Müsahibə / Tanınmış sima

..."Qadın hər özünü sevən kişini sevməz"

Aysel | 10-04-2015, 19:59
3 378 16


Bir gün müsahibə xarakterli bir söhbət üçün virtual tanıdığım bir xanımın evinə getdim. Müsahibənin gərəkdirdiyi formatda qeydlər götürüldü, söhbətimiz yekunlaşdı. Çay içərkən müsahibimin evində üst-üstə qoyulmuş bir neçə kitaba gözüm sataşdı. Kitablar vazkeçilməzim olduğu üçün baxmaq niyyətilə icazə istədim. Yaxınlaşıb kitablara nəzər yetirdim, bəziləri ilə tanış idim, ən altda tanımadığım və heç vaxt rastıma çıxmayan türkiyə türkcəsi ilə yazılı olan bir kitab gördüm. Açıb vərəqləməyə başladım. Gözümə ilişən ilk ifadə "nazlı yar" oldu. Bu kəlimə ilə kitab artıq ilgimi çəkmişdi.Xanımdan oxuyub geri qaytarmaq şərti ilə bu kitabi istədim, o da sağ olsun istəyimi geri çevirmədi. Evə gələndə kitabın ilk səhifəsində imzalı olduğunu fərq etdim. Qəribə bir xüsusiyyətim var, kitabları oxuyarkən müəllifini tapıb, onunla irtibata keçib yazdıqlarını müzakirə etməyi, fikir mübadiləsi aparmağı sevirəm. Bu sanki məndə bir vərdiş halını alıb. Kitabdan bir qədər oxumuşdum artıq, facebook hesabımda müəllifi axtarışa verdim. Uyğun olan profillərə nəzər yetirib tam dəqiqləşdirdim və Yaşar Yağcı-ya yazdım. Kitabdan ağlıma taxılan fikirləri soruşur, obrazların kimliyini müəyyənləşdirirdim. Artıq bilirdim ki, kitabı içərən hekayələrdə sözü gedən əsas obraz müəllifin özüdür. Adam tam şəkildə öz yaşamını, yaşadığı şeyləri qələmə alıb, digər obrazlar da həmçinin yaşayan tanışları, dostları idi. Və müəllifə bu kitabı yazmağa ilham verən məşhur "NAZLI YARİ" də Yaşar-ın sevdalandığı o nazlı yardır. Suallarıma müəllifdən cavab alaraq kitabı bitirdim. Və bir insanın həyatını içərən hekayələrdən ibarət yazılmış bu kitabı çox sevdim, bu səbəbdən də müəlliflə görüşüb sizlərə bir yazı hazırlamaq qərarına gəldim...
 


