Quru yeməklər

Cənubda ördəkdən hazırlanan döşəmə plov.

Sabahım. | 2-01-2014, 09:00
19 452 46



Lazım olan ərzaqlar
1kq düyü
1 yağlı ördək
3 nar
4 soğan
duz , istiot



Düyü 2 saat qabaq ilıq suda isladılır.Təmizlənmiş ördəyin əvvəlcə dərisi tamam soyulur , sonra bu dəri də , ördəyin özü də balaca tikələrə bölünür.Nar dənələnir balaca doğranmış soğanla qarışdırılır , hətta nar dənələrinin suyunu buraxması üçün əllə bərk sıxılır. Bu da duzlanıb , istiotlanır. Ördəyin əti hazırlanmış soğanla , nar dənələrilə qarışdırılır.
1,5 kq düyü tutan qazan götürülür.Əvvəlcə ördəyin dərisi, yağlı iç tərəfi olmaqla qazanın dibinə düzülür.Sonra bu dərinin üzərinə nar dənələri və soğanla qarışıq tikələnmiş ördək əti də yığılır və yavaşca isladılmış düyü əlavə edilir.Düyünün üzərinə çıxanadək su tökülür , azacıq duz əlavə edilir.Duz əlavə edərkən ətin də duzlu olduğunu nəzərə almaq lazımdır .Ağzı bağlanır, az xodda qazın üzərinə qoyulur.Qaynamağa başlayanda düyünün altındakı qarışığın dadı və narın qırmızı rəngi , ördəyin dərisinin yağı qaynayaraq düyüyə kecir.Suyu azalanda kəfkirlə altdakı ətə dəymədən düyü astaca götürülüb üstdən alta olmaqla cevrilir.Birazda belə qaynadıqdan sonra suyu tamam çəkiləndə artıq dəmə qoyulur.Dəmdə də 1,5 saat qalır..
Dəm aldıqdan sonra soyuq suda islanmış parçanın üstünə qoyulur ki, qazmağı yaxşı çıxsın.Böyük qab götürülür.Əvvəlcə qazanın üstündəki düyü yavaşca ora tökülür, sonra ət də ayrıca qaba yığılır.Sonda isə qazanın dibindəki qıpqırmızı qızarmıış dəri kəfkirlə yığılır.Süfrəyə veriləndə düyü ilə dəri qazmağı qarışdırılıb üstünə də ördək əti qoyulur.
Qeyd edim ki , bu cox yağlı ördəkdən hazırlandığı üçün əlavə yağa ehtiyac olmur.
Soyuq qışda süfrəniz daim isti yeməklərlə dolu olsun.

gulcan | 2 yanvar 2014 15:59 | Status: Gümüş user | Şərh: 1 932
Dayımın yoldaşı rayondan ördək göndəribmənə.. Ama bayrama bişirmədik.. Qaz bişirdik bayrama. Bəh bəh.. Bol soganla,şabalıdla. Yanında da plov... Qaz ördəyi cox sevirəm. Toyuqdan qat qat ləzzətlidirlər.. Mən də cənubluyam,Biləsuvardan. Ona görə də uşaqlıqdan,qaz,ördək,hinduşka ətini cox yemişəm.. Ama elə adamlar var ki hec qaz,ördəyin dadını da bilmir..
Kasablanka00 | 2 yanvar 2014 15:33 | Status: Şərhçi | Şərh: 171
dadardim olsaydi
nara hesenova | 2 yanvar 2014 15:03 | Status: Gümüş user | Şərh: 1 201
Bizde ne yoldasim,nede usaqlar duyu xoslamirlar,ona gorede tek ozume gore as demlemirem,resepte gore saqol.
Meryem_Duyqu | 2 yanvar 2014 13:51 | Status: Yazar | Şərh: 4 130
Sabahım xanım,dadlı reseptə görə təşəkkürlər.
Nazlı_Kız | 2 yanvar 2014 13:48 | Status: Brilliant user | Şərh: 6 473
Xeber ucun cox sagol
Sabahım. | 2 yanvar 2014 13:37 | Status: Professional user | Şərh: 3 359
Sitat: sheh
deyir yeməmisən qaz ətini -nə biləsən ləzzzətini.Amma mən bilirəmŞ,çünki Masillidan yaxin rəfiqəm var olarda dəfələrlə yemişəm, olar düyünü bir az yumşaq bişirirlər bakılılardan-bizlərdə gərək dən dən olsun.Amma hər hansı aş olursa olsun çox xoşuma gəlir.çox sağ ol, Sabahim, sən cənubdansan, bacı? hansı zonadan?

