Müsahibə / Tanınmış sima

“Qadının bağışladığı kişi onun gözündən düşür” - FOTOLAR+VİDEO

Banu. | 9-09-2014, 09:20
4 547 22
“Qadının bağışladığı kişi onun gözündən düşür” - FOTOLAR+VİDEO


“Ulduzlu axşam”da həmsöhbətim əməkdar artist, operamızın gözəl Leylisi Gülüstan Əliyevadır. O, gənc xanım olmasına baxmayaraq, artıq qayınanadır. Gözünün ağı-qarası bir oğluna toy çaldırıb, gəlin gətirib. Necə qayınanadır, bu barədə özü danışacaq. Sözün düzü, mən özüm bu xanımın oxumağının vurğunuyam, amma səmimiyyəti məni lap valeh elədi.

Sevgi dolu Gülüstan xanımla söhbətə də elə sevgidən başladıq. Sən demə, Gülüstan xanım təkcə səhnədə yox, elə həyatda da Leyli imiş. Amma Məcnunu da bəxtəvərdir ha!

Qadın sevdiyinə gözəl görünməyə borcludur


- Bir dəfə mərhum aktyorumuz Yaşar Nuri ilə efirdə qonaq idiniz. Yaşar müəllim qayıtdı ki, Gülüstan çox gözəl qadındır, ona vurulmuşam… Həmişə rəhmətlik aktyorumuz sizə komplimentlər edirdi, münasibətiniz vardı?


- Hə, rəhmətlik məni çox istəyirdi. Mən Yaşar müəllimlə səhnədə tərəf müqabili idim. “Leyli və Məcnun”, “Şah İsmayıl”, “Gəlin qayası” operalarında oynadığım obrazlardan sonra birdən-birə mənə Cahan xala obrazı təklif olundu. İnan ki, mən özümü çox narahat hiss etdim. Hətta etiraz da etdim. Dedim ki, bu qoca arvad obrazıdır, onu oynamaq istəmirəm. Rejissorumuz Hafiz müəllim məni sakitləşdirdi. Dedi, niyə sən elə fikirləşirsən ki, Cahan xala qoca olub. Keçmişdə elə bütün xalalar bacı uşaqları ilə yaşıd olub, sən cavan xalasan. Beləcə, saqqızımı oğurladı, səhnədə Cahan xala olmağa razılıq verdim. Ən böyük xoşbəxtlik bu oldu ki, Yaşar müəllimlə tərəf müqabili oldum. Rəhmətlik xətrimi çox istəyirdi. Qaldı ki, onun mənə gözəl deməsinə, kənardan gözəl görünə bilərəm e, amma əsas insanın daxili aləmidir. İnsanın içi gözəl olanda üzə yansıyır. Xüsusən də yaşa dolduqca insanın daxili nuru zahirinə vurur. O nur yoxdursa, gözəl görünməyəcəksən.


- Gözəlliyinizi itirməkdən qorxursunuz?


- Nə gizlədim, çox qorxuram. Bütün qadınlar belədir. Komplekslərim yoxdur, üzümdə qırışlar da ola bilər, bu da illərin yadigarıdır. Amma sənət adamıyıq, təbii ki, özümüzə əl gəzdirməliyik. Qadın sevdiyi insanlara hörmət etdiyi üçün gözəl görünməyə borcludur.


Onu itirməkdən çox qorxuram


- Sizə həyatda ən böyük stimul verən nədir?

- Sevgi. Söhbət qadın-kişi sevgisindən getmir…

- Siz Allah, siz də Elza Seyidcahan kimi deməyin ki, otu, gülü, çiçəyi sevirəm. Bir qadın-kişi sevgisindən söhbət gedir, əlbəttə. Gəlin səmimi olaq…

- Sözsüz ki, hər bir qadının həyatında bir kişi, hər bir kişinin həyatında bir qadın olmalıdır. Sevgi insanı yaşamağa ruhlandıran hissdir. Mən bunu gizlətmirəm də.


