Müsahibə / Məşhurlar

İlhamə Quliyevanın mahnılarını ZAY EDƏN müğənnilərimiz

Banu. | 25-10-2018, 09:30
677 0
Azərbaycan mədəniyyətində öz ifası ilə seçilən mərhum sənətkarımız İlhamə Quliyeva sağlığında öz mahnılarının başqaları tərəfindən oxunmasına qadağa qoymuşdu.

Görünür, mərhumə hiss edirmiş ki, onu və onun səsini əvəz edəcək və hətta təkrarlayacaq sənətkar hələ yoxdur.

İlhamə xanım yalnız bir neçə insana ona yazılmış mahnıları ifa etməyə icazə vermişdi. Ancaq sənətkarın vəfat etməsindən sonra bir çox müğənnilər onun mahnılarına yenidən müraciət etdi.

"Azad Azərbaycan" 106.3 FM radiosu xalq artisti İlhamə Quliyevanın xatirə gününə “Gedirəm” adlı layihə həsr edib. Layihə çərçivəsində bir CD albom buraxılıb. Diskdə Xalq Artisti İlhamə Quliyevanın 10 ən sevilən mahnısı yenidən aranjiman olunaraq, estradamızın məşhur müğənniləri tərəfindən ifa edilib. 

Müğənni Zamiq Hüseynov - Kaman

Son dönəm xüsusi bir mahnısını hitə çevirə bilməyən Zamiq "Kaman" mahnısı ilə gündəmə gəlib.
Amma təəssüflər olsun ki, İlhamə Qulievanın repertuarından olan "Kaman" mahnısı ilə yenidən musiqi çarxlarının birinci olmağa müvəffəq olan Zamiq mahnını təqdim edərkən ilk ifaçısının adını anmır.

Əməkdar artist Mətanət İsgəndərli - Neylərsən mənə 

İsgəndərli hər zaman olduğu kimi ifasına ciddi yanaşaraq mahnıya həm ürək qoya bilib, həm də mahnının orijinalından kənara çox çıxmayıb

Müğənni Nadir Qafarzadə - Unuda bilmərsən 

Qafarzadə mahnıya yanaşması ilə seçilib. Belə ki o, mərhum sənətkarın səsini də saxlayaraq, mahnını virtual duet şəklində təqdim edib


Əməkdar artist Lalə Məmmədova - Çiçək yağışı 

Xatırladaq ki, bu mahnını vaxtikən Röya da ifa etmişdi.

Müğənni Nuri Sərinləndirici və Ceyn - Yaşın nə fərqi var ki?

Məşhur cütlük həm də sağlığında Xalq artisti ilə dostluq edirdi.

Müğənni Çinarə Məlikzadə - Sırğamın qaşı 

Şövkət Ələkbərovanın repertuarından oxuduğu "Gedək üzü küləyə" mahnısı ilə gündəmə gələn gənc xanım bu dəfə də sınaqdan üzü ağ çıxıb:

Müğənni Günay İbrahimli - Gedirəm 

Hər zaman maraqlı ifaları ilə gündəmdə olan Günay bu dəfə nədənsə işinin öhdəsindən gəlməyib.

Müğənni Rəqsanə İsmayılova və türkiyəli ifaçı Adil Karaca - Yaşın nə fərqi var 

Bu cütlük hələ İlhamə xanım rəhmətə getdiyi ərəfədə mahnını lentə almışdı.

Bu duet yəqin ki, təkrar ifalardan ən uğursuzu sayıla bilər:big.az