Müsahibə / Tanınmış sima

Mikayıl (Müşfiq) Əbdülqadir oğlu İsmayılzada

Just me | 14-10-2013, 13:30
4 664 35

Mikayıl Əbdülqadir oğlu İsmayılzada 

Doğum Tarixi - 1908 
Doğum Yeri - Bakı 
Ölüm Tarixi - 1938 




Həyatı 
İsmayılzada Mikayıl Əbdülqadir oğlu - şair, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü -1908-ci il iyunun 5-də Bakı şəhərində, ziyalı ailəsində doğulmuşdur. İbtidai təhsilini inqilabdan əvvəl rus-tatar məktəbində almışdır. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Bakı darül-müəllimində və 12 saylı II dərəcəli məktəbdə oxumuşdur. Azərbaycan Dövlət Darülfünunun dil və adəbiyyat fakültəsini bitirmişdir (1927-1931). 
Əmək fəaliyyətinə pedaqoq kimi başlamışdır. Bakı orta məktəblərində yeddi il müəllimlik etmişdir. Son iş yeri 18 saylı Bakı şəhər orta məktəbi olmuşdur (bu məktəb indi onun adını daşıyır). Poetik yaradıcılığa 1926-cı ildə «Gənc işçi» qəzetində çap etdirdiyi «Bir gün» şeirilə başlamışdır. Bundan sonra dövri mətbuatda müntəzəm çıxış etmişdir. O, bədii tərcümə ilə də ciddi məşğul olmuşdur. 
1938-ci il yanvarın 6-da cəza tədbirləri dövründə güllələnmişdir. 


Əsərləri 
• 1.Küləklər (şeirlər). Bakı: Azərnəşr, 1930, 121 səh. 
• 2.Günün səsləri. Bakı: Azərnəşr, 1930, 130 səh. 
• 3.Buruqlar arasında (poema). Bakı: Azərnəşr, 1932, 47 səh. 
• 4.Vuruşmalar. Bakı: Azərnəşr, 1932, 36 səh. 
• 5.Pambıq (şeir). Bakı: Azərnəşr, 1932, 15 səh. 
• 6.Bir may. Bakı: Azərnəşr, 1932, 14 səh. 
• 7.Şeirlər. Bakı: Azərnəşr, 1934, 172 səh. 
• 8.Qaya (poema). Bakı: Azərnəşr, 1935, 29 səh. 
• 9.Kəndli və ilan (el nağılı). Bakı: Azərnəşr, 1935, 18 səh. 
• 10.Şəngül, Şüngül, Məngül. Bakı: Azərnəşr, 1934, 
• 11.Seçilmiş əsərləri (iki cilddə). I c. Bakı: Azərnəşr, 1957, 192 səh. 
• 12.Şəngül, Şüngül, Məngül. Bakı: Uşaqgəncnəşr, 1960, 16 səh. 
• 13.Seçilmiş əsərləri (iki cilddə). II c. Bakı: Azərnəşr, 1960, 424 səh. 
• 14.Kəndli və ilan. Şəngülüm, Şüngülüm. Bakı: Azərnəşr, 1965, 32 səh. 
• 15.Kəndli və ilan. Bakı: Azərnəşr, 1966, 16 səh. 
• 16.Teleqraf telləri. Bakı: Azərnəşr, 1966, 80 səh. 
• 17.Şəngül, Şüngül, Məngül. Bakı: Gənclik, 1968, 16 səh. 
• 18.Duyğu yarpaqları. Bakı: Azərnəşr, 1966, 250 səh. 
• 19.Əsərləri (üç cilddə). I c. Bakı: 367 səh. 
• 20.Əsərləri (üç cilddə). II c. 335 səh. 
• 21.Əsərləri (üç cilddə). III c. 354 səh. 
• 22.Yenə o bağ olaydı. Bakı: Gənclik, 1976, 166 səh. 
• 23.Əbədiyyət nəğməsi. Bakı: Yazıçı, 1978, 309 səh. 
• 24.Qaya. Bakı: Maarif, 1978, 118 səh. 
• 25.Kəndli və ilan. Bakı: Gənclik, 1984,13 səh. 
• 26.Şəngül, Şüngül, Məngül. Bakı: Gənclik, 1983, 16 səh. 
• 27.Kəndli və ilan. Bakı: Gənclik, 1984, 16 səh. 
• 28.Könlümün dedikləri (şeirlər). Bakı: Gənclik, 1988, 56 səh. 
• 29.Həyat sevgisi (şeirlər, poemalar, mənzum oçerklər, mənzum nağıllar). Bakı: Yazıçı, 1988, 304 səh.