- Onda Gülüstan xanıma türklərin təbirincə desəm, “aşk qadını” demək olar?


- Həyatımın bir statusu var;

Eşqdir mehrabı uca göylərin,
Eşqsiz, ey dünya, nədir dəyərin!

Digər status da belədir:

- Yarəb, bəlayi-eşq ilə qıl aşina məni,
Bir dəm bəlayi-eşqdən etmə cüda-məni!

Cəvahir, o eşqdən də cüda düşməyəsən gərək.


- Siz əsl Leyliymişsiniz ki... Deyəsən, sevginizi itirməkdən qorxursunuz?

- Əlbəttə, onu itirməkdən çox qorxuram. Tənhalıq çox dəhşətlidir.


Bir sevgi bitəndə, başqa bir sevgi başlanır


- Bitən sevgi elə ayrılıqla qurtarsa, yaxşı deyilmi? Onu uzatmağın nə mənası?..

- Bir sevgi bitəndə başqa bir sevgi başlanır. İnan ki, bu belədir. Ola bilər ki, o sevgini görə bilməzsən, səndən aralı ola bilər. Həyatının hansısa dönəmində onu mütləq tapacaqsan.


- Artıq bu, neçənci sevgi olacaq, üçüncü, dördüncü, onuncu?..

- Fərqi yoxdur, üçüncü, dördüncü, əllinci….


- Ürək “bezrazmer” deyil axı. Bu sevgilər nə dərəcədə həqiqi ola bilər?


- Elə bilirsən, hər kəs sevməyi bacarır? Yox. Hər kəs özü kimi sevir. Mən sənin kimi, rəfiqəm kimi sevə bilmərəm, özüm kimi sevə bilərəm. Sənin sevgi haqqında düşüncən tam fərqli ola bilər, mənimki bambaşqa.

Hər bir qadının içində sevmək arzusu var


- Mənə bilirsiniz nə maraqlıdır - niyə bizim qadınlar müəyyən yaşdan sonra tam sevgisizləşirlər? Tutalım, həyat yoldaşı rəhmətə gedib, ya qadın ərindən boşanıbsa, sevməyi özünə ar bilir. Ayıbdır: mənim böyük uşaqlarım var, el nə deyər və s. Cəmiyyətə görə hisslərini içlərində boğurlar… Siz də belələrindənsiniz?


- Tam razıyam səninlə. Mən belə fikirlərə mənfi yanaşıram. Mən sevdiyim insanla ailə həyatı qurmuşam, sevdiym insandan da oğlum var. Həyat yoldaşım dünyasını dəyişəndən sonra mən onu bir başqa cür sevmişəm. Müəyyən vaxtdan sonra mən bir az ovundum. Amma onu unutmadım. Mən inanmıram ki, dediyin o qadınların içində o sevgi yoxdur. Var, ola bilsin, utanır, uşaqlarından ehtiyat edir. Hər bir qadının içində sevmək arzusu var. İnan ki, bu belədir. Sevgisini içində boğan qadınlarımız o qədərdir ki…


O qədər çirkin qadınam ki, həyatımda heç kim olmasın?


- Sizin həyatınızda varmı belə boğulan sevgi? Buna görə məndən inciyə də bilərsiniz, amma rəhmətlik Yaşar Nuri demişkən, belə gözəl qadının həyatında kişinin olmaması nəsə inandırıcı səslənmir e…



- Əlbəttə, var. Ola bilər, arzuladığım olmasın. Bəzən mənə sual verəndə ki, həyatında kimsə var? Deyirəm, yəni o qədərmi maraqsız və çirkin qadınam ki, həyatımda heç kim olmasın? Mən o qədər də maraqsız qadın deyiləm axı...


