Müsahibə / Tanınmış sima

Gözəl şairimiz-Bəxtiyar Vahabzadə

Alice | 30-11-2013, 19:30
6 998 40
 

 Gözəl şairimiz-Bəxtiyar Vahabzadə
Həyat və yaradıcılığı:
 
Bəxtiyar Vahabzadə 1925-ci ildə Şəki şəhərində fəhlə ailəsində anadan olmuşdur. Kiçik yaşlarında ikən ailəsi ilə Bakıya köçmüşlər. Burada orta məktəbi qurtarandan sonra ADU-nun filologiya fakültəsində təhsil almışdır (1942-1947). Universitetin aspiranturasında saxlanmış, "Səməd Vurğunun lirikası" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Bədii yaradıcılığa 1943-cü ildə "Ana və şəkil" adlı ilk şerini çap etdirdikdən sonra başlamışdır. O vaxtdan dövri mətbuatda şeirləri, elmi məqalələri, rəyləri müntəzəm çap olunmuşdur. "Mənim dostlarım" adlı ilk kitabında toplanmış lirik şeirlərdə faşizmə qarşı mübarizədə qalib çıxmış xalqın duyğu və düşüncələri əksini tapmışdır. Onun lirik şeir və poemalarında, mənzum pyeslərində müasir dövrün problemləri lirik-fəlsəfi planda, yeni əlvan boyalarla təsvir edilir. "İkinci səs", "Vicdan", "Yağışdan sonra", "Yollara iz düşür", "Fəryad" və "Hara gedir bu dünya", "Özümüzü kəsən qılınc", "Cəzasız günah", "Dar ağacı", "Rəqabət" pyesləri Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında tamaşaya qoyulmuşdur. Tənqidçi-ədəbiyyatşünas kimi də fəaliyyət göstərmişdir. "Səməd Vurğunun həyat və yaradıcılığı" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Azərbaycan Dövlət Universitetində Müasir Azərbaycan ədəbiyyatı kafedrasının professoru vəzifəsində çalışmışdır. 1990-cı ildə təqaüdə çıxmışdır. Azərbaycan MEA-nın müxbir üzvü, sonra həqiqi üzvü seçilmişdir. 1981-ci ildə SSRİ Yazıçılarının VII qurultayında SSRİ Yazıçılar İttifaqı İdarə Heyətinin üzvü seçilmişdir. O, həmçinin Azərbaycan Yazıçılar İttifaqının İdarə HeyətininAğsaqallar Şurasının üzvü idi. Ədəbi-bədii prosesin yorulmaq bilməyən təbliğatçısı və təşkilatçısı kimi tanınırdı. Çox gözəl şerləri var. Onun gözəl şerlərindən biri də Həyat sən nə şirinsən?!  adlı şeiridir. 
 

 
Həyat sən nə şirinsən?!
 