Tərcümələri 
• 1.Yeqişe Çarens. Şeirlər, B., Azərnəşr, 1934,54səh., 2.000 nüs. 
• 2.Taras Şevçenko. Kobzar, B., Azərnəşr, 1934, 85 səh., 2.000 nüs. (şərikli). 
• 3.A.S.Puşkin. Qaraçılar, B., Azərnəşr, 1930, 30 səh., 3.000 nüs. (şərikli). 
• 4.Marşak. Huşsuza bax, huşsuza, B., Azərnəşr, 1935, 10 səh., 6.000 nüs. 
• 5.A.S.Puşkin. Qaraçılar, B., Azərnəşr, 1937, 30 səh., 10.000 nüs. (şərikli) 
• 6.Marşak. Huşsuza bax, huşsuza, B., Azərnəşr, 1936, 14 səh., 7.000 nüs. 
• 7.M.F.Axundov. Şərq poeması, B., Azərnəşr, 1937, 31 səh., 5.000 nüs.


Allah rəhmət eləsin!

Redaktə etdi: Seyidli


ESMERRi | 10 aprel 2016 11:49 | Status: Brilliant user | Şərh: 5 378
Sitat: dılay
Mikayil Muwfiq yaradiciligini cox beyenirem...
Allah rehmet elasin!
dılay | 16 mart 2016 23:27 | Status: Brilliant user | Şərh: 8 183
Mikayil Muwfiq yaradiciligini cox beyenirem...
Allah rehmet elasin!
B.Fereh | 5 mart 2016 17:17 | Status: Nəzarətçi | Şərh: 6 975
COX SEVIREM WEIRLERIN
ESMERRi | 24 yanvar 2016 16:38 | Status: Brilliant user | Şərh: 5 378
Sitat: HESENIM
HEYF COX CAVAN OLUB GOZEL ESERLERI VAR
Sunay Elizade | 1 iyun 2015 13:52 | Status: Gümüş user | Şərh: 2 156
eserleri cox gozeldi
HESENIM | 20 may 2014 09:18 | Status: Gümüş user | Şərh: 1 262
HEYF COX CAVAN OLUB GOZEL ESERLERI VAR
vahid1903 | 16 oktyabr 2013 01:30 | Status: Qonaq | Şərh: 0
Sitat: Sari gelin
endamini hevesle qucaqlarken dalgalar
qelbimde qasirgalar ,firtinalar cowaydi
meni hirsim bogaydi
cumub alaydim seni dalgalarin elinden
yapiwaydim belinden
......arzuya bax ,sevgilim ,tellerinden incemi ?
soyle ,ureyincemi ?
beh beh bewh ..MUWFIQIN qisqancligi cox romantik alinib bu misralarda ..beyendiyim ve cox sevdiyim wairlerdendir ..ALLAh rehmet elesin
punhan nihan nece besit sozlermis allah butun qelb qiranlara lenet elesin senin allahin
Sari gelin | 15 oktyabr 2013 19:00 | Status: Gümüş user | Şərh: 2 439
endamini hevesle qucaqlarken dalgalar
qelbimde qasirgalar ,firtinalar cowaydi
meni hirsim bogaydi
cumub alaydim seni dalgalarin elinden
yapiwaydim belinden
......arzuya bax ,sevgilim ,tellerinden incemi ?
soyle ,ureyincemi ?
beh beh bewh ..MUWFIQIN qisqancligi cox romantik alinib bu misralarda ..beyendiyim ve cox sevdiyim wairlerdendir ..ALLAh rehmet elesin
sadəcə MƏN | 15 oktyabr 2013 16:53 | Status: Brilliant user | Şərh: 4 771
"Yenə o bağ olaydı..."
Just me | 15 oktyabr 2013 12:05 | Status: Professional user | Şərh: 1 296
BUTUN SERH YAZAN DOSLARA TESEKKURLER
Damla | 15 oktyabr 2013 10:57 | Status: Brilliant user | Şərh: 7 177
Cox mohtewem xeberdi..
Mikayil Muwfiq yaradiciligini cox beyenirem...
Allah rehmet elasin!
svetlana | 15 oktyabr 2013 07:56 | Status: VİP user | Şərh: 544
Mıkayl Müşfiq poeziyasının vurğunuyam...Şeirlərini oxuduqca insan sanki başqa aləmdə olur,ruhu qidalanır..
Cahan ki, solmayan bir bağça-bağdır,
Burda rəvamıdır gülmədən ölmək!
Yazıq o şəxsa ki, qaraqabaqdır,
Nə qədər yaraşır insana gülmək!
Bu yazılan misraları hər zaman özümə aid bilirəm sanki (yəqin çox güldüyümdəndi)))
drop | 14 oktyabr 2013 23:55 | Status: Gümüş user | Şərh: 2 448
Allah rehmet elesin. weirleri diller ezberidir
Lumia | 14 oktyabr 2013 23:07 | Status: Professional user | Şərh: 5 378
Musfiqin serleri tekrarolunmazdi.En cox tesirlendiyim seri de Qanad xanimin verdiyi serdir.

