Müsahibə / Məşhurlar

İlk müsəlman, azərbaycanlı qadın deputat - "Kişi Pəri" kimdir? VİDEO

Banu. | 5-09-2019, 23:00
132 0
AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) Vikipediya Metodik Mərkəzinin könüllüləri tərəfindən türk-islam aləmində ilk qadın millət vəkili seçilmiş, əslən azərbaycanlı olan Pərixan Sofiyeva haqqında məqalə yaradılıb.

 Gürcüstan Demokratik Respublikası haqqında araşdırma aparan tarixçi İrakli Xvadagiani Tiflis quberniyasından seçilən deputatların siyahısında müsəlman qadının adını müəyyənləşdirib. Faktla bağlı araşdırmalarını davam etdirən gürcü tarixçi sonradan Pərixan Sofiyeva adına Gürcüstan Sosialist Federalistlərin rəsmi qəzetində də rast gəlib. Nəticədə türk-islam aləmində ilk millət vəkili seçilən azərbaycanlı qadın - Pərixan Sofiyeva haqqında məlumatlar müasir tarix elminə aşkar edilmiş olub. 
“Qarayazı anası Pərixan Sofiyeva” adlı məqaləsində İ.Xvadagiani öz fikirlərinə 1918-ci ilin payızında gürcü mətbuatında qürur hissi ilə yazılan “Çox sevindirici bir hadisəni qeyd etmək lazımdır: Səs verənlərin sayına Qarayazı dairəsindən irəli sürülən müsəlman qadın Pərixanım Sofiyeva. İlk eroba (türkcə "Yeroba" sözündəndir, Gürcüstanda o zaman yerli özünüidarəetmə orqanı belə adlanırdı) qurultayı dekabrın 2-ə təyin olunub…” sitatı ilə aydınlıq gətirir.



AzadQadin.az

Bu xəbərləri də oxuyun:

Hitler və Stalinin dərdindən divanə olduğu AGENT QADIN - MARAQLI FAKTLAR

Ölümdən sonra tükürpədici 10 gerçək: İnsan ölür və 20 dəqiqə sonra…

"Başqaları üçün 100 minlərlə pul xərcləyib, villa alan Elçin..." - QALMAQAL YENİDƏN BÖYÜDÜ

Çox xəstəliklərdən xilas edən unikal resept – Şəkər, təzyiq, mədəaltı vəz, damar tutulması

Arvadını zəncirlə boğub öldürdü - Səbəbi DƏHŞƏTƏ GƏTİRƏCƏK