ŞEH BACI DÜZ DEYİRSƏN YUMŞAQ BİŞİRİRK.HƏM DƏ TƏK EV ÖRDƏYİNDƏN DEYİL ÇÖL ÖRDƏYİNDƏN QAZINDAN QAŞQALDAQDAN GƏRƏFDƏN DƏ BİŞİRİRİK.BƏ-BƏH..BƏHH.
ŞEH BAÇI CƏNUBLUYAM..ÖZÜDƏ İKİTƏRƏFLİ..LƏNKƏRAN QIZIYAM MASALLI GƏLİNİYƏM.MASALLININ ÖZÜNƏ GƏLİN GETMİŞƏM AMMA BAKIDA OLURUQ.
Aynur_Mezahirli | 2 yanvar 2014 13:22 | Status: Qonaq | Şərh: 0
Mende yoldasim, usaqlar duyunu cox sevirik ne vaxt konlumuze aw dusdu anamla bisiririk nuwi canla yeyirik wukur Allahin nemetine. Duzun desem hele bele aw yememisem, yeqin dadli olar resept ucun tesekkurler Sabahim.
Aytekin82 | 2 yanvar 2014 12:26 | Status: Brilliant user | Şərh: 6 587
Maraqlı resepdir, amma indi o ördəyi hardan alaq?))))
Biz yağlı kənd toyuğu ilə edirik)))
Alice | 2 yanvar 2014 12:16 | Status: Professional user | Şərh: 5 020
Bəh bəh bəh...Plovu çoooooooooox sevirəm mənim üçün fərq etmir tərkibində nələr var... Bir-iki plovu çıxmaq şərtiylə... Bu plovda əla görünür...
Təşəkkürlər Sabahım bacı...
Ay_Sun | 2 yanvar 2014 12:06 | Status: Brilliant user | Şərh: 13 409
Vaayyy men plov xestesiyem beh-beh olsa yeyerdim tesekkur
Röyamsan. | 2 yanvar 2014 11:00 | Status: Brilliant user | Şərh: 6 102
Tewekkurler Resept Ucun....
RUSTEM | 2 yanvar 2014 10:59 | Status: Qonaq | Şərh: 0
KIM YEYIBSE NUW OLSUN ESASI ODUR QAZ ETI ORDEK ETINDEN KABAB LEZZET EDIR
shela | 2 yanvar 2014 10:58 | Status: Gümüş user | Şərh: 2 910
Beh beh beh Teshekkur edirem.
sheh | 2 yanvar 2014 10:21 | Status: Yazar | Şərh: 3 353
deyir yeməmisən qaz ətini -nə biləsən ləzzzətini.Amma mən bilirəmŞ,çünki Masillidan yaxin rəfiqəm var olarda dəfələrlə yemişəm, olar düyünü bir az yumşaq bişirirlər bakılılardan-bizlərdə gərək dən dən olsun.Amma hər hansı aş olursa olsun çox xoşuma gəlir.çox sağ ol, Sabahim, sən cənubdansan, bacı? hansı zonadan?
Ayan92 | 2 yanvar 2014 10:16 | Status: Professional user | Şərh: 3 056
Helə dünən yemişəm.Çox dadlı idi.Mama əllərinə sağlıq
SULTANIM | 2 yanvar 2014 09:33 | Status: Ekspert | Şərh: 4 742
Super.Nus olsun.