Ah, mən gündən-günə bu gözəlləşən
İşıqlı dünyadan necə əl çəkim?
Bu yerlə çarpışan, göylə əlləşən
Dostdan, aşinadan necə əl çəkim?

Sanki ureyine damibmis olumu(((Repressiya illeri nece nece qaymaqlarimizi mehv eledi,teessuf...Ruhu sad olsun.
aynur.xuda | 14 oktyabr 2013 22:51 | Status: Gümüş user | Şərh: 1 289
bu qisa vaxta bele gozel eserler yazan gor cox yashasaydi neler ederdi agilli savdli adamlarimizi surgun edam etmekle milletimize en guclu soyqirim edibler
ayruska | 14 oktyabr 2013 22:03 | Status: Professional user | Şərh: 3 978
Allah rəhmət eləsin!
Sabahım. | 14 oktyabr 2013 21:47 | Status: Professional user | Şərh: 3 359
SEVDİYİM ŞAİRDİR BÜTÜN HƏIYATINI BİLİRƏM.KÖHNƏ KİTAB VAR MƏN DƏ M.MÜŞFİQİN XANIMI DƏLBƏR AXUNDZADƏ YAZIB--MÜŞFİQLİ GÜNLƏRİM...SEVGİLƏRİNDƏNDİR.
Nazlı_Kız | 14 oktyabr 2013 20:37 | Status: Brilliant user | Şərh: 6 473
ALLAH REHMET ELESIN GOZEL WEIR YAZAR IDI
yalniz arzu | 14 oktyabr 2013 20:16 | Status: Gümüş user | Şərh: 1 759
DİLBƏR AXUNDZADƏNİN "MÜŞVİQLİ GÜNLƏRİM"ƏSƏRİNİ OXUMUŞAM.ONLARIN HƏYATLARI BARƏDƏ TƏSİRLİ MƏLUMATLARDIR.KİTABDA DİLBƏRİN ÇADRALI ŞƏKİLİ VAR.SOVETLƏRİN ACIMASIZ REPRESSİYA QURBANLARI.YENƏ DƏ GƏNC NƏSİL TƏRƏFİNDƏN BU CÜR SEVGİYLƏ SEVİLR. BUNA ŞAD OLDUM.ALLAH RƏHMƏT ETSİN. RUHLARI ŞAD OLSUN...
xerceng | 14 oktyabr 2013 19:53 | Status: Şərhçi | Şərh: 402
onun en cox sevdyim seirlarindan biri Yena o bag olaydi seiridir
gul kokusu | 14 oktyabr 2013 19:30 | Status: Gümüş user | Şərh: 1 472
ANA SEIRI

Ana dedim, ureyimde yanar odlar sachildi,
Ana dedim, bir urperish hasil oldu canimda,
Ana dedim, qarshimda bir gozel sehne achildi,
Ana dedim, feqet onu gormez oldum yanimda.