 1. Salam... Oxucular Yaşar Yağcı kimliyini bilmək istərsə...?
-Salam, Aysel xanım... 1980-ci ildə Türkiyənin Rizə şəhərində anadan olmuşam. Kiçik yaşlarımda İstanbula köçməyimiz səbəbilə uşaqlığım və gəncliyim orada keçdi. 19 yaşımda universitet təhsili almaq üçün evimdən ayrıldım və o ayrılış bu günə qədər davam etdi. Təhsilimi Trakya Universitetində tamamladım. Hal-hazırda isə Azərbaycan Memarlıq və İnşaat Universitetində doktorantura pilləsində təhsil alıram. Ayrıca yerli inşaat sektorunda bir şirkətin qurucusu və ortağıyam. Səyahət etmək, oxumaq və yazmaq vazkeçilməz rutinlərimdəndir. Qısaca Yaşar Yağcı budur deyə bilərəm.
2. Yazdıqlarınızı kitab forması halına gətirmək ilk başladığınızda planlarınıza daxil idi, yoxsa sonradan bu fikrə düşdünüz?
-Doğrusu, kitab çıxarmaq kimi bir amacım yox idi. Əslində, mən kitabdakı hekayələrin 70%-ni facebook hesabımda status formatında yayımlayırdım. Məqsədim "facebook time line"nı bir gündəlik kimi istifadə etmək idi. Hekayələrin sayı artdıqca və olduqca bəyəni sayı alınca, ətrafımdakı insanlardan bunların bir kitab halında toplanması təzyiqləri gəlməyə başladı. Mən də bu təsirlərdən dolayı hekayələrimi kitab şəklində nəşr etdirdim.
3. Kitabda müxtəlif başlıqlar altında hekayələr var. Mən oxuyanda hiss etdim ki, başlıqları olsa da, bu hekayələr bir-birilərini tamamlayır, yəni fikir itmir, biri sanki digərinin davamıdır. Bu uğurlu haldır, hekayələr arasındakı körpünü yaşadıqlarınızmı qurub, yoxsa müəllif təxəyyülüdürmü?
-Çox gözəl bir sual verdiniz, əvvəlcə bu suala görə təşəkkürümü bildirirəm. Məndən soruşsanız ki, kitabda ən çox sevdiyiniz şey nədir, mən hekayə başlıqları deyərdim. Diqqət etdinizsə, bəzən hekayənin başlıqlarla heç bir əlaqəsi yoxdur, bəzən isə başlıq hekayənin ana fikrini əks etdirir. Bunu xüsusi olaraq üzərində düşünməmişəm desəm yalan olmaz. Amma başlıqları çox sevirəm. Hekayələrin bir-birindən qırılmaması isə xronoloji ardıcıllıqla verilməsi üzərinədir. Tarixləri vardır, məlum, insan həyatında gündəm elə də tez dəyişmir. İki hekayə arasındakı tarix nə qədər yaxındırsa. əlaqələri də o qədər çox olur. 
4. Kitabı Bakıda yazıb nəşr etmisiniz?
-Bəli... kitabı Bakıda nəşr etdirmişəm. Amma bütün hekayələri Bakıda yazdığım deyilə bilməz. İstanbulda və Azərbaycanın rayonlarında olduğum zamanlarda da yazdığım hekayələr var. Zatən, kitabda da yazıldığı yerlər bildirilir.
5. Türkiyə türkcəsində olsa da, azərbaycan dilinin xüsusiyyətləri və bəzən rus dilindən dilimizdə qalan qalıqlara da yer vermisiniz, bununla nəyi çatdırmaq istyirdiniz?
-Əslində, mən kitabda rus kökənli, ancaq insanların lüğətində olan sözləri verməklə yumor hissi yaratmaq istəmişəm. İnanıram ki, bu sözləri mənim qələmimdən oxuyan hər azərbaycanlı dostuma bir təbəssüm qazandırmışam. Özünüzdən yoxlaya bilərsiniz.)) 
6. "Nazlı yar" sizi çox üzmüş olmalı...?
-Açığı, çox da xatırlamıram. Sonrasında daha dərin hüzünlər yaşadığım üçündür bəlkə də...
7. Siz bunu yaşamış bir insan kimi uğursuz və qarşılıqsız sevgi yaranarsa nə etməyi, necə çıxış yolu tapmağı məsləhət görərdiniz?
-Bu sualın cavabı mənə də çox maraqlıdır. Bir çıxış yolu deyil, ruhi bir rahatlama yolu təklif edə bilərəm. Əlinizdən gəlirsə kimsəni üzməyin, buraxın onlar sizi üzsün. Çünki hər ağrının, əlbət, bir sonu vardır, amma peşimanlıq sonsuzdur və qalıcıdır. 
8. Ümumiyyətlə, Yaşarın dünyasında sevgi nədir?
-Mən sevgini bütün xəstəliklərin və insani qüsurların müalicəsi olaraq görürəm. Fəqət, insanın içindən gəlməsinə baxmayaraq, xaricə vurulmadıqca bir məna ifadə etməyən maraqlı bir duyğudur. Buna görə də, mümkün olduqca sevgimi göstərməyə çalışıram. Təbii ki, bu sırada çox zaman səhv anlaşıldığım da olmuşdur, çünki zamanında bir çox sevgi göstərdiyim insanla bu gün əlaqəm yox deyiləcək qədər azdır. Amma vicdanım rahat olduğu üçün bu itkiləri çox da önəmsəmirəm. 
9. Kitabdakı başlıqlardan biri də "Parayla səadət olmaz"dır, bu nə dərəcədə realdır?
-Bu günümüz üçün həqiqi olmayan bir vəziyyətdir, mənə görə. Pul olmadan səadət olması texniki olaraq mümkün deyil, onsuz da. Hekayədə də bunu izah etməyə çalışmışdım. 
10. "Nigahına məni çağır sevgilim" - sevdiyiniz nazlı yar dəvət etsə gedərdinizmi?
-Mən o qədər keyfiyyətsiz insan deyiləm, dolayısıyla, bir zamanlar mənim münasibətdə olduğum insanın da mənim keyfiyyətimə görə keyfiyyətsiz olmayacağını düşünərsək, bu sualın cavabını heç vaxt bilməyəcəyik...