- Kim sizə deyir ki, maraqsızsınız?! Bax buna deyərəm səmimiyyət…


- Yalandan durub desəm ki, yoxdur, mənə gülərlər. Ən azı, o məqaləni oxuyan insanlar gülər ki, Gülüstana bax e, yalan danışır, axı biz bilirik, Gülüstanın həyatında olan o insan kimdir. Rəhmətlik Yaşar Nurinin yaxşı bir sözü vardı, o, həmişə deyirdi: buna bax e, efirə çıxıb yalandan danışır, bəs sənin məhəllən, sənin doğulduğun küçə?.. Yalan danışıb sonra o məhəlləyə necə qayıdırsan o yalandan sonra? Sənin məhəllənin ağıllısı da yox e, dəlisi kəsər qabağını, deyər, ay filankəs, utanmadın o yalanı danışdın? Sənin atan sürücü idi, yeməyə çörək tapmırdın, geyinməyə paltarı qonşudan alırdın. İndi çıxıb efirdə yalan niyə danışırsan? Bu sözdə böyük məna var. İnsan həmişə ətrafını düşünməlidir. Mən düşünməliyəm ki, evə gələndə oğlum nə deyər?..

Qadın kişini bağışladıqca gözündən düşür


- Yeri gəlmişkən, oğlunuz şəxsi həyatınınıza qarışır?
Bəzən oğullar ananı çox qısqanırlar, hətta onun həyatında atalarından başqa heç kimi görmək istəmirlər.

- Yox, oğlum heç vaxt mənim işimə müdaxilə etməyib. Həmişə böyüklərə elə gəlir ki, uşaqlar heç nə bilmir. Amma uşaqlar çox şeyi gözəl bilirlər...


- Sizcə, aranızdakı o sevgini nə bitirə bilər?

- Yalan və diqqətsizlik. Ola bilər e, sən onu bağışlayasan. Amma qadının bağışladığı kişi onun gözündən düşür. Bir dəfə, iki dəfə, on dəfə - istər-istəməz o kişidən uzaqlaşırsan. O da bunu hiss edir və elə öz səhvini başa düşərək uzaqlaşır. Əgər söhbət normal kişidən gedirsə...


Biri ərinin qazancının xətrinə xəyanətə göz yumur, o biri…

- Məncə, yalan deyəndə qadınlar hamısı xəyanəti nəzərdə tutur …

- Əlbəttə. Xəyanət özü elə ən böyük yalandır.

- Bu xəyanət kişi tayfasının alnına yazılıb da…

- Rəhmətlik sənətkarımız Baba Mahmudoğlu həmişə deyirdi ki, var ağ yalan, var müqəddəs yalan. Mən onda çox gənc idim, gəlib otururdu teatrda, maraqlı söhbətlər edirdi. Deyirdim, ay Baba müəllim, yalanın da müqəddəsi olur? Deyirdi: “hə, kiminsə ailəsini qurtarmaq üçün lazımdırsa, yalan da danışmalısan”. Çünki bu yalanı müqəddəs məqsəd üçün danışmısan.


- Xəyanətə göz yuman qadınlar da var axı...

- Neyləsinlər?! Biri övladının xətrinə, biri ərinin yaxşı qazancının xətrinə xəyanətə göz yumur. Elə də olur ki, bir damın altında olsalar da, kişi öz həyatını yaşayır, qadın da öz həyatını - buna görə onlar üçün xəyanətin əhəmiyyəti yoxdur. Amma biz o dövrü çoxdan keçmişik ki, ərimiz üç-dörd arvad alsın, biz də o arvadlardan biri olaq. O qapıdan biri çıxsın, bu qapıdan biri. Biz sivill adamlarıq, özümüz öz həyatımızı yürüdə bildiyimiz üçün o şeyləri qəbul edə bilmirik. Elə xəyanəti də. Amma bir məsələ də var, sevən qadın xəyanəti hiss edir.


Kişi qorxur ki...


- Sizdə “bəlkə”lər olur?…

- “Bəlkə”lər həmişə var. Nə qədər ki, insan yaşayır, heç nə əbədi deyil. Əbədi sevgidən başqa.


- Qısqancsınız?