Ana, Ana!.. Bu kelmenin vurgunuyam ezelden,
Onu gozel anlatamaz dushunduyum satirlar.
Ana olmaz bize her bir "yavrum" deyen gozelden,
Chunki onun xilqetinde ayrica bir fusun var.

Bashqa alem yashamadim boyle gozel bichimde,
Onu kimse gozelliyin cilvesinde yaratmish,
Ana, ana... chichekli bir fidandir ki, ichimde,
Ta ezelden kok salaraq, ureyimde boy atmish.

O fidani be'zi vaqit istiyirem, cekerek
Qoparayim ureyimden, feqet onda varligim.
Sizildarken, sanki bir ses qopub ince ve titrek,
Bir lisanla soyleyir ki: - Mene deyme yazigim!

Cunki seni men besledim, men boyutdum, oxshadim,
Soylediyim sozler ki, var beshiyinin ustunde,
Oxudugum turkulerin kolgesidir, ovladim!
Mene mexsus vereqler var her kitabda, her dinde.

Ne dogru soz, yaziqlar ki, gormemishem onu men,
Diyorlar ki, Mushfiq, xeste bir tifildin, anani,
Baban kimi soyuq eller qucagin chekerken,
Yalniz aci feganlarin titredirdi her yani.

Indi mene her kes: - Anan, baban varmi? - soylese,
Deyirem ki, - Qapilmadim bir xulyaya, bir hisse -
Olan olmush, kechen kechmish, indi meni yashadan,
Bir muqeddes, bir semimi, emelim var tapdigim.

Inandigim bir qible var, o da her gun, her zaman,
Yorulmayan qollarimla, dushunerek yazdigim.
Bir alemdir, bir alem ki, semalari qipqizil,
Yuksekleri, alchaqlari, fezalari qipqizil.

ALLAH REHMET ELESIN.....RUHU WAD OLSUN...
Alice | 14 oktyabr 2013 19:14 | Status: Professional user | Şərh: 5 020
Mən şirin ləhcəli bir bülbüləm ki,
Güllərdən küsərəm, səndən küsmərəm!
Məni öz canından artıq istəyən
Ellərdən küsərəm, səndən küsmərəm!

Gözlərin misaldır axan çaylardan,
Kirpiyin oxlardan, qaşın yaylardan.
Qarşımıza gələn uzun aylardan,
İllərdən küsərəm, səndən küsmərəm!

El içində bizə deyirlər Sayadlı,
Tərlan ovçusuyam, ruhum qanadlı.
İlham pərisinin açdığı dadlı
Dillərdən küsərəm, səndən küsmərəm!


- Çox sevdiyim şairlərdən biridir. ... - ALLAH RƏHMƏT ETSİN...
Just me | 14 oktyabr 2013 18:57 | Status: Professional user | Şərh: 1 296
butun serh yazan doslara tesekkurler
luce | 14 oktyabr 2013 18:34 | Status: Professional user | Şərh: 2 922
Yene o bag olaydi, yene yigisaraq siz
O baga koceydiniz
Biz de muradimizca, felekden kam alaydiq
Size qonsu olaydiq.
Yene o bag olaydi, seni tez-tez goreydim
Qeleme soz vereydim.
Her gun bir yeni negme, her gun bir yeni ilham
Yazaydim seher-axsam
Arzuya bax sevgilim, tellerinden incemi?
Soyle ureyincemi?
Yene o bag olaydi, yene size geleydik
Danisaydiq, guleydik
Urkek baxislarinla, ruhumu dindireydin
Meni sevindireydin.
Gizli sohbet acaydiq, ruhun ehtiyacindan
Qardasindan, bacindan.
Cekinerek cox zaman sohbeti deyiseydin
Menimle eyiseydin.
Yene bir vuraydi qelbimiz gizli gizli
Sen ey esmer benizli.


