. Burda çölə çıxıb nəfəs almağa da icazə yox idi. Geyimimiz, yeməyimiz də burada satılırdı. Hər müştəridən qazandığımız pulun cəmi 2 faizi bizə qalırdı. İçəridə satılan qidalar isə çöldə satılandan 5 dəfə baha olurdu. Pulumuz çatmayanda isə başçımıza borclanırdıq. Burda hamının borcu var idi. Bu borclara görə də burdan qaçıb çıxıb getmək mümkünsüz idi. Qaçmağa cəhd edən qızları ağır cəzalar gözləyirdi. Bizi işlədən qadının iki kişi köməkçisi var idi. Qaçmaq istəyən qızı təpiklərinin altına salıb qan qusana qədər döyürdülər.

Bura tez-tez gəlib gedən kişilərdən Adnan adlı bir nəfərlə yaxşı münasibətimiz yaranmışdı. Hətta elə vaxtlar olurdu ki, o, mənim üçün bir neçə saatın pulunu ödəyirdi. Lakin əlini belə mənə toxundurmurdu. Saatlarla söhbət edib bir-birimizə talelərimizi danışırdıq. Adnanın acınacaqlı taleyi olmuşdu. Gənc yaşında evlənmişdi. Onun da arvadı mənim anam kimi uşağını atıb başqa kişiyə ərə getmişdi. Bəlkə də bizi bir-birimizə bağlayan tale oxşarlığımız idi.

Getdikcə münasibətimiz daha da səmimiləşirdi.

Adnan söz vermişdi ki, məni burdan qurtaracaq. Dediyi kimi də etdi. Bizi işlədən qadına 1 günlük pulumu ödəyib məni oradan çıxartdı. Bu çox təhlükəli iş idi. Əgər bizi tapsaydılar, tikə-tikə doğrayardılar. Məni dostunun evinə aparıb bir həftə gizlətdi. Daha sonra mənim adımdan Azərbaycanın Türkiyədəki konsulluğuna teleqram vurdu. Konsulluqdan gəlib məni tapdılar. Bakıda İnsan Alverinə Qarşı Mübarizə İdarəsinə xəbər verildi. Mənim Türkiyədən çıxarılmağım üçün sənədlər hazırlandı. Bakıya gətiriləndən sonra məni Türkiyədə erməni qadına satan qadına cinayət işi açıb həbs etdilər. İnsan alveri qurbanlarının sığınacağına yerləşdirildim. Bir ildən çox burda yaşayıb işlədim. İşlədiyim kafedə bir oğlanla tanış oldum. Oğlan mənə evlilik təklif etdi. Yalan danışmaq istəmədim. Bütün taleyimi olduğu kimi danışdım. Qəbul etdiyini dedi. Evləndikdən az sonra mənə münasibəti dəyişdi. Əl qaldırmağa başladı. Demək olar ki, hər gün içirdi. Məni döyəndə deyirdi ki, sən indiyədək onlarla kişi ilə cinsi əlaqədə olmusan, mən bunu gözümün qabağına gətirəndə səni boğub öldürmək istəyirəm.

Evlilik də mənə xoşbəxtlik gətirmədi.

Bir qızım dünyaya gəldi. Onun mənə qarşı kini yenə də soyumadı. Qızımın 1 yaşı tamam olmamış əlimdən alıb məni evdən qovdu. Qızımı geri qaytarmaq üçün bütün instansiyalara müraciət etdim. Axırda əlacsız qalıb televiziya proqramlarının birinə çıxdım. Efirdən həyatımı danışdım. Sonra televiziyadan mənə zəng edib dedilər ki, sənin anan tapılıb, gəl, görüş. Şoka düşmüşdüm. Bilmirdim, sevinim, yoxsa kədərlənim. Proqramda məni anamla görüşdürdülər. Ona sarılıb saatlarla ağladım. Anam isə illər sonra gördüyü qızına ikinci ərindən olan oğlanlarının pulsuzluğundan danışırdı. Anam 20 il sonra gördüyü qızından pul istəməyə gəlmişdi!


Həmin görüşdən sonra bir də anamı görmək istəmədim.

 Yenidən sığınacağa qayıtdım. İş həyatıma davam etdim. Qızımı yalnız iki il sonra məhkəmə qərarı ilə ala bildim. Bir müddət qızımla birgə sığınacaqda yaşadım. Qızımı baxçaya yerləşdirib kirayə ev tutdum. Ərzaq istehsalı ilə məşğul zavodda işə girdim. İndi qızımı istədiyim kimi böyüdürəm. Həyatıma heç vaxt heç kimi buraxmayacağıma söz vermişəm.”