- Çox qısqanc qadınam. Qısqanclıq sevgidən yaranır. Qadınlar doğuluşdan, yəni təbii olaraq qısqanc olurlar, amma kişilər xaindirlər. Kişi istəməz ki, arvad ondan bir addım irəli getsin, ya evdə hansısa uğurundan danışsın. Kişi qorxur ki, qadın ailədə hər şeyi ələ alar, o, ikinci planda qalar. Buna görə istəyir ki qadın dizinin dibində otursun. Bu, təbiətdən gələn çox heyvani hissdir.


- Sevginiz sizi çoxmu məyus edib?

- Ən böyük məyusluğu həyat yoldaşımı itirəndə yaşamışam.


- Bəs indi?

- İndi elə də önəm vermirəm. Mənim üçün həyatda daha önəmli şeylər var. Hər halda, bu gün belə düşünürəm.


- Həyatı daha çox hansı rənglərdə görmüsən?

- Qara, boz rənglər çox olub həyatımda. Bu günə çox şükür, artıq övladımı evləndirmişəm, həyatımdan razıyam.


- Oğlunuzu evləndirmisiniz, çox maraqlıdır, qayınanalıq edə bilirsiniz?

- Vallah, gəlinə qızım kimi baxıram. Özümü qayınana kimi hiss etmirəm. Gəlinim sinif yoldaşımın qızıdır.


- Sizə “ana” deyir, yoxsa?..

- “Xala” deyir. Çox adam deyirdi ona ki, niyə “mama” demirsən. Gəlinim də dedi ki, “yalandan “mama” deməkdənsə, doğrusu budur ki, “xala” deyim, o, mənim həqiqətən də xalamdır”. Çox səmimi qızdır.


Gəlinə üzümü bozartdığım vaxtlar olur


- Bir yerdə qalırsınız?

- Yox, ayrıca evləri var.


- Çəkinir sizdən?

- Təbii, gəlinə üzümü bozartdığım vaxtlar olur. Elementar səbəblər üzündən e...


- Məsələn?

- Gəlib görürəm ki, hansısa işi görməyib, soruşuram ki, Röya, niyə bu iş niyə belə olub? Bilir ki, üzüm bozarıb. Evində köməkçisi də var, daha nə istəyir?


- İnşallah, nənə olacaqsınız, gənc xanım kimi kompleksə düşmürsünüz ki?

- Yox, özlərinə də demişəm ki, özünüz üçün uşaq dünyaya gətirəcəksiniz, mən niyə nənə olmalıyam ki? Gedin uşağınızı dünyaya gətirin, mən nənə-zad deyiləm. (gülür) Qabaqcadan da şərt kəsmişəm ki, uşaq mənə “nənə” yox, adımı desin. Qətiyyən kompleksə düşmərəm. Özü də demişəm ki, dörd uşağınız olsun, çünki oğlum təkdir.

Heç vaxt tək qalmayacağam, lap 60 yaşım olsa da...


- Yaşlanmaqdan qorxmursunuz ki?

- Yox, hərdən rəfiqələrimlə yığışıb söhbətləşirik. Onlara deyirəm ki, mən heç vaxt tək qalmayacam, lap 60 yaşım olsa da. Çünki çox maraqlı qadınam. Bir məqam da var axı, yaşlaşanda dost seçmək olmur. İnsanlar yaşa dolduqca daha çox doğmalaşırlar. Yaxşı dostu cavan vaxtı tapmaq lazımdır ki, yaşa dolanda da yanında olsun. Bir mahnıda deyildiyi kimi: “yaxşı yarı yazda gəz, payıza çətin qala”. Ömrünün yaz vaxtı yarını tap ki, payızında, qışında tək qalmayasan.


