Müsahibə / Tanınmış sima

Dedektiv yazar-Çingiz Abdullayev

Inci deniz | 10-12-2013, 13:30
14 099 27

 

 


Abdullayev Çingiz Akif oğlu dünya şöhrətli Azərbaycan detektiv yazıçısı, nasir, publisist, 1989-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, hüquq elmləri doktorudur.

Ədəbi fəaliyyətə tələbəlik dövründən başlamışdır. 1983-cü ildən dövri mətbuatda oçerk, məqalə və detektiv janrda yazdığı hekayələrlə müntəzəm çıxış edir. Rus dilində yazıb-yaradır. İngilis və italyan dillərində sərbəst danışır. Əsərləri xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur. Almaniyada, İrlandiyada, Fransada, Rusiyada kütləvi tirajla buraxılmış, 27 milyon nüsxədə olan 600-dən çox kitabı dünyada yayılmışdır. 182 adda kitabın müəllifidir. Bütün bu kitablar onu siyasi detektiv janrında yazan ən yaxşı müasir yazıçı kimi tanıtdırmışdır. Xidmətlərinə görə Qırmızı Bayraq ordeni və medallarla təltif olunmuşdur.
Keçmiş SSRİ Yazıçılar İttifaqının nümayəndələri tərkibində Çexoslovakiya, Yuqoslaviya (1978), Bolqarıstan (1986), Danimarka (1989), Polşada (1989) səfərdə olmuşdur.
 


Çingiz Abdullayev 2009-cu il aprel ayının 7-də Azərbaycanın ədəbi həyatında fəal iştirakına görə "Şöhrət" ordeni ilə təltif edilib.


  Əsərin Moskvada yaşayan baş qəhrəmanı, özünün etiraf etdiyi kimi, doğulduğu Bakı şəhərində kişi üçün təhqir hesab olunan bir işlə - "insan ehtirasları vasitəsilə" - sutenyorluqla məşğul olmaqla külli miqdarda pul qazanır. Tabeliyində olan seçmə fahişələri, adətən yuxarı təbəqənin nümayəndələri sifariş edirlər. İkili həyat sürən saxtakarlarla ünsiyyətdə olan, onlarla iş birliyi quran, hər cür mənəvi normaları tapdalayan adamlarla üzləşməyə məcbur qalan Lütikov insan psixologiyasına çox gözəl bələddir. Müəyyən müddətdən sonra onun ətrafdakılara qarşı münasibəti artıq tamamilə fərqli məcraya düşmüşdür - qəhrəman harın riyakarlara dərin nifrət bəsləyir.
  Növbəti sifarişi sutenyora bir neçə nəfərin qanı bahasına başa gəlir. Bu sonuncu sifariş onun qəlbinin dərinliklərində gizlənən və özünün də etiraf etmək istəmədiyi hissləri üzə çıxarır.


  Bir millətin ürəyinin tən ortasından parçalanaraq müxtəlif cəmiyyət quruluşlu dövlətlərin tərkibində yaşamaq sitəmi azərbaycanlılara çox tanışdır. İki yüz ildən artıqdır ki, siyasi oyunların qurbanı olmuş azərbaycanlılar sonu qətiyyən görünməyən bu zülmü çəkirlər. Almanlar bu səddi aşıb birləşdilər. Fəqət ölkələr süquta uğrayan tarixi məqamlarda ayrı-ayrı insanların ömür faciəsinə kim məhəl qoyar ki?! Almaniya Demokratik Respublikası adlı bir dövlət dünya siyasi xəritəsindən silinsə də, kəşfiyyatının casusları hələ sağdır və bir neçə superdövlət onların müqabilində ağlasığmaz məzənnə ödəməyə hazırdır. Satqınlıq, sabiq yoldaşların qətlləri bahasına bu casusların siyahısı satılığa qoyulub. Dünya şöhrətli Dronqo yüzlərlə insanın həyatı və dövlətlərin mənafeyi ilə oynayan xaini qısa müddət ərzində aşkara çıxarmalıdır.