Səndən doymaq olarmı, həyat sən nə şirinsən!
Ancaq hamının deyil, sən həyatın qədrini yalnız bilənlərinsən!...
Özünü bu dünyada heç kəs qonaq sanmamış,
Ancaq ömrün özü də bərabər paylanmamış.
Ömür paylanan zaman görün kimə nə düşdü
Üç yüz il boz qarğaya, on il şahinə düşdü.
Həyat sən nə şirinsən, kim səndən doydu getdi?
Gedənlər bu dünyada qəlbini qoydu getdi.
Dünən qoca bir qarı dilində ahu-zarı.
"Bu dünyanın əlindən gəlmişəm zara"- dedi.
"Ölmürəm ki, bir dəfə canım qurtara"- dedi.
Ürəkdənmi söylədi o, bu sözü görəsən?
Xeyr, inanmıram mən!
  O yana-yana dedi: 
Dili söyləsə də, ürəyində o dərhal.
"Lənət şeytana!"- dedi.
Həyat, sevincin qədər əzabında şirindir,
Səni mənalandıran o keşməkeşlərindir.
  İki yüz il yaşadı ləzzət içində Loğman, 
Yenə möhlət istədi ölürkən Allahından.
Yatırdı göy çəməndə, çatdı ona Əzrail.
  Söylədi-İki yüz il ömür sənə bəs deyil?! 
Mən canını almağa gəlmişəm, nə sözün var?
Loğman dedi:- Sözüm yox, aldığını gəl apar.
Ancaq mənə macal ver bircə anlıq əcəldən,
Gəl canımı burda yox, o çəmənlikdə al sən.
Əzrail razılaşdı...
Ayağa qalxdı Loğman
Yeridi,
Daş asıldı ancaq ayaqlarından,
Asta- asta yeriyib çatdı dediyi yerə.
Loğman baxdı göylərə, Loğman baxdı yerlərə
Bu son baxışı ilə üstündə iki yüz il
Yaşadığı cahanla vidalaşdı elə bil...
  Özü vidalaşdısa, gözü qaldı cahanla 
O, düşündü bu anda:
"Nə görmüşəm dünyada bu dünyaya gələndən?
  Ah... elə bilirəm ki, dünən doğulmuşam mən. 
Ömrümü verdim bada,
Nə görmüşəm dünyada."
Loğmanın gözü bu an bir gülə dəydi durdu.
Ürəyini quş kimi gülə doğru uçurdu.
"Ah... onu kim üzəcək, bircə biləydim,- dedi.
O gülü də iyləyib sonra öləydim",- dedi.
  Ancaq, ancaq nə fayda... Yetişmiş artıq əcəl, 
Loğman dedi:- Hazıram, al canımı indi sən,
Əzrail dedi:- Ancaq agah eylə məni sən,
Ölüm üçün nə fərqi bu çəmən, ya o çəmən?
Neçin məni qoymadın orda alım canını?
Loğman dedi:- Həyatın şirin olur hər anı
Ordan bura gəlincə bir az ömür qazandım,
Onu da bu dünyadan özümə fayda sandım.
Qoca öldü...
Dedilər:- Yaranan bir gün ölər.
Nəvələri çəməndən həmən gülü üzdülər,
Loğmanın qəbri üstə qoydular,
Titrədi gül,
Gülün ətri ilə doldu bütün çayır, bütün çöl.
O, ətriylə saxladı yolçuları yolundan,
  Torpağın altındasa bunu duya bilmədi Loğman. 
Həyat sən nə şirinsən, kim səndən doydu getdi?
Gedənlər öz qəlbini dünyada qoydu getdi.
  Səndən doymaq olarmı, çoxun, azın da şirin. 
Həyat qışın da şirin, həyat yazın da şirin!
Cürbəcür yazılar var ömrün varaqlarında...
Həyatımın qayğısız, fərəhli anlarında qədrini bilməmişəm.
Hələ nə var ki... "ömrüm qabaqdadır"- demişəm.
Otuzdan adlayınca, gündə otuz min kərə
Başımı yellədirəm hədər keçən illərə.
Səndən doymaq olarmı, həyat, sən, nə şirinsən!
Ancaq hamının deyil,
  Sən həyatın qədrini yalnız bilənlərinsən...
 
 
B.Vahabzadə 70-dən artıq şeir kitabının, 2 monoqrafiyanın, 11 elmi publisist kitabın və yüzlərlə məqalənin, eləcə də tarixi və müasir mövzuda 20-dən artıq iri həcmli poemanın müəllifidir. Şairin əsərləri – şeir kitabları, dramları və publisistik yazıları dünyanın bir çox dillərinə, o cümlədən ingilis, fransız, alman, fars, türk, polyak, ispan, macar, keçmiş Sovetlər Birliyi xalqlarının dillərinə tərcümə edilmişdir. 
 