Cox sevdiyim sairlerden biridir.
gulcan | 14 oktyabr 2013 17:41 | Status: Gümüş user | Şərh: 1 932
Yenə o bag olaydi
Yenə yogişaraq siz, o baga koceydiniz
Biz de muradimizca fələkdən kam alaydiq
Sizə qonşu olardiq...

Arzuya bax sevgilim tellərindən incəmi
Soylə ürəyincəmi...
Cox Sevirəm Mikayil Müşviqi.. Allah rəhmət eləsin. Cox cavan rehmete getdi... 30yaş nədir ki...
Just me, canım cox sagol xəbır ucun. Xəbəri oxuyanda məktəb gunlərim yadima duşdu
Seyidli | 14 oktyabr 2013 17:19 | Status: Yazar | Şərh: 2 706
Çox sevirəm Müşfiq poeziyasını...
Yenə o bag olaydı......
Qanad | 14 oktyabr 2013 17:07 | Status: Yazar | Şərh: 4 357
Mikayil Musfiq poeziyasi cox maraqlidir.Romantika coxdur serlerinde.




Ah, mən gündən-günə bu gözəlləşən
İşıqlı dünyadan necə əl çəkim?
Bu yerlə çarpışan, göylə əlləşən
Dostdan, aşinadan necə əl çəkim?



Dönmə bir şəbnəmə yaz səhərində,
Könül, günəş kimi parla yerində!
Göylərin lacivərd ətəklərində
Gedən bu qovğadan necə əl çəkim


Baxınız, dan yeri sökülmüş kimi,
Dostlar bir cəbhəyə tökülmüş kimi.
Uzaqdan-uzağa xam gümüş kimi
Ağaran səhradan necə əl çəkim?


Təbiət varlıdır, təbiət xəsis,
İşlədərkən onu, sən ey mühəndis,
Mən də qart daşlara verdiyim bu hiss,
Bu incə mənadan necə əl çəkim?


Bir yanda tərlanlar, dumanlı dağlar,
Bir yanda kəkliklər, ayna bulaqlar,
Bir yanda bülbüllər, çiçəkli bağlar,
Mən bu tamaşadan necə əl çəkim?


Həyat dedikləri bu keşməkəşdən,
Qəlbimdə, qanımda yanan atəşdən,
Gecədən, gündüzdən, aydan, günəşdən,
Bu əngin fəzadan necə əl çəkim?

Qarşımda dalğalı dərin bir ümman,
Ümmanı sarsıdır bir acı tufan,
Bəyaz köpükləri bir çiçək yapan
Şeirdən, xülyadan necə əl çəkim?


Ulduzlar fikrimin çırağbanıdır,
Bulud xəyalımın karıvanıdır,
Səma ki, hissimin aşiyanıdır,
Böylə bir səmadan necə əl çəkim?



Mehriban sevgilim qarşımda durdu,
Yenə şairliyim başıma vurdu,
Məndən məcnun könül maraqla sordu:
– Bu saçı leyladan necə əl çəkim?


Xəzan acısına edib təhəmmül,
Gülün kölgəsində ötəndə bülbül,
– Həyat, həyat! – deyə çırpınır könül,
Könüldən, sevdadan necə əl çəkim?



Sən aldın aşını yeni hisslərdən,
Ey cavan qələmim, düşmə bəhərdən,
A dostlar, söyləyin, mən bu hünərdən,
Bu təbi valadan necə əl çəkim?


Cox gozel serdir.Allah Rehmet Elesin.Qebri nurla dolsun.
Melek | 14 oktyabr 2013 16:15 | Status: Gümüş user | Şərh: 914
Allah Rehmet Etsin...
Mickey Mouse | 14 oktyabr 2013 16:05 | Status: Professional user | Şərh: 4 008
Allah rəhmət eləsin!
Amin!!
Girl | 14 oktyabr 2013 15:21 | Status: Professional user | Şərh: 8 206


Allah rəhmət eləsin!