Müsahibə / Məşhurlar

Ramzan Kadırovun ilginc həyat hekayəsi...Həyat yoldaşının heç yerdə görmədiyiniz fotoları

Banu. | 16-06-2019, 08:27
112 0

5 UŞAQ ATASI, NÜMUNƏVİ ƏR, YOXSA…? 


Kadırovun özəl həyatına gəlincə... Evlidir və beş övladı var. Həyat yoldaşı Mədinə Musa qızı Aydəmirova 1978-ci ildə anadan olub. Sentroy şəhər sakini olan birinci xanım evdar qadındır. M.Aydəmirova Ramzan Kadırovla orta məktəbdə birgə oxuyub. Orta məktəbdən Mədinəni sevən Ramzan sonradan onunla ailə həyatı qurub. 


Onların nikahından 6 uşaq dünyaya gəlib. Qızları Ayşat, Karina, Xedi, Təbərik, oğulları Əhməd və Adəm. Babası Əhməd Kadırovun adını daşıyan nəvə 2005-ci ildə anadan olub. Onun dünyaya gəlişi Çeçenistanda böük atəşfəşanlıqa qeyd edilib. O zaman körpənin doğluduğu çərşənbə axşamı qeyri-iş günü elan edilmişdi.  


Ramazan Kadırovun həyat yoldaşı bütün prezidentlərin həyat yoldaşı kimi  xeyriyyəçiliklə məşğul olur, xəstəxanalar və sığınacaqlara baş çəkir.  


Amma onun şəxsi həyatında da qalmaqallar az olmayıb. Məsələn, 2007-ci ildə Ramzan Kadırov Afrikanın ekzotik ölkəsi – Keniyanın gözəllik kraliçasına onun həyat yoldaşlarından biri olmasını təklif edib. 


O, təklifini hədiyyə ilə - şəxsi həyətindən iki at, iki çolpa və keçi ilə qüvvətləndirib. Bu haqda Böyük Britaniyanın « Daily Telegraph» qəzeti zamanında yazmışdı. Keniyalı namizəd Kerolayn Verkeyk təklifdən təəccüblənsə də, o, bunu büruzə verməyib. Azacıq heyrətlənən gözəl Kadırovu qucaqlayıb və bir ildən sonra cavab verməyi vəd edib.


R.Kadırov özü isə mediaya açıqlamasında zaman-zaman bildirib ki, müsəlman adətlərinə görə, dörd arvad ala bilər, amma bunu etmir. Bununla belə, mediaya açıqlamalarından birində həyat yoldaşını zarafatla da olsa, hədələyib. 


“Əgər bizim süfrəmizə yerli məhsullardan başqa bir şey qoysa, onu boşayacam”. Təbii ki, bu, bir zarafat olub.