2009-cu il fevral ayının 13-də, 84 yaşında uzun sürən xəstəlikdən sonra Bakıda vəfat etmişdir.
 

 
Şəkidə B. Vahabzadənin büstü. 
 

 
ALLAH RƏHMƏT ETSİN !
 

dılay | 16 mart 2016 23:23 | Status: Brilliant user | Şərh: 8 183
ALLAH REHMET ELESIN
nurlana nurlana | 12 fevral 2015 19:07 | Status: Gümüş user | Şərh: 1 950
Sitat: FARIZ NAMAZLI
Yolum dar dalana dirənib artıq,
Sağ-solum dağ-dərə, qarşım qaranlıq.
Çaşmışam, ağlım da çatmır dadıma,
Özüm hay verirəm öz fəryadıma.
Düşdüyüm dalanın yoxmudur sonu?
Dünyaya gəlməmiş hardan biləydim
Dünyanın bu qədər puç olduğunu?

0140
dream reality | 9 iyul 2014 12:20 | Status: Professional user | Şərh: 1 449
Sitat: HESENIM
ALLAH REHMET ELESIN
HESENIM | 20 may 2014 09:15 | Status: Gümüş user | Şərh: 1 262
ALLAH REHMET ELESIN
FARIZ NAMAZLI | 4 dekabr 2013 05:22 | Status: Hüquqşünas | Şərh: 993
Yolum dar dalana dirənib artıq,
Sağ-solum dağ-dərə, qarşım qaranlıq.
Çaşmışam, ağlım da çatmır dadıma,
Özüm hay verirəm öz fəryadıma.
Düşdüyüm dalanın yoxmudur sonu?
Dünyaya gəlməmiş hardan biləydim
Dünyanın bu qədər puç olduğunu?
beehive | 2 dekabr 2013 16:50 | Status: Şərhçi | Şərh: 331
Xəbər üçün təşəkkür edirəm..
OLUM MELEYI | 2 dekabr 2013 15:52 | Status: VİP user | Şərh: 499
Allah rehmet elesin
Nigar | 2 dekabr 2013 13:46 | Status: Gümüş user | Şərh: 6 063
Allah rehmet elesin
Billurə | 2 dekabr 2013 11:52 | Status: Professional user | Şərh: 4 892
Məlumatım var idi. Yenədə təşəkkürlər..
beehive | 2 dekabr 2013 03:04 | Status: Şərhçi | Şərh: 331
Allah rahmet eylesin,,,
RaySum | 1 dekabr 2013 22:32 | Status: Professional user | Şərh: 2 594
Allah Rehmet ELesiN
Alice | 1 dekabr 2013 22:25 | Status: Professional user | Şərh: 5 020
Sitat: Beren
Sevdiyim şairlərdən biri idi.Haqqında məlumatım var idi.
Allah rəhmət eləsin!


Beren canım Təşəkkür edirəm sənə əziyyət çəkib redaktə etdiyin üçün...Yorulmayasan..

