Müsahibə / Tanınmış sima

Günel Hümbətova ana olacaq - FOTOLAR

Elgun_Azizov | 5-04-2015, 08:57
8 590 26

 

 

 "Yayın sonunda ölkəmə gələcəm".

 

Aparıcı Günel Hümbətova qəfil ailə qurmasından, Nyu-Yorkdakı yeni həyatından danışıb. 

"Təhsil almalı idim, amma planlarımı yarıda qoymalı oldum. Çünki ana olmağa hazırlaşıram. Hazırda istirahət etməklə məşğulam. İnşallah qızım dünyaya gələcək. Ailə həyatımda hər şey yaxşıdır. Ümid edirəm ki, belə də davam edəcək. Həyat yoldaşımı çox sevirəm. Bütün zövqlərimiz üst-üstə düşür, eyni şeyləri bəyənirik, bir-birimizə əziyyət vermirik. 

Ailədə bunlar çox önəmlidir. Həyatım 100 faiz dəyişib desəm, yanılmaram. Mən ailə həyatına heç hazır deyildim, heç bu haqda düşünmürdüm də. Amma qəfildən oldu, bəziləri bunu qismət, bəziləri isə zərurət adlandırır. Firuzla tanış olanda düşündüm ki, həyatımı rəsmiləşdirəcəyim insan bu olmalıdır. Üstündən bir müddət keçdi və reallaşdı". 

G.Hümbətova qəfil ailə qurmasına yaxınlarının necə reaksiya verməsindən də bəhs edib:

"Mənim fərqli xasiyyətim var. Nikaha bu cür oturmağım da bundan irəli gəlir. Qəfil qərarlar verə bilirəm. Evlənməyimiz hamıya sürpriz oldu, elə ailəmə də... Amma münasibətimiz xeyli vaxtdi ki, var idi. Hətta həyat yoldaşım Bakıya gəlib, ailəmlə də tanış olmuşdu. Yeni ili Las-Veqasda qarşılayırdıq, o da mənə sürpriz etdi. Nevada ştatında yerləşən Las-Veqas yeganə şəhərdir ki, orada ailə quranda əvvəlcədən sənədləşmə işləri etməyə ehtiyac yoxdur. Yəni istədiyin gün, an nikaha daxil ola bilərsən. 

Yeni il günü etdiyi sürpriz evlilik təklifi ilə razılaşdım. Onsuz da gələcəkdə evlənmək fikrimiz var idi. Anam, qohumlarım, dostlarım təkid edir ki, gəlib Bakıda da toy keçirin. Bunu gərəksiz hesab edirəm. Mənim üçün əsas xoşbəxtlikdir. Bakı üçün darıxıram, çünki mən oranı çox sevirəm: hər şeyini - havasını, suyunu, küləyini, binalarını, torpağını, tozunu. Bir çox ölkə gəzmişəm, hazırda Nyu-Yorkdayam, amma Bakı üçün burnumun ucu göynəyir. 

Yayın sonunda ölkəmə gələcəm. Ailəm, dostlarım, işim üçün də darıxmışam. Həyat yoldaşım buranın vətəndaşıdır. Ömürlük Bakısız qala bilmərəm, tez-tez gəlib-gedəcəyimə əminəm. Nə bilmək olar, bəlkə gələcəkdə Azərbaycana köçdük. İşimlə bağlı maraqlı təklif gəlsə, qəbul da edərəm. Bu, verilişlə yanaşı film də ola bilər".

 

 

 

 

 

 

 


 