Cəvahir Səlimqızı/piblika.az

ESMERRi | 10 aprel 2016 11:46 | Status: Brilliant user | Şərh: 5 378
Sitat: dılay
tEweKkuerLer
dılay | 6 noyabr 2015 19:04 | Status: Brilliant user | Şərh: 8 183
tEweKkuerLer
Dəniz qızı | 29 mart 2015 08:48 | Status: Brilliant user | Şərh: 8 017
Sitat: Ag Gul
Bu uzun metni oxuduz xanımlar? sebrim çatmadı menim
boris arxan | 29 mart 2015 01:40 | Status: Professional user | Şərh: 4 784
Sitat: gulcin70
Tesekkurler, xebere gore.
48 yasli qadin beyem gencdir? Onda 20-25 yasli qizlar desinler ki, men bebeyem. Men bu xanima maraqli qadin yox, abirsiz qadin deyerdim. Her seyden evvel o, Veten uqrunda sehid olan bir Milli qehremanin heyat yoldasi olub..
"MasAllah", hec keyfinden qalmir.. Gunde bir sevgili deyisdirir, pozqunluqu da semimiyyet kimi ifade edir..

beli duz deyirsiz
Ekberli Nermin | 29 mart 2015 01:33 | Status: Şərhçi | Şərh: 305
Tesekkurler
nurlana nurlana | 12 fevral 2015 14:12 | Status: Gümüş user | Şərh: 1 950
Tesekkür......
N....N92 | 19 noyabr 2014 19:00 | Status: Professional user | Şərh: 4 351
maraqlidi///
Sevda_88 | 1 noyabr 2014 22:29 | Status: Şərhçi | Şərh: 371
bunun birge yasadigi kisi var, er-arvad kimi munasibetleri var
SEVDA | 11 sentyabr 2014 09:33 | Status: Nəzarətçi | Şərh: 17 439
Bunlar ölürler de özlerini teriflemekden ötrü.senin kimilerin nece qadın olduğunu hamı lap yaxwı bilir....
Ag Gul | 10 sentyabr 2014 18:52 | Status: Professional user | Şərh: 4 333
Bu uzun metni oxuduz xanımlar? sebrim çatmadı menim
Lumia | 10 sentyabr 2014 17:50 | Status: Professional user | Şərh: 5 378
- Sizə “ana” deyir, yoxsa?..

- “Xala” deyir. Çox adam deyirdi ona ki, niyə “mama” demirsən. Gəlinim də dedi ki, “yalandan “mama” deməkdənsə, doğrusu budur ki, “xala” deyim, o, mənim həqiqətən də xalamdır”. Çox səmimi qızdır.