Tarixi gedişatın zərurəti ilə cəmiyyət quruluşu kəskin dəyişilərkən, ictimai münasibətlər də təbəddülata uğrayır. İnsanlar bir həyat tərzindən zorla qoparılıb digər yaşam şəraitinə atılır, bu da dərin faciələrə gətirib çıxarır.
  Müasir cəmiyyətimizin ayrılmaz hissəsinə çevrilmiş oliqarxlar zümrəsinin nümayəndələri Şotlandiyadakı qəsrlərində Milad bayramını qeyd edərkən faciə baş verir. Sıx ailə çərçivəsində qeyd olunan bayramda gənc biznesmenin dəvət etdiyi rəfiqəsi qətlə yetirilir. Bütün əşyayi-dəlillər oliqarxın şəksiz günahkar olmasını göstərsə də, müstəqil təhqiqat məramı ilə dəvət olunmuş məşhuri-cahan ekspert-analitik Dronqonun şübhələri vardır. Dronqo kələfin ucunu tapdıqca, faciə günü malikanəyə heç bir yad adamın varid ola və əsla cinayət törədə bilməyəciyi aşkara çıxır. Mahiyyətə vardıqda isə bəlli olur ki, ailə üzvləri Dronqonun əsil həqiqəti üzə çıxaracağına qətiyyən şad deyillər. Tədricən daha qəribə müəmmaların üstü açılır.
  Geniş yayılımış rəyə rəğmən, külli miqdarda pul insanlara heç də həmişə xoşbəxtlik gətirmir. Pulun cazibəsinin mənfi cəhəti hüdudsuz imkanlara hazır olmayanların mənəviyyatını pozur və onları prinsipsiz bədheybətlərə çevirir.
 

 
 

 

 

 
 

 
 

 

 
 

@Xəbər azadqadin.az saytına məxsusdur, istifadə edilərkən istinad mütləqdir.

 
Redaktə etdi: Beren

dılay | 16 mart 2016 23:23 | Status: Brilliant user | Şərh: 8 183
tewekkurler.
BULUTUM | 1 aprel 2015 12:48 | Status: Professional user | Şərh: 7 387
Yoldawimin sediyi insan sevdiyi eserleri.
Ekberli Nermin | 29 mart 2015 19:43 | Status: Şərhçi | Şərh: 305
Tesekkurler
nurlana nurlana | 12 fevral 2015 14:58 | Status: Gümüş user | Şərh: 1 950
Tesekkürler cox medeni insandı
ŞehZam | 3 may 2014 00:54 | Status: Professional user | Şərh: 2 577
Oxumaga deyer eserler yazir
shela | 13 dekabr 2013 20:28 | Status: Gümüş user | Şərh: 2 910
Maraqim yoxdu bu yaziciya qarshi.Yoldashim xoshlayir onun eserlerini.teshekkurler
SEVDA | 11 dekabr 2013 21:52 | Status: Nəzarətçi | Şərh: 17 439
tewekkurler xebere gore
Qaracaqiz | 11 dekabr 2013 19:14 | Status: VİP user | Şərh: 1 882
cox istedadli yazicidir, eserlerini beyenirem.Tanri size can saqliqi ve uqur bexs etsin.
Ayanim | 11 dekabr 2013 17:43 | Status: Gümüş user | Şərh: 1 920
bezi eserlerini oxumuwam. cox diqqetnen oxumag lazim olur onun eserlerini. fikrin yayinsa her weyi qariwdirirsan. belkede mende ele olur.
Lady Nara | 11 dekabr 2013 14:10 | Status: VİP user | Şərh: 1 026
Men onun vehwi it Dinqo eserini oxumusam
NURLU | 11 dekabr 2013 03:47 | Status: Professional user | Şərh: 5 552
Tesekkur edirem,
luce | 11 dekabr 2013 00:16 | Status: Professional user | Şərh: 2 922
Sitat: Lumia
Bezi eserleri istisna olmaqla cox kitabini seve seve oxumusam.
Eyniyle, men de. Shexsen men, bezi eserlerini oxumagima pesman olmusam.

Sitat: Lumia
Amma onu deyim ki,bezi eserleri cox primitivdir Abdullayevin,hec inanmagim gelmir ki,bezen o eserleri o yazib.
Duzdur, raziyam.

