Müsahibə / Məşhurlar

Oteldən nə götürürsünüz? - Şampun, xalat...

Banu. | 4-04-2019, 16:33
1 336 0

Məşhurlar istər iş, istərsə də tətil məqsədilə bir çox bölgələrə və ölkələrə səyahət edirlər. Bu zaman isə rahat olmaq üçün onların seçimi getdikləri bölgədəki otellər olur.
Bəs onlar oteldən çıxarkən özləri ilə nə götürürlər?
AzadQadin.az bildirir ki, Axşam.az məşhurlar arasında sorğu edərək, bu sualın cavabını öyrənib.
Müğənni Eldar Qasımov:
“Mən ətirləri sevmirəm. İnsanın təbii qoxusu mənim üçün daha önəmlidir. Flakonda olan şampunların qoxusu çox tünd olmursa, onları özümlə götürürəm”.




Aktrisa Xəyalə Quliyeva:
“Otellərdə qalmıram ki, hansısa bir əşyanı da götürüm. Amma çox vaxt görürəm ki, hamı o kiçik şampunları götürür”.




Müğənni Sevda Yahyayeva:
“Əgər şampun xoşuma gəlirsə, mütləq götürürəm”.


Müğənni Nigar Camal:
“Mən oradakı heç nəyi istifadə etmirəm. Çünki oradakılar hamısı keyfiyyətsizdir”.


Müğənni Nura Suri:

“Culia Robertsə bir dəfə sual verirlər ki, niyə saçlarınız belə qəşəngidir? Cavab verib ki, saçlarımı ancaq otellərin şampunları ilə yuyuram. Qaldığım otellərdən şampunları götürürəm. Ancaq onları istifadə edirəm. Bu isə yadımda qalıb. Mən də həmişə otellərdə qalanda orada artıq olan şampunları özümlə götürürəm”.


Aparıcı Samir Bayramlı:


“Heç vaxt otellərdən heç nə götürmürəm və istifadə etmirəm. Duş gelindən tutmuş, şampununadək hər şeyi özüm aparıram. Oradakılar nə qədər yaxşı olsa da, mənim məhsullarımdan keyfiyyətli deyil”.



Müğənni Səmra Rəhimli
“Oteldən gələndə ancaq özümü gətirirəm. Bir az unutqanam, ancaq paltarlarımı götürməyə köklənirəm ki, yadımdan heç nə çıxmasın. Otellərin şampunlarından isə istifadə etmirəm. Ona görə də özümlə götürmürəm”.



Müğənnilər Sevil və Sevinc bacıları:
“Otellərdən çəkələk, sabun və şampun götürürük. Evdə bu sabun və şampunların kolleksiyasını yığıram. Kimsə gətirirsə, bunu qəbul etmirəm. Ancaq özüm getdiyim otellərdən gətirdiklərimi bu kolleksiyaya əlavə edirəm”.