Men de qaynanama xala deyirem,mene de bele daha rahatdir.Duzdur qaynanaya ana deyenler coxdu,amma nedense bu mene cox suni gelir bilmirem niye,yani ne qeder qaynanamla aramiz yaxsi da olsa men ona ana deye bilmerem.Hec qaynanam da menden hec vaxt teleb etmeyib ki,ona ana deyim,eksine hemise deyir adamin bir anasi olar,o da dogma anasi.
Ay_Sun | 10 sentyabr 2014 13:58 | Status: Brilliant user | Şərh: 13 408
Xeber ucun tesekkur.
nurane55 | 10 sentyabr 2014 13:22 | Status: Professional user | Şərh: 1 849
Necə də fəxrlə danışır.Qadın gözəlliyilə yox,namusu,əxlaqı ilə fəxr etməlidi.Çünki gözəllik bizə İlahi tərəfindən verilir,digəri isə özümüzdən asılıdır.Düzü mənim bu xanıma heç vaxt mənfi münasibətim olmayıb,yəni açıq-saçıq geyindiyini görməmişəm.Amma danışığından heç xoşum gəlmədi.Ona görə deyirlər,"insanı geyiminə görə qarşılayıb,ağlına görə yola salırlar."
Sitat: gulcin777
"MasAllah", hec keyfinden qalmir.. Gunde bir sevgili deyisdirir, pozqunluqu da semimiyyet kimi ifade edir..
0140
SEVA | 10 sentyabr 2014 01:18 | Status: Professional user | Şərh: 5 150
tesekkurler
fea | 10 sentyabr 2014 00:12 | Status: Gümüş user | Şərh: 1 737
bagislamaq ALLAHA mexsusdur biz kimikki
Nigar_ | 10 sentyabr 2014 00:05 | Status: Professional user | Şərh: 2 125
Mənim həyatda bircə amalım olub "bağışlamaq"....Bacardığım qədər bağışlamaq...Çünki hər zaman qarşımdakını anlamağa çalışmışam,bəzən çox çətin olub,bəzən düşünmüşəm ki"yox bu dəfə alınmaz".təbii ki,mənim də səbr kasam dolub daşa bilər.
Öz həyat yoldaşıma gəlincə münasibətlərimizi tənzimləməyi bacarırıq,mən ona dözürəm əvəzində bilirəm ki çox sevir məni.Nazımla oynayır,hər istədiyimi edir,arxa dayaq olur mənə,yeri gələndə hər kəsdən müdafiə edir,yalnız olduğum anlarda mənimlə olur.
DENIZ QIZI3 | 9 sentyabr 2014 22:11 | Status: Gümüş user | Şərh: 3 858
Musahibe maraqlidir. Bu xanim ozunu cox dag basina qoyur.
ehtibar | 9 sentyabr 2014 21:21 | Status: Gümüş user | Şərh: 2 547
Sitat: Vetenperver
Sitat: gulcin777
Men bu xanima maraqli qadin yox, abirsiz qadin deyerdim. Her seyden evvel o, Veten uqrunda sehid olan bir Milli qehremanin heyat yoldasi olub..
"MasAllah", hec keyfinden qalmir.. Gunde bir sevgili deyisdirir, pozqunluqu da semimiyyet kimi ifade edir..

Gülçin xanım razıyam sizinlə,Aybəniz haşımovada milli qəhrəman avadıdı,söz vermişdiki ərimdən sonra heçvaxt ərə getməyəcəm amma sözünün üstündə durmayıb ərə getdi.Üstəlik qızıda kefindən qalmır.Beləsinə nə deyəsən bilmirsən.

sadece soz verib soz nedi agizdan cixdi kulek apardi esas emeldir emel
Vetenperver | 9 sentyabr 2014 20:14 | Status: Professional user | Şərh: 6 700
Sitat: gulcin777
Men bu xanima maraqli qadin yox, abirsiz qadin deyerdim. Her seyden evvel o, Veten uqrunda sehid olan bir Milli qehremanin heyat yoldasi olub..
"MasAllah", hec keyfinden qalmir.. Gunde bir sevgili deyisdirir, pozqunluqu da semimiyyet kimi ifade edir..

Gülçin xanım razıyam sizinlə,Aybəniz haşımovada milli qəhrəman avadıdı,söz vermişdiki ərimdən sonra heçvaxt ərə getməyəcəm amma sözünün üstündə durmayıb ərə getdi.Üstəlik qızıda kefindən qalmır.Beləsinə nə deyəsən bilmirsən.
Inci deniz | 9 sentyabr 2014 16:40 | Status: Yazar | Şərh: 2 379
Maraqli musahibedir
Sitat: GUN 22
tamamile raziyam bir kisi sehv edirse ve men onu bagislayiramsa o kisi menim gozumden dusur neynesemde cox isteye ilmirem ister qardas ister dost ister bu erim olsun beledi mendede

Eledi
Gülçin | 9 sentyabr 2014 10:08 | Status: Brilliant user | Şərh: 6 780
Tesekkurler, xebere gore.
48 yasli qadin beyem gencdir? Onda 20-25 yasli qizlar desinler ki, men bebeyem. Men bu xanima maraqli qadin yox, abirsiz qadin deyerdim. Her seyden evvel o, Veten uqrunda sehid olan bir Milli qehremanin heyat yoldasi olub..
"MasAllah", hec keyfinden qalmir.. Gunde bir sevgili deyisdirir, pozqunluqu da semimiyyet kimi ifade edir..