11. Gürcü xəngəlini çox sevirsiniz, deyəsən, bəs Rəşad Dağlını necə?))
-Gürcü xəngəlini çox sevdiyimi söylənə bilməz. Yalnız xüsusi bir tərəfi vardır, o da mənim bu ölkəyə gələndə öz damaq dadımız xaricində yediyim ilk yemək olmağıdır. Amma indiki ağlım olsa xaş yeyərdim )) Rəşad Dağlı meyxanaya könül verdiyim zamanlardan bəri bəyəndiyim bir ifaçıdır. Hekayələrin birində adı keçib. Bu gün də vaxtım olanda youtube'da açar dinləyərəm.
12. "Nazlı yar"dan sonra heç sevmədinizmi?
-Əlbəttə sevdim...
13. Bakıdakı sevgililərdən, cütlüklərdən bəhs etmisiniz, ümumiyyətlə bizim sevgililərdə görmək istəyib də, görə bilmədiyiniz nələrdir?
-Bu suala cavab verərək qismətimin önünü kəsmək istəmirəm)) Bir tək bunu deyə bilərəm ki, Azərbaycan qızlarımız çox gözəldir. 
14. Bakı mühiti sizi sıxmır ki?
-Artıq alışmışam Bakıya. Gündəlik monoton bir yaşantım belə meydana gəldi deyə bilərəm. Son zamanlar sıxılmaq deyil də, yorulmaq kimi bir problemim daha qabarıqdır. Yorulmaqdan sıxılmağa vaxt tapa bilmirəm. )
15. Yaşar Yağcının ürəyində kimə torpili var?
-Kimə deyil də,kimlərə desək daha mənalı olar məncə. Deyə bilərəm ki, Yakup Kazdal'ın ürəyimdə böyük bir torpili var. Bunun yanı sıra, həyatımda olan müxtılif insanların da həmçinin. Mənim ürəyim genişdir, bir xeyli insan sığar))
16. Sizi dinləndirən, mənəvi zövq verən şeylər nələrdir?
-Tək kəlimə ilə "yuxu". Son zamanlarda ən çox yuxunun aclığını çəkirəm. Əvvəllər ruhumun qidalanması üçün etdiyim şeylər vardı, məsələn, bir heyvansevər dostumun sayəsində heyvanlara sevgi göstərərək ruhumu qidalandırırdım. Ya da qidalandırdığımı düşünürdüm. Bu gün isə ruhumu sakitləşdirən, mənəvi zövq yaşadan belə vasitələrdən uzağam. Tamam, bəlkə mənəvi zövq almıram, amma üzüntü də yaşamıram. 
17. Evliliyin anlamı nədir?
-Evlilik deyincə ağlıma ortaq bir həyat gəlir. Tək başına plan etməmək, yalnız yemək yeməmək, tək kinoya getməmək, qayğı göstərmən gərəkən yoldaşın olduğundan rahatca kitab oxuya bilməmək...))
18. Məsələn, nazlı yar'ə qovuşsaydınız bu kitab yenə yazılardımı?
-Yəni hekayələrin hamısı yazılmışdı. Kitab halında toplanıb çap edilməsi bəlkə olmazdı. Bəlkə də olardı. Doğrusu, o insan necə olmasını istəyərdi deyə o qədər yaddaşımda yoxdur artıq, ona görə də bir təxmin yürüdə bilməyəcəm. Amma mütlər onun dediyi olardı))
19. Qadınmı güclü sevər, kişimi? 
-Məncə, qadın daha çox sevər. Amma qadın hər özünü sevən kişini sevməz. Qısacası, kişilər səhv qadına aşiq olar, qadınlar isə doğru kişiyə səhv edər.
20. Siz sevginizi necə bəlli edərsiniz?
-Sevgimi bildirmək üçün o an əlimdə olan bütün arqumentlərdən istifadə edərəm. Dəqiq olaraq belə edərəm, elə edərəm deyə bilmərəm. Amma sevgimi bəlli etməkdən çəkinmərəm. 