dılay | 12 fevral 2016 14:59 | Status: Brilliant user | Şərh: 8 182
Sitat: KARAGULUM
Allahim kimseye aci heyat yawatma...bizleri qoru Tanrim
milashka_167 | 4 dekabr 2015 11:34 | Status: VİP user | Şərh: 1 452
Sitat: KARAGULUM
Allahim kimseye aci heyat yawatma...bizleri qoru Tanrim
Dəniz qızı | 6 noyabr 2015 21:34 | Status: Brilliant user | Şərh: 8 015
Sitat: KARAGULUM
Allahim kimseye aci heyat yawatma...bizleri qoru Tanrim
ESMERRi | 6 noyabr 2015 18:50 | Status: Brilliant user | Şərh: 5 376
Sitat: gulnar 2
acinacaqli talehdi allahim pis niyetli insanlardan qoru bizi
gulnar 2 | 7 mart 2015 15:39 | Status: Şərhçi | Şərh: 313
acinacaqli talehdi allahim pis niyetli insanlardan qoru bizi
Miraj | 4 noyabr 2014 10:54 | Status: Professional user | Şərh: 2 624
oxumadim valla
KARAGULUM | 31 oktyabr 2014 18:58 | Status: Gümüş user | Şərh: 1 433
Allahim kimseye aci heyat yawatma...bizleri qoru Tanrim
Sitat: Nigar_
Çox acınacaqlı taleyi varmış.Nə deyim,heç kimdə günah görə bilmərəm,bu həyatdır.
Nigar_ | 16 iyul 2014 21:54 | Status: Professional user | Şərh: 2 124
Çox acınacaqlı taleyi varmış.Nə deyim,heç kimdə günah görə bilmərəm,bu həyatdır.
Leyla S. | 4 iyun 2014 23:51 | Status: Qonaq | Şərh: 0
butun gunah bu xanimin valideynletindedi.qiz uwagini onun bunun umidine qoyub oz keflerin cekende sonu bele olur!Xanim ALLAH bundan sonra size keder gostermesin,Amin!
AnonimA | 16 may 2014 17:31 | Status: Şərhçi | Şərh: 65
Demek olar heyatin her uzun gormusen,bundan sonrako taleyini cirkabliliqdan xilas et namaza bashla.Oxuduqca qadin olmagda iyrendim
Nergiz love | 11 may 2014 12:46 | Status: Professional user | Şərh: 7 871
DEHSETDI VALLAH
Nigar | 24 fevral 2014 13:07 | Status: Gümüş user | Şərh: 6 063
Sitat: Ayten Hesenzade
Allah qorusun Wukur edirem bu gunume

Gulshen. | 22 fevral 2014 19:29 | Status: Qonaq | Şərh: 0
Allah komeyi olsun
Sabahım. | 13 fevral 2014 21:00 | Status: Professional user | Şərh: 3 359
Sitat: Nərmin.bayram
DƏHŞƏT.....  SÖZÜN  BİTDİYİ  YER.  ALLAH  ÖZÜ  DAYAGIMIZ  OLSUN

am am
Nərmin.bayram | 11 fevral 2014 15:35 | Status: Gümüş user | Şərh: 2 313
DƏHŞƏT.....  SÖZÜN  BİTDİYİ  YER.  ALLAH  ÖZÜ  DAYAGIMIZ  OLSUN
AYNISKA GULUM | 5 fevral 2014 13:26 | Status: Qonaq | Şərh: 0
allah komein olsun.
Nigar | 24 yanvar 2014 15:13 | Status: Gümüş user | Şərh: 6 063
Allah ozu komeyimiz olsun
Alice | 16 dekabr 2013 20:16 | Status: Professional user | Şərh: 5 020
Rəbbim şükür bu günümüzə... Ağlımızı əlimizdən alma... Bizi kimsəsiz qoyma...Amin..
Nigar | 16 dekabr 2013 20:13 | Status: Gümüş user | Şərh: 6 063
Allah butun qadinlari qorusun Amin
Ayten Hesenzade | 26 noyabr 2013 13:36 | Status: Şərhçi | Şərh: 243
Allah qorusun Wukur edirem bu gunume
Kenan :) | 21 noyabr 2013 00:54 | Status: Şərhçi | Şərh: 347
uyda bu qadin da kimnen olmayibki
Jasmin9339 | 18 noyabr 2013 15:55 | Status: Şərhçi | Şərh: 101
Allah hamini qorusun butun qizlari

kovreltdi meni dogrudan Allah hec bir qadina gorsetmesin
SEVDA | 17 noyabr 2013 23:34 | Status: Nəzarətçi | Şərh: 17 437
DEHSETDI.ALLAH KIMSESIZ QADINLARIN KOMEYI OLSUN.ONLARI BELE TALELERDEN UZAQ ETsIN..AMIN...
aynide | 16 noyabr 2013 12:30 | Status: Qonaq | Şərh: 0
bubada sukur...bundandan pis talleler var....esas odu ki qizinin taleyi gozel olsun...sehv buraxma...
AYAN A-VA | 12 noyabr 2013 20:19 | Status: Gümüş user | Şərh: 1 722
Təşəkkürlər
snejok 83 | 8 noyabr 2013 23:14 | Status: Şərhçi | Şərh: 263
ay allah necede tale ve hayat yazirsan insanlara
Laura81 | 23 oktyabr 2013 22:05 | Status: VİP user | Şərh: 1 275
Allah yardimcin olsun o beyindeki sizi o pis gunlerden qurtardi ozununku seni pis gunlere surukledi ele emileri yox olsun
wopan | 13 oktyabr 2013 18:17 | Status: Qonaq | Şərh: 0
allah ozu size komek olsun.sizi xilas eden adamdan razi olsun
HAYATyolu | 11 oktyabr 2013 18:35 | Status: Şərhçi | Şərh: 242
ALAH SEBR VERSIN BACIM SIZE