Men bir dedektiv xestesiyem, umumiyyetle kitab xestesiyem, oxumaqdan hec vaxt bezmirem. Hergun kitab oxuyuram. Dedektivliye aid ne varsa hamisini oxuyuram. Duzu en cox oxudugum yazar Elxan Elatlidir, ama Cingiz Abdullayevin de eselerini oxuyuram.Irodun kolgesi, milad bayraminda acilan ates, mavi melekler, sutenyorun qelbi - bu kitablarini oxumusam. Maraqlidir, oxumaga deyer.
Nigar | 10 dekabr 2013 20:35 | Status: Gümüş user | Şərh: 6 063
tewekkurler xebere gore
Ulviyye | 10 dekabr 2013 19:43 | Status: Gümüş user | Şərh: 2 839
Sitat: SULTANIM
Dedektiv kitablari sevmirem deye, hec qismet olmayib ki, Cingiz Abdullayevin eserlerini oxuyum.Insallah oxuyaram.Tesekkur edirem xebere gore.
ww.ss | 10 dekabr 2013 19:33 | Status: VİP user | Şərh: 695
Ugurlarr dileyirem
Damla | 10 dekabr 2013 19:09 | Status: Brilliant user | Şərh: 7 177
Cox beyendiyim yazicidir..Butun eserlerini oxumuwam..Mavi melekler ise wah eseridir mence..
Her zaman var olsun!
LaXaRy | 10 dekabr 2013 18:47 | Status: Şərhçi | Şərh: 328
TESEKKURLER..
Lumia | 10 dekabr 2013 18:14 | Status: Professional user | Şərh: 5 378
Tesekkur edirem,beyendiyim yazicilardandir.Bezi eserleri istisna olmaqla cox kitabini seve seve oxumusam.Burdakilardan Mavi melekler,Milad bayraminda acilan ates,Sutenyorun qelbini oxumusam.En cox sevdiyim eseri ise Irodun kolgesidir.Hetta aglamisdim da bu kitabi oxuyanda.Meslehet gorurem hamiya oxumagi.Amma onu deyim ki,bezi eserleri cox primitivdir Abdullayevin,hec inanmagim gelmir ki,bezen o eserleri o yazib.
Ayan92 | 10 dekabr 2013 17:43 | Status: Professional user | Şərh: 3 056
Dedektiv janrda yazılan əsərləri çox xoşlayıram.Çingiz Abdullayevin,Elxan Elatlının əsərlərini demək olar ki,hamsını oxumuşam.Təşəkkürlər
Nazlı_Kız | 10 dekabr 2013 17:35 | Status: Brilliant user | Şərh: 6 473
Melumat ucun cox sagolun
SULTANIM | 10 dekabr 2013 17:05 | Status: Ekspert | Şərh: 4 742
Dedektiv kitablari sevmirem deye, hec qismet olmayib ki, Cingiz Abdullayevin eserlerini oxuyum.Insallah oxuyaram.Tesekkur edirem xebere gore.
konul_EM | 10 dekabr 2013 16:03 | Status: Qonaq | Şərh: 0
cox cox maraqli xeber idi.cox sagolun..

cox cox maraqli xeber idi.cox sagolun..
ŞokaLaTovA PeÇeNyA. | 10 dekabr 2013 16:01 | Status: Gümüş user | Şərh: 2 059
[center]Tesekkur Edirem
[/center]
Alice | 10 dekabr 2013 15:11 | Status: Professional user | Şərh: 5 020
Məlumat yox idi... Sayənizdə məlumatım oldu...Təşəkkür edirəm İnci Dəniz... Kitabları mənə maraqlı gəldi mütləq oxuyacam...
Röyamsan. | 10 dekabr 2013 14:43 | Status: Brilliant user | Şərh: 6 102
Sitat: Huseyn80
Hemise adin eshidirdim, oxudum maraqliydi. Tesekkurler!
nurla | 10 dekabr 2013 14:41 | Status: VİP user | Şərh: 824
maraqli olmadi yenede tesekkur
Aynur_Mezahirli | 10 dekabr 2013 13:46 | Status: Qonaq | Şərh: 0
Hemise adin eshidirdim, oxudum maraqliydi. Tesekkurler!