Təşəkkürlər şərh bildirən hər kəsə...
M.Aliyeva | 1 dekabr 2013 22:18 | Status: Gümüş user | Şərh: 1 970
Allah rehmet elesin, en cox sevdiyim wairdi.
Beren | 1 dekabr 2013 21:57 | Status: Professional user | Şərh: 3 214
Sevdiyim şairlərdən biri idi.Haqqında məlumatım var idi.
Allah rəhmət eləsin!
SEVDA | 1 dekabr 2013 19:49 | Status: Nəzarətçi | Şərh: 17 439
Allah rehmet elesin....weirleri möhteşemdir....
Girl | 1 dekabr 2013 19:47 | Status: Professional user | Şərh: 8 206
Tesekkurler melumatim var idi.
Ulviyye | 1 dekabr 2013 19:21 | Status: Gümüş user | Şərh: 2 839
sevdiyim wayirlerden birdir twkler
I am Alone | 1 dekabr 2013 14:26 | Status: Şərhçi | Şərh: 364
Coox sevirem Bextiyar Vahabzadeni,,Allah rehmet etsin,,,yadimdadi,mektebde oxuyanda usaqlarla onun haqda sohbet edirdik,biri sorusdu hele yasayir?dedim he,,sora seherisi gun tvde dedilerki B.Vahabzade olub,,cox pis oldum((((
NURLU | 1 dekabr 2013 08:38 | Status: Professional user | Şərh: 5 552
ALLAH rehmet etsin. amma sevmirem bu sairi.
ramile79 | 1 dekabr 2013 08:37 | Status: VİP user | Şərh: 646
cox sevirem bu sairin serlerini demek olarki nisanliliq dovrumde daha cox oxuyurdum ))))))))))
Mehin_86 | 1 dekabr 2013 02:37 | Status: Şərhçi | Şərh: 118
Başımda tufan var, könlümdə çovğun.
Arzu da, fikir də qaldı yarıda.
Gör necə güclüsən... sənin yoxluğun,
Mənə ögey etdi doğmaları da...

Əvvəla, müəllifə çox təşəkkür edirəm dəyərli xəbərinə görə!

Həyatda təəssüf etdiyim iki şey varsa, biri bilirsiniz nədir? Eyni əsrdə eyni illəri bərabər yaşamış olsaq da, o insanı mən görmək üçün heç bir cəhd etmədim. Buna görə özümü bağışlaya bilmirəm, inanın. Çox böyük bir şansı qaçırtmışam, çox heyf...

Onun "Ana" şeirini oxuyanda ağlamamaq mümkün deyil.

"Həyat, sən nə şirinsən?!" şeirini isə ta balacalıqdan elə əzbərləmişəm ki, günü bu gün də hafizəmdə.

Allah yerini cənnət etmiş, İn Sha Allah...

Müəllif, çox sağ olun!!!
luce | 1 dekabr 2013 01:54 | Status: Professional user | Şərh: 2 922
Cox sevirem bu sairi. Allah rehmet etsin.

Omur basdan-basa, besikden-qebre
Heyat sevinci, qemi deyilmi?
Olum bir omurluk iztirablarin
Agrinin, acinin cemi deyilmi?

Menevi dunyaya qalxib ucalmaq
Qanadli duyguya qismetdir ancaq
Beleyse, omurden, gunden kam almaq
Her kesin arzusu, kami deyilmi?

Kecir meqamlar da gunde yuz elden
Hansi gizli eldir pozan, duzelden
Senin guvendiyin dunya ezelden
Ekilen, bicilen zemi deyilmi?

Ayaqlar altinda yer oldu tapdaq
Sirrini, megzini bilmedik ancaq
Tapdaq etdiyimiz bu qara torpaq
Ebedi menzilin dami deyilmi?

Damimiz ustunde gezer, hey gezer
Here ureyince bir menzil bezer
Torpagi sormaqdan etmedik hezer
Bu da aglimizin kemi deyilmi?

Oteri menzilde qeder hork eder
Kimimiz bal icer, kimimiz keder
Ebedi menzile hami-bir nefer
Bir nefer ozu de hami deyilmi?
Leyla. | 30 noyabr 2013 23:29 | Status: Professional user | Şərh: 2 597
Sitat: viska
Allah mekanini cennet eylesin menim ensevdiyim wairlerden biri.
Röyamsan. | 30 noyabr 2013 23:27 | Status: Brilliant user | Şərh: 6 102
Sitat: leyla meherremova

Həsrət,ürəyimdə qaladan möhkəm,
Hicran çöplərindən bir yuva qurmuş.
Sənin yanında da sənə həsrətəm,
Həsrət ayrılıqdan uzun olurmuş...
Görüş qışdan sonra gələn bahardır,
Ayrılıq,görüşlə bitir...tez olur.
Ehh!Ona nə var ki,müddəti vardır,
Həsrətsə ölçüsüz,müddətsiz olur.