21. İlişkidə qadınla kişi arasında incə cizgi varmı? 
-Əlaqələrdə kişi ilə qadın arasında kəsinliklə bir cizgi var, amma bu cizginin qalın və ya incə olmasnı insanların həyata baxış açıları, sevgilərinin dərəcəsi müəyyən edir. Məsələn, bir əvvəlki münasibətimdə heç önəmsəmədiyim bir hadisəni, bir sonrakı münasibətimdə böyük bir problem halına gətirə bilərəm. Dediyim kimi, insanların arasındakı yaşantıdan asılıdır. 
22. Bir kişinin ürəyində bir qadına torpili (güzəşti) olması qadının avantajımı? 
-Əslində avantaj demək doğru olmaz. Çünki sahib olduğu bir vəziyyəti qəbul edə bilməz qadın. Gözəl bir şeyə sahib olduğunun fərqindədir, lakin əmək sərf etmədən sahib olduğu üçün buna çox əhəmiyyət verməz. Bəli, bəlkə də hər istədiyini etdirər, nə qədər kişisini incitsə də, bir şəkildə bağışladar özünü. Lakin bu önəmsəməmə vəziyyəti ona güzəştə gedən qəlbi çox asan şəkildə xərcləməsinə səbəb olur. 
23. Yaşar Yağcı bir qadında nə arayar?
-Yaşar Yağcının qadında axtardığı tək bir xüsusiyyət vardır, o da qadın olmasıdır. İşin açıqcası, artıq xüsusiyyət axtarışlarını bir kənara qoymuşam və özümü qismət rejiminə almışam)) Facebook'un hesabı dondurma rejimi kimi...
24. Sevişən iki insanda qadının və kişinin tabe olduğu qurallar (qaydalar) nələrdir?
-Kişinin tabe olduğu qaydaları bilə bilmərəm. Biz kişilər çağlar boyu nizamsız yaşamağı vərdiş etmişik. Amma əgər qaydalar olacaqsa da, bunu kişinin yoldaşının söyləməsi daha doğrudur. Bir kişi olaraq yoldaşıma qarşı zəruri qaydalar qoymağı da qəbul etmirəm. Lakin gözləntim olacaq təbii ki. O da, öz ailəsində etməyi labüd olmayan şeyləri mənim ailəmə qarşı da etməməsi olacaqdır. Bu qədər kafi. 
25. Sizcə bir qadının sevdiyi kişidən və bir kişinin sevdiyi qadından istəyi nə ola bilər? 
-Bir kişinin sevdiyi qadından tək istəyi ona hər mövzuda dəstək olmasıdır. Qadınların isə istəkləri bitməz. İzah etməyə başlasam günlərlə uzana bilər))
26. Bu kitab sevginizi və sizi anladır, sanıram yeni kitab üzərində işləyirsiniz, o kitab nələr barındıracaq içində, yeni bir "nazlı yar"mı var?
-Bəli, yeni bir kitab hazırladım. Hətta aylar əvvəl bitirmişəm. Sadəcə çapa verməyə fürsət olmayıb. Yeni kitabımda yenə özümü və başımdan keçənləri qələmə almışam. Əlbəttə, nazlı yarlar, sincablar, dovşanlar, pinqvinlər də var. Həyatın olmazsa olmazları onlar. Amma sırf kiməsə, nəyəsə ithaf etməmişəm. Artıq düşünürəm ki, bu qədər dəyər kifayətdir. 
27. Yeni kitabdan imzalı bir hədiyyə gözləyirəm, biləsiniz...))
-Sizin kimi bir oxucuya məmnuniyyətlə hədiyyə edəcəyəm. Heç şübhəniz olmasın.
28. Qadın çəkiciliyini necə alqılayarsınız? 
-Kişi ehtiyac duyduğu şeylərin qadını tərəfindən sunulmasını istər. Bunu bacaran qadınlar kişilərinin gözündə son dərəcə cazibədardırlar. 
29. Azadqadın.az saytı qadınlar üzərinə qurulmuş bir yayım alanıdır, burdan xanımlara demək istədiyiniz nəsə varmı? 
-Bir kişinin qadınlara demək istədiyi şeylər olmazmı? Əlbəttə, söyləmək istədiyim çox şey var, amma susmaq ən yaxşı cavab olduğu təqdirindəyəm. Ümid edirəm xanımlar bu susqunluqdan çox şeylər anlayacaqlar. 
30. Maraqlı söhbət üçün təşəkkür edirəm, işlərinizdə uğurlar, kitabınıza bol şans diləyirəm, saytımızı izləyin, yaxınlarda yenə görüşmək ümidilə...
-Mən təşəkkür edirəm, hər zaman izləyəcəyimdən şübhəniz olmasın. Butün Azərbaycanm xanımlarına mutluluq diləyirəm... Sevgi və sayqı ilə...
 