ESMERRi | 10 aprel 2016 11:47 | Status: Brilliant user | Şərh: 5 378
Sitat: dılay
Lap yaxwi.......
dılay | 16 mart 2016 22:55 | Status: Brilliant user | Şərh: 8 183
Lap yaxwi.......
Nagizade.Leyla | 8 iyun 2015 23:51 | Status: VİP user | Şərh: 1 321
Xosbext olsunlar
Sunay Elizade | 26 may 2015 10:10 | Status: Gümüş user | Şərh: 2 156
allah xosbet elesin
Ay_Sun | 9 aprel 2015 23:52 | Status: Brilliant user | Şərh: 13 408
Maraqli deyil.
_Yagmur_ | 6 aprel 2015 15:14 | Status: Şərhçi | Şərh: 209
Allah xosbext elesin . yox qetiyyen buralara gelme . )))) gunel bir az kifirlesib . spacde olanda men bu qizin fanatydim . qiz olmagima baxmayarq xosum gelirdi . indise bir meymun kecib bunun yerine .
Sariwka1 | 6 aprel 2015 08:38 | Status: VİP user | Şərh: 1 774
Sitat: Nergiz love
Ne deyim axracan bele olsun.cunki sou biznes adamlarinin 90% cox aileli qala bilmirler.
ŞokaLaTovA PeÇeNyA. | 6 aprel 2015 07:21 | Status: Gümüş user | Şərh: 2 059
oğlan nə qəşəndieee 0121 bu saçını mal yalamış oğlanlar niyə məni istəməyə gəlir 0121
ŞehZam | 6 aprel 2015 02:49 | Status: Professional user | Şərh: 2 577
İş təklifi gəlsə qəbul edərəm deyir, maraqlıdır həyat yoldaşından uzaqda qala bilər görəsən? Çox sevirəm deyir.. Hər halda bizədə seçiminə hörmət etmək qalır.. Sağ-salamat olsun körpəsi..
gulu_95 | 5 aprel 2015 23:40 | Status: Şərhçi | Şərh: 568
space verliş aparırdı həmişədə açıq saçıq geyinir ☺ ayağların çöldə qoyurdu
SEVDA | 5 aprel 2015 23:30 | Status: Nəzarətçi | Şərh: 17 439
Tanımıram,sağ-salamat.....
Hesretli | 5 aprel 2015 22:04 | Status: Qonaq | Şərh: 0
Vidi fasonu pis deyil.bu uzden hemiwe ozunde razi aparaci idi deye xowum gelmirdi.mawin wouda lap yaxindan tanidim.ne deyek seher salamat.
Ag Gul | 5 aprel 2015 17:41 | Status: Professional user | Şərh: 4 333
Tanımadım. Sağ salamat qucağına alsın...
Gulus. | 5 aprel 2015 15:46 | Status: Professional user | Şərh: 2 436
Tanimiram,sag salamat qucagina alsin
SARA55 | 5 aprel 2015 15:18 | Status: Qonaq | Şərh: 0
tanımıram olmayanlara qismət
ziko zs | 5 aprel 2015 12:35 | Status: Şərhçi | Şərh: 483
bilmirem kimdi...sag salamt qucagina alsin.tewekkurler.
sirin bala | 5 aprel 2015 12:20 | Status: Gümüş user | Şərh: 1 669
bu diyesen tanimmis deyil taniyaadim allahh basatan versin
lady sweet | 5 aprel 2015 12:02 | Status: Gümüş user | Şərh: 1 880
Ne qeder baxdimsa tanimadim Sag salamat olsun inşallah ne deyek ))
Nergiz love | 5 aprel 2015 11:55 | Status: Professional user | Şərh: 7 871
Ne deyim axracan bele olsun.cunki sou biznes adamlarinin 90% cox aileli qala bilmirler.
Real Madrid CF | 5 aprel 2015 11:47 | Status: Qonaq | Şərh: 0
Sitat: isabala
Mende tanimiram bu qadini kimdir ki bu?

Aparicidir.
isabala | 5 aprel 2015 11:42 | Status: Şərhçi | Şərh: 457
Mende tanimiram bu qadini kimdir ki bu?
Rüzgarım | 5 aprel 2015 11:34 | Status: Qonaq | Şərh: 0
Sitat: perishka2
Mən bu qadını tanımıram.Amma nə deyək Allah başacan etsin.
Milashka 1 | 5 aprel 2015 10:57 | Status: Şərhçi | Şərh: 462
Xowbext olsun...
BULUTUM | 5 aprel 2015 10:31 | Status: Professional user | Şərh: 7 387
Sag salamat.
nurlana nurlana | 5 aprel 2015 10:28 | Status: Gümüş user | Şərh: 1 950
Sitat: perishka2
Mən bu qadını tanımıram.Amma nə deyək Allah başacan etsin.

Men tanıyıram amma. Sekiller. Nese. Yaxsı deyil. Herseyin öz yeri var
Dəniz qızı | 5 aprel 2015 09:15 | Status: Brilliant user | Şərh: 8 017
Mən bu qadını tanımıram.Amma nə deyək Allah başacan etsin.