Gözəl şair idi, Allah rəhmət eləsin...
sebiw21 | 30 noyabr 2013 22:53 | Status: VİP user | Şərh: 526
Sitat: viska
Allah mekanini cennet eylesin menim ensevdiyim wairlerden biri.

AMIN ele menimde
ALSU AZERI | 30 noyabr 2013 22:36 | Status: VİP user | Şərh: 511
EN COX SEVDIYIM SERLERINI SEVE SEVE OXUDUGUM DEMEK OLARKI HAMISINI EZBER BILDIYIM SAIRDI BEXTIYAR VAHABZADE!ALLAH REHMET ELESIN..AMIN!
COOOOOOOX BEYENDIM BU XEBERI.TESEKKURLER
Alice | 30 noyabr 2013 22:12 | Status: Professional user | Şərh: 5 020
Təşəkkürlər hər birinizə gözəl şerlərindən sizlər də yazmısınız..Bəxtiyar Vahabzadənin...
Lumia | 30 noyabr 2013 21:57 | Status: Professional user | Şərh: 5 378



Bu gün mən səni gördüm,
Salam vermək istədim,
Üzünü yana tutdun.
Söylə, illərdən bəri
Qəlbimizin bir duyub
bir vurduğu illeri,
Axi, nə tez unutdun?
Bəs ildə gözümüzdən axan o qanli sellər,
Bir salama dəymədi?
Heç üzümə baxmadan yanımdan necə keçdin?
Sən eşqin salamını qorxuyamı dəyişdin?
Yoxsa sən öz əhdinə, ilqarina ağ oldun?
O qədər yaxın ikən, bu qədər uzaq oldun.
Şirin gülüşlərimiz, acı fəğanlarımız
Bir salama dəymədi?
Qaygılı anlarimiz, qaygısiz anlarız
Bir salama dəymədi?
Sən neylədin, bir düşün!
Yalnız indi anladım; Ah, sən daha mənimçün
Əlçatmaz bir çiçəksən,
Yaşanmış günlərim tək geri dönməyəcəksən!…
Qop ey tufan, əs ey yel! Xəzəl olum, tökülüm
Düz beş il ürəyimdə
Bəslədiyim məhəbbət, bir salama dəymədi.
Bir günlük həsrətimə dözə bilməyən, gülüm,
Bəs nə oldu? Bu həsrət bir salama dəymədi?
Getdin, dalinca baxdim, can ayrildi canimdan,
Sən necə etinasIz ötə bildin yanımdan?
Ah çəkdim, başım üstə yarpaqlar əsdi, gülüm,
Sənin qəlbin əsmədi.
Arxana da baxmadin!
Niyə sənin yolunu məhəbbətin kəsmədi?…
Qazancımız de, bumu?
Deyilməmiş o salam əlvidamız oldumu?
Sən mənə zülm elədin, mənə zülm yaraşır.
Bir salama dəyməyən eşqə ölüm yaraşır!
Meryem_Duyqu | 30 noyabr 2013 21:40 | Status: Yazar | Şərh: 4 130
Menim mene en yaxin sirdashimdir,geceler Ichime damcilayan goz yashimdir geceler. Geceler penah yerim,Geceler signaq yerim, Seherler achilanda qapanir kipriklerim.Oyrendim gecelerden,Qaranliq ichinde men Ulduz-ulduz yanmagi Ozune qapanmagi,ichime boylanmagi.Gecelerin sahibi,gunduzlerin quluyam,Men gunduzler adiyem,gecelerse uluyam.Geceler chicheklenir soz gulshenim,soz bagim.Gecelerin shahiyam,yoxdur menim ortagim.
ww.ss | 30 noyabr 2013 21:24 | Status: VİP user | Şərh: 695
Allah rehmet etsin bu wairi coxx sevirem