Hazırladı: Aysel Abdullazadə

Tarix: 10.04.2015


ESMERRi | 10 aprel 2016 11:45 | Status: Brilliant user | Şərh: 5 379
Sitat: dılay
Sitat: lady sweet
tesekkurler oxumadim :0110:
dılay | 6 noyabr 2015 19:01 | Status: Brilliant user | Şərh: 8 184
Sitat: lady sweet
tesekkurler oxumadim 0110
FarizEhmedli | 18 aprel 2015 15:35 | Status: Şərhçi | Şərh: 198
maraqliydi tesekkurlet cox
nurlana nurlana | 11 aprel 2015 19:36 | Status: Gümüş user | Şərh: 1 950
Sitat: Ag Gul
Sitat: BULUTUM
Duzunu deyim oxumadim.
SEVDA | 11 aprel 2015 17:45 | Status: Nəzarətçi | Şərh: 17 441
Müsahibe maraqlı alınıb,ellerinize sağlıq...
Ag Gul | 11 aprel 2015 12:29 | Status: Professional user | Şərh: 4 333
Sitat: BULUTUM
Duzunu deyim oxumadim.
Ay_Sun | 11 aprel 2015 12:14 | Status: Brilliant user | Şərh: 13 409
Sitat: BULUTUM
Duzunu deyim oxumadim.
Real Madrid CF | 11 aprel 2015 11:02 | Status: Qonaq | Şərh: 0
Tanimadim kimdise.
leyla_nazim | 11 aprel 2015 00:32 | Status: Qonaq | Şərh: 0
Yarisini oxudum tesekur
BULUTUM | 11 aprel 2015 00:07 | Status: Professional user | Şərh: 7 388
Duzunu deyim oxumadim.
sadəcə MƏN | 10 aprel 2015 23:52 | Status: Brilliant user | Şərh: 4 771
Diqqət! Sizin gizli mətnə baxmağa hüququnuz yoxdur.
lady sweet | 10 aprel 2015 22:14 | Status: Gümüş user | Şərh: 1 880
tesekkurler oxumadim 0110
SARA55 | 10 aprel 2015 21:52 | Status: Qonaq | Şərh: 0
təşəkkürlər
"qadınların istəyi bitməz" kaş bəzi kişilər də bunu başa düşmə qbiliyyətə malik olsa
"evlilik dedikcə ağlıma ortaq həyat gəlir"çox gözəl cavab yoxsa bəzi kişilər kimi yeməyin var qaxıl otur bir yerdə işlərimə qarışma ancaq kobudluq. Çox bəyəndim cavabların SUALLARDA ƏLA QOYULUB təşəkkürlər bir daha
Aytekin82 | 10 aprel 2015 21:33 | Status: Brilliant user | Şərh: 6 587
Yorulmaqdan sıxılmağa vaxt tapa bilmirəm...


İlişkidə qadınla kişi arasında incə cizgi varmı?
-Əlaqələrdə kişi ilə qadın arasında kəsinliklə bir cizgi var, amma bu cizginin qalın və ya incə olmasnı insanların həyata baxış açıları, sevgilərinin dərəcəsi müəyyən edir. Məsələn, bir əvvəlki münasibətimdə heç önəmsəmədiyim bir hadisəni, bir sonrakı münasibətimdə böyük bir problem halına gətirə bilərəm. Dediyim kimi, insanların arasındakı yaşantıdan asılıdır.


Off yaa Adamın niyə belə sevəni olmur eeee feel
Aysel | 10 aprel 2015 20:57 | Status: Feminist | Şərh: 122
Sitat: sadəcə MƏN
Diqqət! Sizin gizli mətnə baxmağa hüququnuz yoxdur.

Bəli əzizim, kitabın üz qapağı şəkildəkidir. Təşıkkürlər...
sadəcə MƏN | 10 aprel 2015 20:28 | Status: Brilliant user | Şərh: 4 771
Diqqət! Sizin gizli mətnə baxmağa hüququnuz yoxdur.